Бялядчи-ъядвял



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə40/175
tarix26.09.2017
ölçüsü3,92 Mb.
#1949
1   ...   36   37   38   39   40   41   42   43   ...   175

 

86 


etdirərək oturub qulaq asdıqları parterə çəpəki nəzər yetirirdi; 

«Le Rouet d’Omphale»

1

dən dörd 



taktın ardınca 

«Les Filles de Cadix»

2

in

 dörd taktı gəldi, sonra isə sol əl 



«Mon coeur s’ouvre a ta 

voix»


3

in

  leytmotivini çaldı, sağ əl də  mövzuya  “Lakme”dən zınqırovla cavab verdi, daha  sonra 



isə hər iki əl 

«Danse Macabre»

4

 və «Kopellin» çaldı. Əgər proqrama inansaq, 



“Hymne a Victor 

Hugo»


5

«Jean  de  Nivelle»



6

  və 


«Sur  les  bords  du  Nill»

7

dən



  götürülmüş  digər  mövzular  daha 

məşhur  əsərlərlə  bədii  şəkildə  sintez  edildiyindən  bu  sinkretik  həftəbecər,  guya,  daha  asan 

anlaşılırdı,  ona  görə  də  mülayim  cənab  yavaş-yavaş  qımışmağa  başlamışdı,  ancaq  tərbiyəli 

şəxslərə xas şəkildə əlcəklərini ağzına tutaraq bunu gizlətməyə çalışırdı. Oliveyra onun buna tam 

haqqı olmasıyla razılaşdı – ondan susmasını tələb etmək olmazdı, çox güman ki, Bert Trepa da 

bundan  şübhələnmişdi,  çünki  tez-tez  saxta  notları  götürür  və  guya,  qolları  yorulduğundan 

yumurta  üstündə  yatmış  toyuq  kimi  dirsəklərini  yuxarı  qaldıraraq  onları  çırpırdı. 

«

Mon  Coeur 



s’ouyre  a  ta  voix”»,  yenə 

«Ou  va  la  jeune  hindoue?”»

8

,

  sonra  iki  sinkretik  akkord,  yarımçıq 



arpecio,  

«

Les  Filles de Cadix», hıçqırığa bənzəyən tra-lya-lya-lya, Pyer Bulez üslubunda (əcəb 



sürprizdir!) bir neçə interval və mülayim cənab inildəyərək və əlcəklərini ağzına tutaraq zaldan 

bayıra qaçdı. Elə bu vaxt Bert Trepa klaviaturanın üzərinə əyilib əllərini aşağı saldı və uzun bir 

saniyə  keçdi,  bitməz  və  tükənməz  bir  saniyə,  zalda  təkbətək  qalan  hər  ikisi  üçün  –  həm  Bert 

Trepa, həm də Oliveyra üçün son dərəcə uzun bir saniyə. 

– Əhsən, – alqışların yersiz olduğunu başa düşən Oliveyra dedi. – Afərin, madam. 

Bert Trepa  yerindən  qalxmadan  kətilin  üzərində  fırlandı  və  birinci  oktavanın  lya  dilinə 

dirsəkləndi. Onlar bir-birinə baxdılar. Oliveyra qalxıb səhnəyə yaxınlaşdı. 

– Çox maraqlı idi, – o dedi. – İnanın, madam, mən sizin ifanızı böyük maraqla dinlədim. 

A köpəkoğlu! 

Bert  Trepa  boş  zala  baxdı.  Göz  qapaqlarının  biri  səyriyirdi.  Deyəsən,  nəsə  soruşmaq 

istəyirdi, nəyisə gözləyirdi. Oliveyra hiss etdi ki, nəsə deməlidir. 

–  Heç  kəs  bilməsə  də,  sizə  yaxşı  məlumdur  ki,  snobizm  publikaya  əsl  artisti  başa 

düşməyə mane olur. Mən bilirəm ki, əslində, siz özünüzçün çalırdınız. 

–  Özüm  üçün,  –  Bert  Trepa  qeyri-adi  dərəcədə  konserti  açan  cənabın  səsinə  oxşayan 

tutuquşu səsiylə təkrar etdi. 

– Başqa kiminçün ola  bilər ki?  – Oliveyra davam etdi  və sanki

,

  yuxudaymış  kimi  cəld 



səhnəyə dırmaşdı. – Nitsşe demişkən, əsl sənətkar yalnız ulduzlarla danışar. 

                                                

1

 

 «Омфаланын эящряси» (фран.) 

2

 



 «Кадисли гыз» (фран.) 

3

 



 Цряйим сянин гаршында ачылды (фран.) 

4

 



 «Юлцм рягсляри» (фран.) 

5

 



 «Виктор Щцгонун щимни» (фран.) 

6

 



 «Жанна де Нивел» (фран.) 

7

 



 «Нил сащилляриндя» (фанр.) 

8

 



 Эянъ щиндли гыз щара эедир? (фанр.) 


 

87 


– Bağışlayın, siz kimsiniz? – Bert Trepa birdən onu gördü. 

–  Bilirsinizmi,  mənə  çox  maraqlıdır…  –  O  istənilən  qədər  naqqallıq  edə  bilərdi,  bu 

onunçün  asan  bir  şey  idi.  Sadəcə,  qadının  yanında  bir  az  da  olmaq  lazım  idi,  bunu  izah  edə 

bilməzdi, ancaq hiss edirdi ki, lazımdır. 

Bert  Trepa  hələ  də  fikri  ala  dağda  qulaq  asırdı.  Sonra  güc-bəlayla  ayağa  qalxdı,  zala, 

soffitlərə baxdı. 

– Hə, – o dedi. – Gecdir, evə getmək lazımdır. – O, bu sözləri özünə dedi və elə dedi ki, 

sanki, söhbət cəzadan, ya da bunabənzər bir şeydən gedirdi. 

– Mənə sizinlə bircə dəqiqə də birlikdə olmağa icazə verərsiniz? – Oliveyra təzim edərək 

dedi. – Əlbəttə, əgər sizi qarderobda, ya da qapıda gözləyən yoxdursa. 

– Yəqin ki, heç kəs gözləmir. Valentin giriş nitqindən dərhal sonra getdi. Giriş nitqi sizin 

xoşunuza gəldi? 

–  Maraqlıydı,  –  Oliveyra,  həqiqətən,  yuxuda  olduğuna  və  yuxusunun  davam  etməsini 

istədiyinə daha çox inanaraq dedi. 

– Valentin bundan da yaxşı bacarır,  – Bert Trepa dedi. – Ancaq, məncə, iyrənc hərəkət 

etdi… hə, iyrənc… məni lazımsız əsgi kimi atıb getdi. 

– O, siz və yaradıcılığınız haqqında elə fərəhlə danışırdı ki. 

– Beş yüz franka o, iylənmiş balıq haqqında da fəxrlə danışa bilər. Beş yüz frank! – Bert 

Trepa fikrə dalaraq təkrar etdi.  

«Mən axmaq kimi görünürəm», – Oliveyra düşündü. Elə indicə sağollaşıb parterə düşsə, 

pianoçu qadın yəqin ki, onun təklifini unudacaq. Ancaq qadın yenə ona baxdı və Oliveyra Bert 

Trepanın ağladığını gördü. 

–  Valentin  yaramazın  biridir.  Onlar  hamısı…  iki  yüzdən  çox  adam  vardı,  siz  də 

gördünüz, iki yüzdən çox. Birinci dəfə üçün bu, qeyri-adi bir şeydir, elə deyil? Bütün biletlər də 

ödənişliydi,  elə  fikirləşməyin  ki,  biz  havayı  biletlər  göndərmişik.  İki  yüzdən  çox  adam  vardı, 

bircə siz qalmısınız, Valentin də gedib, mən… 

– Bəzən boş zal əsl triumf sayılır, – nə qədər təəccüblü olsa da, Oliveyra belə dedi. 

–  Axı  onlar  niyə  getdilər?  Siz  gördünüz,  onlar  gülürdülər?  İki  yüzdən  çox  adam  vardı, 

sizə deyirəm, onların arasında  məşhur adamlar da vardı, mən buna əminəm, mən zalda madam 

de  Roşu,  doktor  Lakuranı,  skripkaçı  Montelyeni,  bu  yaxınlarda  Qran-pri  alan  professoru 

gördüm… Mənə elə gəlir ki,  «Pavana» onların  xoşuna gəlmədi, ona görə də getdilər, siz  necə 

düşünürsünüz?  Axı  onlar  mənim  «Sintez»imə  qədər  getmişdilər,  elədir  ki,  var,  mən  özüm 

gördüm. 

– Əlbəttə, – Oliveyra dedi. – Qeyd etməliyəm ki, «Pavana»… 




Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə