Бялядчи-ъядвял



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə24/175
tarix26.09.2017
ölçüsü3,92 Mb.
#1949
1   ...   20   21   22   23   24   25   26   27   ...   175

 

51 


ərzində  onun  ritmləri  sərtləşmişdi  –  qoca,  ancaq  hələ  də  qüvvətli  pələng  idi),  gərgin  və  eyni 

zamanda azad qafiyələrin kreşşendosu və gözlər önündə kiçik möcüzə baş verdi: 

scing ergo, mən 

varam


1

.  Eskimos  xalısına  söykənib,  araq  dolu  stəkan  arxasından  yaşıl  şamlara  baxa-baxa 

(Mejisseriyə  gedib  balıqçılara  baxdığımız  kimi)  bizim  real  gerçəklik  adlandırdığımız  şeyə 

Dyukun verdiyi saymazyana təriflə razılaşmaq olduqca asandır: 

«It don’t mean a thing if it ain’ 

that  scing

»



1



Amma,  nədənsə,  Qreqorovius  Sibillanın  başını  tumarlamağı  dayandırdı,    zavallı 

Osip  kirpi  kimi  yığıldı,  köhnə  əyyamlarda  baş  vermiş  deflorasiya  hadisəsi  onun  kefini  əməlli-

başlı pozmuşdu, musiqinin istənilən müqaviməti qıraraq zəiflətdiyi və yumşaltdığı, hər şeyi bir 

nəfəsə tabe etdirdiyi şəraitdə (artıq sanki

,

 hamıya məxsus nəhəng bir ürək vahid, sakit bir ritmlə 



döyünürdü) adam onun bu gərgin halına acıyırdı. Birdən oxuyan valdan qədim, İntibah dövrünün 

əski anakreontik həsrətini ifadə edən, 1929-un Çikaqo 

carpe diem

2

ndə



 xırıltılı bir səs çıxdı: 

 

You so beautiful you gotta die some day, 



 

You so beautiful you gotta die some day, 

 

All I cant’s alittle lovin’ before tou pass acay



3

 



Bəzən  çoxdan  vəfat  etmiş  insanların  sözü  ilə  həyatda  olanların  fikirləri  üst-üstə 

düşür (əgər sonuncular, doğrudan da, diri, o birilər ölüdürlərsə). 

«You so beautiful.  Je  ne  veux 

pas mourir sans avoir compris pourqoi j’avais vecu”»

4

.

  Blyuz,  Rene  Domal,  Horasio  Oliveyra, 



“but you gotta die some day, you so beautiful but” – Qreqorovius ona görə Sibillanın keçmişiylə 

bu qədər yaxından maraqlanır ki, Sibilla hamını harasa aparan mütləq ölümdən bir azca az ölsün, 

o ölümdən ki, zamanın özüylə apardığı müəmmadır; o, Sibillanı özünün you so beautiful but you 

gotta zamanına  yerləşdirmək, yerləşdirib sevmək istəyir, ancaq yaşıl şamların işığında saçlarını 

sığallamağa qoyan xəyal kimi deyil. Zavallı Osip, gecə necə də iyrənc şəkildə başa çatır, sadəcə, 

ağılasığmazdır,  hələ  Gi-Mononun  çəkmələrini  demirəm,  but  you  gotta  die  some  day  və  zənci 

İreneo (bir azdan o, Sibillanın tam inamını qazandıqda, Sibilla ona həm Ledesmadan, həm gecə 

karnavalındakı  tiplərdən,  bir  sözlə,  bütün  Montevideo  dastanını  danışacaqdı).  Bu  zaman  Erl 

Hayns soyuq, ancaq mükəmməll şəkildə «I ain’t nobody»” kompozisiyasının ilk variasiyasını elə 

oxudu  ki,  hətta  başı  köhnə  kitablara  qarışmış  Periko  da  başını  qaldırıb  qulaq  asdı,  Sibilla  isə 

başını  Qreqoroviusun dizlərinə qoyaraq parket döşəməyə  sərilmiş türk  xalısının  bir parçasının, 

otağın ortasına doğru uzanan qırmızı zolağın, kətilin ayağının  yanındakı  boş stəkanın üzərində 

donub qaldı. Siqaret çəkmək istəyirdi, ancaq Qreqoroviusdan almaq istəmirdi, bilmir niyə, ancaq 

istəmirdi,  Horasiodan  da  istəməyəcək,  ancaq  Horasiodan  istəmədiyinin  səbəbini  bilir: 

                                                

1

 



 Бурада: мян чалырам, йяни варам. (инэ) 

1

 



 Бу свинг дейил – дцнйада беля шей йохдур. (инэ.) 

2

 



 Бурада: мягамы тут (лат.). 

3

 



 Сян чох эюзял олсан да, яъял щамы цчцн вар, 

 

  Сян чох эюзял олсан да, яъял щамы цчцн вар, 

 

  Бир аз нявазиш эюстяр, сонра гаранлыьа вар. (Тяръ. Н.Гоъабяйлининдир)  

4

 



 Cян чох эюзялсян (инэ.). Ня цчцн йашадыьымы билмядян юлмяк истямирям. (фран.) 


 

52 


Qreqoroviusa  yapışaraq  bütün  gecəni  bir  dəfə  də  olsun  ona  yaxınlaşmadığına  görə  Horasionun 

gözlərinə baxıb hələ də ironiyayla güldüyünü görmək istəmir. O nə edəcəyini bilmirdi, odur ki, 

ağlına  pafoslu  fikirlər,  onun  fikrincə  düz  hədəfə  dəyən  şeirlərdən  misralar  gəldi.  Məsələn,  bir 

tərəfdən: 

«I ain’t nobody, and nobody cares for me»

1

 



– deyə düşünsə də, qətiyyən belə deyildi, 

çünki  buradakılardan  ən  azı  ikisinin  onun  ucbatından  kefi  pozulmuşdu,  digər  tərəfdən  də 

Persdən:  «Tu  est  la,  mon  amour,  et  je  n’ai  lieu  qu’en  toi…”»(«Sən  buradasan,  sevgilim,  mən 

səndən başqa heç yerə gedə bilmərəm…») misrasını xatırladı və «mən heç yerə gedə bilmərəm» 

və «sən  buradasan, sevgilim» ifadələri onu yüngülləşdirdi, məmnunluqla düşündü ki, gözlərini 

yumub  bədənini  taleyin  ixtiyarına  verməkdən  başqa,  sadəcə  olaraq,   başqa  çıxış  yolu  yoxdur  – 

qoy  kim  istəyir  götürsün,  qoy  onu  murdarlasınlar,  ona  heyran  olsunlar,  lap  İreneo  kimi,  nə 

olursa-olsun, Haynsın musiqisi isə göz qapaqlarımızın  altında rəqs edən qırmızı  və göy  ləkələrə 

çevrilsin, sən demə, onların adı  da  varmış, Volana  və Valene, solda Volana  vəhşicəsinə fırlanır 

(«and nobody cares for me»), yuxarıda isə Pyero della  Françeskadakı kimi parlaq göyün  içində 

boğulan  ulduz  misalı  Valene  «et  je  n’ai  lieu  qu’en  toi»,  Volana  və  Valene.  Ronald  heç  vaxt 

royalda  Erl  Hayns  kimi  çala  bilməyəcək,  ancaq  onlara  Horasio  ilə  birlikdə  bu  val  lazımdır  ki, 

gecələr  oxutsunlar  və  bu  yorucu  musiqi  zəngulələrinin,  üzücü  və  əsəbi  nəvazişlərə  oxşayan 

frazaların təsiri altında bir-birini sevməyi öyrənsinlər, «I ain’t nobody»”, indisə kürəyi üstə, bax 

belə, çiyni üstə, əllər boyun ardına, barmaqlar saçlara, bir az da, bir az da və hər şey sona, finala 

doğru fırlanır, qasırğa, Valene Volanaya qovuşur,  

«tu est la,  mon amour and  nobody cares  for 

me»


2

,  Horasio  oradadır  və  o

 

(Sibilla)  heç  kəsə  lazım  deyil,  heç  kəs  onun  saçlarını  tumarlamır, 



Valene  və Volana harasa  yoxa  çıxıblar, göz qapaqları  isə ağrıyır – elə  bərk  yığılıblar ki.  Ancaq 

bu zaman Ronald nəsə dedi və qəhvə qoxusu gəldi, ah, nə gözəl qəhvə ətridir, Vonq, əziz Vonq, 

Vonq, Vonq. 

 

Sibilla  dikəldi,  gözlərini  tez-tez  qırparaq  Qreqoroviusa  baxdı,  əzgin  və  kirli 



Qreqoroviusa. Kimsə fincanı ona uzatdı. 

 

(137) 

 

17 

 

– Mən onun haqqında gedə-gedə danışmaq istəmirəm, – Sibilla dedi. 



– İstəmirsənsə, lazım deyil, – Qreqorovius dedi, – mən elə-belə soruşdum. 

                                                

1

 

 Мяним щеч кясим йохдур вя щеч кясин мянимля иши йохдур. (инэ.) 

2

 



 Сян  бурадасан, севэилим вя щеч кясин мянимля иши йохдур. (фран.) 


Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə