C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə178/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   ...   174   175   176   177   178   179   180   181   ...   207

363 

 

Səpgi  elementləri  heç  də  həmişə  inkişaf  dövrlərinin  hamısını  ardıcıl  olaraq 



keçmir.  Bəzən  ləkə  dövründə  geriyə  inkişaf  baş  verir,  və  ya  papula  əmələ  gəlsə  də,  vezikuia 

meydana  çıxmadan  səpgilər  çəkilir.  Səpgilərin  bu  cür  inkişafı adətən  axırıncı  səpmələr  zamanı 

qeyd edilir.  Göstərmək lazımdır ki,  birinci səpmə ilə axırıncı  səpmə arasındakı müddət 8  günə 

bərabərdir. 

Su çiçəyində xəstələrin 20-30%-də dəri ilə yanaşı eyni vaxtda selikli qişalarda 

da  səpgilər  meydana  çıxır. Enanlema bərk  damaqda,  diş  ətində,  dildə,  ud-lağm  arxa  divarında, 

bəzən  isə  qırtlaqaa,  konyuktivada  qeyd  edilir.  Uşaqlarda,  xüsusən  qızlarda  cinsiyyət  üzvlərinin 

selikli qişasında da ola bilər. Enanlema-lar qırmızı ləkələr şəklində meydana çıxır və bir neçə saala 

vczikulaya  çevrilərək  dağılıb  eroziv  sahələr  -  aftalar  əmələ  gətirirlər.  Səpgilərin  sayı  az  3-5, 

bəzən isə çox sayda olur. Adi herpes aftalannı xatırladan su çiçəyi aftalan, xüsusən inkişaf edən 

aftoz stomatit qidalanmaya mane olur, körpə uşaqlar döşdən imtina edirlər. 

Su çiçəyinin kliniki gedişi əsasən yüngül olur. İntoksikasiya əlamətləri özünü zəif 

büruzə verir. Hərarətin yüksəlməsi bir elə də nəzərə çarpmır. Yeni səpgilərin baş verməsi ilə bəzən 

hərarətin qısa müddətli qalxması müşahidə edilir. Xəstəlik  normal  temperatur fonunda da keçə 

bilər. Qeyd etmək lazımdır ki, xəstəlik zamanı xüsusən böyüklərdə, limfa düyünlərinin böyüməsi 

də olur. 

Su çiçəyinin tək-tək olsa da ağır formaları da qeyd edilir: bulloz, hemor-ragik, 

qanqrenoz formalar. 

Bulloz forma -  yanaşı gedən xəstəliyi olan şəxslərdə (çox vaxt böyüklərdə) rast 

gəlinir.  Dəridə  iri,  yöndəmsiz  suluqların  meydana  çıxması  ilə  xarakterizə  olunur.  Suluqlar 

dağıldıqdan sonra yerində gec sağalan xoralar əmələ gəlir. 

Hemorragik  forma  - trombositopenik  purpura  və  hemorragik  diatez  əlamətləri 

olan xəstələrdə qeyd edilir. Bu zaman sudurcuqlarda, səpgilərdən azad dəridə və selikli qişalarda 

qansızmalara rast gəlinir. Burundan qanaxma, he-maturiya da ola bilər. 

Qanqrenoz  forma -  əsasən  zəifləmiş  şəxslərdə  inkişaf  edir.  Meydana  çıxan 

vezikulalar  tezliklə  böyüyərək  qanlı  möhtəviyyatla  dolur.  Onlar  quruduqda qara  qartmaqla 

örtülürlər.  Qartmaqların  kənarları  iltihab  zonası  ilə  haşiyə-lənnıiş  olur.  Bir  növü  qarayara 

qartmağını xatırladır. Qanqrenoz forma ağır gedişi ilə seçilir və hətta ölümlə nəticələnə bilir. 



Ağır  formalarda hərarət  39°C  və  daha  yuxarı  olur  və  3-6  gün  davam  edir. 

Xəstələrin  bir  qismində  xəstəliyin  2-5-ci  günlərində  virus  pnevmoniyası  inkişaf edə  bilər.  Bu 

əsasən 2 yaşadək uşaqlarda və yaşlılarda qeyd edilir. Bir sıra hallarda daxili üzvlərin: qaraciyər, 

dalaq,  mədə-bağırsağın,  böyrəklərin,  endokrin sistemin  zədələnməsi  ola  bilər.  Digər  virus 

ensefalitlərinə  nisbətən  ağır  gedişi  ilə seçilən  su  çiçəyi  mənşəli  ensifalitinin  inkişafı  da 

mümkündür. Daxili üzvlərin zədələnməsini törədici virusun öz xüsusiyyətləri ilə yox, orqanizmin 

reaktivliyi və T-limfosit sisteminin zəifləməsi ilə əlaqələndirirlər. 

Su  çiçəyinin  tipik  formaları  ilə  yanaşı atipik  formalar  -  silinmiş,  abortiv 



formaları da ola bilər. Silinmiş formada hərarət və intoksikasiya əlamətləri olmur, tək-tək səpgilər 

müşahidə edilir. Abortiv formada isə səpgilər meydana çıxmır. Bu cür atipik formaların diaqnozu 

adətən qoyulmur. 

downloaded from KitabYurdu.org




364 

 

Su çiçəyində periferik qanda elə bir xarakterik dəyişiklik olmur. İlk günlər digər 



virus  infeksiyalarında  olduğu  kimi  Iekopeniya,  neytropeniya,  nisbi  limfositoz  ola  bilər.  EÇS 

dəyişmir. Bəzən səpgilər dövründə bakterial infeksi-yaiarla ağırlaşmalar zamanı leykositoz, sola 

meyillik, EÇS-in sürətlənməsi aşkar edilir. 

Anadangəlmə su çiçəyi. Xəstəlik hamilələr üçün, xüsusən hamiləliyin ilk ayların 

da  təhlükəli  hesab  edilir.  Bu  zaman  dölün  inkişafına  təsiri  mümkündür və  düşük'lər  ola  bilər. 

Sonrakı dövrlər yoluxma yeni doğuhnuşiarda visseral zədələnmələrə səbəb olur. Doğuşa 4-5 gün 

qalmış  yoluxan,  xəstələnən  hamilələrdə  dölün  yoluxma  ehtimalı  17%-ə  bərabərdir.  Bu  halda 

anadangəlmə  su  çiçəyində  letallıq  ehtimalı  31%-ə  çatır.  Su  çiçəyi  yeni  doğulmuşlarda  kliniki 

olaraq doğuşdan 6-11 gün sonra büruzə verir və ağır visseral zədələnmələrlə keçir. Xəstəlik orta 

ağır formada da keçə bilər. 

Ağırlaşmaları. Nadir hallarda olur. İkincili bakterial infeksiya-nm qoşulması ilə 

abseslər,  irinliklər  və  sepsisin  inkişafı  mümkündür.  Gingivit,  stomatit,  irinli  otit,  konyuktivit, 

keratit, nefrit, hepatit və s. ola bilər. Ensefalit və ya mcniqoensefalitlər nadir hallarda təsadüf edilir. 

Proqnozu. Mütləq  əksəriyyət  xəstədə  xoş  gedişlidir.  Nadir  hallarda  müşahidə 

edilən ensefalit, meninqoensefalit kimi ağırlaşmalar olarsa, proqnoz ciddi hesab edilir. 



Diaqnozu.  Di  ff  e  r  ensi  al  daiqnozu. Kliniki  əlamətlərə  və  anamnestik 

məlumatlara əsaslanaraq su çiçəyinin diaqnozunun qoyulması elə bir çətinlik törətmir. Diaqnoz 

sudurcuqlardan  götürülmüş  materialın  gümüş-ləmə  üsulu  ilə  boyayıb  adi  işıq  mikroskopunda 

virusları  aşkar  etməklə  tostiq etmək  olar.  Ayrı-ayrı  hallarda  ekspress  diaqnostika  məqsədilə 

immunoflüoros-sensiya üsulundan istifadə edilir. Virusa qarşı antitellər KBR və hemaqlutina-siya 

reaksiyasının ləngiməsi kimi sereloji üsullarla təyin edilir. Spesifik antitel litrinin dinamikada 4 

dəfə  artması  diaqnozu  təsdiq  edir.  Sereloji  reaksiyalar diaqnozu  yalnız  retrospektiv  (xəstələr 

sağaldıqdan  sonra)  təsdiq  edir.  Spesifik müayinə  -  virusların  toxuma  kulturalarının  alınması 

kifayət qədər mürəkkəb üsul olduğundan yalnız xüsusi diaqnostik mərkəzlərdə aparıla bilər. 

Ümumiyyətlə,  xəstəliyin  diaqnozunun  laborator  təsdiqinə  ehtiyac  qalmır.  Su 

çiçəyini impetiqo, vezikulyoz rikketsioz, kəməri əy ici dəmrov, yayılmış herpes irıfeksiyası, bəzi 

həşarat dişləmələri ilə differensasiya etmək lazım gələ bilər. Hazırda rast gəlinməsə də təbii çiçək 

də diffensasiya aparılacaq xəstəliklər sırasındadır. 



Mii ali c ə s i. Ümumi qəbul edilmiş etiotrop müalicə vasitəsi yoxdur. Xəstəliyin 

erkən  dövründə  interferon  preapartlarından  olan  leykinferonun  tətbiqi  qızdırmalı  dövrün 

qısalmasına, yenidən səpmələrin qarşısının alınmasına və ya az olmasına səbəb olmaqla müsbət 

təsir göstərir. Ağır gedişlərdə, ağırlaşmalar olduqda, həmçinin immunreaktivliyi zəifləmiş şəxslərə 

(hematoloji 

i •_ 


xəstələr, HV-infeksiyası və s.) etiotrop müalicə vasitəsi kimi vena daxilinə 5 gün müddətində 15 

mq/kq dozada vidarabin uzun müddətli (12 saat müddətində) vena daxili infuziya şəklində təyin 

edilə  bilər.  Bu  məqsədlə  asiklovirin, insan  immunoqlobulinin  (3-6  ml  olmaqla  əzələ  daxilinə) 

təyini də məsləhətdir. Leykositar insan interferonunun da müsbət təsiri qeyd olunur. 

Bütün  qızdırma  dövrü  xəstələr  yataq  rejimini  gözləməlidirlər.  Sudurcuq-ları 

anilin boyalarının suda məhlulları ilə - 1%-li metilin abısı, 1%-li brilyant abısı, 0,1%-li rivanol, 

downloaded from KitabYurdu.org



Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə