91
toxundular, xüsusən də gənclərin lovğa və qabiliyyətsiz, publikanın sağalmaz snobizm
xəstəliyinə tutulmasından danışdılar. Bu zaman Sen-Jermendə, yaxud bifşteksin keyfiyyətli və
münasib qiymətə satıldığı yeganə yer olan Büsi küçəsində neçəyə olduğunu da müzakirə etdilər.
Bert Trepa nəzakətlə iki-üç dəfə Oliveyranın nə işlə məşğul olduğu, gələcəyə olan ümidləri, ən
başlıcası isə hansı uğursuzluqlara düçar olduğu barədə soruşsa da, o cavab verməyə macal
tapmamış düşüncələri yenidən Valentinin anlaşılmaz şəkildə yoxa çıxmasına, Aliks Aliksin
«Pavana»sını ifa etməyin səhv olduğuna, bunu Valentinin xətrinə etdiyinə və bu səhvin bir daha
təkrarlanmayacağına qayıtdı. «Uşaqbaz, – Bert Trepa donquldandı və Oliveyra onun
barmaqlarının gödəkçəsinin qoluna yapışdığını hiss etdi. – Bu donuzun ucbatından mən, mənim
nəyimə lazımdır, zir-zibil çalmalı oldum, halbuki öz əsərlərim ifa olunmaqdan ötrü ölür…» O,
əynində plaş olduğundan yağışı vecinə almayaraq dayandı (Oliveyranın isə su yaxalığının
arasına dolurdu, dovşan və ya siçovul dərisindən olduğu bilinməyən yaxalığı isə azca yağış
yağan kimi heyvanxana qəfəsi kimi üfunət qoxuyurdu) və dayanıb cavab gözlədi. Oliveyra
nəzakətlə gülümsədi və onu sakitcə Mediçi küçəsinə sarı dartdı.
– Siz çox təvazökar və olduqca təmkinlisiniz, – Bert Trepa dedi. – Tez olun, özünüz
barədə danışın. Siz, yəqin ki, şairsiniz, eləmi? Bax Valentinlə biz cavan olanda… «Qürub
odaları» Merkür de Fransın uğurları kimi… Yadımdadır, Tibode indiki kimi açıqca göndərmişdi.
Valentin çarpayıya uzanıb ağlayırdı, o həmişə ağlayanda üzüqoylu çarpayıya uzanır, çox
təsirlidir.
Oliveyra çox istədi ki, üzüqoylu çarpayıya yıxılıb ağlayan Valentini təsəvvür etsin, ancaq
nə qədər çalışsa da, gözünün qabağına Valentin yox, balaca, qırmızı yengəcə oxşayan
Rokamadur gəldi: o, beşikdə üzüqoylu uzanıb ağlayır, Sibilla isə onun arxasına şam qoymaq
istəyirdi; o təslim olmurdu, qıvrılır, fırlanırdı və yançaqları daim Sibillanın bacarıqsız əllərindən
sürüşüb çıxırdı. Maşın vuran qocaya da
,
yəqin ki
,
xəstəxanada şam-zad qoymuşdular.
İnanılmazdır, şamlar necə də dəbə miniblər, bu ilin qəribə fenomenini fəlsəfi nöqteyi-nəzərdən
dəyərləndirmək lazımdır: nəcis ifraz etməklə kifayətlənməyən ikinci dəliyimizin gözlənilməz
tələbatı haradan yarandı ki, artıq aromatik, aerodinamik çəhrayı-yaşıl-ağ mərmiləri udmağı
sınaqdan çıxarır. Ancaq Bert Trepa fikrini cəmləməyə macal vermirdi, o yenidən Oliveyranın
əlindən gah bir, gah da ikiəlli tutaraq üzünü ona tərəf elə çevirdi ki, sanki
,
gənc qızdır.
Oliveyranın bu gözlənilməzlikdən əti ürpəşdi. Demək, o, argentinalıdır, Parisdə yaşayır və istəyir
ki, burada… Yaxşı, o, burada nə istəyir? Bunu birdən-birə izah etmək çətindir. Ümumiyyətlə, o,
bura gəlib ki…
– Gözəllik, coşqunluq, ilham dalınca, qızıl budaq dalınca, – Bert Trepa dedi. – Deməyə
də bilərsiniz, mən çox gözəl başa düşürəm. Vaxtilə mən də Podan Parisə qızıl budaq dalınca
gəlmişdim. Ancaq mən zəif idim, gənc idim, mən… Bəs sizin adınız nədir?
92
– Oliveyra, – Oliveyra dedi.
– Oliveyra…
Des olives
1
, Aralıq dənizi… Mən də Cənubluyam, cavan oğlan, biz sizinlə
hər ikimiz Panın davamçılarıyıq. Yoxsa Valentin kimi, o Lilliyadandır. Bu şimallılar balıq kimi
soyuqqanlıdırlar, onların himayədarı – Merkuridir. Siz «Böyük Yaradılışa» inanırsınız? Mən
Fulkanellini nəzərdə tuturam, siz məni başa düşürsünüz də… Ancaq etiraz etməyin, mən özüm
də gözəl başa düşürəm ki, bu ithaf olunmuş əsərdir. Ola bilsin ki, o hələ əsl zirvəyə yüksələ
bilməyib, mənsə… Məsələn, elə «Sintez»i götürün. Valentin əsl həqiqəti dedi: radioesteziya
mənə bu iki sənətkarda bir-birinə yaxın olan üslubları aşkar etməyə imkan verdi və düşünürəm
ki, bu «Sintez»də öz əksini tapıb. Belə deyil?
– Əlbəttə, belədir.
– Sizin güclü
karmanız
2
var, bu dərhal bəlli olur…– Əliylə var gücüylə Oliveyradan
yapışdı. Artist qadın fikrə getmişdi, bununçün artıq demək olar ki, müqavimət göstərməyən və
yalnız bir şeyi – onu meydandan keçirib Sufflo küçəsiylə getməyə məcbur etmək istəyən
Oliveyraya söykənməsi lazımdı. «Etyenlə Vonq görsələr, biabırçılıq olacaq…» – Oliveyra
düşündü. Etyenlə Vonqun nə düşünməsi onu niyə narahat etməlidir ki, məgər metafizik çaylarla
çirkli bələk əsgiləri qarışandan sonra gələcək onunçün bir məna kəsb edirdi?
«
Elə bilirəm ki, heç
Parisdə deyiləm, başıma gələnlər sinirlərimə toxunur, qəm dəryasına batmış bu sarsaq qarı da
məni əsəbləşdirir, yağış altındakı bu gəzinti, hələ konserti demirəm. Mən cındır əsgidən də, ən
çirkli bələkdən də pisəm və mahiyyətcə, öz-özümlə heç bir əlaqəm yoxdur». Başqa nə düşünə
bilərdi, Bert Trepaya ilişərək gecəni yağışın altında veyllənə-veyllənə nə düşünə bilərdi ki: bütün
pəncərələrin işıqlarının söndüyü böyük evdəki sonuncu işıq kimi söndü və ona elə gəldi ki,
qətiyyən özü deyil, əsl o, isteriyalı qocanı, bəlkə də, nimfomanı ardınca sürüyərək onun özünü
haradasa gözləyir, Latın məhəlləsində sülənən isə olsa-olsa onun
Doppelganger
1
idir, o birisi isə
tamam başqadır… «Alqamaro məhəlləsində qalıb? Yoxsa səyahət zamanı boğulub, fahişələrin
yatağında, Böyük Yaradılış burulğanında, şanlı zəruri nizamsızlıqda itib-batıb? Necə də
təskinedici səslənir, hər şeyin düzələcəyinə inanmaq necə də asandır, baxmayaraq ki, çətinliklə
inanırsan, ancaq asılan adamlar
,
yəqin ki, inamlarını bir dəqiqədə itirmirlər, inanırlar ki, son anda
nəsə olacaq – zəlzələ, ya da kəndir iki dəfə dalbadal qırılacaq və onu əfv etməyə məcbur
olacaqlar, yaxud da ki, qubernator telefonla zəng edəcək, ya da qiyam baş verəcək və o xilas
olacaq».
1
Зейтун (фран.)
2
Индуизмя ая буддизмя эюря, инсанын яввялки мювъудлуьу заманын етдикляри онун сонракы талейиня
тясир едир.
1
Охшар (алм.)