Namiq Abbasov, Rəhim Həsənov
~ ~
100
dəyişdirmək, bu əmrlər üzərində islahat aparmaq daha
məqsədəuyğun bir hal hesab edilir.
Tusi bu nöqteyi-nəzərdən anoloji yanaşmanı Hüalakü
xandan sonra hakimiyyətə gələn Abaqa xana da məsləhət
görürdü. Mütəfəkkir Abaqa xana məsləhət görürdü ki, o
atasının verdiyi əmrləri diqqət yetirsin və bu əmrlər
üzərində müsbət yöndə düzəlişlərin aparılması barədə
tədbir görsün. Göründüyü kimi dahi filosof dövlət işlərinin
idarə edilməsində, xüsusilə də aşağı kütlənin ictimai-
iqtisadi durumunun hər zaman tərəqqi yolu ilə inkişaf et-
məsində bütün yollardan və vasitələrdən istifadə etmişdir.
Tusinin dünyagörüşünün təməlində insan problemi əsas
yer tutduğundan ideal ailə ve ideal cəmiyyət yaratmaq
barədə də düşünmüşüdür. «Əxlaqi-Nasiri» əsərində bu
problemləri müzakirə obyektinə çevirir. Ümumiyyətlə, Tusi
elmi fəaliyyətinə nəzər yetirdiyimiz zaman onun ideal
cəmiyyət, ideal dövlət qurmaq baradə mülahizələrinə rast
gəlmək mümükündür. Mütəfəkkir bunu əməli fəaliyyətində
də mümkün qədər tətbiq etməyə cəhd göstərmişdir.
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
~ ~
103
(yaxud «elm haqqında elm») barədə fikirlətinə sirayət
etmişdi. Tusi elmlərin təsnifatını, bölgüsünü apararkən bu
məsələyə Şərq peripatetiklərinin nöqteyi-nəzərincə yanaş-
mışdır.
Ümimiyyətlə bütün varlıqlar haqqında olan elm onunla
məşğul olan insanları hər şeyi olduğu kimi dərk etməyə
təhrik edir. «Elm – varlıqların həqiqətən necə olduğunu
düzgün təsəvvür etmək, insanın yaradıcı ağlı, nəfsi-əmr və
sağlam düşüncəsi dairəsində onun xüsusiyyət və
keyfiyyətlərini kəşf etməkdir». (31, səh36) Tusiyə görə
gerçəklikdə mövcud olan bütün varlıqlar zəruri və mümkün
varlıq kimi iki hissəyə bölündüyündən hikmət elmi də iki
qismə bölünür. Nəzəri hikmət də öz növbəsində varlıqların
var olması etibarilə iki qisimə ayrılır. Bu bölgüdə əsas yeri
varlıqların maddə ilə olan mümkün və qeyri-mümkün
əlaqəsi əsas yer tutur. Nəzəri hikmət bu baxımdan iki ayrı
cəbhəyə parçalanır:
1). Maddə ilə əlaqədar olan varlıqlar haqqında olan
elm.
2). Maddə ilə əlaqədar olmayan varlıqlar haqqımda
olan elm.
Sonuncu da növbəsində iki hissəyə bölünür, bunların
bir qismində maddənin iştirakı olmadan da təsəvvür yarana
bilir. İkinci qismində isə maddənin iştirakı sayəsində
mümkün olanlar haqqındakılar mövzunun obyektinə
çevirilir.
Yuxarıda verilə izahdan sonra Tusi nəzəri hikmət
elminin üç hissəyə bölür:
1). Metafizika- təbiətin arxasında. Orjinal versiyalarda
Tusi bu istilahı «Mabəd ət-təbiə» deyə adlandırırdı.
2).
Riyaziyyat