43
nəsə fövqəladə bir şey dinlədiyinə əmin idi, köhnə boksçu kimi çoxlu fənd-fel bilən Satçmo isə
əvvəlki kimi piyli ombasıyla təsir göstərməyə çalışır, halbuki özü də bütün bunlardan yorulub və
hər bir nota görə yüksək məbləğ tələb etməyə öyrəşib, o ki qaldı oxumağına, heç vecinə də deyil,
qurulmuş kukla kimi oxuyur, qəribədir ki, mənim bəzi hörmət etdiyim və iyirmi il bundan qabaq
“Mahogany Hall Stomp
»
”ı qoyanda qulaqlarını tıxayan dostlarım bu boyat horradan ötrü allah
bilir nə qədər ödəyirlər. Görünür, mənim vətənimdə boyat horrayla qidalanmağa daha çox
üstünlük verirlər, onu nə qədər çox sevsəm də, bunu deməliyəm.
– Özündən başla, – Periko lüğətdən gözünü ayırıb dedi. – Bura hisslərini tərbiyə etmək
üçün Parisə gəlməyi adət etmiş həmvətənlərindən nümunə götürüb gəlmisən. İspaniyada bunu
fahişəxanalarda, ya da korridada öyrənirlər, lənət şeytana.
– Ya da qrafinya Pardo Basanın yanında, – Oliveyra dedi və bir də əsnədi. – Ancaq sən
haqlısan, oğlum. Mən burada oturmaqdansa, gərək Trevelerlə oyun oynayaydım. Ancaq sən,
əlbəttə, bunun nə olduğunu başa düşməzsən. Sizin heç nədən başınız çıxmır. O halda nədən
danışmaq olar?
(– 115)
14
O oturduğu küncdən ayağa qalxdı və addımını atmazdan öncə döşəməyə baxdı, sanki
,
ayağını qoymaq üçün münasib yer axtarırdı, sonra eyni ehtiyatlılıqla bir addım da atdı və
ayaqlarını cütləşdirib Ronaldla Bəpsin iki metrliyində yerə mıxlanmış kimi dayandı.
– Yağış yağır, – Vonq barmağıyla mansardanın pəncərələrini göstərərək dedi.
Oliveyra tələsmədən tüstü dumanını əliylə qovaraq mehribancasına ona baxdı.
– Yaxşı ki, hələ yüksəkdəyik, yoxsa bəziləri torpağın üzərində məskunlaşır,
ayaqqabılarından və dizlərindən başqa heç nə görmürlər. Hanı sizin stəkanınız?
– Budur, – Vonq dedi.
Demə, stəkan lap yanındaymış və ağzınadək doluymuş. Onlar ləzzətlə içdilər. Ronaldsa
onlara Perikonun ətini çimçəşdirən Con Koltreyni qoydu. Sonra isə şirin Paris merenqləri
dövründən qalma Sidni Beşeni qoydu, yəqin ki, bəzilərinin ispan ehtiraslarının coşması
münasibətilə.
– Doğrudur ki, siz işgəncələr haqqında kitab yazırsınız?
– Yox, belə demək olmaz, – Vonq dedi.
– Bəs necədir?
– Çində incəsənətin başqa konsepsiyası mövcuddur.
44
– Bilirəm, biz hamımız çinli Mirbonu oxumuşuq. Doğrudan, sizdə min doqquz yüz
neçənci ildəsə Pekində edilmiş işgəncələrin fotoşəkilləri var?
– Yox, canım, – Vonq gülümsəyərək dedi. – Onlar çox tutqundur, göstərməyə belə
dəyməz.
– Doğrudurmu ki, ən qorxulusunu siz həmişə öz bumajnikinizdə gəzdirirsiniz?
– Nə danışırsınız, – Vonq dedi.
– Və onu kafedə qadınlara göstərmisiniz?
– Onlar elə israr etdilər ki, – Vonq dedi. – Bəla burasındadır ki, onlar heç nə başa
düşmədilər.
– Ver görüm, – Oliveyra əlini uzadaraq dedi.
Vonq gülə-gülə gözlərini onun əlinə zillədi. Oliveyra kefli olduğundan təkid edəcək
durumda deyildi. O, arağı başına çəkib üzünü çevirdi. Bu zaman ovcuna dördqat bükülmüş kağız
qoyuldu. Tüstü dumanında Vonqun yerinə yalınız təbəssüm, Çeşir pişiyinin təbəssümünü və nəsə
təzimə oxşayan bir şey gördü. Dirəyin hündürlüyü təxminən iki metr olardı, əgər dörd şəklin
hərəsində iki dəfə olmaqla soldan sağa və yuxarıdan aşağı səkkiz dəfə təkrarlanan eyni şey
olmasaydı, dirəklərin sayı səkkiz idi; hər yerdə eyni dirək idi, yalnız müxtəlif rakurslarda,
dirəklərə bağlanmış məhkumlar da ayrı-ayrı adamlar idi. Assistentlərin üzləri (sol tərəfdə hətta
bir qadın da görünürdü) və fotoqrafa iltifat göstərərək həmişə azca sola çəkilən cəlladın pozası;
bu amerikalı və ya danimarkalı etnoloqun sərrast əli varmış, ancaq iyirminci illərin istehsalı olan
«kodak» və projektor kifayət qədər keyfiyyətsizmiş. Ona görə də məhkumun qulağının bıçaqla
kəsildiyi ikinci şəkildə çılpaq bədən də aydın görünürdü, ancaq digərləri bədən qana
bulaşdığından, lentin və ya aşkarlayıcının keyfiyyətsizliyindən yaxşı görünmürdü, xüsusən də
dördüncü kadrda: burada məhkumun ağzı açıq və bir əli ağappaq, özüsə qara rəngli formasız
kütlə şəklindəydi; son üç kadr, cəlladın pozası nəzərə alınmazsa, demək olar ki, eyniydi: altıncı
kadrda o, bıçaq dolu çantanın üzərinə əyilib ən münasibini seçirdi (ancaq yəqin ki, biclik edirdi,
çünki əgər dərin kəsiklərdən başlasaydılar…), əgər yaxşı baxılsa, qurbanın hələ diri olduğunu
görmək olardı, çünki ayaqları kəndirlə bağlansa da, ayağının biri bayıra çıxmışdı, başı arxaya
qatlanmış, ağzı da hər zamankı kimi açıq idi; döşəməyə, görünür, çinlilər özünəməxsus
qayğıkeşliklə qalın taxta kəpəyi tökmüşdülər, çünki dirəyin ətrafındakı gölməçənin sabit forması
şəkildən şəklə böyüməmişdi. «Yeddinci – kritikdir», – haradansa uzaqdan, araq və tüstü
dumanının arxasından Vonqun səsi gəlirdi; diqqətlə baxmaq lazımdır, çünki qan dərin kəsilmiş
iki döşdən axaraq sinədəki iki medalyonun üzəriylə sızırdı (əməliyyat ikinci və üçüncü kadrlar
arasında edilmişdi), yeddinci şəkildə isə bıçaq yarası açıq-aydın görünürdü: azca aralanmış
ayaqların vəziyyəti yüngülvari dəyişilmişdi, lakin şəklə yaxından baxanda ayaqların deyil,
qasığın vəziyyətinin dəyişdiyi bəlli olurdu: birinci kadrda görünən qeyri-müəyyən ləkənin yerinə