Бяйляр абдуллайев



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə25/67
tarix22.10.2018
ölçüsü1,32 Mb.
#75551
1   ...   21   22   23   24   25   26   27   28   ...   67

 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
75 
rasionalist  yöndən  izahını  qeyri-mümkün  hesab  edirdi. 
«Ona görə Allah kosmik məntiqin apriori, təməl, zəruri və 
aşkar olan qanunudur və Onun varlığı isbat edilməkdən çox 
məcburi olaraq qəbul edilir. Əxlaqi həyatın tədqiqindən də 
bənzər  bir  nəticə  meydana  çıxır  və  modern  dövrdə  Kantın 
etdiyi  kimi  Allahın  varlığını  əxlaqın  təməl  bir  mülahizəsi 
olaraq görür.» (108). 
Bəzi  tədqiqatçılar  Tusinin  təbiətşünaslığa  dair  irəli 
sürdüyü fikirlərində təkamülçülük ideyalarının gizləndiyini 
irəli  sürürlər.  Fransız  təbiətşünası  Jan  Batist  Lamarkdan 
(1744-1829) və ingilis təbiətşünası Çarlz Darvindən (1809-
1882)  öncə  təkamül  nəzəriyyəsini  irəli  sürən  bu  məşhur 
alim  yer  üzünun  əşrəfi  olan  insanın  tərəqqinin  məhsulu 
olduğuna  inanırdı.   Lamarkdan  və  Darvindən  fərqli  olaraq 
Tusi  təbiətdə  və  ayrı-ayrı  fərdlərdə  olan  tərəqqinin  hər 
şeydə  üstün  və  zəruri  varlıq  olan  Allah  tərəfindən 
yönləndirilməsinə inanırdı. 
Tusi  eyni  zamanda  maddənin  məhv  olmaması  və 
itməməsinə  də  inanaırdı.Tusinin  maddənin  bu  xarakteri 
haqqında  irəli  sürdüyü  müddəalar  rus  filosofu  Mixail 
Vasilyeviç  Lomonosovun  (1711-1765)  və   fransız  kimya-
çısı  Antuan  Lavuazyenin  (1743-1794)  maddənin  məhv 
olmaması barədə olan fikirlərini tam 500 il qabaqlamışdı. 
 
 


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
76        
Gerçəyi ağılın işığı ilə axtar. 
 R. Dekart 
 
 
2.2. Nəsirəddin Tusinin idrak nəzəriyyəsi 
 
XIII  əsrdə  idrak  haqqındakı  fikirlərdə  ortodoksal 
ideyaları  mövcud  olsa  da  işraqilər  və  peripatetiklərin 
materialist  şərhinə  də  rast  gəlmək  mümkündür.  Varlıq 
haqqında  təlim  olan  ontologiya  ilə,  idrak  haqqında  təlim 
olan qnesologiya fəlsəfədə bir vəhdət təşkil edir. Və elə bu 
səbəbdən  də  varlıq  haqqında  təlim  yaradan  N.Tusi  idrak 
nəzəriyyəsindən yan keçə bilməzdi.  
Hər  bir  fəlsəfi  termin  haqqında  müxtəlif  baxışların 
mövcud  olması  idraka  da  şamil  edilə  bilər.  Müxtəlif 
cərəyanların  bir  çoxunun  razılaşdığı  idrakın  hissi  və  əqli 
idrakdan  ibarət  olması  fikri  ilə  razılaşırdı.  İdrakı  dini 
mövqeydən  şərh  edən  əşərilərdən  fərqli  olaraq  N.Tusi 
idrakı  daha  çox  materialist  mövqeydən  şərh  edirdi.  Sufi 
filosofların  intuitiv  dərkini  və  işraqiliyin  hissi,  əqli  və 
intuitiv dərkini şərh edərkən intusiyanı inkar edir. 
Bu  inkarın  təməlini  isə  Aristotelin  fəlsəfəsi    peripate-
tizm dünyagörüşü təşkil edir. Bir sıra məsələlərin izahında 
isə Avropadakı intibah dövrünün verdyi izahdan daha elmi 
bir  izah  verir.  İdrakın  hissi  və  əqli  növlərindən  birinə 
üstünlük  verib,  digərini  inkar  edən  Yeni  dövr  Avropa 
mütəfəkkirlərinin  baxışları  idrakı  birmənalı  izah  edirdi. 
Hissi  idrakı  əsas  götürən  sensualizm  və  əqli  idrakı  əsas 
götürən  rasionalizm  əslində  bir-birinə  qarşı  antipodik 
münasibət bəsləyirdilər. Onların arasında olan fikir ayrılığı 
tədqiqat  sahəsində  də  özünü  biruzə  verə  bilirdi.  Bu 


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
77 
səbəbdən  sensualistlər  təbiət  elmlərinə,  rasionalistlər  isə 
riyaziyyat və metafizikaya üstünlük verirdilər. 
İdrak  göstərilən  birtərəfli  münasibət  özünü  Şərq 
peripatetiklərində  büruzə  vermirdi.  Tusi  Aristotel  ənənələ-
rini  davam  etdirərək  gerçəkliyin  dərk  olunmasında 
rasionalizmin  və  sensualizmin  hər  ikisinin  bərabər  rol 
oynadığını  görürdü.  Buna  əsas  səbəb  isə  varlığın  bir  sıra 
elmlər vasitəsilə sirrlərini açmağa məşğul olan peripatetik-
lərin hər ikisinin də idrakda rol oynadığını görməsində idi. 
Maddi aləmin ayrı-ayrı xüsusiyyətlərinin nəfsdə yəni, insan 
şüurunda  düzgün  əks  olunmasına  şübhə  ilə  yanaşan 
cəhalətpərəst  filosofların  əksinə  doğru  Tusi  dünyagörüşü 
meyl  edirdi.  Təbiətşünaslıq  elmi  vasitəsilə  ətraf  aləmə 
obyektiv  münasibət  göstərən  filosof,    idrak  məzmunu  və 
fəaliyyəti haqqında düzgün nəticəyə gəlirdi. 
Təbiət  elmləri  vasitəsilə  hissi  idrakı,  abstrakt  təfəkkü-
rün köməyilə əqli idrakı aktivləşdirərək, hissi və əqli idrakı 
ayrılmaz  görürdü.  Hissi  və  əqli  idrakın  ayrılmaz  olması 
fikri  qədim  dünya  fəlsəfi  dünyagörüşünün  ənənələrindən 
mənbəsini  götürürdü.  Əsasən  təbiəti  öyrənməyə  cəhd 
göstərən  bu  filosoflar  mövcudatın  ayrı-ayrı  formaları 
haqqında  ümumi  nəticə  çıxardarkən  əqli  nəticənin  fəaliy-
yətindən də istifadə edrdilər. 
Şəxsi duyğuların, şəxsi hisslərin insanda yaratdığı idrak 
qabiliyyəti  və  verdiyi  məlumatlar  hissi  idrakla  bağlıdır. 
Bilavasitə  seyretmə  nəticəsində  ortaya  çıxan  hissi  idrak, 
cisimin  bu  və  ya  digər  xassəsi  ətrafında  informasiya 
mərkəzi  yaradır.  Hissi  idrakın  duyğu  formasında  əşyanın 
rəngi, ölçüsü və s. haqqında məlumat yaranır. İlk məlumat 
duyğular  vasitəsilə  qavrayışa  və  təsəvvürə  çevrilir.  Qav-


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə