21
Parisin küçələrini dolaşmağa başladılar; xəlvəti yerlərdəki balaca meydançalarda skamyalarda
oturub öpüşdülər, ya da yerə çəkilmiş xana-xana damalarına baxdılar – uşaqların bir ayaq
üstündə hoppana-hoppana damadan-damaya keçməklə daşı Göyüzünədək vurub aparmaqdan
ibarət sevimli oyunu. Sibilla Montevideodan olan rəfiqələri, uşaqlıq illəri, hansısa Ledesma və
atası haqqında danışırdı. Oliveyra söhbətin maraqsız olduğuna bir qədər heyifsilənərək könülsüz
qulaq asırdı; Montevideo, ya da Buenos-Ayres – nə təfavütü var ki, indi ona bu şəhərlərlə hələlik
kövrək olan ayrılığını möhkəmlətmək lazım idi (görəsən, avaralıqdan yorulub-usanmayan
Treveler indi neynir, onun gedişindən sonra hansı böyük bəlalara düçar olub? Bəs zavallı
Xekrepten necədir, mərkəzi küçələrdəki kafelərdə nələr baş verir?), ona görə də qaşqabağını
sallayıb qulaq asır və çubuqla daş döşəmənin üzərində nəsə cızırdı, bu zaman Sibilla Çempenin
və Qrasilanın niyə yaxşı qızlar olduğunu və Lusiananın onu paroxoda niyə yola salmağa
gəlmədiyini izah edirdi. Lusiana snobdur, ona görə də ondan zəhləsi gedir.
– Necə yəni snobdur, bu nə deməkdir? – Oliveyra maraqla soruşdu.
– Necə başa salım, – Sibilla cavab verdi və başını aşağı elə əydi ki, sanki
,
sarsaqlayacağını qabaqcadan hiss etmişdi, – mən üçüncü dərəcəli kayutda gedəcəkdim, ikincidə
getsəydim, əminəm ki, gələrdi.
– Ömrümdə bundan yaxşı qiymətləndirmə eşitməmişəm, – Oliveyra dedi.
– Bundan başqa, mən Rokamadurla birlikdəydim, – Sibilla dedi.
Beləliklə, Oliveyra Montevideoda Karlos Fransisko kimi tanınan Rokamadurun varlığı
haqqında xəbər tutdu. Sibilla Rokamadurun mənşəyi barədə ətraflı məlumat vermək istəmirdi,
ancaq onu demişdi ki, vaxtında abort etməkdən imtina edib, indisə peşmandır.
– Nəinki peşmanam, nə edəcəyimi belə bilmirəm. Madam İren çox bahacıldır, mənsə
musiqi dərsləri almalıyam, bir sözlə, bütün bunlar çox baha başa gələcək.
Sibilla Parisə niyə gəldiyini o qədər də dəqiq bilmirdi, ancaq Oliveyra bilirdi ki, turizm
agentliyində biletlə və ya vizayla bağlı balaca bir dolaşıqlıq baş versəydi, Sibilla eyni
müvəffəqiyyətlə Sinqapurda və ya Keyptaunda da lövbər sala bilərdi. Əsas məsələ –
Montevideodan uzaqlaşmaq və onun təvazöylə Həyat adlandırdığı şeyə baş vurmaqdı. Parisin ən
böyük üstünlüyü ondaydı ki, o, fransızca (
more Pitman
1
) çox yaxşı bilirdi və burada
muzeylərdəki ən yaxşı rəsmlərə, filmlərə baxmaq olardı. Bir sözlə,
Kultur
2
ən yüksək
formadaydı. Bu cür həyat proqramı Oliveyranı yumşaldır (baxmayaraq ki, Rokamadur onu
yetərincə xoşagəlməz şəkildə soyudurdu) və ona dəbdəbə vurğunu, lakin planetar vüsətli
metafizik səylərinə rəğmən, qətiyyən La-Platanın hüdudlarından kənara çıxmaq iqtidarında
olmayan bəzi buenos-ayresli rəfiqələrini xatırladırdı. Bu yaramaz isə qucağında uşaq cibində bir
1
Питман цсулу иля (лат.)
2
Мядяниййят (алм.)
22
qəpiyi olmadan paroxodun üçüncü dərəcəli kayutuna oturub Parisə nəğmə dərsi öyrənməyə
gəlib. Bu azmış kimi Sibilla ona baxmaq və görmək öyrətmişdi; öyrətdiyinin fərqində olmadan
o, qəfildən küçənin ortasında dayanıb heç kəsin olmadığı boş qatara soxulmağı xoşlayardı, sonra
isə yaşıl parıltı, işıq və qapıçı qadını hirsləndirməməkçün yavaşca sivişib bəzən balaca
heykəlciklərin, yaxud sarmaşıq dolaşmış quyunun olduğu, ya da qırmızı plitəli sürtülmüş
döşəmədən başqa heç bir şeyin olmadığı, divarları kif basmış, saatsaz lövhəsi asılmış, küncdəki
kölgədə bir qocanın büzüşüb yatdığı və mütləq zamanın və günəşin qızdırdığı plitə döşəmələrin
sahibləri olan, Sibillanın qarınlarını qıdıqladığı, səfeh və sirli dillərində danışaraq görüş təyin
etdiyi, nəsə tövsiyə etdiyi və nə barədəsə xəbərdarlıq etdiyi daimi dostlarının –
minouche, piş-
piş, myau-myau, kitten, katt, chat, cat, gatto
1
boz, ağ, qara pişiklərin olduğu böyük daxili həyətə
girərdi. Bəzən Sibilla ilə avaralanan Oliveyra özü özünə təəccüblənərdi – pivə dolu stəkanı
demək olar ki daim aşıran, ofisiantı hirsləndirməkçün ayağıyla ona badalaq quran Sibillaya
hirslənməyin nə adı vardı. Ancaq hər şeyi baş-ayaq etməklə daim onu hirsləndirməsinə
baxmayaraq, Sibilla xoşbəxt idi: o, böyük məbləğdə pulun tamamilə fərqinə varmaya bilər və
əksinə, bu məbləğin sonunun «3» kimi kiçik bir rəqəmlə bitməsinə hədsiz sevinə bilər, bəzən də
küçənin ortasında donub qalar («reno» iki metrlikdə dayandı və sürücü başını pəncərədən bayıra
çıxararaq pikardiya ləhcəsində onu yağladı), sadəcə olaraq, oradan, küçənin ortasından
Panteonun necə göründüyünə baxmaq istəyirmiş, çünki o, buradan daha gözəl görünürdü, nəinki
səkidən. Və bu qəbildən başqa şeylər.
O zaman Oliveyra artıq Perikonu və Ronaldı tanıyırdı. Sibilla onu Etyenlə tanış etmişdi,
Etyen isə onları Qreqoroviusa calamışdı; beləliklə, Sen-Jermen-de-Predə İlanlar Klubu
yaranmışdı. Hamı, kim olursa olsun, Sibillanı təbii qəbul edirdi. Buna baxmayaraq, onun
hərəkətlərinə əsəbləşirdilər də, çünki ona, demək olar ki, haqqında danışdıqları hər şeyi izah
etmək lazım gəlirdi, onun boşqabındakı yeməyin də yarısı daim müxtəlif istiqamətlərə uçurdu,
yalnız ona görə ki, o, çəngəl-bıçaqdan lazımi qaydada istifadə edə bilmir, nəticədə kartof
qızartması qonşu masada oturanların saçlarında yerini rahatlayırdı ki, buna görə üzr istəmək,
Sibillanı isə fərsizliyinə görə danlamaq lazım gəlirdi. Yoldaşlarının arasında o, özünü birtəhər
aparırdı, Oliveyra onun Klub dostlarının hər biriylə ayrılıqda ünsiyyət qurmasını görürdü. O,
küçədə Etyen və ya Bəpslə gəzişir, onları öz dünyasına cəlb edirdi, bunu arzulamasa da, edirdi.
O belə insan idi və istədiyi yalnız bir şeydi: adət halını almış ətalətdən çıxmaq, nə olursa-olsun,
avtobusdan, tarixdən çıxmaq istəyirdi, ancaq necə olsa da, hər addımda onu söyüb-yağlasalar da,
Klubdakıların hamısı Sibillaya minnətdar idi. Sibilla köpək, ya da poçt qutusu kimi özündənrazı
Etyenin yeni rəsmlərinə baxıb növbəti dəfə sarsaqlayanda o, kağız kimi ağarır, hətta Periko
1
Пишик баласы, пишик (инэ., исвеч, фр., ит.)