359
MSS-nin zədələnməsi zamanı - herpetik ensefalitdə hər 8 saatdan bir 10 mq/kq
dozada olmaqla (gündəlik doza 30 mq/kq) 10 gün müddətində vena daxilinə təyin edilməsi letal
nəticələrin azalmasına səbəb olur. Venaya hər kq çəkiyə 15 mq vidarabin təyin edilməsi də eyni
nəticə verir.
Aseptik herpetik meningit zamanı virus əleyhinə preparatın tətbiqi hələlik
öyrənilməmişdir. Bununla belə lazım gələrsə gündə 15-30 mq asiklovir venaya yeritmək
məsləhətdir.
Anadangəlmə herpes zamanı vidarabin və ya asiklovir gündə 30 mq/kq dozada
vena daxilinə təyin edilir.
Daxili üzvlərin zədələnmələri (pnevmoniya, ezofagit və s.) ilə əlaqədar antivirus
müalicə işlənib hazırlanmasa da, gündəlik doza 15 mq/kq olmaqla asiklovir və ya vidarabin vena
daxilinə yeridilməsi məsləhət görülür.
Yayılmış herpes infeksiyası zamanı antivirus preparatlarının effektliyi haqqında
heç bir məlumat olmasa da asiklovir və vidarabinin vena daxili yeridilməsi məqsədəuyğun hesab
edilir.
Herpes viruslar əleyhinə anomal nukleotidlərədən başqa universal antivirus
preparatları olan interferon və onların induktorlarının da istifadə edilməsi məsləhət görülür.
Ümumiyyətlə, herpes virus infeksiyasmın müalicəsi antivirus, immunote-rapiya
və onların kombinasiyasına əsaslanmalıdır. Antivirus preparatlardan asiklovir, vidarabin,
sitarabin, ribavirin, idoksiuridin, triflüorotimidin, foskar-net kimi anomal nukleotidləri göstərmək
olar.
İmmunoterapiya məqsədi ilə spesifik qamma- və immunoqiobuiiniər (insan
immunoqlobulini, sitotek, intraqlobulin, pentaqlobulin və s.); interferonlar və onların preparatları
(insan leykositar interferonu, reaferon, larifan, ridostin, sikloferon, leykinferon, kamedon, intrion
A, roferon A, vellferon, kaqosel) is-
tifadə edilir. Müxtəlif vitaminlərin, xüsusən təbii antioksidantların (vitaminlər: C; E), bitki mənşəli
adaptogenlərin, timus vəzi preparalarının (timalin, timo-gen və d.) təyin edilməsi də məqsədə
uyğundur.
Profilaktikası. Sadə herpesin profilaktikası işlənilib hazırlanmamışdır. Bununla
bərabər, xəstəliyin hava-damcı yolu ilə yayılmasının qarşısını almaq məqsədi ilə digər KRVİ
zamanı aparılan tədbirlər həyata keçirilməlidir. Genital herpesin yayılmasına qarşı cinsi əlaqə
zamanı qoruyucular istifadə edilməlidir. Doğrudur, səpgilər olarsa bunun da elə bir köməyi olmur.
Anadangəlmə herpes infeksiyasının qarşısını almaq məqsədi ilə bir sıra tədbirlər aparılması
məsləhət görülür. Məsələn, doğuşdan əvvəl hamilə qadının yoluxmuş olması hər-hansı bir
molekulyar-bioloji üsulla sübut olunmuş olarsa hamiləliyin kesar kəsiyi ilə başa çatdırılması bu
cür tədbirlərdən hesab edilir. Hamiləlik dövründə genital herpes diaqnozu qoyulmuş qadınların isə
hamiləliyin 35-ci həftəsindən başlayaraq hər həftə virusoloji müayinəsi aparılmalıdır.
Residivləşən herpes infeksiyasının profilaktikası məqsədi ilə orqanizmin
immunoloji vəziyəti öyrənilib immunsupresiya və immunçatmamazlıq aşkar edilməlidir - xroniki
downloaded from KitabYurdu.org
360
infeksiya, ekzo- və endogen intoksikasiya, zərərli iş şəraiti, stress hallar və s. Lazım gələrsə
profilaktik olaraq asiklovir və və immunomo-dulyatorlar verilməsi məqsədyönlü hesab edilir.
Residivlərin qarşısım almaq məqsədi ilə immunoloji vəziyyət qənaətbəxş olduqdan sonra
rekombinant və ya inaktivləşdirilmiş herpes virusları vaksini ilə vaksinasiya aparılır.
Herpesli xəstələrlə təmasda olan 1 yaşadək zəifləmiş uşaqlara herpes əleyhinə immuno-qlobulin
yeridilməsi məsləhət görülür.
Su çiçəyi aspirasion yoluxma mexanizminə malik kəskin antroponoz virus
infeksiyası olub, bir elə də güclü olmayan ümumi intoksikasiya əlamətləri, vezikulyoz səpgilərlə
xarakterizə olunur.
T a v i x i məl u m a t. Xəstəlik çox qədim dövrlərdən məlum olsa da, ayrıca bir
xəstəlik kimi XVI əsrdə İtalyalı həkimlər V.Vidius və C.F.İnqrassia tərəfindən təsvir olunmuşdur.
191 i-ci ildə Braziliyalı alim X. Araqao vezikula-larda olan möhtəviyyatda müşahidə etdiyi kiçicik
hissəciklər haqqında məlumat verərək onların xəstəliyin törədiciləri olduğu fikrini irəli sürmüşdür.
Törədici virusları isə XX əsrin 40-cı illərində ayırmaq mümkün olmuşdur.
Etiologiyası. Su çiçəyinin və kəmərləyici dəmrovun törədiciləri -Vcıricella-
hevpes zoster - IIZV - Herpesviridae ailəsinə mənsub olan viruslardır. Bu ailə viruslarına xas olan
bütün xüsusiyyətlərə malikdirlər. Hüceyrə kultura-larında hüceyrələri fəal olaraq dağıtmaqla
sürətlə yayılırlar. Yalnız insan orqanizmində yaşayaraq çoxalırlar. Latent infeksiya şəklində uzun
müddət - illərlə orqanizmdə persistensiya edərək qala bilirlər. Fəallaşdıqda kəmərləyici dəmro-va
səbəb olurlar.
Virus genomu iki zəncirli DNT molekulundan ibarətdir. Lipid qişaya malik
virusun ölçüsü 150-200 nm-ə çatır. Bu cür iri ölçülərə malik olması onu işıq mikroskopunda da
aşkar etməyə imkan verir. Çox «uçucu» olub, xarici mühit təsirlərinə davamsızdırlar. Selikdə,
tüpürcək damcılarında 10-15 dəqiqə qalır, dezinfeksiya edicilərin, ultrabənövşəyi və günəş şüalan
təsirindən, qızdırdıqda tezliklə inaktivləşirlər. Aşağı temperatura uzun müddət dözürlər, təkrar
donmaya davamlıdırlar.
Epide m iologi yası. Mütləq antroponoz xəstəlikdir. Yüksək - 100 %-li həssaslıq
qeyd edilir. Xəstəlik mənbəyi əsasən su çiçəyi və bəzən kəmərlə-yici dəmrovla xəstə insanlardır.
Su çiçəyi ilə xəstələr inkubasion dövrün axırıncı günündən başlayaraq {səpgilər meydana
çıxmazdan əvvəl ki, 20-24 saat), səpgilər {axırıncı səpgi elementləri) meydana çıxdıqdan sonra 5
gün müddətində yoluxdurucu olurlar. Kəmərləyici dəmrovlu xəstələr uzun müddətli və sıx təmas
zamanı infeksiya mənbəyi hesab edilirlər. Yoluxma yolu mütləq olaraq hava-damcı yoludur.
Öskürmə, asqırma və danışıq zamanı küllü miqdarda xaric olan viruslar uzaq məsafələrə (20 m,
daha artıq) asanlıqla yayılır və qonşu otaqlara, mərtəbələrə keçə bilirlər. Bəzi müəlliflər elə bir
epidemioloji rolu olmasa da, virusların müxtəlif əşyalarla (oyuncaqlar və s.) ötürülə bilməsi
ehtimalını qeyd edirlər.
Hamiləlik zamanı su çiçəyi ilə xəstələnmiş analardan virusemiya
vaxtı transplasentar yolla dölün yoluxması da mümkündür. Bu zaman doğulan
körpələrdə anadangəlmə su çiçəyi sindromu deyilən pataloji pozğunluqlar müşahidə edilə bilər.
Dəridə olan kobud, geniş çapıqlar hesabına ətraflarda hərəkətlərin məhdudlaşması, psixi
downloaded from KitabYurdu.org