373
olması, baş ağrısı, əzələ ağrıları, bir qism xəstədə hərarətin bir qədər yüksəlməsi, limfa
düyünlərinin böyüməsi, pnevmoniya, uveit, faringit, mədə bulanması, qarında ağn, bəzən qusma
kimi əlamətlər olur. Tək-tək hallarda ekzantema, oral və genetal herpeslər meydana çıxır. Periferik
qanda leykopeniya, trombositopeniya olur. Bu cür əlamətlərin bir çox xroniki in-feksiyalarda
müşahidə edilməsi xroniki mononukleozun differensial diaqnozunda çətinliklər yaradır. Eyni
zamanda yanaşı gedən xəstəliklərdə nəzərə alınmalıdır.
İİV infeksiyası ilə yoluxma latent mononukleoz infeksiyasmm fəallaşma-sına
səbəb olur. Bu zaman çox hallarda burun-udlaqdan götürülmüş materialda Epşteyn-Barr virusları
aşkar edilir. Virus antigenlərinə qarşı antitellərin titri yüksəlir. Limfomalarm baş vermə ehtimalı
artır. Bununla belə prosesin yayılaraq MSS -ni və daxili üzvləri əhatə edən ağır zədələnmələr
verməsi qeyd edilmir.
Ağırlaşmaları. İnfeksion mononukleoz zamanı ağırlaşmalara az-az rast gəlinir.
Bununla belə çox ciddi ağırlaşmalar verə bilməsi mümkündür. Hemotoloji ağırlaşmalardan -
autoimmun hemolitik anemiya, trombositopeniya, qranulositopeniya; nevroloji ağırlaşmalardan -
aseptik meningit, meninqo-ensefalit, psixozlar, üz sinirinin iflici ilə əlaqədar mimiki əzələlərin
iflicini, digər kəllə sinirlərinin iflicini, nevrit, poliradikulonevritləri göstərmək olar.
Ürəkdə blokada, aritmiya, perikardit, miokardit, kəskin qaraciyər və böyrək
çatışmazlığının inkişafı mümkündür. Tənəffüs sistemi tərəfindən inter-stisial pnevmoniya və
tənəffüs yollarının obstruksiyası ola bilər. Oıit, paraton-zillit, sinusit kimi ağırlaşmalar nisbətən
tez-tez rast gəlinir. Çox ağır, həyat üçün təhlükəli olan dalağın partlaması kimi ağırlaşma nadir
hallarda olsa da, qeyd edilir.
Proqnoz. Xoşdur. Letal nəticə demək olar ki, olmr. Ölümün səbəbi ensefalitlər,
tənəffüs yollarının obstuksiyası və dalağın dağılması ola bilər. Belə hallar yalnız kəskin
immunçatmamazlı olan şəxslərdə inkişaf edən mono-nukleoz zamanı qeyd edilir.
Diaqnozu. Diff er ensial di aq o z u. İnfeksion mononukleo-za kliniki əlamətlərə
və periferik qanda olan dəyişikliklərə əsaslanaraq diaqnoz qoyulması bir elə çətinlik törətmir.
Bununla belə leykoformulada olan dəyişikliklər (mononukleoarların miqdarının artması, atipik
mononukleoarların meydana çıxması) bir sıra digər virus infeksiyaları - sitomeqalovirus, qızılca,
məx-mərək, kəskin respirator infeksiyası və s. zamanı da qeyd edilə bilər.
Diaqnoz laborator olaraq əsas virus antigenlərinə qarşı antitellərin və heterofıl
antitellərin aşkar edilməsi ilə təsdiq edilir. Virusun kapsid antigeninə qarşı İgM antitelləri
inkubasion dövrdən başlayaraq bütün xəstələrdə aşkar edilir. Yalnız sağaldıqdan 2-3 ay keçdikdən
sonra itir. Onun aşkar edilməsi xəstəliyin diaqnozunu təsdiq edir. Kapsid antigeninə qarşı əmələ
gələn İgG antitelləri bütün ömrü boyu saxlanılır və onun aşkar ediləsi retrospektiv xarakter daşıyır.
Xəstələrin 70%-də virusların digər antigeninə qarşı antitellər meydana çı-xır və xəstəliyin 3-4-cü
həftəsində maksimuma çatır. Sağaldıqdan sonra itir. Nüvə antigeninə qarşı antitellər xəstələrin
hamısında (100%) xəstəliyin 3-6 həftəsində meydana çıxır. Bütün ömrü boyu saxlanılır. Ona görə
də ilkin infeksiya zamanı serokonversiyanı aşkar etməyə imkan verir.
Qeyd etdiyimiz kimi Epşteyn-Barr virusları təsirindən B-limfositlər fəallaşırlar.
Nəticədə onlar təkcə virusların əleyhinə deyil, digər müxtəlif antigen-lərə qarşıda antitellər -
downloaded from KitabYurdu.org
374
heterofıl antitellər ifraz edirlər. Elə bu xüsusiyyətdən istifadə edərək xəstəliyin diaqnozunun
qoyulmasında müxtəlif modifıkasiyada heterohemaqlutinasiya reaksiyaları tətbiq edilir.
Paul-Bunnel reaksiyası xəstəliyin I həftəsinin axırlarından, II həftədən
başlayaraq xəstələrin 50-60%-də müsbət olur. Qoyun erotrositlərinin aqlutina-siya reaksiyasına
əsaslanır. Diaqnostik titr 1:32 və daha artıq hesablanır. Titrin dinamikada artması diaqnozu təsdiq
edir. Kifayət qədər spesifik olmadığından hazırda az istifadə edilir.
Lovrik-Volner reaksiyası - əşya şüşəsi üzərinə xəstənin qanından iki damcı
qoyulur. I damcıya nativ, digərinə papainlə işlənmiş qoyun eritrositləri əlavə edilir, birincidə
aqlutinasiya baş verirsə, digəri isə heç bir dəyişikliyə uğramırsa və ya aqlutinasiya çox pis alınırsa
reaksiya müsbət hesab edilir.
Qoffa-Bauer reaksiyası - digər qeyri-spesifık reaksiyalardan daha həssas olması
ilə seçilir. 90% hallarda müsbət olur. Sadə üsul olub təzə və ya forma-lində işlənmiş at
eritrositlərinin xəstənin qan zərdabı ilə əşya şüşəsi üzərində gedən aqlutinasiya reaksiyasına
əsaslanır. Reaksiyanın nəticəsi cəmi 2 dəq. sonra məlum olduğundan bu reaksiya ekspress diaqnoz
üsulu kimi də istifadə edilə bilər.
Heterofıl antitellərin titri 4-5 həftəyə maksimuma çatır, sonradan enərək 6-12 ay
saxlanılır.
Hazırda virus DNT-ııin aşkar edilməsinə yönələn diaqnostika üsulları işlənib
hazırlanır.
Spesifik antitellərin aşkar edilmə üsulları texniki olaraq mürəkkəb olduğundan
əsasən heterohemaqlutinasiya reaksiyaları istifadə edilir.
İnfeksion mononukleozu müxtəlif etiologiyalı anginalardan, əsnəyin dif-
teriyasmın yerli formalarından, SMV infcksiyasından, İİV-infeksiyasının erkən əlamətlərindən,
listeriozun anginoz formasından, VH-dən, yayılmış limfoade-nopatiya ilə müşayiət olunan qan
xəstəliklərindən, adenovirus infeksiyasından, tulyaremiyadan, yalançı vərəmdən, məxmərəkdən
və d. xəstəliklərdən differen-sasiya etmək lazım gəlir.
Müalicəsi. İnfeksion mononukleozun müalicəsi ev şəraitin də aparıla bilər.
Kəskin intoksikasiya, yüksək qızdırma, asfıksiya təhlükəsi və bir sıra ağırlaşmalar gedən ağır
formalar, həmçinin diaqnozun dəqiq qoyulmadığı hallarda stasionar müalicəsi aparılmalıdır.
Spesifik müalicə üsulları işlənib hazırlanmamışdır. Dorğudur asiklovir və alfa-
interferonun Epşteyn-Barr viruslarının çoxalmasının ləngitməsi haqqında məlumatlar vardır, lakin
bu preparatların infeksion mononukleoz zamanı necə təsir etməsi öyrənilməmişdir. Ona görə də
patogenetik
və
simtomatik müalicə
tədbirləri
aparılır.
Dessensiblizəedicilər,
dezintoksikasiyaedicilər, ümumi müqaviməti möhkəmləndirən müalicə tədbirləri - vitaminlər,
immunomo-dulyatorlar və s. tətbiq edilir. Yerli olaraq soda məhlulu, çobanyastığı, şalfey və s.
dəmləmələrlə qarqara aparılır. Atibiotiklər yalnız ikincili mikroflara qoşularsa işlədilməlidir. Bu
zaman pensillin pereparatları, eritromisin, tetrasiklin verilə bilər. Ampissillin işlədilmir. Belə ki,
onun verilməsi 70% hallarda infeksion mononukleoz zamanı toksiki-allergik reaksiyaya səbəb
olur. Qan yaranmaya təsir etdiyindən levomisetin və sunfanilamid preparatlarının təyini də
əks göstərişdir.
downloaded from KitabYurdu.org