31
Onlar Varenn küçəsiylə gedərək Vano küçəsinə çıxdılar. Çiskin yağış yağırdı və Sibilla
Oliveyranın qolundan sallanaraq boyat şorba qoxusu verən plaşına sığınmışdı. Etyenlə Periko
dünyanı rəsm və sözlə necə dərk etmək barədə mübahisə edirdilər. Oliveyra darıxırdı, o,
Sibillanın belini qucaqlamışdı. Məgər belə dərk etmək olmaz – əlini isti və biçimli qadın belinə
qoyub əzələlərin xəfif hərarətini hiss edərək gedirsən? Berlitsin dediyi kimi, rəvan və səbatlı
olmasına söz yoxdur: səni sevirəm, sevirəm sə-ni, sə-ni se-vi-rəm. Şəxssiz formayla heç nə ifadə
edə bilməzsən: sev-mək, sev-mək. Dəyişmə lazımdır. «Dəyişmədən sonra isə həmişə əlaqə,
birləşmə gəlir», – Oliveyra qrammatik bazanı əsaslandırdı. Əgər Sibilla arzuların hakimiyyəti
altında olmanın bəzən onu necə əsəbiləşdirdiyini başa düşə bilsəydi, təkbaşına mənasız tabeçilik,
şairin haçansa dediyi kimi, necə də isti bel, yanaqlara tökülmüş nəm saçlar, ah, bu Sibilla, Lap
Tuluz-Lotrek kətanı kimi ona yapışaraq gedir. Demək, «sə-ni se-vi-rəm, sə-ni se-vi-rəmin» təkər
topu olduğu antieksplikativ üsulu tapmaq lazımdır. Bəs zaman? Hər şey yenidən başlanır,
qətiyyən yox. Sonra qida qəbul etmək, yaxud onu orqanizmdən xaric etmək lazımdır. Hər şey
mütləq yenidən və yeni böhrandan keçir. Ancaq zaman keçdikdən sonra arzu yenidən doğur,
yenə həmin arzu, buna baxmayaraq, hər dəfə bir az başqa cür: zamanın illüziyaları
qidalandırmaq üçün xüsusi olaraq quraşdırdığı tələ. «Məhəbbət – alovdur, o, Bütün varlığı seyr
edərək əbədi yanmalıdır. Bütün varlığı. Buyur, səndən yenə də axmaq sözlər tökülməyə başladı».
– İzah etmək, izah etmək, – Etyen donquldandı. –, Əgər siz əşyanın adını çəkməsəniz,
onu görə bilməzsiniz. Bunun adı itdir, bunun adı evdir Duinodan olan hərifin dediyi kimi.
Göstərmək lazımdır, Periko, izah etmək yox. Mən rəsm çəkirəm, deməli, mən mövcudam.
– Nəyi göstərək? – Periko Romero soruşdu.
– Həyatımıza haqq qazandıran yeganə şeyi.
– Bu heyvan elə zənn edir ki, görmədən başqa duyğu yoxdur, bütün nəticələriylə birlikdə,
– Periko dedi.
– Rəssamlıq yalnız görmənin məhsulu deyil, – Etyen dedi. – Mən bütün varlığımla
çəkirəm və bu mənada sənin Servantesindən, Tirsonundan, yaxud nə bilim nəyindən o qədər də
fərqlənmirəm. Sizin hər şeyi izah etmək maniyanızdan isə mənim zəhləm gedir,
loqosun
6
yalnız
söz kimi başa düşülməsi isə ürəyimi bulandırır.
– Və ilaxır, – Oliveyra qaşqabaqlı halda söhbətə qarışdı. – Biz qavrayış formaları
haqqında danışmağa başlayan kimi söhbət iki karın mübahisəsinə çevrilir.
Sibilla ona daha da bərk qısılmışdı. «İndi növbəti cəfəngiyatı goplayacaq, – Olivyera
düşündü. – Ona həmişə əvvəlcə özünü mənə sürtüb, dərisiylə danışmaq lazımdır». O, nəsə acıqlı
bir mehribanlıq hiss etdi, o qədər təzadlı bir şey ki, doğrudan da, həqiqiydi. «Ağcaqanad
sancması kimi incə bir şapalaq haqqında düşünmək lazımdır. Ancaq bu dünyada hələ sonuncu
6
Лоэос – гядим йунан фялсяфясиндя: цмуми гануниййят; идеалист фялсяфядя: рущ, аллащ, язяли гцввя
32
sintezi etmək lazımdır. Periko haqlıdır, böyük loqos mürgüləmir. Heyif ki, biz soyqırımın nə
olduğunu bilirik, ancaq sevgiqırım haqda heç nə bilmirik, ya da, məsələn, əsl qaranlıq dünya və
Qreqoroviusun üzərində baş sınıdıra biləcəyi antimateriya haqda».
– Ey, bəs Qreqorovius bizim diskobuma gələcək? – Olivyera soruşdu.
Periko dedi ki, gələcək, Etyen isə Mondrian haqqında fikir söylədi.
– Bax gör Mondrian nə deyir, – Etyen dedi. – Kleyenin sehrli işarələrini o həqiqi saymır.
Kleye mədəni dəyərləri nəzərə alaraq geniş oynayırdı. Mondrianı başa düşmək üçün sadə
qavrayış tam yetərlidir, ancaq Kleye bir yığın başqa şey də tələb edir. Zərif adamlar üçün zərif
şeylər. Doğrudan da, çinlidir. Ancaq Mondrian da absolyut çəkir. Sən onun rəsmləri qarşısında
olduğun kimi, çılpaq dayanırsan və ikisindən birini edirsən: ya görürsən, ya da görmürsən.
Əsəbləri qıdıqlayan həzz, illüziya, qorxu və ləzzət – bunlar hamısı tamamilə artıq şeylərdir.
– Sən başa düşürsən o nə danışır? – Sibilla soruşdu. – Məncə, Kleye barədə ədalətli deyil.
– Ədalətin, yaxud ədalətsizliyin buna qətiyyən dəxli yoxdur, – Olivyera bezmiş halda
dedi. – Söhbət başqa şeydən gedir və məsələni dərhal şəxslərin üzərinə yönəltmə.
– Bəs o niyə deyir ki, bütün bu gözəl şeylər Mondriana yaramır.
– O demək istəyir ki, Kleyenin rəsmlərini yalnız
es lettres
1
, yaxud
es poesie
2
diplomlarına
malik olmaqla başa düşmək olar, ancaq Mondrianı anlamaq üçün mondrianlaşmaq kifayət edər,
vəssalam.
– Qətiyyən belə deyil, – Etyen dedi.
– Yox, belədir, – Olivyera dedi. – Sənin dediklərindən belə çıxır ki, Mondrianın əsərlərini
başa düşmək üçün yalnız əsərin özü lazımdır, başqa heç bir şey. Deməli, Mondriana sənin
bakirəliyin lazımdır, nəinki həyat təcrübən. Mən boş şeylərdən deyil, cənnət bakirəliyi və
məsumluğu barədə danışıram. Fikir ver, hətta onun tablosundakı çılpağın metaforası ibtidai
dövrləri geri qaytarır. Nə qədər parodoksal olsa da, Klyeye daha sadədir, çünki ona tablolarına
baxanların da iştirakı lazımdır, o yalnız özüylə kifayətlənmir. Mahiyyət etibarilə Kleye – tarixdir,
ancaq Mondrian – zamanın xaricindədir. Sənə isə yalnız mütləq olan lazımdır. İzah edə
bildimmi?
– Yox, – Etyen dedi. –
C’est vache comme il plent
3
.
– Sən elə hey titrəyirsən, lənət şeytana, – Periko dedi. – Ronald isə cəhənnəmin dibində
yaşayır.
– Bir addım irəli gedək, – Oliveyra onu dəstəklədi. – Müvvəqqəti bədəni tufandan
qorumaq lazımdır, çe.
1
Ядябиййат цзря (фран.)
2
Поезийа цзря (фран.)
3
Лянят шейтана, ня цйцдцб тюкцр. (фран.)