Бяйляр абдуллайев



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə10/67
tarix22.10.2018
ölçüsü1,32 Mb.
#75551
1   ...   6   7   8   9   10   11   12   13   ...   67

 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
30        
laşdıraraq  ondan  əxlaq  barəsində  bir  əsər  yazmasını  xahiş 
edir.  Bu  xahiş  əslində  gəncliyində  belə  məşhur  olan  bu 
böyük  alimin  iyirmi  altı  illik  əsarətdə  yaşamasının 
başlanğıcı  idi.  Cavanlığında  belə  diqqət  mərkəzində  olan 
Xacə Nəsirəddin Tusinin ömrünün iyirmi altı illi ismaililə-
rin nəzarəti altında, ömrünün iyirmi iki ilini isə ismaililərin 
əsas stateji obyekti olan Ələmut («Qartal yuvası») qalasının 
həbsxanasında  keçirmişdi.  Tusinin  Ələmut  qalasında 
zindana  atılmasına  səbəb  onun  Abbasi  xəlifəsinə  gizli 
məktub  yazması  və  bu  məktubda  ismaili  firqəsindən 
Bağdad xəlifəsinə şikayət etməsi olmuşdu. 
 N.Tusinin  dini-siyasi  təriqət  olan  İsmaililərin  nifrət 
etdiyi  Kuhistan  valisi  Əbülfəth  Əbu  Şihabəddinlə  olan 
əlaqəsi  və  Abbasi  xəlifəsi  Mütəsimə  (1242-1258)  dair 
mədhnamə  yazması  və  ismaililərin  özbaşına  hərəkətlərin-
dən  şikayət  etməsi  onun  İsmaililər  tərəfindən  Ələmutda  
həbs  olunmasına  səbəb  oldu.  Astronomiya  elminə  böyük 
önəm  verən  İsmaililər  N.Tusi  nin  elmi  biliklərini  nəzərə 
alaraq onun oldürülməsini məsləhət bilmədilər. Bu dövrün 
ən  zəngin  kiatabxanalardan  birinin  Ələmut  qalasında  ol-
ması  və  burada  yerləşdirilən  münəccimlik  cihazları  sayə-
sində filosof burada da öz elmi fəalyyətindən əl çəkmirdi. 
XIII  yüzilliyin  əvvəllərində  başlayan  monqolların 
amansız  yürüşlərinin  sonunda  İsmaililər  dövləti  də  diz 
çökdü.  Əslində  islamın  qatı  düşməninə  çevrilmiş  bu 
terrorçu təşkilatın varlığına 1256-cı ildə son qoyan Hülakü 
xan  Nəsirəddin  Tusini  də  iyirmi  altı  illik  (1230-1256) 
əsarətdən  azad  etdi.  1256-cı  il  noyabrın  20-də  zindandan 
azad edilən N.Tusi Hülakü xanın xahişinə əməl edib, onun 
yanında məsləhətçi qaldı.  


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
31 
Ali  monqol  xaqanı  Menkü  xan  qardaşı  Hülakü  xana 
Nəsirəddin  Tusi  barəsində  xüsusi  göstəriş  vermişdi. 
Həndəsəyə  aid  mükəmməl  biliyə  malik  olan  Menkü  xan 
elmə  və  elm  adamlarına  yüksək  qiymət  verirdi.  Pekin 
şəhərində rəsədxana  tikdirmək istəyən Menkü xan Tusinin 
elmi  biliklərindən  istifadə  etmək  istəyirdi.  Lakin,  Menkü 
xanın Cənubi Çinlə müharibəyə başı qarışması səbəbindən 
onun bu planı yarımçıq qaldı. 
İsmaililərin  qan  tökülmədən  Hülakü  xana  tabe  olma-
sında  böyük    rol  oynayan  Nəsirəddin  Tusi  monqol  elxa-
nının  yanında  böyük nüfuza  malik  idi. Nəsirəddin Tusinin 
göstərişinə  əməl  edən  Hülakü  xan  Bağdadı  işğal  etdi.  Bu 
hadisədən  sonra  xanın  böyük  etimadını  qazanan  filosof  
Marağa Rəsədxanasının tikilişinə razılıq və bu tikintiyə sərf 
olunması  üçün  Bağdad  yaxınlığındakı  ərazilərdəki  vəqf 
torpaqlarından 20 min dinar qızıl pul ala bilmişdi. 
Rəsədxananın tikintisi üçün Marağanı seçən Tusi tikinti 
işlərinə də şəxsən ösü  rəhbərlik etmişdi. Ömrünün 12 ilini 
(1259-1271)  bu  tikintinin  tamamlanmasına  sərf  edən  alim 
tunc,  qızıl  və  gümüşdən  ibarət  ulduz  qlobusu  da 
hazırlatmışdı.  Bu  qlobus  Almaniya  muzeylərində  indi  də 
qorunub  saxlanılmaqdadır.  XIII  əsrin  ən  qabaqcıl  və  ən 
təkmilləşdirilmiş  rəsədxanasında  çoxlu  cihazlara  da  rast 
gəlmək  olurdu.  Burada  ixtira  olunan  astronomik  cihazlara 
başqa ölkələrdə də rast gəlmək olurdu. (49, səh.185.) 
Nəsirəddin  Tusinin  geniş  fəliyyəti  sayəsində  Şərq 
dünyasında ilk çoxsahəli elm ocağına çevrilən rəsədxanada 
ərəb ölkələrindən, Hindistandan, Çindən, Monqolustandan, 
Avropadan  gələn  alimlər  burada  elmi-tədqiqatlarla  məşğul 
olur,  müxtəlif  elm  sahələrinə  aid  araşdırmalar  aparırdılar. 
Haqqında  «Elm  və  müdrikilik  evi»  deyə  bəhs  olunan  bu 


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
32        
rəsədxanada  Günəşin  və  Ayın  tutulması  barədə  əvvəldən 
dəqiq  məlumat  verilirdi.  Əndəlüsdən  Çinə  qədər  geniş  bir 
ərazidən  bu  rəsədxanaya  çalışmağa  gələn  astronomlar 
burada  12  il  boyunca  davamlı  olaraq  elmi  işlə  məşğul 
olurdular.   
Bu  barədə  Tusi  özünün  «Zic-elxani»  adlı  əsərində  də 
məlumat  verirdi:  «Hülakü  xan  ətraf  vilayətlərdən  astrono-
mik  müşahidələr  apara  bilən  alimləri  çağırmağı  tələb  etdi: 
Dəməşqdən  Muüəidəddin  Ordini,  Mosuldan  Fəxrəddin 
Marağayini,  Tiflisdən  Fəxrəddin  İxlatını,  Qəzvindən 
Nəcməddin  Dəbiranini.»  (111).  Marağa  rəsədxanasında 
eyni  zamanda  bu  dövrdə  elm  aləmində  məşhur  olan  Qüt-
bəddin  Şirazi,  Şəmsəddin  Şirvani,  Cəmaləddin  əz-Zeydi 
Buxari,  Fao  Mun-çi  və  başqaları  gərgin  olaraq  öz  elmi 
tədqiqarları ilə məşğul idilər.  
Bütün bu uğurlarına və astronomiya sahəsindəki təkzi-
bedilməz  nailiyyətlərinə  görə  dünya  alimləri  N.Tusinin 
astronomiya  sahəsindəki  xidmətlərini  heç  zaman  unutma-
mış, Ayın ərazisindəki muəyyən yeri də  N.Tusinin adı ilə 
adlandırmışlar.  «O  elmlərin  təsnifatına  və  Kainatın  dərk 
edilməsinə  dair  bir  sıra  dialektik  tərifi,  Ayın  və  Günəşin 
tutulmasını,  işığın  sınmasını,  göy  qurşağının  yaranmasını 
materialist baxımdan izah etmişdir.»(21, səh.231) 
Ömrünü ictimai-siyasi həyatda da fəal iştiraka sərf edən 
filosof  Hülakü xanın 1265-ci ildə vəfatı ilə əlaqədar olaraq 
hakimiyyətə  sahib  çıxan  Abaqa  xan  (1265-1282)  da 
atasının  ənənəsinə  sadiq  qalaraq  N.Tusi  ni  özünə  vəzir 
təyin  elədi.  Həyatının  qalan  hissəsini  vəzirliyə  sərf  edən 
filosof 15 ilə qədər rəsədxananın elmi rəhbəri olmuş, bu iki 
ağır  məsuliyyətli  işi  çox  şərəflə  yerinə  yetirə  bilmişdir. 
«N.Tusi  1274-cü  ilin  əvvəllərində  Marağadan  Bağdada 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə