NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
~ ~
97
qaydaya salınması beş sinifin fəziləti sayəsində mümkün
ola bilər.
1). Hökmdarlar;
2). Alimlər;
3). Tacirlər;
4). Əkinçilər;
5). Zəhmətkeşlər.
Aşağı cəmiyyətim xöşbəxt yaşaması problemi hər
zaman son dərəcə zəruri olan bir problem kimi Tusi
dühasını daima narahat etmişdi. Humanist filosofun gəldiyi
qənaətə görə mənəvi saflığa nail olmaq üçün, kamil insan
kimi təkmilləşmək üçün insanların elm öyrənməsi, bilklərə
sahib olması ən ümdə şərtdir. Əgər orta əsrlərdə hakim
ideologiya insana səma-yer şəcərəsinin müti bir hissəciyi
kimi baxırdılarsa Tusi bu buxovlayıcı fikirləri qəbul
etmirdi. Yaradanın yaratdığı məxluqatın ən şərəflisi olan
insan daima diqqət mərkəzində, aparılan tədqiqatların
obyekt müstəvisində olmalıdır.
Cinayət hüququ haqqında da Tusinin irəli sürdüyü
fikirlər də çox maraqlıdır. Təqsirkar tərəfindən cinayətin
törədilməsi üç qisimə bölünməsi ilə səciyyələnir:
1.
Cinayətin qəsdən törədilməsi;
2. Cinayətin
qəsd olmadan törədilməsi;
3. Cinayətin ehtiyatsızlıq üzündən törədilməsi.
Əsasən cəmiyyətdə ədalətsizliyin bərqərar olması ilə
mənfi fəsad kimi meydana çıxan cinayətkarların bəziləri
islah oluna bilər. Bu qəbildən olan cinayətkarları cəza və
tənbehlə tərbiyə etmək lazımdır. Bəzi qəbildən olan
cinayətkatları isə islah etmək qeyri-mümkündür. Tusiyə
görə cinayətkarların cəzalandırlması zamanı şər ünsür
ortadan qalxır, əgər cinayətkarın törətdiyi cinayətdə şər
Namiq Abbasov, Rəhim Həsənov
~ ~
98
ünsürü öz həddini, müəyyən səviyyəni aşmamışsa bu
zaman ölüm hökmü tətbiq etmək məqsədəuyğun deyil. Bu
zaman cinayəti törətmiş şəxsə qarşı aşağıdakı cəza növləri
tətbiq edilə bilər:
1). Həbs- bu cinayətkarı şəhər əhalisi ilə ünsiyyətdən
məhrum etmək deməkdir.
2). Zəncir yəni, məhdudiyyət- bu cinayətkarı şəhərin
təsərrüfat işlərindən məhrum etməklə ölçülür.
3). Sürgün- bu isə cinayətkarı şəhərin daxilinə girməyə
icazə verməməklə dəyərləndirilir.
Tusinin ölüm hökmü barəsində irəli sürdüyü fikirlər öz
dövrünün dünyayagörüşünə nəzərən mütərəqqi bir mahiy-
yət kəsb etsə də mənfi cəhətlərdən də xali deyildi.
Cinayətkarı ölüm hökmü ilə cəzalandırmaqdansa onun hər
hansısa bir bədən üzvünün kəsilməsini məsləhət görürdü.
Cinayətkarın əl, ayaq, dil və ya başqa hiss üzvlərindən
birinin kəsilməsi ilə onun ölüm cəzasından uzaqlaşdırılması
fikrini irəli sürmək əslində Tusinin insanpərvərliyindən
irəli gəlirdi. Göründüyü kimi Tusi nə qədər də insanpərvər
və humanist olsa da öz dövrünün dünyagörüşündən tam
olaraq ayrıla bilməmiş və yaxud da bu məsələ barədə fikir
irəli sürdüyü zaman öz dövrünün psixologiyasını da nəzərə
almışdı. Bu mülahizələrin hansının daha doğru olmasına
baxmayaraq hər iki halda Tusi edam hökmünün əleyhinə
çıxır, ölüm cəzasını ən azından cismani cəza ilə əvəz
edilməsini israr edirdi.
Tusi öz ictimai-siyasi fikirlərinin astronomiya ilə
bağlayır, planetlərin cəmiyyətin bütün təbəqələrini nüfuz
dairəsinə aldığını və planetlərin insanların həyatının bütün
sahələrinə müdaxilə etdiyini vurğulayırdı. Tusiyə görə