www.kitabxana.net
– Milli
Virtual-Elektron Kitabxana
2018
Ağasəlim Pünhanoğlu
―Azərbaycan və dünya musiqi sənətindən‖
Afrika xalq musiqi ənənələrini özündə birləĢdirən
caz musiqisində ritm sərbəstliyi və zərb
alətlərinin geniĢ istifadə edilməsi ilə yanaĢı
müxtəlif alətlərdə danıĢıq intonasiyalarının təqlid
edilməsi mühüm yer tutur.
Zənci musiqiçilərin ifa etdikləri əsərlər
adətən qısa solo motivin (çağırıĢ intonasiyasının)
xor və ya instrumental ifa ilə növbələĢməsindən
ibarət olurdu. Caz musiqiçiləri həm solo, həm də
kollektiv
halında
improvizasiya
etməyi
bacarırdılar.
50-ci
illərin
əvvəlində bir çox caz
musiqiçiləri «isti» bibopdan uzaqlaĢıb melodikliyi
və mülayim xarakteri ilə seçilən kul caz (yəni
«sərin caz») üslubunu yaradırlar. Bu üslubun
banisi cazın ən parlaq simalarından biri — truba-
çalan Mayls Devisdir. Onun rəhbərlik etdiyi