15
xoşluğunun, bu saxta nəfəsdərmənin qızğın çağında mən əlimi uzadıb Paris kələfinə, onun
ümumi kələfə dolaşmış sərhədsiz materiyasına, onun havasının maqmasına, pəncərəsinin çölünə
çəkilmiş rəsmlərinə, onun buludlarına və çardaqlı pəncərələrinə toxundum; bununla da
qarmaqarışıqlıq başlandı, dünya yenidən daşlaşdı, bərkidi, hər şey möhkəmcə öz yerinə oturdu
və küçələrdən, ağaclardan, adlardan və masalardan ibarət bu kələfə möhkəm bərkidilmiş
ilgəklərdə çevrilməyə başladı. Qurtuluşa aparan hərcmərclik yox idi, yalnız natəmizlik və
yoxsulluq, dibi pivəli parçlar, corablı künc-bucaqlar, iki bədənin iyini verən tüklü yataqlar, incə,
ağ əlləriylə ayaqlarımı sığallayan qadın vardı. Ancaq məni bu sayıqlığımdan bircə anlıq da olsa
qopara biləcək bu nəvaziş gecikmişdi. Həmişəki kimi gecikmişdi, çünki biz dəfələrlə sevgiyə
könül bağlasaq da, xoşbəxtlik, deyəsən, bir az başqa cür görünmüşdü, yəqin ki, o, bu rahatlıq və
ləzzət kimi deyil, kədərliydi, bəlkə də, taydişə və ya adaya, durğunluğa doğru sonsuz yıxılmaya
bənzəyirdi. Sibilla bilmirdi ki, mənim öpüşlərim də baxışlarım kimi onun içini, hətta o biri
tərəfini görməyə başlayıb və mən başqa bir formada çıxaraq ağlını itirmiş losman kimi gəminin
dal tərəfində durub zamanın sularını kəsər və geri püskürdərdim.
Əlli neçənci ilin o günləri mən özümü Sibilla ilə baş verməli olan başqa bir şeyin
arasında sıxılmış kimi hiss etdim. Sibillanın dünyasına, Rokamadurun dünyasına qarşı çıxmaq ən
böyük axmaqlıq olardı, çünki hər şey mənə müstəqil olan kimi özümü azad hiss edəcəyimi vəd
edirdi. Mən nadir ikiüzlülərdən idim, odur ki, bu xırda casusluq – dərimə, ayaqlarıma, Sibilla ilə
necə əylənməyimə, tutuquşu kimi qəfəsin barmaqlıqları arasından Kyerkeqoru oxumağıma
xəlvəti baxışlar mənə mane olurdu. Ancaq mənə elə gəlir ki, məni hər şeydən çox mənə altdan-
altdan baxdığının qətiyyən fərqində olmayan, əksinə, suveren müstəqilliyimə tamamilə əmin
olan Sibillanın özü narahat edirdi. Ancaq yox, əslində, məni azadlığa bir də heç vaxt indiki kimi
bu qədər yaxın olmayacağımı düşünmək əsəbiləşdirirdi, bax onda Sibillanın dünyası tərəfindən
təqib olunduğumu hiss etdim və ondan, həqiqətən, yaxamı qurtarmaq ehtirasım məğlub
olduğumun etirafıydı. Nə uydurulmuş iztirabların sintetik zərbələrinin, nə də manixeyliyin,
yaxud hansısa axmaq qeyri-elmi dixotomiyanın arxasında gizlənməyin Monparnas vağzalının
pilləkənlərində özümü müdafiə etməyimə kömək etmədiyini etiraf etmək ağır idi, Rokamaduru
yoluxmağa gedən Sibilla məni hara sürükləyirdi? Olanları niyə də qəbul etməyək, nizam və
nizamsızlıq, azadlıq və Rokamadur kimi məfhumların içində qurdalanmağın səbəbini öyrənməyə
niyə cəhd etməyək; nədən Koçabamba küçəsindəki həyətdə ətirşah dibçəkləri satan adamlar kimi
hər şeyə təbii və qayğısız yanaşmayaq? Ayaqyolunda, yaxud Gefsiman bağında qapı sürgüsünü
düşünmədən və səhv etmədən tapa bilməkçün, yəqin ki, axmaqlığın lap dibinə düşmək lazımdır.
Məsələn, o zaman məni Sibillanın öz oğlunun adını Rokamadur qoymaq xəyalları
heyrətləndirmişdi. Biz Klubda bunun üzərində baş sındırmaqdan yorulduq, Sibilla isə elə hey
deyirdi ki, oğlana atasının adını qoyub, atası yoxa çıxdıqdan sonra isə ən yaxşısı onu Rokamadur
16
çağırmaq, kəndə göndərmək və
en nourrice
1
böyütməkdir. Bəzən Sibilla həftələrlə Rokamaduru
yada salmırdı və bu həmişə onun müğənni,
Lieder
2
ifaçısı olmaq ümidlərinin oyanmasıyla eyni
vaxta təsadüf edirdi. Belə vaxtlarda Ronald iri və sarı kovboy başını pianonun üzərinə əyər,
Sibilla isə Hüqo Volfdan elə qeyzlə bağırardı ki, hətta qonşu otaqda Sevastopol bulvarında
satmaqçün təsbeh düzən madam Noqeni belə təsirləndirərdi. Onun Şumandan etdiyi ifalar daha
çox ürəyimizə yatırdı, ancaq bu da bizim axşam nə etməyə hazırlaşmamızdan, bir də
Rokamadurdan asılıydı, çünki Rokamadur Sibillanın yadına düşən kimi mahnı-filan gedirdi
işinin dalınca və pianonun arxasında tək qalan Ronald öz bibop ideyalarını inkişaf etdirməyə
əlverişli imkan tapır və şirin blyuzlarının qüdrətiylə nəfəsimizi kəsirdi.
Rokamadur haqqında yazmaq istəmirəm, hər halda, bu gün, bununçün gərək özümə daha
yaxın məsafədən baxam və məni mərkəzdən ayıran hər şeylə əlaqəni kəsəm. Mən onsuz da
mərkəzi yaddan çıxarmıram, qətiyyən nə danşdığımı bildiyimə əmin olduğumçün deyil, sadəcə,
biz qərbi avropalıların öz oxumuzu, mərkəzimizi, həyatın mənasını, Omfalosu, hind-avropa
nostalgiyasının əlamətlərini nizama salmaq cəhdimizdə köməyinə arxalandığımız həndəsənin
geniş yayılmış tələsinə düşürəm. Hətta təsvir etməyə çalışdığım öz həyatımı da, küçələrində quru
yarpaq kimi vurnuxduğum bu Parisi də görmək mümkün olmazdı, əgər bütün bunların arxasında
mehvərə can atan ürək döyünməsəydi, yenidən ilk gövdəylə qarşılaşmaq arzusu olmasaydı. Bu
nizamsızlığı göstərmək üçün nə qədər söz, nə qədər termin və məfhum olarmış. Bəzən özümü
inandırmağa çalışıram ki, axmaqlıq üçbucaq adlanır, səkkizi səkkizə vurmaqla isə əsərdə dəlilik
və ya it alınar. İnsan cildinə girmiş bu anlaşılmazlığı mən Sibillanı qucaqlayaraq təsdiqləyə
bilərəm ki, roman yazmaq (mən onu heç vaxt yazmayacağam), yaxud həyat bahasına xalqlara
azadlıq bəxş edən ideyaları müdafiə etmək, guya, çörəyin içindən fiqur düzəltmək qədər
mənalıdır. Kəfkir günahsızcasına yellənməsini davam etdirir və mən yenidən rahatlıq gətirən
məfhumlar barədə düşünürəm: mənasız fiqurcuq, transsendent roman, qəhrəmancasına ölmək.
Mən onları ardıcıllıqla kiçikdən böyüyə düzürəm: fiqurcuq, roman, qəhrəmanlıq. Orteqa və Şeler
tərəfindən mükəmməl şəkildə araşdırılmış dəyərlərin iyerarxiyası haqqında düşünürəm: estetik,
etik, dini. Dini, estetik, etik. Etik, dini, estetik. Fiqurcuq, roman. Ölüm, fiqurcuq. Sibilla diliylə
məni qıdıqlayır. Rokamadur, etika, fiqurcuq, Sibilla. Dil, qıdıq, etika.
(– 116)
3
1
Дайя йанында (фран.).
2
Лиедер – мащны, вокал ясярляр (алм.)