371
■ •
xəstələrin 90%-də rast gəlinir. Oncə kataral xarakter daşıyır, çox vaxt bir tərəfli olur. Sonrakı
dövrdə hər iki badamcıq zədələnir. Müayinə zamanı əsnəkdə, udlağın arxa divarında çoxda şiddətli
olmayan hiperemiya, ödem, badamcıqla-rm böyüməsi müəyyən edilir. Xəstələrin əksəriyyətində
badamcıqların üzərində ağ-sanya çalan, boz, yumşaq, asanlıqla qopan pərdə - ərp aşkar edilir.
Xəstələrin bir qismində burun-udlaq limfa düyünləri prosesi cəlb olunur ki, bununla əlaqədar
burun tənəffüsü çətinləşir, səs tutulur, xəstələr yuxuda tənəffüs zamanı xoruldayırlar. İnfeksion
mononukleoza yumşaq damaqda hemarragik elementlərin olması - enantemalar da xarakterikdir.
Bir sıra hallarda eksudativ faringit inkişaf edə bilər ki, bu da bəzən disfagiyaya, hətta asfiksiyaya
səbəb olur.
Badamcıqlarda gedən iltihabi dəyişikliklər 3-7 gün, ağır gedişlərdə isə 2-3
həftəyədək davam edir.
Limfoadenopatiya bütün xəstələrdə qeyd edilir. İlk növbədə alt çənə bucağı altı,
qulaq və məməyəbənzər çıxıntı arxası (döş-körpücük-məməyəbənzər əzələ arxası), boyun, ənsə
limfa düyünlərinin böyüməsi nəzərə çarpır. Bu adətən hər iki tərəfdə qeyd edilir, ola bilsin ki, bir
tərəfli olsun. Həmçinin digər qrup - çənəaltı, körpücük sümüyü üstü, altı, aksillyar, dirsək, qasıq,
bud, mü-sariqə və mediastinal limfa düyünlərinin də böyüməsi müşahidə edilir. Müsari-qə limfa
düyünlərinin böyüməsi qarında ağrı, iiosekai ııahiyyədə perkulor ionun qısalması ilə müşayiət
oluna bilər və bəzən palpasiyada əllənir. Böyümüş mediastinal limfa düyünləri rentgenoloji təyin
edilir. Periferik limfa düyünləri 0,5-3 sm-dək" böyüyür. Palpasiyada hərəkətli, bir qədər bərk və
azacıq ağrılı
olur. Bir-biriləri ilə və ətraf toxuma ilə birləşmir. Üzərindəki dəri dəyişmir və heç vaxt irinləşmir.
Linfoadenopatiyanın maksimal büruzə verməsi xəstəliyin 5-10-cu günləri nəzərə çarpır və
xəstəliyin 15-20-ci günündən geriyə çəkilməyə başlayır. 2-3 aya normallaşır. Bəzi xəstələrdə limfa
düyünlərinin daha çox böyüməsi və ətraf dərialtı toxumaların şiddətli ödemi baş verir. Xəstənin
boynu «buğa boynunu» xatırladır.
Xəstəliyin II həftəsindən başlayaraq dalaq böyüyür. Xəstələrin 50-80%-də onu
palpasiya zamanı təyin etmək olur. Bəzən qabırğa kənarından 3-4 sm-dək çıxır. Palpasiyada bərk
və həssas olur. Dalağın kapsulasınm cırılması ehtimalını nəzərə alıb palpasiyasını ehtiyatla
aparmaq lazımdır. Dalağın böyüməsinin palpator təyini 2-3 həftə bəzən isə 1,5-2 ay uzanır.
Qaraciyərin böyüməsi bir qədər gec, xəstəliyin 9-11-ci günü müşahidə edilir.
Palpasiyada yumşaq, kənarları girdə, ağrısız olur. Ölçülərinin normal-laşması da dalağa nisbətən
bir qədər gecikir. Xəstənin 5-10%-də sarılıq əlamətləri meydana çıxır. Sklera və dəri saralır. Sidik
tündləşir. Mədə bulanması, iştahanın pisləşməsi olur. Qaraciyər intoksikasiyası əlamətləri olmur.
Qanda birləşmiş bilrubinin artması, AST, ALT fəallağının, timol sınağının yüksəlməsi qeyd edilir.
Fermentlərin fəallığının artması piqment mübadiləsi pozğunluqlarından və sarılığın meydana
çıxmasından xeyli əvvəl müşahidə edilir. Çox vaxt bilrubinin miqdarı normal olsa da, qələvi-
fosfatazanm fəallığı artmış olur.
Xəstəliyin 3-10-cu günündə xəstələrin bir qismində - 3-25%-də ləkəli-düyünlü,
rozeoleoz, hemorragik (petixial) və tər səpgiləri şəklində ekzantemalar müşahidə edilir. Bu zaman
downloaded from KitabYurdu.org
372
müəyyən qanuna uyğunluq olmur. Səpgilərin ən çox müşahidə edildiyi yer müəyyən edilmir -
qeyri-müəyyəndir. Heç bir iz qoymadan 1-3 günə çəkilir. Yenidən səpmələr olmur.
Infeksion mononukleoz hemoqrammada olan dəyişikliklərlə də xarakterizə
olunur. Xəstəliyin qızğın dövründə leykositoz (9-25x10
9
/l), nisbi neytrope-niya, çöp nüvəlilərə
meyillilik olur, mielositlər aşkar edilir. Atipik mononuk-leoarlar (10-70%-dək) meydana çıxır.
Atipik hüceyrələr xəstəliyin 2-3-cü günü meydana çıxır və 3-4 həftə, bəzən isə bir neçə ay qalır.
Tək nüvəli elementlər (limfositlər, monositlər, atipik mononukleoarlar) I həftənin axırlarında 80-
90 %-ə çatır. EÇS normal və ya bir qədər artmış olur - 20-30 mm/s. Bəzi xəstələrdə eritrositlərin
və trombositlərin miqdarının bir qədər azalması olur. Hemoto-loji dəyişikliklərin meydana
çıxmasında dövrülük müşahidə edilir. Belə ki, xəstəliyin başlanğıcında mülayim leykositoz,
limfomonositoz, neytropeniya olur. Atipik mononukleoarlar aşkar edilməyə də bilər. Onlar
xəstələrin əksəriyyətində (85%-də) qızğın dövrdə - II-III həftədən meydana çıxır. Miqdarının 12%-
dən artıq olması diaqnostik göstərici hesab edilir. Bu halda tək nüvəlilərin (limfo-monositlər)
ümumi miqdarı 60%-dən artıq olur.
Rekonvalessensiya dövründə xəstələrin əksəriyyətində limfo- və mono-sitlər
normaya enir, atipik mononukleoarlar və seqment ııüvəii neytropeniya itir. Lakin bir qismində
(40% hallarda) rekonvalessensiya dövründə 1 ay müddətində atipik mononukleoarlar aşkar edilə
bilər.
Infeksion mononukieozun qəbul edilmiş müəyyən bir kliniki təsnifatı yoxdur.
Ağırlığına görə yüngül, orta ağır, ağır formalar ayırd edilir. Ağır gedişi ümumi intoksikasiya
əlamətlərinə, limfa düyünlərinin böyüməsinə, hepatolie-nal sindromun büruzə vermə dərəcəsinə
və hemotoloji dəyişikliklərə əsaslanaraq müəyyənləşdirilir. Xəstəliyin atipik formaları da
müəyyən edilir. Onlar bu və ya digər əlamətin olmaması, yaxud özünü çox kəskin büruzə verməsi
ilə xarakterizə olunur.
Xroniki mononukleoz - törədicilərinin uzun müddən
orqanizmdə persistə etməsi
bəzən müxtəlif xarakterli klinik əlamətlərin büruzə verməsi ilə müşayiət olunur. Çox müxtəlif
səpgidə büruzə verən bu cür klinik əlamətlərin olması xroniki mononukleozu səciyyələndirən
əlamətləri müəyyən etməyi tələb edir.
S.E.Strausun təklifinə görə aşağıdakıların olması xroniki, mononukleozu
göstərir:
1. Epşteyn-Barr viruslarına qarşı yüksək titirdə İgM antitellərinin (kap-sid
antigeninə qarşı 1: 5120 və daha artıq və ya erkən virüs antigeninə qarşı 1: 650 və daha yüksək)
təyin edilməsi, 6 aydan uzaq olmamaqla ağır ilkin infek-sion mononukleoz keçirilməsi;
2. Bir sıra üzvlərinin patoloji prosesi cəlb olmasının histoloji təsdiqi:
a) interstisal pnevmoniya, b) sümük iliyi elementlərinin hipoplaziyası, c) uveit, ç) persistə edən
hepatit, d) limfoadenopatiya, e) splenomeqaliya.
3.
Epşteyn-Barr
viruslarının
miqdarının
getdikcə
artmasının
müəyyən edilməsi. Bu zədələnmiş toxumalarda virus nüvə antigeninin antikomplemen-tar
immunoflüorssensiya üsulu ilə aşkar etməklə təyin edilir.
Bu göstəricilərə görə müəyyən edilən xroniki mononukleoz xəstələrində kliniki
əlamətlərin müxtəlifliyi müşahidə edilir. Bütün hallarda ümumi zəiflik, tez yorulma, yuxunun pis
downloaded from KitabYurdu.org