C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə183/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   ...   179   180   181   182   183   184   185   186   ...   207

373 

 

olması,  baş  ağrısı,  əzələ  ağrıları,  bir  qism  xəstədə  hərarətin  bir  qədər  yüksəlməsi,  limfa 



düyünlərinin böyüməsi, pnevmoniya, uveit, faringit, mədə bulanması, qarında ağn, bəzən qusma 

kimi əlamətlər olur. Tək-tək hallarda ekzantema, oral və genetal herpeslər meydana çıxır. Periferik 

qanda  leykopeniya,  trombositopeniya  olur.  Bu  cür  əlamətlərin  bir  çox  xroniki  in-feksiyalarda 

müşahidə  edilməsi  xroniki  mononukleozun  differensial  diaqnozunda  çətinliklər  yaradır.  Eyni 

zamanda yanaşı gedən xəstəliklərdə nəzərə alınmalıdır. 

İİV  infeksiyası  ilə  yoluxma  latent  mononukleoz infeksiyasmm  fəallaşma-sına 

səbəb olur. Bu zaman çox hallarda burun-udlaqdan götürülmüş materialda Epşteyn-Barr virusları 

aşkar edilir. Virus antigenlərinə qarşı antitellərin titri yüksəlir. Limfomalarm baş vermə ehtimalı 

artır.  Bununla  belə  prosesin  yayılaraq  MSS  -ni  və  daxili  üzvləri  əhatə  edən  ağır  zədələnmələr 

verməsi qeyd edilmir. 



Ağırlaşmaları. İnfeksion mononukleoz zamanı ağırlaşmalara az-az rast gəlinir. 

Bununla  belə  çox  ciddi  ağırlaşmalar  verə  bilməsi  mümkündür. Hemotoloji  ağırlaşmalardan - 

autoimmun hemolitik anemiya, trombositopeniya, qranulositopeniya; nevroloji ağırlaşmalardan - 

aseptik  meningit,  meninqo-ensefalit,  psixozlar,  üz  sinirinin  iflici  ilə  əlaqədar  mimiki  əzələlərin 

iflicini, digər kəllə sinirlərinin iflicini, nevrit, poliradikulonevritləri göstərmək olar. 

Ürəkdə blokada,  aritmiya,  perikardit,  miokardit, kəskin  qaraciyər və böyrək 

çatışmazlığının inkişafı  mümkündür. Tənəffüs  sistemi tərəfindən  inter-stisial  pnevmoniya  və 

tənəffüs yollarının obstruksiyası ola bilər. Oıit, paraton-zillit, sinusit kimi ağırlaşmalar nisbətən 

tez-tez rast gəlinir. Çox ağır, həyat üçün təhlükəli olan dalağın partlaması kimi ağırlaşma nadir 

hallarda olsa da, qeyd edilir. 



Proqnoz. Xoşdur. Letal nəticə demək olar ki, olmr. Ölümün səbəbi ensefalitlər, 

tənəffüs  yollarının  obstuksiyası  və  dalağın  dağılması  ola  bilər.  Belə  hallar  yalnız  kəskin 

immunçatmamazlı olan şəxslərdə inkişaf edən mono-nukleoz zamanı qeyd edilir. 

Diaqnozu. Diff er ensial di aq o u. İnfeksion mononukleo-za kliniki əlamətlərə 

və  periferik  qanda  olan  dəyişikliklərə  əsaslanaraq  diaqnoz  qoyulması  bir  elə  çətinlik  törətmir. 

Bununla  belə  leykoformulada  olan  dəyişikliklər  (mononukleoarların  miqdarının  artması,  atipik 

mononukleoarların meydana çıxması) bir sıra digər virus infeksiyaları - sitomeqalovirus, qızılca, 

məx-mərək, kəskin respirator infeksiyası və s. zamanı da qeyd edilə bilər. 

Diaqnoz laborator olaraq əsas virus antigenlərinə qarşı antitellərin və heterofıl 

antitellərin  aşkar  edilməsi  ilə  təsdiq  edilir.  Virusun  kapsid  antigeninə qarşı  İgM  antitelləri 

inkubasion dövrdən başlayaraq bütün xəstələrdə aşkar edilir. Yalnız sağaldıqdan 2-3 ay keçdikdən 

sonra itir. Onun aşkar edilməsi xəstəliyin diaqnozunu təsdiq edir. Kapsid antigeninə qarşı əmələ 

gələn İgG antitelləri bütün ömrü boyu saxlanılır və onun aşkar ediləsi retrospektiv xarakter daşıyır. 

Xəstələrin 70%-də virusların digər antigeninə qarşı antitellər meydana çı-xır və xəstəliyin 3-4-cü 

həftəsində  maksimuma  çatır.  Sağaldıqdan  sonra  itir. Nüvə  antigeninə  qarşı  antitellər  xəstələrin 

hamısında (100%) xəstəliyin 3-6 həftəsində meydana çıxır. Bütün ömrü boyu saxlanılır. Ona görə 

də ilkin infeksiya zamanı serokonversiyanı aşkar etməyə imkan verir. 

Qeyd etdiyimiz kimi Epşteyn-Barr virusları təsirindən B-limfositlər fəallaşırlar. 

Nəticədə  onlar  təkcə  virusların  əleyhinə  deyil,  digər  müxtəlif  antigen-lərə  qarşıda  antitellər  - 

downloaded from KitabYurdu.org



374 

 

heterofıl  antitellər  ifraz  edirlər.  Elə  bu  xüsusiyyətdən  istifadə  edərək  xəstəliyin  diaqnozunun 



qoyulmasında müxtəlif modifıkasiyada heterohemaqlutinasiya reaksiyaları tətbiq edilir. 

Paul-Bunnel  reaksiyası xəstəliyin  I  həftəsinin  axırlarından,  II  həftədən 

başlayaraq xəstələrin 50-60%-də müsbət  olur. Qoyun erotrositlərinin aqlutina-siya  reaksiyasına 

əsaslanır. Diaqnostik titr 1:32 və daha artıq hesablanır. Titrin dinamikada artması diaqnozu təsdiq 

edir. Kifayət qədər spesifik olmadığından hazırda az istifadə edilir. 



Lovrik-Volner  reaksiyası -  əşya  şüşəsi  üzərinə  xəstənin  qanından  iki  damcı 

qoyulur.  I  damcıya  nativ,  digərinə  papainlə  işlənmiş  qoyun  eritrositləri  əlavə  edilir,  birincidə 

aqlutinasiya baş verirsə, digəri isə heç bir dəyişikliyə uğramırsa və ya aqlutinasiya çox pis alınırsa 

reaksiya müsbət hesab edilir. 



Qoffa-Bauer reaksiyası - digər qeyri-spesifık reaksiyalardan daha həssas olması 

ilə  seçilir.  90%  hallarda  müsbət  olur.  Sadə  üsul  olub  təzə  və  ya  forma-lində  işlənmiş  at 

eritrositlərinin  xəstənin  qan  zərdabı  ilə  əşya  şüşəsi  üzərində gedən  aqlutinasiya  reaksiyasına 

əsaslanır. Reaksiyanın nəticəsi cəmi 2 dəq. sonra məlum olduğundan bu reaksiya ekspress diaqnoz 

üsulu kimi də istifadə edilə bilər. 

Heterofıl antitellərin titri 4-5 həftəyə maksimuma çatır, sonradan enərək 6-12 ay 

saxlanılır. 

Hazırda  virus  DNT-ııin  aşkar  edilməsinə  yönələn  diaqnostika  üsulları  işlənib 

hazırlanır. 

Spesifik antitellərin aşkar edilmə üsulları texniki olaraq mürəkkəb olduğundan 

əsasən heterohemaqlutinasiya reaksiyaları istifadə edilir. 

İnfeksion  mononukleozu  müxtəlif  etiologiyalı  anginalardan,  əsnəyin  dif-

teriyasmın  yerli  formalarından,  SMV  infcksiyasından,  İİV-infeksiyasının  erkən  əlamətlərindən, 

listeriozun  anginoz  formasından,  VH-dən,  yayılmış  limfoade-nopatiya  ilə  müşayiət  olunan  qan 

xəstəliklərindən,  adenovirus  infeksiyasından, tulyaremiyadan,  yalançı  vərəmdən,  məxmərəkdən 

və d. xəstəliklərdən differen-sasiya etmək lazım gəlir. 



Müalicəsi. İnfeksion  mononukleozun  müalicəsi  ev  şəraitin  də  aparıla  bilər. 

Kəskin  intoksikasiya,  yüksək  qızdırma,  asfıksiya  təhlükəsi  və  bir  sıra  ağırlaşmalar  gedən  ağır 

formalar, həmçinin diaqnozun dəqiq qoyulmadığı hallarda stasionar müalicəsi aparılmalıdır. 

Spesifik müalicə üsulları işlənib hazırlanmamışdır. Dorğudur asiklovir və alfa-

interferonun Epşteyn-Barr viruslarının çoxalmasının ləngitməsi haqqında məlumatlar vardır, lakin 

bu preparatların infeksion mononukleoz zamanı necə təsir etməsi öyrənilməmişdir. Ona görə də 

patogenetik 

və 


simtomatik müalicə 

tədbirləri 

aparılır. 

Dessensiblizəedicilər, 

dezintoksikasiyaedicilər,  ümumi  müqaviməti  möhkəmləndirən  müalicə  tədbirləri  -  vitaminlər, 

immunomo-dulyatorlar  və  s.  tətbiq  edilir.  Yerli  olaraq  soda  məhlulu,  çobanyastığı,  şalfey və  s. 

dəmləmələrlə qarqara aparılır. Atibiotiklər yalnız ikincili mikroflara qoşularsa işlədilməlidir. Bu 

zaman pensillin pereparatları, eritromisin, tetrasiklin verilə bilər. Ampissillin işlədilmir. Belə ki, 

onun  verilməsi  70%  hallarda  infeksion  mononukleoz  zamanı  toksiki-allergik  reaksiyaya  səbəb 

olur.  Qan  yaranmaya  təsir  etdiyindən  levomisetin  və  sunfanilamid  preparatlarının  təyini  də 

əks göstərişdir. 

downloaded from KitabYurdu.org




Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə