Бяйляр абдуллайев



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə4/67
tarix22.10.2018
ölçüsü1,32 Mb.
#75551
1   2   3   4   5   6   7   8   9   ...   67

 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
11 
Marağa  rəsədxənasının  yaradlmasında  və  burada  gedən 
dəqiq  elmi  tədqiqatların  ortaya  çıxmasında,  dövrün  bir  sıra 
elm sahələri ilə dərindən məşğul olmasında N.Tusinin hansı 
rola malik olması haqqında düzgün məlumat veriblər. 
Son dərəcə dəqiqliyi, universallığı və peşəkarlığı ilə bir 
çox  tədqiqtçılarını  heyran  buraxmağı  bacaran  filosof 
tariximizə  elmşünaslığın  banisi,  onun  formalaşdırıcısı  və 
inkişaf etdiricisi kimi də daxil olmuşdur. 
Çox təəssuflər olsun ki, dünya alimləri tərəfindən geniş 
araşdırılan  N.Tusi  yaradıcılığı  öz  həmyerliləri  tərəfindən 
1951-ci ildən başlayaraq geniş bir surətdə tədqiq olunuşdur. 
Azərbaycan  Elmlər  Akademiyasının  2011-ci  ildə  çağırdığı 
elmi sessiyada filosofun elmi irsinin öyrənilməsi haqqında 
fikirlər  irəli  sürüldü.  Bu  dövrdən  etibarən  ciddi  araşdır-
malar aparan tədqiqatçılar N.Tusi fəlsəfəsi timsalında Şərq 
fəlsəfəsinin  sadəcə  ilahiyyatdan  ibarət  olmadığı  ortaya 
çıxdı. Filosofun  irsinə verilən  bu qiymətin nəticəsində  bu 
dünya  şöhrətli  alimin  780  illik  yubileyi  hökümətin  qərarı 
ilə 1981-ci  ildə keçirildi. Günümüzdə  də  mütəmadi olaraq 
Nəsirəddin  Tusiyə  həsr  olunmuş  beynəlxalq  və  respublika 
əhəmiyyətli konfranslar təşkil olunur.  
Zəngin  yaradıcılığa,  qeyri-adi  istedada  malik  olan 
N.Tusi  nin  yaradıcılığı  hər  zaman  tədqiqatçıların  diqqət 
mərkəzində  olmuş,  yerli  və  xarici  araşdırmaçıları  özünə 
cəlb  edə  bilmişdir.  Orta  əsrlərin  məşhur  tarixçilərindən 
tutmuş  müasir  dövrümüzə  qədər  bütün  tədqiqatçılar 
tərəfindən N.Tusi nin yaradıcılığı yüksək dəyərləndirilmiş, 
N.Tusi nin görkəmli alim və filosof olması vurğulnmışdır. 
Sonralar  Molla  Sadra  adı  ilə  də  tanınan  fars  ilahiyyatçısı 
Şihabəddin  Fəzlullah  Şirazinin  (1571-1641)  «Tarixi-Vəs-
saf»  («Vəssafın  tarixi»),  ərəb  sosioloqu  və  filosofu  Əbu 


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
12        
Zeyd-Əbd  ər-Rəhmani  ibn  Məhəmməd  İbn  Xəldunun 
(1332-1406)  məşhur  «Müqəddimə»  əsərində  N.Tusi  yə  və 
onun yaradıcılığına böyük bir önəm vermişlər. 
Azərbaycanın  məşhur  tarixçisi  Abbasqulu  Ağa  Bakı-
xanov  Qüdsinin  (1794-1847)  qələmə  aldığı  «Gülüstani 
İrəm»  («Qızılgül  bağçası»)  əsərində  Nəsirəddin  Tusi  haq-
qında qısa da  olsa  məlumat verilir.  Burada  Tusinin Elxani 
xanları ilə yaxın münasibətdə olduğu, Elxani hökmdarların 
Tusiyə hər zaman etibar etdiyi və Marağada rəsədxana inşa 
etməsi barədə məlumata da rast gəlmə mümükündür.  
Nəsirəddin  Tusi  yaradıcılığı  haqqında  sovet  hakimiy-
yəti  dönəmində  Fərman  Eyvazov,  Həbibulla  Məhəmməd-
bəyli, Ağabala Rzayev, Zakir Məmmədov kimi tədqiqatçı-
lar  öz  fikir  və  mülahizələrini  bildirmişdir.  Tanınmış  şərq-
şünas alim Rəhim Sultanov bu dünya şöhrətli alimin məş-
hur  «Əxlaqi-Nasiri»  əsərini  farscadan  tərcümə  etmiş,  bu 
əsər haqqında sanballı bir rəy də yazmışdır.  
N.Tusinini 800 illiyi münasibətilə onun bir sıra əsərləri 
tərcümə olunmuş, zənginliyi və rəngarəngliyi ilə fərqlənən 
Tusi  yaradıcılığı  geniş  tədqiqat  obyektinə  çevrilmişdir. 
Təkcə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında bu 
dünya  şöhrətli  alimin  800-illik  yubileyi  ilə  bağlı  olaraq  8 
konfrans keçirilmiş, 11 kitab və 18 jurnal çap olunmuşdur. 
Bu yaxınlarda da Nəsirəddin Tusinin 810-illik yubileyi 
ilə  əlaqədar  olaraq  respublikamızda  beynəlxalq  səviyyəli 
konfrans  keçirilmişdir. 2011-ci ilin iyun ayında  təşkil olu-
nan  bu  beynəlxalq  konfrans  möhtəşəm  və  sanballı  olması 
ilə  yadda  qalıb.  Bu  ensiklopedik  alimin  810  illik  yu-
bileyində  Azərbaycan  alimləri  ilə  yanaşı  Türkiyə,  Rusiya, 
Fransa, Almaniya, ABŞ, İngiltərə, İsveçrə, Çin, ərəb ölkə-
ləri və digər ölkələrin nümayəndələrinin iştirak edib. 


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
13 
Yaddaş bizi heç kəsin qova  
bilməyəcəyi yeganə cənnətdir. 
F.Rixter 
I  F Ə S Ġ L 
TUSĠNĠN YAġADIĞI DÖVRDƏ  
SOSĠAL-SĠYASĠ ġƏRAĠT 
 
1.1. N.Tusi dünyagörüĢünün formalaĢdığı ictimai-siyasi 
sosial-mədəni mühit
 
Nəsirəddin Tusinin yaşadığı XIII əsr təkcə Azərbaycan 
üçün  deyil,  bütün  Yaxın  və  Orta  Şərq  dünyası  üçün  çox 
ziddiyyətli  və  keşməkeşli  bir  dövr  idi.  Azərbaycan 
Atabəylər  dövlətinin  zəifləməsi  və  sonuncu  atabəy  hökm-
darı Sultan Müzəffərəddin Özbəyin (1210-1225) ölməsi ilə 
ərazidə  yaranan  anarxiya  və  özbaşnalıqdan  istifadə  edən 
sonuncu Xarəzmşah Cəlal əd-Din Məngburni (1220 - 1231) 
regionda öz mövqeyini gücləndirdi. XIII əsrin əvvəllərində 
Mərkəzi  Asiyada  Temuçin  Çingiz  xan  Yesugey  (1206-
1227)  tərəfindən  yaradılmış  Monqol  İmparatorluğu  (1206-
1368)  geniş  bir  əraziyə  malik  idi.  Turk  və  müsəlman 
sülalərinin  bu ərazidəki hegemonluğu ilə razılaşmayan  Ali 
Monqol  xaqanı  Münke  1255-ci  ildə  Orta  Şərqdə  hakim 
mövqeyə  mailk  olmaq  və  bu  ərazidəki  torpaqların  fəthini 
bitirmək məqsədi ilə qardaşı Hülakü xanı bu əraziləri işğal 
etmək üçün göndərdi.  
Ali  Monqol  xaqanı  Münke  xan    (1251-1259-cu  il-
lər arasında monqol hökmdarı olan Münke xan  Mengü xan 
kimi  də  tanınır)  tərəfindən  bölgədəki  ərazilərin  hökmdarı 
təyin  edilmiş  monqol  şahzadəsinin  rəhbərliyi  ilə  mon-


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə