C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə177/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   ...   173   174   175   176   177   178   179   180   ...   207

361 

 

pozğunluqlar, görmə üzvünün anomaliyalaıı olur. Bu cür uşaqların bir qismi (24%) həyatının ilk 



günlərindəcə tələf olurlar. 

Hamiləlik  dövründə  yoluxma zamanı  uşaqlarda latent  infeksiya da  formalaşa 

bilir ki, belə uşaqların həyatının birinci ilində kəmərləyici dəmrov müşahidə edilir. 



Su  çiçəyinə  həssaslıq xəstoliyi  keçirməmiş  bütün  yaş  qruplarında  eyni 

dərəcədədir  -  yüksəkdir.  Bununla  belə  xəstələnənlərin  mütləq  əksəriyyəti  - 80%-i yaşınadək 



uşaqların payına düşür. 15 yaşınadək isə bu 90%-ə çatır.Yaşlılar nadir hallarda xəstələnirlər. Bu 

onlarda uşaq yaşlarında immunitetin formalaşması ilə izah edilə bilər. Xəstəlik keçirmişlərdə ömür 

boyu  xəstələnmədən qoruyan immunitet  yaranır. Təkrar  xəstələnmə  demək  olar  ki,  olmur. 

Anadangəlmə  immunitet  olduğuna  görə  körpələr  doğulduqdan  sonra  bir  neçə  ay müddətində 

xəstəliyə yoluxmurlar. 

Xəstəliyin  yayılmasında mövsümülük  mövcuddur. Əsasən  payız-qış  aylarında 

təsadüf edilir. Dövrü olaraq xəstələnmə hadisələrinin artıb-azalması, epidemiyaların baş verməsi 

qeyd edilir. 



P  a  t  o  g  e  n  e  z  i. Su  çiçəyinin  patogenezi  kifayət  qədər  öyrənilməmişdir. 

Ümumiyyətlə  götürdükdə isə digər virus infeksiyaları ilə oxşardır. Virusun daxil olması yuxarı 



tənəffüs  yollarının  selikli  qişasında  baş  verir. Burada  epitel hüceyrələrdə  artıb  çoxalan  viruslar 

limfatik  yollarla  regionar  Iimfa  düyünlərinə gətirilir  və  qana  keçir.  Qanla  bütün  orqanizmə 

yayılaraq  sonradan  selikli  qişa və  dəri  epitel  hüceyrələrinə  toplanırlar.  Bu  onların epitelial 

toxumalara  və  dəri epitelinə  tropizmi ilə  əlaqədardır.  Epitel  hüceyrələrə  toplanmış  viruslar 

onların nüvələrinin  həll  olunmasına,  sitoplazma  və  qişasının  şişkinləşməsinə  səbəb olur. 

Epidermisin  vakuolyarizasiyası  baş  verir.  Hüceyrə  balon  distrofıyasına uğrayaraq  tələf  olur,  öz 

formasını itirərək qovcuğa sevrilirlər. Qovcuq boşluğuna eksudat toplanır və tipik bir kameralı su 



çiçəyi vezikulyası formalaşır. Virusların artıb çoxalması toksiki faktorların toplanması, orqanizmin 

allergik yenidən qurulması ilə müşayiət olunur və intoksikasiya, qızdırma inkişaf edir. Vezikula 

irinciyə - pustulaya çevrilərsə intoksikasiya və qızdırma daha kəskin olur. Prosesin geriyə inkişafı 

nəticəsində vezikula möhtəviyyatı sorulur, qartmaq əmələ gəlir. Qartmaq düşdükdən sonra yerində 

çapıqlaşma  qalmır. İkinci-li  infeksiya  qoşularsa  çapıqlaşmalar  ola  bilər. Xəstəliyin  ağır 

gedişlərində, xüsusən immuniteti zəifləmiş şəxslərdə qaraciyərin, böyrəklərin, böyrəküstü vəzin, 



ağ ciyərlərin 

və 

digər 

üzvlərin zədələnməsi 

mümkündür. 

Virusun 

MSS-nə 


tropizmi ensefalitlərin inkişafına səbəb ola bilər. 

Su  çiçəyində hüceyrə  immunitetinin (xüsusən T-limfositlərin)  əhəmiyyətli 



rolu qeyd edilir və onun zəifləməsi xəstəliyin ağır gedişini şərtləndirir. Xəstəliyin uzun müddət 

hormonal  preparatlar  və  süa  terapiyası  almışlarda,  həmçinin 70  yaşdan  yuxarı  insanlarda  ağır 

gedişi bunu bir növ təsdiq edir. 

Su  çiçəyi anergik təsirə  də  malikdir.  Belə  ki,  bu  zaman  digər  infeksion 

xəstəliklərə həssaslıq artır, xroniki xəstəliklərin kəskinləşməsi baş verir. 

Xəstəliyin  əlamətləri  çəkildikdən  sonra  su  çiçəyi  virusları latent 



infeksiya şəklində  uzun  müddət  saxlanıla  bilər.  Güman  edilir  ki,  onlar onurğa  beyninin arxa 

köklərində və onurğa beyni qanqlialarında toplanırlar. Bu cür latensiya xüsusi virus genomlarmın 

təsiri və viruslarla hüceyrələrin assosiasiyası nəticəsində müəyyənləşir. İnfeksiyanın fəallaşması 

downloaded from KitabYurdu.org



362 

 

isə özünü kəmərləyici dəmrov şəklində büruzə verir və proses təkcə dəridə deyil, MSS-də, daxili 



üzvlərdə də mü-şahidə edilə bilir. 

Klinikası.  İnkubasion  dövr  10-21  günə bərabərdir.  Xəstəlik  adətən  kəskin 

başlayır. Xəstələrdə, xüsusən böyüklərdə halsızlıq, baş ağrısı, iştahanın pisləşməsi, bəzən isə mədə 

bulanması, qusma kimi əlamətlərlə büruzə verən, 1-2 gün davam edən prodromal dövr ola bilər. 

Prodromal dövr olmadıqda xəstəlik birdən-birə özünü sağlam hesab edən adamlarda səpgilər və 



qızdırma ilə meydana çıxır. Qızdırma böyüklərdə uşaqlara nisbətən yüksək və uzun müddətli olur. 

Xarakterik  temperatur  əyrisi  olmur. Səpgilərin dövri  olaraq  meydana  çıxmasına  baxmayaraq, 

dalğavari  xarakter  daşıya  bilər.  Belə  ki, böyüklərdə səpgilərin  meydana  çıxması  eyni  vaxtda 

yox, 24-28  saatlıq  fasilələrlə  3-5  dəfəyə baş  verir. İlk  səpgi  elementləri bədənin  istənilən 

nahiyyəsində - qarında, döş qəfəsində, çiyində, budda meydana çıxır. Üzdə, başın tüklü hissəsində 

və selikli qişalarda da müşahidə edilir. Başın tüklü hissəsində səpgilərin olması differen- 

• t 

sial xarakter daşıyır. Uzdə səpgilər bədən və ətraflardan sonra qeyd edilir və nisbətən zəif büruzə 



verir.  Ovucun  içində,  ayaqların  altında  səpgilər  olmur.  Yeni  səpgi  elementləri  sönən  səpgilər 

fonunda meydana çıxır və getdikcə sayı artır. 

 

 

Su  çiçəyində  səpgi  elementlərinin  formalaşması  ardıcıl  mərhələlərlə  baş 



verir: çəhrayı  ləkə(rozeola)-papula-vericula-qartmaq. ilk  öncə  meydana  çıxan 2-4  ml  ölçüdə 

rozeoleoz ləkə bir neçə saata papulaya və vezikulaya çevrilir. Şəffaf maye ilə dolu vezikulaların 

diametri 1-2 mm-dən 8-10 mm-dək çatır. Müxtəlif formada - dairəvi, künbəzə bənzər, uzunsov ola 

bilərlər.  Sudurcuqlar bir  kameralı  quruluşa  malikdir.  Əllədikdə  yumşaqdır. İynə  batırdıqda 



çökürlər. 

Heç də bütün səpgilər və papulalar vezikulaya çevrilmirlər. Bundan başqa bir 

neçə gün müddətində yeni səpgi elementləri meydana çıxır. Ona görə də bir xəstədə eyni zamanda 

ləkə, düyüncük, vezikula və qartmaqlar görmək olar. 

Su çiçəyi səpgiləri adətən dəridə olan qaşınmalarla müşayiət olunur və normal 

dəri  fonunda  heç  bir  qanuna  uyğunluq  olmadan  yerləşirlər.  Klinisitlər onları qaynar  səthə 

tökülmüş müxtəlif ölçüdə olan su damcılarınaoxşadırlar. Səpgi elementlərinin sayı da bir neçədən 

tutmuş yüzlərlə ola bilər. Bəzi müəlliflər səpgilərin minimum 10, maksimum isə 800 elementədək 

ola biləcəyini göstərirlər. 

Səpmə dövrünün müddəti dəyişkəndir. İlk səpgi elementlərindən veziku-lalarm 

dağılıb qartmaqlara çevrilməsinədək 2-3 gün keçir. Yenidən səpmə isə 2-8 gün davam edir. Əmələ 

gəlmiş qartmaqlar 5-10 günə heç bir iz qoymadan qopub düşürlər. İlk səpgi elementləri meydana 

çıxdıqdan son qartmaq düşənə qədər ki, dövr adətən 2-3 həftəyə bərabər olur. 

Vezikulalar  bəzən  irinləyərək  pustulaya  çevrilə  bilər  ki,  bu  halda  qartmaq  2 

həftəyədək qalır. Zədələnmə dərin olduğundan qartmaqlar düşdükdən sonra yerində çapıqlaşmalar 

qala bilər. 

Böyüklərdə  su  çiçəyi  çox  vaxt  vezikulyoz-pustulyoz  xarakter  daşıyır.  Səpmə 

çox sayda və uzun müddətli olur. 

downloaded from KitabYurdu.org



Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə