Бялядчи-ъядвял



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə30/175
tarix26.09.2017
ölçüsü3,92 Mb.
#1949
1   ...   26   27   28   29   30   31   32   33   ...   175

 

63 


anlayışları  tətbiq  etməyə  səy  göstərməmişdi.  «Bəlkə  də,  mate  dolu  bu  fincan  mənə  mərkəzi 

tapmağa kömək edə bilər, – Oliveyra düşündü (və Sibillanın Osiplə bərabər olması fikri getdikcə 

daha  da  durulur,  sərtliyini  itirir,  bu  dəqiqələrdə  güclənərək  köpüklü  krateri  olan  kiçik  qaynar 

vulkan kimi otağın soyuq –sobanı nə qədər qalasan da soyuq idi, saat doqquzdan qalamaq lazım 

idi –  havasında əriyən buxarıyla yaşıl fincanın qabağını kəsirdi).  – Bu mərkəz isə, hərçənd mən 

bunun  nə  olduğunu  bilmirəm,  görəsən,  bu  mərkəz  bütövlüyü  topoqrafik  şəkildə  ifadə  edə 

bilməz?  Bax,  mən  plitə  döşəməsi  olan  böyük  otaqda  gəzirəm  və  döşəmənin  plitələrindən  biri 

perspektivin nizamlanması üçün üzərində durulması zəruri olan yeganə düzgün nöqtədir. Düzgün 

nöqtə, – Oliveyra sözün söz xətrinə deyilmədiyinə bir daha əmin olmaq üçün özünü lağa qoyaraq 

dedi. Anamorf təsvirdə düzgün baxış bucağı tapmaq kimi (bəla yalnız burasındadır ki, bu bucaq 



çox  iti  olur  və  bu  zaman  mənasız  yaxmanın  və  cizginin  I  Fransiskonun  portretinə,  yaxud 

Senniqaliya döyüşünə çevrilməsi üçün kətanın üzəriylə, demək olar ki, burnunla sürünmək lazım 

gəlir  –    bir  sözlə,  son  dərəcə  gözəl  bir  şey  alınır)».  Lakin  bu  bütövlük  həyatı  müəyyən  edən 

hərəkətlərin  cəmidir,  həyatın  özü  içilib  qurtarmış  mate  kimi  başa  çatmayınca  heç  cür  ortalığa 

çıxmaq istəmir, başqa sözlə, yalnız başqa adamlar, bioqraflar onu tam bütövlüyü ilə görə bilirlər, 

ancaq  bunun  Oliveyra  üçün  artıq  zərrə  qədər  mənası  yoxdur.  Problem  hətta  qəhrəman, 

müqəddəs,  cinayətkar,  boks  üzrə  çempion,  məşhur  adam  və  ya  dini  rəhbər  olmadan  öz 

bütövlüyünü  anlamaqdadır.  Bütövlüyü  onun  bütün  çoxcəhətliliyi  ilə,  eyni  zamanda  çökmüş, 

soyumuş, içilib qurtarmış mate kimi deyil, coşub-qaynayan girdab kimi anlamaq lazımdır. 

– Ona aspirinin dörddə birini verəcəyəm, – Sibilla dedi. 

–  Əgər  onu  udmağa  məcbur  edə  bilsən,  hesab  et  ki,  Ambruaz  Paredən  üstünsən,  – 

Oliveyra dedi. – Gəl mate iç, təzə dəmləmişəm. 

Söhbət  bütövlükdən  düşəndə  ona  elə  gəldi  ki,  çox  asanca  ən  murdar  tələyə  düşəcək. 

Otuzuncu illərdə hələ tələbəykən Vyamont küçəsində o bildi ki, saysız-hesabsız adam tamamilə 

sərbəst  şəkildə  özünü  bütöv  şəxsiyyət  sayır,  halbuki  onların  bütövlüyü  ondan  ibarət  idi  ki,  bu 

adamlar öz ana dillərinin çərçivəsindən və erkən skleroz nəticəsində zədələnmiş xarakterlərindən 

kənara  çıxa  bilmirlər.  Bu  adamlar  dərindən  öyrənilməmiş  böyük  bir  prinsip  sistemi  ortaya 

qoyurdular ki, bunun da əsasında sözlərin ifadə olunması, güclü, itələyən,  əksinə, cəlb edən hər 

şeyin verbal ifadəsi dururdu. Həqiqətdə isə bütün bunların həyasızcasına sıxışdırılması və verbal 

korrelyatlarla  əvəz  olunmasından  söhbət  gedirdi.  Beləliklə,  borc,  mənəviyyat,  mənəviyyatın 

yoxluğu  və  mənəviyyatsızlıq,  ədalət,  mərhəmət,  Avropa  və  Amerika,  gecə  və  gündüz,  ər-

arvadlar, nişanlılar və rəfiqələr, ordu və bank, bayraq və qızıl, mücərrəd sənət və Monte-Kaseros 

döyüşü bir növ bizim dişlərimizə və saçlarımıza çevrilir, hansısa bəd bir xəbərə dönür, nə sərf, 

nə də dərk olunur, çünki bu belədir, çünki bunlar bizi tamamlayan və möhkəmləndirən ayrılmaz 

hissələrimizdir.  Sözün  insana  tətbiq  etdiyi  zorakılıq  fikri,  öz  yaradıcısından  aldığı  təkəbbürlü 



 

64 


intiqam  Oliveyranın  düşüncələrini  acı  ümidsizliklə  doldurdu.  O  isə  qəddar  düşmənin  yanına 

qaçıb ondan kömək ummaq və onun vasitəsilə azad ola biləcəyi yerə getmək istəyirdi ki, bəlkə,   

sonrasını tək getsin – necə və nə cür, aydın gecədə, yoxsa tutqun gündüzdə? – öz-özü və mövcud 

olduğu gerçəkliklə son barışığa. Sözdən istifadə etmədən sözə gəlmək (bu necə də uzaq, necə də 

inanılmazdır),  ağlın  gücündən  istifadə  etmədən  bütövlüyün  dərinliyinə  enmək  –  mate  içmək, 

Rokamadurun  çılpaq  yanına  baxmaq,  Sibillanın  Rokamaduru  çığırda-çığırda  pambıq  tamponu 

sıxaraq onun arxasına soxan barmaqlarına  tamaşa etmək kimi ilk baxışda sadə görünən şeylərin 

mahiyyətini açardı. Rokamadurun isə arxasına nəsə soxulmasından heç xoşu gəlmirdi. 

 

(– 90) 

 

20 

 

– Mən elə belə də bilirdim ki, sən axır bir gün Osiplə yatacaqsan, – Oliveyra dedi. 



Sibilla artıq o qədər də bərk qışqırmayan oğlunu bələyib əllərini pambıqla sildi. 

– Sən allah, əllərini əməlli-başlı yu, – Oliveyra dedi. – Bu zir-zibili də at getsin. 

–  Bu  dəqiqə,  –  Sibilla  dedi.  Oliveyra  onun  baxışlarını  tutdu  (buna  çox  vaxt  çətinliklə 

müəvəffəq olurdu). Sibilla isə bir qəzet götürüb çarpayının üzərinə sərdi, pambıq piltələri yığıb 

qəzetə  bükdü,  sonra  isə  onu  atmaq  üçün  otaqdan  çıxdı.  Qayıdanda  onun  qızarmış  əlləri 

parıldayırdı; Oliveyra mateni ona uzatdı. Sibilla alçaq kresloya çöküb səylə fincandan yapışdı. O 

həmişə  mateni  korlayırdı,  borucuğu  boş  yerə  fırladır,  hətta  mateni  onunla  qarışdırırdı,  elə  bil, 

sıyıq qarışdırırdı. 

–  Yaxşı,  –  Oliveyra  tüstünü  burnundan  çıxararaq  dedi.  –  Heç  olmasa  mənə  xəbər 

verəydiniz. İndi əşyaları başqa mənzilə daşımaqçün taksiyə altı yüz frank verməli olacağıq. İlin 

bu vaxtında otaq tapmaq da elə asan deyil.  

– Sənin getməyin vacib deyil, – Sibilla dedi. – Bunlar hamısı uydurmadır. 

–  Uydurmadır,  –  Oliveyra  dedi.  –  Əcəb  sözdür,  lap  ən  yaxşı  Argentina  romanlarındakı 

kimi.  Qalır  yalnız  mənim  misli  görünməyən  gülünc  durumuma  qunduz  ürəkdən  qəhqəhə 

çəkmək, bir də şlyapa. 

–  Daha ağlamır, Sibilla beşiyə baxıb dedi.  – Gəl yavaş danışaq, aspirindən sonra xeyli 

yatmalıdır. Bir də ki, mən Qreqoroviusla qətiyyən yatmamışam. 

– Yatmısan. 

–  Yatmamışam,  Horasio.  Yoxsa  gizlətməzdim.  Səni  tanıyandan  mənimçün  yeganə  kişi 

olmusan. İstəsən, mənim sözlərimə gülə də bilərsən. Mən başqa cür danışa bilmirəm. Hisslərimi 

ifadə edə bilmədiyimçün günahkar deyiləm. 



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə