41
– Yox, nə danışırsan, var, – Bəps burnunu silərək dedi. – Bunlar hamısı var.
– Bəlkə də, var, – Oliveyra onun yanağından öpərək dedi. – Ancaq bu, həqiqət deyil.
– Bu kölgələr kimi, – Bəps burnunu çəkərək və əlini o yan-bu yana yellədərək dedi. –
Amma çox kədərlidir, Horasio, ona görə ki, gözəldir.
Məgər bütün bunlar – Bessinin oxuması, Koulmen Houkinsin gurultusu, məgər bunlar
illüziya deyil, hətta bundan da pisi – başqa illüziyaların illüziyası deyil, keçmişə, dünyanın
yarandığı ilk gün suda öz əksini görən meymunun yanına gedən başgicəlləndirici zəncir deyil?
Amma Bəps ağlayırdı və deyirdi: «Ah, yox, yox, bütün bunlar var» və azca xumarlanan Oliveyra
da hiss edirdi ki, həqiqət, hər halda, ondan ibarətdir ki, Bessi və Houkins illüziyalar idi, çünki
yalnız illüziyalar möminləri təhrik edə bilər, yalnız illüziyalar, həqiqət yox. Bundan başqa, bütün
məsələ vasitəçilikdəydi, çünki bu illüziyalar elə sahəyə, elə zonaya girirdilər ki, onlar haqqında
düşünmək mənasızdır, ona görə ki, istənilən düşüncə yaxınlaşan kimi onu darmadağın edərdi.
Tüstü əl onun qolundan tutub enişin kənarına gətirdi, əgər buna eniş demək olardısa, mərkəzi
göstərdi, əgər bu mərkəz idisə, mədəsinə nəsə (qabarcıqları və büllürcuqlarıyla pıqqıldayan
araq), yəni son dərəcə qüvvətli və gözəl, bir vaxtlar dirilik suyu adlanan başqa bir illüziya qoydu.
Nəhayət, gözlərini yumaraq öz-özünə dedi ki, əgər bu miskin mərasim onu eqosentrik
vəziyyətindən çıxarıb, anlaşılmaz olsa belə, daha diqqətəlayiq başqa bir mərkəz göstərə bilirsə,
demək, hələ hər şey itirilməyib və bəlkə də, haçansa, başqa bir şəraitdə və başqa sınaqlardan
sonra dərketmə mümkün olacaq. Ancaq nəyin dərk olunması və niyə? O heç olmasa işlək bir
ehtimal, yaxud mümkün planlar cızmaq üçün həddindən artıq sərxoş idi. Ancaq bu barədə
düşünə bilməyəcək dərəcədə kefli deyildi və bu miskin düşüncələr ona çox-çox uzaq, çox-çox
qiymətli bir şeydən elə hey uzaqlaşdığını hiss etməyə, bu qarışıq və yuxugəitrən dumanda – araq
dumanında, Sibilla dumanında, Bessi Smit dumanında özünü tapmasına bəs edirdi. Gözlərinin
qabağından yaşıl dairələr keçdi, hər şey fırlanmağa başladı və o, gözlərini açdı. Bu vallardan
sonra həmişə onun ürəyi bulanırdı.
(– 106)
13
Tüstü dumanında itib-batmış Ronald kimin nə xoşuna gəldiyini öyrənməyə zəhmət
çəkmədən valı val dalınca qoyurdu. Bəps isə arabir döşəmədən qalxıb, 78 dəfə fırlanmış köhnə
valların arasında eşələnib, beş-altısını seçərək masanın üzərinə, əyilib onu tumarlayan Ronaldın
əlinin altına qoydu, sonra isə gülümsəyərək əyildi və bir dəqiqəliyə də olsa onun dizləri üstündə
oturdu, çünki Ronald sakitcə, heç bir maneə olmadan “Don’t play me cheap»”ı dinləməliydi.
Satçmo oxuyurdu:
42
Don’t you play me cheap
Because I look so meek, -
Satçmonun ifasından təsirlənən Bəps isə Ronaldın önündə əyilmişdi (mövzu kifayət
qədər sadəydi və Ronaldın heç cür razılaşa bilməyəcəyi bəzi ədəbsizliklərə yol açırdı, kaş ki
Satçmo «Yelloc Dog Blues»”i oxuyaydı), Ronaldın araq qoxusu gələn nəfəsi onun boynunun
ardını qıdıqlayırdı. Tüstüdən, musiqidən, araqdan və Ronaldın əllərindən qurulmuş bu qəribə
piramidanın zirvəsində daim hücuma hazır vəziyyətdə oturan Bəps yarıyumulu göz qapaqları
arasından döşəmədə oturan Oliveyraya baxdı; o, tamamilə sərxoş halda divara, dəri eskimos
xalısına söykənib sifətində latınamerikalılara xas dilxor və kədərli ifadə siqaret çəkirdi;
qullabların arasında bəzən təbəssüm peyda olurdu, daha doğrusu, bir vaxtlar Oliveyranın (indi
yox) Bəpsin çox arzuladığı dodaqları təbəssümdən büzülür, bütün sifəti isə əzilmiş kimi laqeyd
qalırdı. Caz Oliveyranın nə qədər xoşuna gəlsə də, o, özünü Ronald kimi bu oyuna tamamilə
qapdırmırdı, yaxşı, ya pis olsun, «isti» və ya «soyuq» olsun, zənci və ya qeyri-zənci cazı olsun,
köhnə, yaxud yeni olsun, Çikaqo, yaxud Nyu-Orlean cazı olsun, fərqi yoxdur, indi Satçmodan,
Ronald və Bəpsdən, «Baby don’t you play me cheap because I look so meek”d»ən, bunun
ardınca trubaların coşmasından, demək olar ki, fiziki həzz duyğusuyla havanı yaran sarı
fallosdan və sonda getdikcə azalan üç səsdən, xalis qızıl kimi hipnozedici səsdən və içərisində
dünyanın bütün svinqlərinin ən şiddətli anlarda titrədiyi təbii pauzadan, daha sonra isə məni
püskürməsi kimi, sevgi intizarında olan gecədə buraxılan raket kimi həzzin zirvəsindən, Bəpsin
boynunu sığallayan Ronaldın əllərindən, hələ də fırlanan valın üzərindəki iynənin fışıltısından,
əsl musiqidə hər zaman mövcud olan sakitliyin sonradan
,
sanki
,
yavaş-yavaş divarlardan
ayrılaraq, divanın altından sürünüb çıxaraq dodaqlar və ya qönçə kimi açılmasından ibarət caza
aludə ola bilməzdi.
– Ça alors
1
,
– Etyen dedi.
– Hə, Armstronqun böyük tarixi, – Ronald Bəpsin seçdiyi val topasına baxıb dedi. – Əgər
istəyirsinizsə, bu, Pikassonun qiqantizm dövrünə bənzəyir. İndisə onlar hər ikisi qoca
donuzlardır. Ümid bircə həkimlərin nə vaxtsa cavanlaşdırmanın reseptini tapmasına qalır…
Ancaq onlar bundan sonra hələ iyirmi il bizi quru yerdə otaracaqlar.
– Bunu bizə edə bilməyəcəklər, – Etyen dedi. – Biz onların bütün şirəsini sorub özlərini
də başımızdan rədd etmişik, yəqin ki, vaxtı gələndə məni də həmin yerə göndərəcəklər.
– Vaxtı gələndə – kiçik xahişdir, oğlum, – Oliveyra əsnəyərək dedi. – Ancaq biz,
doğrudan da, onları rədd etməkdə rəhmli olmuşuq. Gülləylə deyil, sözlə öldürmüşük. Gör onlar
indi nə edirlər; elə bil, surətçıxaran cihazdırlar, vərdiş eləyiblər, fikir verin, bu yaxınlarda
Armstronq ilk dəfə Buenos-Ayresə gəlib və sən təsəvvür edirsənmi ki, neçə min başdanxarab
1
Бурада: беля (фран.)