Бяйляр абдуллайев



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə5/67
tarix22.10.2018
ölçüsü1,32 Mb.
#75551
1   2   3   4   5   6   7   8   9   ...   67

 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
14        
qolların bu əraziyə edilmiş üçüncü  yürüşün sonucunda be-
şinci monqol ulusunun yaradılmasına nail oldu. 1256-cı il-
də  Çingiz  xanın  nəslindən  olan  Hülakü  xan  (1256-1265) 
Azərbaycan və İran ərazisində Elxanilər (El, il, vilayət xan-
ları) dövləti kimi də tanınan Hülakülər dövlətinin əsası qo-
yuldu. 
Dövrünün  görkəmli  elm  xadimini  özünə  vəzir  seçən 
Hülakü xan N.Tusinin məsləhəti ilə möhtəşəm və təntənəli 
Abbasilər  sülaləsinin  (750-1258)  yarım  minillik  hakimiy-
yətinə  son  qoymağa  cəsarət  etdi.  Elxanilər  dövləti-
nin banisi, Çingiz  xanın  nəvəsi,  Tulu  xanın  üçüncu  oğlu, 
digər böyük monqol xanları olan Mengü xanın və Kubilay 
xanın  qardaşı  olan  Hülakü  xanın  Bağdada  göndərdiyi 
elçilərin  bir  o  qədər  də  dərin  düşüncə  malik  olmayan 
Abbasi  xəlifəsi  tərəfindən  nəzakətsiz  qarşılanması    Elxani 
(El xanı) rəhbərinin qəzəbinə səbəb olur. 13 fevral 1258-ci 
ildə  Bağdadı  tutan  Hülakü  xan  xəlifə  Mötəsimə  tam  bir 
həftə Bağdad xalqının qırğınını seyr etdirdikdən sonra onun 
edam  etdirilməsi  barədə  göstəriş  verir  və  elxani  hökmdarı 
xəlifə  Mötəsimin  edam  etdirməsi  ilə  ərəblərin  uzun  sürən 
hakimiyyətinə də son qoymuş oldu.  
Sonralar Hindistanın məşhur və görkəmli siyasi xadimi 
Cəvahirləl 
Nehru (1889-1964) 
öz 
araşdırmalarında 
Bağdadın  başına  gələn  faciəni  aşağıdakı  sözlərlə  ifadə 
edirdi:  «Bərk  qəzəblənmiş  Hülakü  Bağdadın  üzərinə  hü-
cum  çəkib  qırx  günlük  mühasirədən  sonra  şəhəri  alır.  Bu 
«Min  bir  gecə»  şəhərinin,  habelə  beş  yüz  illik  hömranlıq 
dövründə  şəhərdə  yığılıb  toplanmış  bütün  sərvətlərin  sonu 
idi. Xəlifə, oğulları və yaxın qohumları edam edilir. Qırğın 
həftələrlə  çəkir,  Dəclə  çayı  neçə  mil  axarı  boyu  al  qana 
boyanınca davam edir. Belə söyləyirlər ki, həmin qırğında 


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
15 
milyon  yarım  adam  həlak  olur.  Bütün  bədii  və  əbədi  xə-
zinə,  bütün  kitabxanalar  məhv  edilir.  Bağdad  elə  dağıdılır 
ki, heç daşı daş üstə qalmır. Hətta Qərbi Asiyanın min illər 
boyu  mövcud  olmuş  qədim  suvarma  sistemi  də  Hülakü 
tərəfindən dağıdıır.»(57, səh. 284). 
Monqol  xanın  yanında  böyük  hörmət  qazanmasından 
istifadə  edən  vətənpərvər,  dinpərvər  alim  olan  Nəsirəddin 
Tusi monqol qəsbkarlarının bu barbar hərəkətlərinə biganə 
qala bilməzdi. Öz müdrikliyi və tədbirliliyi ilə məşhur olan 
uzaqgörən  vəzir  fürsət  düşdükcə  müsəlman  şərqi  və  islam 
dünyası  üçün  bir  sıra  önəmli  və  xeyirli  işlər  də  görməyi 
bacarmışdı.  Bunlardan  bir  neçəsi  haqqında  məlumat 
vermək yerinə düşərdi:  
«1.  Elmi  və  mədəni  işlər  görməklə  yanaşı  dəyərli 
kitablar yazmaq. 
2.  Əl-movt  qalasında  yerləşən  böyük  kitabxananın 
monqollar tərəfindən yandırılmasının qarşısını almaq. 
3.  Monqolların  qəzəbinə  düçar  olmuş  İbn  Əbil    Hədid 
kimi bir neçə alimlərin canını qurtarmaq. 
4.  Xacənin  vasitəsilə  Monqol  tayfasının  İslam 
mədəniyyətinə qarışaraq islam dininə üz gətirmələri; elə bir 
həddə ki, İslam dini hicrətin 694-cü ilində İranın rəsmi dini 
olaraq müəyyən edildi. 
5. Hicrətin  656-cı ilində  bir dəstə  alimlərin  həmkarlığı 
ilə Marağa rəsədxanasının yaradılması. 
6.  Rəsədxanaya  məxsus  böyük  bir  kitabxananın  hazır-
lanması.» (108). 
Çingiz  xanın  nəvəsi,  onun  böyük  oğlu  Cucinin  oğ-
lu Batı xanın (1240 - 1255)  yaratdığı Qızıl Orda dövlətinin 
öndə gələnləri ilə Hülakülər dövləti arasında  anlaşılmazlıq 
mövcud idi. Hüalkülər dövləti mütəmadi olaraq Qızıl Orda 


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
16        
dövlətinin  ərazisinə  hücum  edib  bu  dövlətin  sərhədlərini 
pozur  və  bu  dövlətə  məxsus  olan  torpaqları  ələ  keçirir, 
Qızıl  Orda  dövlətinin  tutduğu  mövqeyə  xələl  gətirirdi. 
İtirdikləri mövqe ilə razılaşmayan və Azərbaycanın Çingiz 
xanın  vəsiyyətinə  görə  öz  paylarına  düşdükləri  haqqında 
iddia edən Qızıl Orda xanları da öz növbəsində bu əraziyə 
öz basqınlarını etməkdə davam edirdilər. 
1255-ci  ildə  Batı  xanın  ölümündən  sonra  hakimiyyətə 
gələn Sartakdan (1255—1256) və Ulakçidən (1256—1257) 
sonra  taxta  çıxan  onun  qardaşı  və  ordu  başçısı  Berke  xan  
(1257-1266)  müsəlmanlığı  qəbul  etmişdi.  Berke  xan  
Hülakü xanın Bağdad  xəlifəsini və günahsız müsəlmanları 
öldürməsini bəhanə gətirərək bu basqınları daha da güclən-
dirirdi.  Dövlətin  əhalisinin  əksəriyyəti  türk  olan  və  türk 
dövləti  kimi  tanınan  Qızıl  Ordalılara  Hülakülərin  arasın-
dakı  bu  münaqişə  zamanı  seçdikləri  müharibə  meydanı 
məhz  elə  həmin  Azərbaycan  torpaqları  idi.  Bütün  bu  təz-
yiqlərə  baxmayaraq  Hülakü  elxanları  öz  tədbirli  vəzirlə-
rinin  ağıllı  məsləhətləri  sayəsində  dövlətlərini  yaşatmağa 
müvəffəq oldular. 
Monqolların mentalitetində köçərilik həyatı daha qaba-
rıq önə çıxığı üçün oturaq həyat tərzi keçirən yerli əhali ilə 
bir  sıra  uyğunsuzluq  da  yaşanırdı.  Monqolların  Müsəlman 
olan  Cuci  ulusu  ilə  bütpərəst  Hülakü  ulusunun  bu  haqsız 
torpaq  iddiaları  nəticəsində,  vergilərin  həddən  çox  olması 
sayəsində  Azərbaycanın  iqtisadi  və  mədəni  həyatında  bu 
dövrdə  geiləmə  müşahidə  olunurdu,  ictimai-iqtisadi  və 
mədəni həyatda inkişaf yox dərəcəsində idi. 
Ərazidə  Hülakü  elxanları  öz  varlığını  sübut  etdikdən 
sonra  hadisələr  müəyyən  mənada  öz  axarına  düşməyə 
başladı.  Öz  dövrünün  yetirməsi,  öz  zəmanəsinin  məhsulu 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə