Бялядчи-ъядвял



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə31/175
tarix26.09.2017
ölçüsü3,92 Mb.
#1949
1   ...   27   28   29   30   31   32   33   34   ...   175

 

65 


– Yaxşı,  yaxşı,  – Oliveyra darıxmağa  başladı  və  təzə mateni ona uzatdı.  –  Yəqin, uşaq 

sənə bu cür təsir edir. Artıq bir neçə gündür ki, sən ana deyilən bir şey olmusan. 

– Axı Rokamadur xəstədir. 

–  Ola  bilər,  –  Oliveyra  dedi.  –  Ancaq  nə  etmək  olar,  şəxsən  mən  başqa  dəyişikliklər 

görürəm. Doğrusu, biz artıq bir-birimizi çəkə bilmirik. 

– Sən məni çəkə bilmirsən, Rokamaduru da gözün götürmür. 

– Doğru sözə nə deyəsən, uşaq mənim planlarıma daxil deyildi. Bir otaqda üç nəfər – bir 

az çoxdur. Osiplə birlikdə dörd nəfər olacağımızı düşünmək isə, dəhşətdir.   

– Osipin dəxli yoxdur. 

– Bəlkə,   yaxşı fikirləşəsən? – Oliveyra dedi. 

– Heç bir dəxli yoxdur, – Sibilla təkrar etdi. – Niyə mənə əzab verirsən, ay səfeh? Mən 

bilirəm  ki,  sən  yorulmusan  və  daha  məni  sevmirsən.  Heç  vaxt  da  sevməmisən,  sadəcə,  bunun 

sevgi olduğunu düşünmüsən. Get, Horasio,  burada qalmağın elə də vacib deyil. Bu mənimçün 

birinci dəfə deyil. 

Sibilla beşiyə baxdı, Rokamadur yatırdı. 

–  Birinci  dəfə  deyil,  –  Oliveyra  dəmi  dəyişərək  dedi.  –  Şəxsi  məsələlərlə  bağlı  şok 

açıqlamadır. Osip təsdiq edər. Adam səninlə tanış olmamış zəncinin əhvalatını eşidir. 

– Mən bunu danışmalıydım, sən belə şeyləri başa düşməzsən. 

– Başa düşə bilmərəm, ancaq ölə bilərəm.  

–  Mənə  elə  gəlir  ki,  bu,  səni  öldürsə  belə,  danışmalıyam.  Belə  olmalıdır,  insan  sevdiyi 

adama  öz  həyatı  haqqında  danışmalıdır.  Mən  səni  deyirəm,  Osipi  yox.  Sən  də  mənə  öz 

rəfiqələrin  barədə  danışa  bilərsən,  danışmaya  da  bilərsən,  ancaq  mən  hər  şeyi  danışmalıydım. 

Bu,  sevdiyin  insanın  başqasına  vurulmazdan  öncə  çıxıb  getməsi  üçün  yeganə  üsuldur,  onun 

qapıdan çıxıb bizi rahat buraxması üçün yeganə üsul. 

– Üsul bəraət qazana bilər, hələ baxsan, rəğbət də. Əvvəlcə  zəncidən başla.  

– Hə, – Sibilla düz onun gözlərinə baxaraq dedi. – Əvvəlcə zənci, sonra isə Ledesma. 

– Əlbəttə ki, sonra Ledesma. 

– Bir də karnaval vaxtı gecə tindəki üç nəfər. 

– Başlanğıc üçün, – Oliveyra mateni uzadaraq dedi.  

– Bir də otel sahibinin qardaşı müsyö Visent. 

– Axırda. 

– Bir də parkda ağlayan əsgər. 

– Bu da varmış. 

– Bir də ki, sən. 




 

66 


– Axırda mənim də siyahıya salınmağım qaranlıq fikirlərimi təsdiq edir. Amma siyahının 

tam olması üçün gərək Qreqoroviusu da ora salaydın. 

Sibilla  borucuqla  mateni  qarışdırırdı.  O,  başını  aşağı  salladı  və  saçları  tökülərək 

Oliveyranın süni etinasızlıqla, lakin diqqətlə baxdığı  üzünü gizlətdi. 

Sonra sən aptekçiylə dostlaşmısan, 

Ardınca iksini də fırlatmısan… 

Oliveyra  tanqo  oxuyurdu.  Sibilla  yalnız  çiyinlərini  çəkir  və  ona  baxmadan  mateni 

sormaqda  davam  edirdi.  «Yazıq»,  –  Oliveyra  düşündü.  Sonra  qaba  hərəkətlə  qızın  saçlarını 

alnından geriyə atdı, elə bil, pərdə çəkirdi. Borucuq dişlərinə dəyib qıcırdadı.  

–  Elə  bil,  vurdun,  –  Sibilla  titrəyən  barmaqlarıyla  dodaqlarına  toxunaraq  dedi.  – 

Mənimçün fərqi yoxdur, ancaq… 

– Xoşbəxtlikdən bu belə deyil, – Oliveyra dedi. – Əgər indi sən mənə  belə baxmasaydın, 

səndən zəhləm gedərdi. Sən, sadəcə, möcüzəsən, öz Rokamadurun və başqa şeylərinlə. 

– Bunu mənə niyə deyirsən? 

– Mənə belə lazımdır. 

– Sənə lazımdır. Sən həmişə özünə lazım olanları axtarırsan. 

– Əzizim,  – Oliveyra  nəzakətlə dedi,  – göz  yaşları  matenin dadını  korlayır,  bunu  hamı 

bilir.  


– Mənim ağlamağım da yəqin sənə lazımdır. 

– Hə, özümü günahkar saydığım dərəcədə. 

– Çıx get, Horasio, belə daha yaxşıdır. 

– Ola bilər. Diqqət et:  indi getmək – demək olar ki, qəhrəmanlıqdır, çünki səni pulsuz-

parasız, xəstə uşaqla tək qoyub gedirəm. 

–  Hə,  –  Sibilla  göz  yaşları  içində  ümidsizcəsinə  dedi.  –  Elədir,  demək  olar  ki, 

qəhrəmanlıqdır. 

–  Ancaq  mən  qətiyyən  qəhrəman  deyiləm,  ona  görə  də  hesab  edirəm  ki,  hər  şey 

aydınlaşana  qədər  qalsam  yaxşı  olar,  görək  mənim  bəlağətli  danışmağı  sevən  qardaşım  nə 

deyəcək.  

– Qalırsan, qal. 

– Bəs sən nəyə görə bu qəhrəmanlıqdan imtina etdiyimi və bunun mənə nəyin bahasına 

başa gəldiyini başa düşürsən? 

– Əlbəttə. 

– Onda de görüm niyə getmirəm. 

– Ona görə getmirsən ki, yetərincə burjuysan və düşünürsən ki, getsən, Ronald, Bəps və 

başqaları buna nə deyər. 



 

67 


– Tamamilə doğrudur. Yaxşı ki, başa düşürsən: bunun sənə qətiyyən dəxli yoxdur. Mən 

birgə  məsuliyyətə  görə  qalmıram,  sənə  acıdığımçün,  yaxud  Rokamadura  əmzik  verməkçün  də 

qalmıram. Ya da ki, guya, bizi bir-birimizə nəsə bağlayır. 

– Bəzən elə gülməli olursan ki, – Sibilla dedi. 

– Bəlkə də, – Oliveyra dedi. – Bob Houp mənimlə müqayisədə heç nədir. 

– Deyəndə ki, bizi bir-birimizə heç nə bağlamır, dodaqlarını belə edirsən… 

– Belə? 

– Hə, əladır. 

O,  ikiəlli  əsgini  götürüb  ağzını  bağladı  və  onlar  elə  qəhqəhəylə  güldülər  ki,  az  qala 

Rokamaduru  oyadacaqdılar.  Oliveyra  əsgini  dişlərində  sıxaraq  gözü  yaşaranadək  gülə-gülə 

Sibillanı saxlasa da, qız birtəhər qabaq ayaqları arxakılardan qısa olan kreslodan sürüşüb düşdü – 

istəməsən  də  düşəcəksən  –  və  gülməkdən  hıçqırdığından,  nəhayət,  əsgini  ağzından  salan 

Oliveyranın ayaqlarına dolaşdı.   

– Bir də göstər görüm, belə deyəndə dodaqlarımı necə edirəm, – Oliveyra yalvardı. 

– Bax belə, – Sibilla dedi və onlar yenidən uğunub getdilər, Oliveyra əyilib qarnını tutdu, 

bu zaman Sibillayla Oliveyra üz-üzə gəldilər, Oliveyra göz yaşlarından parıldayan gözləriylə ona 

baxırdı.  Beləcə  öpüşdülər:  qız  başıyuxarı,  o  isə  başı  aşağı,  saçları  saçaq  kimi  sallanırdı, 

öpüşərkən  dişləri  bir-birinin  dodaqlarına  toxunurdu,  çünki  dodaqlar  bir-birini  tanımırdı, 

öpüşənlər

,

  sanki



,

  başqa  ağızlar  idi,  əlləriylə  bir-birini  pırtlaşmış  saçların  və  aşmış  fincandan 

tökülən otun içində axtara-axtara öpüşürdülər, masanın üstündəki maye isə Sibillanın yubkasına 

tökülürdü. 

–  Danış  görüm,  Osip  yataqda  necədir,  –  Oliveyra  dodaqlarını  Sibillanın  dodaqlarına 

yapışdıraraq pıçıldadı. – Daha belə bacarmıram, qan başıma vurur. 

– Çox yaxşıdır, – Sibilla onun dodağını azca dişləyərək dedi. – Səndən qat-qat yaxşıdır. 

– Qulaq as, bu mate hər tərəfi batırıb. Gedim küçədə bir az gəzişim.  

– İstəmirsən sənə Osipdən danışım? – Sibilla soruşdu. – Quqquluquda, quş dilində. 

–  Bu  quqquluqu  lap  zəhləmi  tökdü.  Sənin  xəyal  gücün  zəifdir,  elə  hey  eyni  sözləri 

təkrarlayırsan. Bundan başqa, quqquluquda «o ki qaldı» demək mümkün deyil. 

–  Quqquluqunu  mən  özüm  fikirləşib  tapmışam,  –  Sibilla  incik  tərzdə  dedi.  –  Sənsə  bir 

söz uydurur və özündənmüştəbehlik edirsən, ancaq bu əsl quqquluqu deyil. 

– Gəl Osipə qayıdaq… 

–  Bəsdir  səfehlik  elədin,  Horasio,  sənə  deyirəm  ki,  onunla  yatmamışam.  Yoxsa  mən 

müqəddəslərə and içməliyəm. 

– Lazım deyil, deyəsən, axırda sənə elə-belə də inanmalı olacağam. 



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə