|
Böyüklərdə Təməl Həyat Dəstəyi
|
səhifə | 1/3 | tarix | 18.01.2023 | ölçüsü | 4,51 Mb. | | #98741 |
| THD - handout (05.11.21)
Böyüklərdə Təməl Həyat Dəstəyi
|
Təhlükəsizliyi təmin et
|
|
Huşu yoxla
|
|
Hava yolunu aç
|
|
Tənəffüsü yoxla
|
|
Kömək çağır (103, 113)
|
|
30 döş qəfəsi kompressiyası et (CPR)
|
|
2 dəfə nəfəs ver
|
|
Döş qəfəsi kompressiyaları və tənəffüsü 30:2 nisbətində icra et
|
Təhlükəsizliyi təmin et
Mövcud vəziyyətdə xilasedicinin, zərərçəkmişin, ərtafdakı insanların və ətraf mühitin təhlükəsizliyi təmin olunmalıdır.
Huşu yoxla
Çiyninə yavaşca toxunun və mülayim silkələyin.“Yaxşısınızmı?” deyərək səsləyin. Reaksiya verib - vermədiyini müəyyənləşdirin.
Hava yolunu aç
“Baş geri, çənə yuxarı” manevrası ilə hava yolunun açıqlığını təmin edin.
Əgər xəstədə boyun travmasından şübhələnirsizsə, yalnız “çənə itələmə” menavrasını edin.
Tənəffüsü yoxla (10 saniyə)
Hava yolunu açıq tutaraq normal tənəffüsün olub - olmadığını müəyyənləşdirmək üçün Bax – Dinlə – Hiss et üsulunu icra edin:
BAX - döş qəfəsinin hərəkətlərinə baxın.
DİNLƏ - tənəffüs səslərini eşitmək üçün ağzını dinləyin.
HİSS ET - Nəfəs havasını yanağınızda hiss edin.
Xəstə/yaralının huşu qapalı olub, normal tənəffüsü olarsa, bərpa (recovery) vəziyyətinə çevirin və 103-ə zəng edin. Tənəffüsün fasiləsizliyinə nəzarət edin.
Kömək çağır (103, 113) : Xəstə/yaralının huşu qapalı,tənəffüsü yoxdursa və ya qənaətbəxş deyilsə (çətinləşmiş tənəffüs və ya az-az olan səs-küylü tənəffüs (iç çəkmə kimi) varsa) ərtafdakılara 103-ə (113) zəng etmələrini bildirin,təksinizsə özünüz zəng edin.
30 döş qəfəsi kompressiyası et (CPR):
Xəstə / yaralının döş qəfəsi üzərində dik olaraq durun və qollarınızı dirsəklərinizdən bükmədən, döş sümüyünü 5-6 sm çökdürəcək formada dəqiqədə 100 - 120 tezliklə aşağıya doğru təzyiq icra edin.
İki dəfə nəfəs ver. Döş qəfəsi kompressiyaları və tənəffüs 30:2 nisbətində icra olunmalıdır.
başı geriyə doğru çəkib, çənəni önə - yuxarı doğru çəkərək hava yolunu açın.
xəstə / yaralının alnındakı əlinizin baş və işarə barmaqları ilə burnun yumşaq hissəsini bağlayın.
Normal bir nəfəs alın və dodaqlarınızı xəstə/yaralının ağız ətrafında yerləşdirin, hava sızması olmadığından əmin olun və döş qəfəsini yüksəldəcək qədər nəfəs verin.
Ağzınızı xəstə / yaralıdan uzaqlaşdırın və içəridəki hava bayıra çıxarkən döş qəfəsinin enməsini gözləyin.
Yenidən normal nəfəs alın və ümumi iki tənəffüsü tamamlamaq üçün bir dəfə də xəstə / yaralının ağzından nəfəs verin.
Döş qəfəsi kompressiyaları və tənəffüsü 30:2 nisbətində icra et.
Dostları ilə paylaş: |
|
|