82
Trepanın keçmiş tələbəsidir, Aliks Aliksin «Pavana»sı isə təvazökarlıq edərək təxəllüs arxasında
gizlənən görkəmli ordu zabitinin əsəridir və hər iki əsərdə müasir musiqi elementlərindən
istifadə olunmuşdur. O ki qaldı «Sintez: Delib – Sen-Sans»a (burada qoca nəşəylə bəbəklərini
fırlatdı), bu əsər müasir musiqi sahəsində ən böyük yeniliklərdən biridir və onun müəllifi madam
Trepa bu novasiyanı «dahiyanə sinkretizm» kimi xarakterizə etmişdir. Bu qiymətləndirmə
musiqi dühaları Delib və Sen-Sansın kosmosa, interfuziyaya və interfoniyaya cəzb etmələri,
madam Trepanın dahiyanə intuisiyası olmasaydı, heç vaxt ali və sintetik yaradıcılığa yiyələnə
bilməyəcək individualizmin Qərb üçün xarakterik olan sarsıdıcı üstünlüyü qədər ədalətlidir.
Doğrudan da, onun qeyri-adi hissiyyatı, adətən, dinləyicilərin diqqətindən yayınan incəlikləri
tutur və bununla da o, Fransanın iki böyük oğlunun üzərində görüşə biləcəyi mediumik körpü
olmaq kimi xoşməramlı, lakin ağır bir missiyanın altına girirdi. Qeyd etmək lazımdır ki, madam
Trepa musiqi sahəsi ilə yanaşı pedoqoji fəaliyyət də göstərirdi, tezliklə o, öz yaradıcığının gümüş
toyunu qeyd edəcəkdi. Natiq öz qısa giriş nitqində madam Trepanın bundan sonrakı musiqi
yaradıcılığının dərinliklərinə nüfuz etməyə risk etmədi, çünki publika, görünür, deyilənləri təhlil
edərək konsertin başlamasını səbirsizliklə gözləyirdi. Hər halda, Roz Bob və madam Trepanın
əsərlərini ilk dəfə dinləyənlərin başa düşməsi üçün ipucu verərkən onların estetikasını qısa
şəkildə antistruktur konstruksiyalarla izah etmək olardı, başqa sözlərlə, söhbət əlahiddə səs
xanalarından, əsərin ümumi ideyası ilə bağlı klassik, dodekafonik və atonal musiqi
kanonlarından tamamilə azad olan təmiz təbdən gedir (sonuncu iki tərifi xüsusi vurğulayaraq
təkrar etdi). Məsələn, madam Trepanın sevimli tələbəsi Roz Bobun «Üç qeyri-müntəzəm
hərəkət» əsəri olduqca bərkdən çırpılmış qapının musiqiçinin sənətkar ruhunda oyatdığı
təəssüratdan yaranmışdır və hərəkətin birinci hissəsini təşkil edən otuz iki akkord həmin qapı
zərbinin əks-sədasıdır; əgər auditoriya bu qədər mədəni olmasaydı, natiq «Sintez»in əsasını
təşkil edən kompozisiya texnikasının ən primitiv və ezoterik güclərə yaxın olduğu sirrini
açmazdı. O heç vaxt sintezin fazalarından birinin yaradılması zamanı bəxtinə düşən böyük və
şərəfli anları yaddan çıxarmaz – o zaman o, hər iki böyük sənətkarın
partiturasına
8
rabdomanik
kəfkirlərin tətbiq olunmasında madam Trepaya kömək edibmiş (madam Trepanın olduqca
orijinal bədii intuisiyasının kəfkirə təsirini təsdiq edən passajların seçilməsi üçün). Deyilənlərə
çox şey əlavə etmək olardı, ancaq natiq fransız ruhunun mayaklarından biri və geniş publikaya
məlum olmayan dahilik nümunəsi madam Trepanı salamladıqdan sonra getməyi özünə borc bilir.
Buxaq titrədi və qoca həyəcanından yerə-göyə sığmayaraq öskürə-öskürə soffitlərin
arxasında qeyb oldu. İyirmi cüt əl seyrək şəkildə şappıldadı, bir-birinin ardınca bir neçə kibrit
alışdı və Oliveyra kürsüdə mümkün olduğu qədər gərnəşərək özünü rahat hiss etdi. Maşın vuran
qoca da, yəqin ki, indi xəstəxana çarpayısında özünü yaxşı hiss edirdi, güman ki, indi mürgü
8
Партитура – чохсясли мусиги ясяринин бцтцн ясас партийаларынын мяъмусу
83
döyürdü, şokdan sonra həmişə belə olur, insanın özünü idarə edə bilmədiyi xoşbəxt səltənət
fasiləsi və çarpayı – çarpayı deyil, Nuhun gəmisidir, özünsə, sanki, ödənişli məzuniyyətdəsən,
hər necə olursa-olsun, adət etdiyin gündəlik həyat qırılıb. «Deyəsən, ona baş çəkəcəyəm, –
Oliveyra düşündü. – Hə, onun kimsəsiz adasına soxulacağam, hamar qumuna öz ləpirlərimi
salacağam! Eh, səndən heç vaxt adam olmayacaq».
Alqışlar onu gözünü açmağa və madam Trepanın çətinliklə əyilərək publikaya təşəkkür
etdiyinə şahid olmağa məcbur etdi. Onun sifətinə hələ yaxşı baxa bilməmişdi, ancaq heç bir
yubkanın üstünü örtməyə qadir olmadığı kişi çəkmələrini görəndə quruyub qaldı. Kütburun,
kabluksuz, lentşəkilli qadın ipiylə bağlansa da, vəziyyəti zərrə qədər dəyişmirdi. Ancaq Bert
Trepanı şişman adlandırmaq olmazdı, ona olsa-olsa yekəpər demək olardı. O, yəqin ki,
radikulitdən, yaxud lümbaqodan əziyyət çəkirdi, çünki yalnız bütün bədəniylə hərəkət edə
bilirdi. Hazırda o, böyük çətinliklə əyilib təzim etdikdən sonra tamaşaçılarla üzbəüz dayanmışdı,
sonra yanpörtü dönüb özünü kətillə royalın arasına pərçim etdi və düz bucaq şəklində qatlanaraq
arxasını kətilin üzərinə basdı. Oturduğu yerdən başını sərt hərəkətlə döndərərək yenidən təzim
etsə də, artıq heç kəs əl çalmırdı. «Elə bil, yuxarıdan onu iplərlə hərəkət etdirirlər», – Oliveyra
düşündü. Marionetlər və avtomatlar onun xoşuna gəlirdi və o, dahiyanə sinkretizmdən istənilən
möcüzəni gözləyirdi. Bert Trepa bir də publikaya baxdı, onun, sanki, una bulaşmış yumru sifəti
bütün günahları canına hopmuş, zəhərli quşüzümü rəngində qırmızı ağzına isə Misir qayığı
uzanmışdı. Budur, o, yenə də profildən görünür, tutuquşu dimdiyinə oxşayan kiçik burunun
yanlarındakı gözlər klavişlərə zilləndi, əllər klaviaturanın üzərində do-dan si-yədək gəzdi,
yumşaq maral dərisindən olan iki əl çantasıyla birlikdə. Üç qeyri-müntəzəm hərəkətdən
birincisinin otuz iki akkordu səsləndi. Birinciylə ikinci akkordun arası beş, ikinciylə üçüncü
akkordun arası isə on beş saniyə çəkdi. On beşinci akkordda Roz Bobun iyirmi beş saniyəlik
pauzası verildi. Əvvəlcə Roz Bobun vebernsayağı pauzalardan asanlıqla istifadə etdiyini
qiymətləndirən Oliveyra çox keçmədən bu zəhlətökən təkrarlamalardan bezikdi. Yeddinci və
səkkizinci akkordların arasında zalda öskürmələr başladı, on ikinci və on üçüncü arasında kimsə
ürəkdən bir kibrit çəkdi, on dördüncü və on beşinci akkordlar arasında artıq gənc sarışın qızın
ağzından
«Ah, merde, alors!»
1
nidası qopduğu aydınca eşidildi. İyirminci akkorddan sonra
qaxsımış qalıq qız nümunəsi olan ən yaşlı xanımlardan biri çətirindən yapışıb nəsə deməkçün
ağzını açmışdı ki, iyirmi birinci akkord nəzakətlə onun səsini batırdı. Oliveyra əylənərək Bert
Trepaya baxdı və onun gözünün ucuyla zalı müşahidə etdiyindən şübhələndi. Trepanın
qarmaqşəkilli xırda burnunun üzərində güclə sezilən gözlərinin uclarında solğun mavi parıltı
işarırdı, Oliveyraya elə gəldi ki, uğursuz pianoçu satılmış biletlərin hesabını aparır. İyirmi
üçüncü akkordda başının ortası keçəl cənab qəzəblənmiş halda ayağa qalxdı, fısıldadı, fınxırdı və
1
Бурада: лап зибилдир ки! (фран.)