C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə184/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   ...   180   181   182   183   184   185   186   187   ...   207

375 

 

Xəstəliyin ağır gedişlərində kortikosteroidlərin qısa müddətli (4-7 gün), gün də 



1-1,5 mq/kq olmaqla işlədilməsi yaxşı effekt verir.    ' 

Dalağın kəskin böyüməsi olarsa hərəkət məhdudlaşdırılmalıdır. İdmanla məşğul 

olmağa tam sağaldıqdan 6-8 həftə sonra icazə verilir. 

Xroniki mononukleozda simptomatik və patogenetik müalicə aparılır. 



Profilaktika. Xəstələrin  xəstəxanaya  yerləşdirilməsi  kliniki  göstərişə  əsasən 

aparılır.  Xəstələrlə  təmasda  olanlar  müşahidə  olunmur.  Dezinfeksiya  işləri  həyata  keçirilmir. 

Spesifik profilaktika işlənilib hazırlanmamışdır. 

SİTOMEQALOVİRUS İNFEKSİYASI 



(CYTOMEGAUA) 

Sitomeqalovirus infeksiyası latent formadan tutmuş, ağır yayılmış formayadək 

özünü  müxtəlif  cəhətdən  büruzə  verən,  əsasən  aspirasion  yoluxma  mexanizminə  malik,  bəzən 

trasnplasentar ötürülən xroniki gedişli, geniş yayılmış antropo-noz virus infeksiyasıdır. 



Tarixi  məlumat. Sitomeqaliya  haqqında  ilkin  məlumatı  1882-ci  ildə  alman 

patoloqanatomu H.Ribbert vermişdir.  O,  anadangəlmə  sifilislə  ölü  doğulmuş uşaqların  böyrək 

kanalcıqlarında  nüvəsində  xüsusi  hissəciklər  olan  iri  hüceyrələr aşkar  etmişdir.  Əvvəllər  bunu 

ibtidailərə  bənzər  infeksiya  ilə  əlaqələndirməyə  çalışırdılar.  Sonralar  bu  cür  iri  sitomeqalik 

hüceyrələrin  sitomeqalovirus  infeksiyası (SMV)  üçün  xarakterik  morfoloji  dəyişiklik  olduğu 

məlum  oldu.  "Sitomeqaliya“ sözü  1921-ci  ildə E.Çoodpasture və F.Tcılbot tərəfindən  təklif 

edilmişdir.  1956-cı ildə L.Smith və W.Rowe SMV  infeksiyasının  törədicilərinin  hüceyrə 

kulturasını ayırmışlar. 

Hazırda  mövcud  olan  yüksək  həssaslığa  malik  müayinə  üsulları  SMV  infek-

siyasının  geniş  yayılmış  infeksiyaiardan  biri  olduğunu  göstərir.  Belə  ki,  təkcə  ABŞ-da  yeni 

doğulmuşların 1-2%-nin sidiyində SMV aşkar edilir ki, onların da 0,05-1%-də xəstəliyin kliniki 

əlamətləri olur. 1 yaşadək uşaqlarda SMV-la yoluxma 10-20%-ə çatır. Böyüklərdə (35 yaşadək) 

SMV-ya qarşı antitellərin aşkar olunması 

m 

40%,  50  yaşadək  insanlarda  isə  bu  100%-ə  bərabər  olur,  ictimai-iqtisadi  vəziyyət  qənaətbəxş 

olmayan ölkələrdə 100%-li yoluxma daha aşağı yaş qruplarında qeyd edilir. SMV infeksiyasının 

artması  təkcə  müayinə  üsullarının  təkmilləşdirilməsi  ilə əlaqədar  olmayıb,  eyni  zamanda 

xəstələrin və yoluxanların sayının artması ilə də əlaqədardır. 

SMV infeksiyası üçün subklinik formalar, gizli virusgəzdirənlik xarakterikdir. 

O, opportunist infeksiyalara aid olub, birincili və ikincili immun çatmamaz- 

lıq vəziyyətləri zamanı kliniki olaraq özünü göstərir. Ətraf mühitin çirklənməsi

• • 


9

 

sitostatiklərin,  immunodepresantların  tətbiqi,  IIV  infeksiyasının  yayılması  və  s.  ım-



munçatmamazlıq  vəziyyətləri  olanların  artmasına,  SMV  infeksiyasının  yayılmasına  səbəb  olur. 

Məsələn, QİCS xəstələrinin 20-40%-də SMV infeksiyası inkişaf edir və bu xəstəlikdən ölənlərin 

20%-i 

SMV-nin 


payına 

düşür. 


ÜST-nm 

Avropa regional 

bürosu 

SMV 


downloaded from KitabYurdu.org


376 

 

infeksiyasını infeksionpatologiyanın gələcəyinin asılı olduğu “yeni və gizli” infeksiyalar qrupuna 



aid etmişdir. 

E  t  i  o  l  o  g  i  y  a  s  ı. Törədicisi Cytomeqalovirııs  hominis adlanır  və Her-

pesviridae ailəsinə  aiddir.  Virionun  diametri  120-300  nm-ə  çatır.  DNT  tərkiblidir.  Virusun 

çoxalması və hüceyrə kulturasında yayılması ləng gedir. Virulentliyi və sitopatogenliyi zəif olsa 

da, hüceyrə immunitetini kəskin sürətdə aşağı salır. Nuk-leozid analoqlarına qarşı az həssasdırlar. 

SMV-nin üç ştammı vardır: Davis, Ad-169, Kerr. Termoləbildir. +56°C-də tələf 

olur, dondurulduqda infeksiyalaşdırma qabiliyyətini tezliklə itirir. Otaq temperaturunda isə uzun 

müddət qalır. 

Virus təsirindən normal hüceyrəiər iri, diametri 25-50 mkm-ə çatan sitomeqalik 

hüceyrələrə çevrilirlər. İnfeksiyalaşmış hüceyrələrin nüvələrində xüsusi törəmələr meydana çıxır. 

Onkogen təsiri hələlik müəyyənləşdirilməmişdir. 

Epidemiologiyası. Antroponoz  xəstəlikdir.  Xəstəlik  mənbəyi  virus  gəzdirənlər 

və  ya  xəstəliyin  bu  və  ya  digər  forması  ilə  xəstə  olanlardır.  Törədicilər qanda,  ağız  suyunda, 

servikal,  vaginal  ifrazatda,  göz  yaşında,  spermada,  amniotik və  serebrospinal  mayedə,  ana 

südündə, nəcisdə aşkar edilir. Yoluxma bu göstərilən bioloji materiallar və ifrazatlarla, həmçinin 

transplantatlarla baş verir. Əsas yoluxma mexanizmi aspirasion olub, hava-damcı yolu ilə yoluxur. 

Təmas,  cinsi  yolla, anadan  dölə  transplasentar  verilməsi  və  ya  dölün  doğuş  yollarında 

yoluxması mümkündür.  İnfeksiya  orqan,  qan  və  onun  preparatlarının  köçürülməsi  zamanı 

da ötürülə bilər. Anadan dölə verilmə ehtimalı 25%-ə bərabərdir. 

Xəstəlik  üçün  mövsümülük  xarakterik  deyildir.  SMV-in  immunrezistentlilyi 

diqqət çəkəndir. Belə ki, ona qarşı antitelin olmasına baxmayaraq SMV-lar insan orqanizmində 

dövr  edərək  digər  şəxslərə  və  hamilələrdə  isə  dölə  keçə  bilər.  Virusların  əlamətlər  büruzə 

vermədən  orqanizmdə  persistə  etməsi  -  çoxalması  yoluxmuş  insanın  bütün  ömrü  boyu 

virusgəzdirən olaraq qalmasına səbəb olur. 

Patogenezl Yoluxma  yerindən  asılı  olaraq  infeksiyanın  giriş  qapısı  tənəffüs 

yollarının, həzm sisteminin və cinsiyyət üzvlərinin selikli qişası ola bilər. Virus daxil olduğu yerdə 

heç bir dəyişiklik olmur. 

Virusun ağız suyu vəzilərinin epitel hüceyrələrinə tropluğunun olması onların 

hematogen  yolla  oraya  gətirilməsinə,  toplanmasına  səbəb  olur.  Adi  hallarda  viruslar  tezliklə 

qandan çəkilirlər. SMV infeksiyasının patogenezində hüceyrə immuniteti əsas rol oynayır. Ona 

görə  də  bu  infeksiya  hüceyrə  immuniteti  çatışmamaz-lığının  indikatoru  hesab  edilir.  Hüceyrə 

immunitetinin  istənilən  mənşəli  zəifləməsi  SMV  infeksiyasının  yayılmasına,  MSS  də  daxil 

olmaqla praktiki olaraq bütün üzv və sistemləri zədələnməsinə səbəb olur. Hüceyrə immunitetinin 

zəifləməsi  virusların  birbaşa  T-limfositlərə  təsiri  nəticəsində  də  ola  bilər.  Belə  ki, 

müşahidələr göstərmişdir  ki,  virusların  reproduksiyası,  orqanizmdən  xaric  olması  nə  qədər 

intensiv  olarsa,  bir  o  qədər  T-limfositlərin  səviyyəsi  aşağı  düşür.  Daha  çox  T-helper-lər  - 

induktorlar  zərər  çəkir.  Bu  zaman  T-supressorların  -  killerlərin  miqdarı  artır. CD

4

/CD



8

 nisbəti 

aşağı düşür, təbii killerlərin fəallığı zəifləyir. İnterleykin sistemində olan dəyişikliklərlə əlaqədar 

immun cavab reaksiyalarının nizamlanması pozulur. 

downloaded from KitabYurdu.org



Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə