C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə182/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   ...   178   179   180   181   182   183   184   185   ...   207

371 

 

■ • 



xəstələrin  90%-də  rast  gəlinir.  Oncə  kataral  xarakter  daşıyır,  çox  vaxt  bir  tərəfli  olur.  Sonrakı 

dövrdə hər iki badamcıq zədələnir. Müayinə zamanı əsnəkdə, udlağın arxa divarında çoxda şiddətli 

olmayan hiperemiya, ödem, badamcıqla-rm böyüməsi müəyyən edilir. Xəstələrin əksəriyyətində 

badamcıqların  üzərində ağ-sanya  çalan,  boz,  yumşaq,  asanlıqla  qopan  pərdə  -  ərp  aşkar  edilir. 

Xəstələrin  bir  qismində  burun-udlaq  limfa  düyünləri  prosesi  cəlb  olunur  ki,  bununla əlaqədar 

burun tənəffüsü çətinləşir, səs tutulur, xəstələr yuxuda tənəffüs zamanı xoruldayırlar. İnfeksion 

mononukleoza yumşaq damaqda hemarragik elementlərin olması - enantemalar da xarakterikdir. 

Bir sıra hallarda eksudativ faringit inkişaf edə bilər ki, bu da bəzən disfagiyaya, hətta asfiksiyaya 

səbəb olur. 

Badamcıqlarda  gedən  iltihabi  dəyişikliklər  3-7  gün,  ağır  gedişlərdə  isə  2-3 

həftəyədək davam edir. 

Limfoadenopatiya bütün xəstələrdə qeyd edilir. İlk növbədə alt çənə bucağı altı, 

qulaq və məməyəbənzər çıxıntı arxası (döş-körpücük-məməyəbənzər əzələ arxası), boyun, ənsə 

limfa düyünlərinin böyüməsi nəzərə çarpır. Bu adətən hər iki tərəfdə qeyd edilir, ola bilsin ki, bir 

tərəfli olsun. Həmçinin digər qrup - çənəaltı, körpücük sümüyü üstü, altı, aksillyar, dirsək, qasıq, 

bud, mü-sariqə və mediastinal limfa düyünlərinin də böyüməsi müşahidə edilir. Müsari-qə limfa 

düyünlərinin  böyüməsi  qarında  ağrı,  iiosekai  ııahiyyədə  perkulor  ionun  qısalması  ilə  müşayiət 

oluna bilər və bəzən palpasiyada əllənir. Böyümüş mediastinal limfa düyünləri rentgenoloji təyin 

edilir. Periferik limfa düyünləri 0,5-3 sm-dək" böyüyür. Palpasiyada hərəkətli, bir qədər bərk və 

azacıq ağrılı 

olur. Bir-biriləri ilə və ətraf toxuma ilə birləşmir. Üzərindəki dəri dəyişmir və heç vaxt irinləşmir. 

Linfoadenopatiyanın  maksimal  büruzə  verməsi  xəstəliyin 5-10-cu  günləri  nəzərə  çarpır  və 

xəstəliyin 15-20-ci günündən geriyə çəkilməyə başlayır. 2-3 aya normallaşır. Bəzi xəstələrdə limfa 

düyünlərinin daha çox böyüməsi və ətraf dərialtı toxumaların şiddətli ödemi baş verir. Xəstənin 

boynu «buğa boynunu» xatırladır. 

Xəstəliyin II həftəsindən başlayaraq dalaq böyüyür. Xəstələrin 50-80%-də onu 

palpasiya zamanı təyin etmək olur. Bəzən qabırğa kənarından 3-4 sm-dək çıxır. Palpasiyada bərk 

və  həssas  olur.  Dalağın  kapsulasınm  cırılması  ehtimalını  nəzərə  alıb  palpasiyasını  ehtiyatla 

aparmaq lazımdır. Dalağın böyüməsinin palpator təyini 2-3 həftə bəzən isə 1,5-2 ay uzanır. 



Qaraciyərin böyüməsi  bir  qədər  gec,  xəstəliyin  9-11-ci  günü  müşahidə  edilir. 

Palpasiyada yumşaq, kənarları girdə, ağrısız olur. Ölçülərinin normal-laşması da dalağa nisbətən 

bir qədər gecikir. Xəstənin 5-10%-də sarılıq əlamətləri meydana çıxır. Sklera və dəri saralır. Sidik 

tündləşir. Mədə bulanması, iştahanın pisləşməsi olur. Qaraciyər intoksikasiyası əlamətləri olmur. 

Qanda birləşmiş bilrubinin artması, AST, ALT fəallağının, timol sınağının yüksəlməsi qeyd edilir. 

Fermentlərin  fəallığının  artması  piqment  mübadiləsi  pozğunluqlarından  və  sarılığın  meydana 

çıxmasından  xeyli  əvvəl  müşahidə  edilir.  Çox  vaxt bilrubinin  miqdarı  normal  olsa  da,  qələvi-

fosfatazanm fəallığı artmış olur. 

Xəstəliyin 3-10-cu günündə xəstələrin bir qismində - 3-25%-də ləkəli-düyünlü, 

rozeoleoz, hemorragik (petixial) və tər səpgiləri şəklində ekzantemalar müşahidə edilir. Bu zaman 

downloaded from KitabYurdu.org



372 

 

müəyyən  qanuna  uyğunluq  olmur.  Səpgilərin  ən çox  müşahidə  edildiyi  yer  müəyyən  edilmir  - 



qeyri-müəyyəndir. Heç bir iz qoymadan 1-3 günə çəkilir. Yenidən səpmələr olmur. 

Infeksion  mononukleoz hemoqrammada olan  dəyişikliklərlə  də  xarakterizə 

olunur.  Xəstəliyin  qızğın  dövründə  leykositoz  (9-25x10

9

/l),  nisbi  neytrope-niya,  çöp  nüvəlilərə 



meyillilik  olur,  mielositlər  aşkar  edilir.  Atipik  mononuk-leoarlar  (10-70%-dək)  meydana  çıxır. 

Atipik hüceyrələr xəstəliyin 2-3-cü günü meydana çıxır və 3-4 həftə, bəzən isə bir neçə ay qalır. 

Tək nüvəli elementlər (limfositlər, monositlər, atipik mononukleoarlar) I həftənin axırlarında 80-

90 %-ə çatır. EÇS normal və ya bir qədər artmış olur - 20-30 mm/s. Bəzi xəstələrdə eritrositlərin 

və  trombositlərin  miqdarının  bir  qədər  azalması  olur.  Hemoto-loji  dəyişikliklərin  meydana 

çıxmasında  dövrülük  müşahidə  edilir.  Belə  ki,  xəstəliyin  başlanğıcında  mülayim  leykositoz, 

limfomonositoz,  neytropeniya  olur. Atipik  mononukleoarlar  aşkar  edilməyə  də  bilər.  Onlar 

xəstələrin əksəriyyətində (85%-də) qızğın dövrdə - II-III həftədən meydana çıxır. Miqdarının 12%-

dən  artıq  olması  diaqnostik  göstərici  hesab  edilir.  Bu  halda  tək  nüvəlilərin (limfo-monositlər) 

ümumi miqdarı 60%-dən artıq olur. 

Rekonvalessensiya  dövründə  xəstələrin  əksəriyyətində  limfo-  və  mono-sitlər 

normaya  enir,  atipik  mononukleoarlar  və  seqment  ııüvəii  neytropeniya  itir.  Lakin  bir  qismində 

(40% hallarda) rekonvalessensiya dövründə 1 ay müddətində atipik mononukleoarlar aşkar edilə 

bilər. 


Infeksion mononukieozun qəbul  edilmiş müəyyən bir kliniki təsnifatı  yoxdur. 

Ağırlığına  görə yüngül,  orta  ağır,  ağır  formalar ayırd  edilir. Ağır  gedişi ümumi  intoksikasiya 

əlamətlərinə, limfa düyünlərinin böyüməsinə, hepatolie-nal sindromun büruzə vermə dərəcəsinə 

və  hemotoloji  dəyişikliklərə  əsaslanaraq  müəyyənləşdirilir.  Xəstəliyin atipik  formaları da 

müəyyən edilir. Onlar bu və ya digər əlamətin olmaması, yaxud özünü çox kəskin büruzə verməsi 

ilə xarakterizə olunur. 



Xroniki mononukleoz - törədicilərinin uzun müddən orqanizmdə persistə etməsi 

bəzən  müxtəlif  xarakterli  klinik  əlamətlərin  büruzə  verməsi  ilə  müşayiət olunur.  Çox  müxtəlif 

səpgidə  büruzə  verən  bu  cür  klinik  əlamətlərin  olması xroniki  mononukleozu  səciyyələndirən 

əlamətləri müəyyən etməyi tələb edir. 

S.E.Strausun  təklifinə  görə  aşağıdakıların  olması xroniki,  mononukleozu 

göstərir: 

1.     Epşteyn-Barr  viruslarına  qarşı  yüksək  titirdə  İgM  antitellərinin  (kap-sid 

antigeninə qarşı 1: 5120 və daha artıq və ya erkən virüs antigeninə qarşı 1: 650 və daha yüksək) 

təyin edilməsi, 6 aydan uzaq olmamaqla ağır ilkin infek-sion mononukleoz keçirilməsi

2.     Bir  sıra  üzvlərinin  patoloji  prosesi  cəlb  olmasının  histoloji  təsdiqi: 

a) interstisal  pnevmoniya, b) sümük iliyi  elementlərinin  hipoplaziyası,  c) uveit, ç) persistə edən 

hepatit, d) limfoadenopatiya, e) splenomeqaliya. 

3. 


   Epşteyn-Barr 

viruslarının 

miqdarının 

getdikcə 

artmasının 

müəyyən edilməsi.  Bu  zədələnmiş  toxumalarda  virus  nüvə  antigeninin  antikomplemen-tar 

immunoflüorssensiya üsulu ilə aşkar etməklə təyin edilir. 

Bu göstəricilərə görə müəyyən edilən xroniki mononukleoz xəstələrində kliniki 

əlamətlərin müxtəlifliyi müşahidə edilir. Bütün hallarda ümumi zəiflik, tez yorulma, yuxunun pis 

downloaded from KitabYurdu.org




Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə