Бяйляр абдуллайев



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə9/67
tarix22.10.2018
ölçüsü1,32 Mb.
#75551
1   ...   5   6   7   8   9   10   11   12   ...   67

 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
26        
olmuşdu.  Sührəvərdinin  öldürülməsi  ilə  onun  yaratdığı 
işraqilik  məktəbinin  nüfuzuna  heç  bir  xələl  gəlmədi. 
Şihabəddin  Sührəvərdinin  çoxlu  sayda  olan  davamçılarının 
arasında   Şəhrəzurini (vəf. 1250),  Səd  ibn  Mənsur  İz  Əl-
dövlə  İbn  Kammun  İsrailini (vəf.  1277), Qütbəddin  Şira-
zini (1236-1311), Əl  Vədud  Təbrizi  (vəf. 1524),    Şərq 
aləmində  Molla  Sədra  adı  ilə  daha  çox  məşhur  olan 
Məhəmməd  ibn  İbrahim  Sədrül-Mütəllihin  Sədrəddin 
Şihabəddin  Fəzlullah  Şirazini  (1571-1641)    və  başqalarının 
göstərmək mümkündür. 
Mövləvilik sufi təriqətinin rəhbəri Mövlana Cəlaləddin 
Məhəmməd Rumi (1207-1273)  ilə daha çox yaxın əlaqəsi 
olan Siracəddin Urməvi isə «Nurların doğuşu» və «Hikmət 
incəlikləri»  adlı  iki  böyük  əsərin  müəllifidir.  Bu  filosofun 
geniş  şöhtər  tapan,  məntiq  və  fəlsəfəyə  dair  yazdığı 
«Nurların  doğuşu»  («Mətali  əl-ənvar»)  adlı  əsərinə  Orta 
əsrlər dövrünün bir sıra məşhur filosofları 30-dan çox şərh 
və haşiyə yazması da bizə məlumdur. 
Göründüyü  kimi  haqqında  söhbət  açacağımız  Nəsi-
rəddin Tusi adlı bir elm xəzinəsi də bu böyük alimlər içə-
risində  və  belə  bir  ictimai,  elmi  mühitdə  yaşayıb,  yarat-
mışdır. 


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
27 
Elm və müdriklik, 
 insan ruhunu təbiətin üstünə yüksəldər. 
 S. Eriugena 
 
1.2. Nəsrəddin Tusinin həyatı və yaradıcılığı. 
 
İlk  öncə  qeyd  etdiyimiz  kimi  XIII  əsrdə  Azərbaycan 
xalqı  tənəzzül  və  tərəqqini  vahid  bir  şəkildə  özündə 
birləşdirməyi  bacarmışdı.  Və  elə  bu  tərəqqinin  səbəb-
karlarından  biri  yaxud  bəlkə  də  birincisi  elə  həmin  əsrin 
əvvəllərində  anadan  olan  Nəsirəddin  Tusi  idi.  Məhəmməd 
Nəsirəddin  Tusinin  atası  Qum  şəhərinin  məşhur  din 
alimlərindən biri idi və ailəsi ilə birlikdə şiələrin 8-ci imamı 
Əli  ibn  Musa  Rzanın  (765-818)  məzarını  ziyarət  etmək 
üçün  Məşhəd  şəhərinə  yollanır.    Dindar  alim  1201-ci  ilin 
əvvələrində  öz  ziyarətindən  qayıdarkən  hamilə  olan  həyat 
yoldaşının vəziyyətinin ağırlığını nəzərə alıb, Tus şəhərində 
yerləşməyi  qərara  alır.  Tus  şəhərində  anadan  olan  ailənin 
üçüncü uşağına atası Məhəmməd adını verir. 
Nəsirəddin  Məhəmməd  Tusi  1201-ci  il  şənbə  günü 
fevral  ayının 17-də  (hicri-qəməri  təqvimilə 11  Cəmadiyəl-
əvvəl  597-ci  il)  İranın  Rəzəvi  Xorasan  əyalətinin  qədim 
şəhəri olan Tusda Firuzşah Cehrudi ləqəbi ilə tanınan Şeyx 
Vəchəddin  Məhəmməd  ibn  Həsən  adlı  bir  şəriət 
müəlliminin ailəsində dünyaya göz açdı. İlk təhsilini də elə 
atası  Məhəmməd  ibn  Həsəndən  alan  N.Tusi  uşaq  yaş-
larından  belə  öz  çalışqanlığı  və  istedadı  ilə  müəllim  və 
Müəllimlərini  heyrətləndirirdi.  Xüsusilə  də  hər  şeyi  tez 
qavraması ilə fərqlənən  Nəsirəddin sonralar məşhur müəl-
lim kimi də tanınan Fəridəddin Damadın yanında da təhsil 
alır.  


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
28        
Şəriət  haqqında  bilikləri  atasından,  ilk  elmi  təhsilini  
dayısı  riyaziyyatçı  və  məntiqçi  Nurəddin  Məhəmməd  Şai-
dən,  fiqh,  hədis  və  həndəsəyə  dair  məlumatları  isə  digər 
qohumu    Nəsirəddin  Abdullah  ibn  Həmzədən  almışdır. 
İslam dinini incəliklərini öyrətməklə məşğul olan Nəsirəd-
din Abdullah ibn Həmzə öz sevimli şagirdinə «Nəsirəddin» 
(Nəsirəddin  sözü  ərəbcədən  dinin  müdaifəçisi,  dinin 
köməkçisi) ləqəbini verir. 
Yeniyetmə  vaxtlarından  atasını  itirən  Nəsirəddin  ata-
sının  yeganə  vəsiyyətinə  əməl  edərək,  təhsilini  davam 
etdirdi.  Təhsil  əldə  etmək  məqsədilə  ilk  əvvəl  Nişabura, 
sonralar  Reyə,  oradan  da  Quma  yollanan  Tusi  dövrün  ən 
məşhur  Müəllim  və  filosoflarından  hesab  olunan  Kəma-
ləddin  ibn  Yunusdan,  Siracəddin  Qəməri,  Fəridəddin  Ni-
şaburi  Damadidən,  Səlim  ibn  Bidardan,  Şəmsəddin  Xos-
rovşahi,  Qütbəddin  Misiri,  Əttar  Nişapuri  və  Əsirəddin 
Əbhəridən də ayrı-ayrı elmlərin incəliklərini tədris etməklə 
məşğul olmuşdu. 
Fəlsəfə  haqqında  bilikləri  Şəmsəddin  Xosrovşahi  və 
Əsirəddin  Əbhəri  ilə  yanaşı  məşhur  peripatetik  filosof 
hesab  olunan  Bəhmənyar  ibn  Mərzbandan  da  hikmət, 
məntiq və idrak nəzəriyyəsi haqında biliklər toplamağa nail 
olmuşdu.  Bəhmənyar  isə  məlum  olduğu  kimi  dünyanın 
nəhəng  filosoflarından  sayılan  və  Şərqin  Aristoteli  hesab 
olunan İbn Sinadan təhsil almışdı.  
N.Tusinin  Nişapurda  aldığı  təhsilin  çox  yüüksək 
keyfiyyətə  malik  olduği  dəflərlə  vurğulanmışdır.  Elm  əldə 
etmək  məqsədilə  Qum  şəhərundən,  İsfahana,  oradan  da 
İraqa  üz  tutur.  Müinəddin  Salim  əl  Misri  əl  Mazani  İbn 
Bədrani  adlı  məşhur  hədis  müəllimindən  1223-cü  fərq-
lənmə  şəhadətnaməsi  aldığını  bir  sıra  tarix  kitabları  da 


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
29 
təsdiq  etmişdir.  Tusi  fərqlənmə  şəhadətnaməsi  aldıqdan 
sonra öz hədis müəllimi İbn Bədranidən hədis demək üçün 
də rüsxət istəyir və buna nail olur. 
«Nəsirəddin  Tusi  (r.a)  İrakda  dərslə  məşgul  idi.  Ətraf 
Monqolların  İrana  hucumu  xəbərləri  ilə  çalxalanırdı... 
Çingiz xan Timuçin atasından sonra hakimiyyəti ələ alaraq 
böyük bir ordu ilə hicrətin 616-cı ilində İrana hücum etdi. 
İranın  cənubuna  qədər  bir  çox  şəhərləri  yağmalayaraq 
böyük  qətliamlar  törətdi.  Xüsusilə  də  Nişapurda  törətdiyi 
soyqırımda  təxminən  2  milyon  yaşlı  xəstə  qadın  və  uşaq 
öldürüldüyü nəql edilmişdir. Bununla da kifayətlənməyərək 
şəhəri  yeddi  gün  sular  altına  tərk  edərək  ev  heyvanlarını 
belə  rəhm  etmədən  qəddarlıqla  öldürdülər.  Bu  kədərli 
hadisələr  bütün  müsləmanların  qəlbini  parçalıyırdı. 
Nəsirəddin  Tusi  (r.a)  ailəsinə  və  vətandaşlarına  yardım 
etmək  üçün  İrana  yola  düşdü.  Tus  şəhəri  də  eyni  ilə 
Nişapur kimi bir xərabəyə dönmüşdü. 
Nəsirəddin  Tusi  (r.a)  doğulduğu  evə  getdiyində  orada 
ailəsindən  kimsəyi  tapa  bilmədi.  Anasının  və  bacısının 
Qain  şəhərinə  göçdüklərini öyrənən kimi zaman itirmədən 
oraya  getdi.  Anasını  və  bacısını  tapdıqdan  sonra  bölgə 
xalqının  istəyini  nəzərə  alıb  oradaki  cami  imamlığı 
vəzifəsini  icra  etməli  oldu.  Nəsirəddin  Tusi  (r.a)  30 
yaşlarında orada evləndi.» (111). 
1230-cu  ildə  Cənubi  Xorasan  əyalətinin  (Qayen  ölkəsi 
də  adlanır)  Qain  və  yaxud  da  Qayen  adlı  şəhərində  ailə 
həyatı  quran    Tusi  bir  neçə  ay  burada  yaşadıqdan  sonra 
həyat yoldaşı ilə birlikdə Kuhistan (Kuhistan, Qohestan və 
ya  Quhistan-dağlıq  ölkə)  ismaililərin  rəhbəri  Nəsirəddin 
Əbdürrəhman  ibn  Əbu  Mənsurun  Möhtəşəminin  hüzuruna 
çağrılır,  ismaili  rəhbəri  gənc  Tusini  öz  sarayında  məskun-


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə