Бялядчи-ъядвял



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə32/175
tarix26.09.2017
ölçüsü3,92 Mb.
#1949
1   ...   28   29   30   31   32   33   34   35   ...   175

 

68 


– Bir də ki, – Sibilla dedi, – mənə elə gəlir ki, Osiplə yatmalı olacağam, ona görə ki, sən 

bunu çox istəyirsən. 

– Bu tip doğrudan da, sənin xoşuna gələ bilər?  

– Yox. Sadəcə,  həyatda  hər  şeyin əvəzini ödəmək  lazımdır. Sənin  mənə  bir qəpiyin də 

lazım  deyil,  ancaq  Osiplə  elə-belə  olmaz,  ondan  almaq,  özünü  isə  həyata  keçməyən  arzularla 

qoymaq lazımdır. 

– Əlbəttə,  – Oliveyra dedi.  – Sən  yumşaq qəlbli  samariyalısan

.

  Parkda  ağlayan  əsgərin 



yanından da keçə bilməmişdin. 

– Keçə bilmədim, Horasio. Görürsən, biz necə fərqliyik. 

–  Hə,  mərhəmətli  olmaq  mənim  məziyyətlərimə  daxıl  deyil.  Mən  də  haradasa  ağlaya 

bilərdim və o zaman sən… 

–  Heç  vaxt  səni  ağlayan  görməmişəm,  –  Sibilla  dedi.  –  Ağlamaq  səninçün  –    lazımsız 

israfçılıqdır.  

– Yox, bir dəfə ağlamışam. 

–  Hirsindən,  başqa  cür  ola  bilməz.  Sən  ağlamağı  bacarmırsan,  Horasio,  bu,  sənin 

bacarmadığın işlərdən biridir. 

Oliveyra  onu  özünə  tərəf  çəkib  dizləri  üstündə  oturtdu.  Düşündü  ki,  yəqin  Sibillanın 

qoxusu,  qızın  boynunun  ardından  gələn  qoxu  onu  belə  kədərləndirib.  Həmin  qoxuydu,  onu 

əvvəllər… «Kimisə arayıb-axtarmaq, – dumanlı şəkildə düşündü. – Əgər mənim bacarmadığım 

bir şey varsa, o da budur, bir də ki,  ağlamaq və özünə yazığı gəlmək». 

– Biz heç vaxt bir-birimizi sevməmişik, – Oliveyra onun saçlarını öpə-öpə dedi. 

–  Mənim  əvəzimdən  danışma,  –  Sibilla  gözlərini  yumub  dedi.  –  Sən  mənim  sevib-

sevmədiyimi bilə bilməzsən. Hətta bunu da bilə bilməzsən. 

– Məni bu qədər kor hesab edirsən? 

– Əksinə, bir az kor olmaq sənin xeyrinə olardı. 

–  Hə,  əlbəttə,  dərketmə  əvəzinə  toxunma,  çünki  instinkt  ağıldan  uzağa  gedir.  Qəlbin 

dərinliklərinə sehrli yol. 

– Çox xeyri olardı, – Sibilla dikəldi, o həmişə söhbətin nədən getdiyini anlamayanda belə 

edirdi, ancaq boynuna almaq istəmirdi. 

–  Bilirsən,  mən  bunsuz  da  hər  şeyi  əla  başa  düşürəm:  biz  hər  birimiz  öz  yolumuzla 

getməliyik.  Düşünürəm  ki,  mənə  tək  olmaq  lazımdır,  Lusia;  doğrusu,  hələ  nə  edəcəyimi 

bilmirəm. Rokamadurla sənə, deyəsən, oyanmaq istəyir, mən ədalətsiz yanaşıram və belə davam 

etməsini istəmirəm. 

– Mənimlə Rokamadura görə narahat olmaq lazım deyil. 



 

69 


– Mən narahat deyiləm, ancaq biz üçümüz bu otaqda bir-birimizin ayağına dolaşırıq, bu 

rahat  və  estetik  deyil.  Mən  kor  deyiləm,  əzizim,  ona  görə  də  sənin  mənsiz  də  hər  şeyin 

öhdəsindən  gələ  biləcəyini  görürəm.  Etiraf  edirəm:  mənim  rəfiqələrimdən  heç  biri  hələ  intihar 

etməyib, baxmayaraq ki, bu mənim qüruruma ölümcül zərbədir. 

– Elədir, Horasio. 

– Beləliklə, əgər mən bütün qəhrəmanlığımı səfərbər edib bu axşam, ya da sabah səhər 

onu göstərə bilsəm, burada sizə qorxulu heç bir şey olmayacaq. 

– Heç bir şey, – Sibilla dedi. 

–  Sən  uşağı  yenidən  madam  İrenin  yanına  aparacaqsan,  sonra  isə  qayıdıb  rahat 

yaşayacaqsan. 

– Düz tapmısan. 

–  Əvvəlki  kimi  tez-tez  kinoya  gedəcək,  roman  oxuyacaq,  həyatını  riskə  ataraq  ən  pis 

vaxtlarda, ən pis, ən pozğun məhəllələrdə gəzəcəksən. 

– Elədir ki, var. 

–  Küçələrdən  bir  yığın  əcaib  şey tapıb evə gətircək, onlardan  nəsə qayıracaqsan. Vonq 

sənə fokus öyrədəcək, Osipsə quyruğunda sürünəcək, iki metrliyində quyruq bulayacaq.  

– Sən allah bəsdir, Horasio, – Sibilla dedi və onu qucaqlayıb üzünü gizlətdi. 

–  Təbii  ki,  biz  ən  qəribə  yerlərdə  sirli-müəmmalı  şəkildə  bir-birimizə  rast  gələcəyik,  o 

axşamkı kimi, yadındadır, Bastiliyada. 

– Daval küçəsində. 

– Mən ayaq üstə dura bilmirdim və birdən sən tində peyda oldun; biz dayanıb səfeh-səfeh 

bir-birimizə baxdıq. 

– Mənə elə gəldi ki, sən o axşam konsertə gedirsən. 

– Sənsə, əzizim, mənə dedin ki, axşam madam Leoni ilə görüşün var. 

– Daval küçəsində görüşməyimiz necə də maraqlıydı. 

– Sənin əynində yaşıl rəngdə pulover vardı, tində dayanıb bir pederastı sakitləşdirirdin. 

– Onu boynunun ardından tutub kafedən bayıra atdılar və o ağladı. 

– Bir dəfə də, yadımdadır, Jemmapda, sahilə yaxın bir yerdə görüşdük. 

– Yaman istiydi, – Sibilla dedi. 

– Sən mənə hələ də Jemmapda nə axtardığını deməmisən. 

– Heç bir şey. 

– Ovcunda dəmir pul tutmuşdun.  

– Səkinin kənarından tapmışdım, elə parıldayırdı ki. 

– Sonra biz Respublika meydanına getdik, orada küçə akrobatları çıxış edirdilər və biz bir 

qutu konfet udduq. 



 

70 


– Dəhşətli konfetlər idi. 

– Bir dəfə də mən Muton-Düvernedə metrodan çıxdım, sənsə, əzizim, kafenin eyvanında 

zəncilərin və filippinlilərin əhatəsində oturmuşdun. 

– Sən də Muton-Düvernedə nə itirib-axtardığını mənə demədin. 

– Qabarçının yanına getmişdim, – Oliveyra dedi.  – Onun qəbul otağı qırmızı-bənövşəyi 

divar  kağızlarıyla  üzlənib  və  bu  fonda  qondollar,  palmalar,  ay  işığında  cütlüklər  əks  olunub. 

Təsəvvür elə ki, bütün bunlar səkkizin on ikiyə ölçüsündə min dəfə təkrarlanır. 

– Sən də qabara görə deyil, bununçün getmişdin. 

–  Məndə  qabar  yoxdur,  əzizim,  ayağımın  altfnda  qorxunc  şiş  var.  Deyəsən, 

avitaminozdur. 

– O, səni sağaltdı? – Sibilla başını qaldırıb diqqətlə ona baxaraq soruşdu. 

İlk qəhqəhənin birdən partlaması Rokamaduru oyatdı, o ciyildəməyə başladı. Oliveyra ah 

çəkdi,  indi  hər şey  yenidən  başlayacaq,  bir  müddət o, yalnız  beşiyin üzərinə əyilmiş Sibillanın 

kürəyinə  və  vurnuxan  əllərinə  baxmaqla  kifayətlənəcək.  O,  mateyə  girişdi,  siqaret  çıxartdı. 

Düşünmək  istəmirdi.  Sibilla  çıxıb  əllərini  yudu  və  geri  qayıtdı.  Onlar  demək  olar  ki  bir-birinə 

baxmadan  iki-üç fincan mate içdilər. 

– Yaxşıdır ki, – Oliveyra dedi, – bütün bunların içində biz teatr da çıxarırıq. Mənə belə 

baxma, bir az düşünsən, nə dediyimi başa düşəcəksən. 

– Mən başa düşürəm, – Sibilla dedi. – Sənə də buna görə elə baxmıram. 

– Ax, deməli, sən… 

– Hə, ancaq lap az. Yaxşısı budur, bu barədə danışmayaq. 

– Haqlısan. Yaxşı, gedim bir az gəzim gəlim. 

– Qayıtma, – Sibilla dedi.  

–  Gəl  milçəkdən  fil  düzəltməyək,  –  Oliveyra  dedi.  –  Səncə,    mən  harada  yatmalıyam? 

Qordi  düyünü,  əlbəttə,  düyündür,  ancaq  bayırda  küləkdir,  temperatur  da  mənfi  beş  dərəcəni 

göstərir. 

–  Qayıtmasan  yaxşıdır,  Horasio,  –  Sibilla  dedi.  –  İndi  bunu  sənə  demək  mənə  asandır. 

Başa düş. 

–  Bir  sözlə,  –  Oliveyra  dedi,  –  belə  çıxır  ki,  biz  bir-birimizi  savoir  faire

1

  münasibətilə 



təbrik etməyə tələsirik.  

– Sənə yazığım gəlir, Horasio. 

– Hə, belə de. Ehtiyatlı ol. 

–  Sən  ki  bilirsən,  hərdən  mən  görürəm.  Tamamilə  aydın  görürəm.  Təsəvvür  elə  ki,  bir 

saat əvvəl mənə elə gəlirdi ki, ən yaxşısı gedib özümü çaya atmaqdır. 

                                                

1

 

 Бурада:  ишин асан баша чатмасы (фран.) 



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə