Sual 16. Hüquq normasının effektivliyinin öyrənilməsi və ölçülməsinin əsas metodikası (VI mövzu)



Yüklə 21,91 Kb.
səhifə1/3
tarix07.06.2023
ölçüsü21,91 Kb.
#115768
  1   2   3
Cavablar 16-18


Sual 16. Hüquq normasının effektivliyinin öyrənilməsi və ölçülməsinin əsas metodikası (VI mövzu)
Hüquq normasının effektivliyinin öyrənilməsi.
Hüquq normalarının effektivliyinin ölçülməsi üçün bir neçə metodika məlumdur. Məhz sadə, lakin etibarlı metodikanın əsasını təzahürün sosial məqsədlərə nisbətində, bu normaların ölçüləri ilə müəyyən edilən faktiki nəticələri və onların hüquq münasibətlərinə təsiri müəyyən edir. Ayrıca hüquq normalarını, hüquq normalarının məcmusunu, yarım hüquq institutlarını və bütövlükdə hüquq sahəsinin effektivliyini ölçmək mümkündür.
Obyektiv nəticələr əldə etmək üçün tədqiq edilən hüquqi və sosial normaların məqsədlərini aydınlaşdırmaq lazımdır. Tədqiq edilən hüquq normasının sosial məqsədlərini təyin etmək proseduru isə daha mürəkkəbdir. Müvafiq qanunda və ya digər normativ hüquqi aktla birbaşa göstərilməyən məqsədləri müəyyən etmək xüsusi çətinlik yaradır. Bu halda sənədlərin və ya tədqiq edilən hüquq normaları ilə əlaqəli olan müvafiq aktların preambulasının analizi, aktın qəbul edilməsi ilə bağlı olan izahedici vərəqi və arayışı və nəhayət normanın öz mətninin teleoloji analizinin aparılması tövsiyə edilir. Tədqiq edilən hüquq normasının özünəməxsus məqsədi, məhz hüquqi və sosial təzahürlərin məcmusunu müəyyən etmək, mövcud hüquq normasının dərketmə nəticələrinin təsirini öyrənməkdən ibarətdir.
Hüquq normasının tənzimlənməsi predmetini təşkil edən bütün komponentlər, hüquq normasının təsirini xarakterizə edir. Xüsusi olaraq dərindən öyrənilən hüquq norması, onun təsiri ilə cəmiyyətdə hansı konkret dəyişiklərin baş verməsini müəyyən etməyə imkan yaradır.
Məsələn, alqı-satqı müqaviləsinin tənzimləndiyi hüquq normasının effektivliyinin ölçülməsi üçün ilk növbədə, bu normanın əsasında yaranan konkret hüquq münasibətləri, normaların məzmunu və nəhayət alınmış nəticələrin ümumiləşdirilməsi konketsində, məqsədəmüvafiq hesab edilir. Bu halda diqqət ilk növbədə müqavilənin icrası prosesində baş verən mübahisəyə, subyektlərin münaqişəni həll etmək məqsədilə hərəkətlərinə və mübahisənin həll edilməsində səlahiyyətli orqanların fəaliyyətinə verilməlidir. Tədqiqatın predmetində, alqı-satqı müqaviləsi iştirakçılarına münasibətdə, qüvvədə olan hüquq norması və bu normanın hüquqi vasitələrlə mühafizəsi və müdafiəsinin təmin edilməsi dərəcəsi, məhz ilk növbədə nəzərə alınmalı olan cəhətləri əhatə edir. Eyni zamanda əsaslandırılmış geniş yekun icmal hazırlamaq üçün son nəticədə, hüquqi və digər təzahürlərin məcmusu, bütün zəruri məlumatları öz məzmununda saxlamaq şərti ilə, hüquqyaratma orqanının qarşısında dayanan məqsədlərin icrasının da, hansı səviyyədə təmin olmasını aşkar etməlidir.
Hüquq normalarının effektivliyinin ölçülməsi, onun məqsədləri və əldə olunmuş nəticələri haqqında müəyyən biliyə malik olmağa tamamilə kifayət edir, lakin bu tədqiqatın gedişində effektivlik səviyyəsinin dərəcəsini üzə çıxarmaq məqsədi üçün, açıq-aydın kifayət etmir. Ona görə də bunun üçün, sosial hüquqi faktorların bütün sistemini öyrənmək lazımdır. Çünki tədqiq edilən hüquq normasının effektivliyinə birbaşa və bilavasitə təsir edən bu normalar və onların məcmusu, sosial hüquqi mexanizmin təsir gücünü yaradan faktora çevrılir.
Tədqiqatın faktiki obyekti kimi, həm hüquq normasının təsirinin nəticələri, həm də sosial hüquqi mexanizm və onun fəaliyyəti, ilk növbədə isə hüquq normasının hüquqi və sosial effektivliyi faktoru, şərt olaraq göstərilməlidir.
Beləliklə, sosial hüquqi tədqiqatların predmetinin effektiv hüquq norması kimi, məhz ilk növbədə hüquq norması, onun məqsədi və fəaliyyətinin nəticələri, həmçinin sosial hüquqi mexanizm və onun konkret hüquq münasibətlərində realizasiyası çıxış edir.
Tədqiqat predmetinin özünəməxsusluğu, onun hərtərəfli və tam dərketmə yolları və üsulları ilə müəyyən edilməsini əhatə edir. Sosial hüquqi tədqiqatların gedişində istifadə edilən effektiv hüquq normaları, hüquq elminin metodlarının toplanması və analizini əhatə edən empirik informasiyaların bütün məlum olan və geniş tətbiq edilən formalarından istifadə edir:

  • hüququn təfsiri;

  • müşahidə;

  • anketləşdirmə;

  • müsahibə;

  • ekspert sorğusu;

  • yazılı mənbələrin analizi;

  • statistik ümumiləşdirmə.

Tədqiqatın ənənəvi prosedurunun məcmusu, aşağıdakı prosedurlara bölünür:

  • hipotezin formalaşması;

  • proqram tərtib edilməsi və tədqiqat forması;

  • empirik məlumatların toplanması;

  • onun izahı və qiymətləndirilməsi;

  • yekun sənədlərin hazırlanması;

  • qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər.

Bütün bu prosedurlar çox da mürəkkəb deyil və onların müvəffəqiyyətlə tətbiq edilməsi üçün əlavə olaraq prosedur aparılması qaydası və metodikası ilə tanışlıq şərti ilə, uğurla yerinə yetirilə bilər.

Hüquq normasının effektivliyinin ölçülməsinin əsas metodikası.
Mənbələrin mötəbərliyinin (səhihliyi) təyin edilməsi, müasir dövrdə öyrəndiyimiz yazılı sənədlərdə olduğu kimi, praktiki olaraq da, eyni üsullardan istifadə edilir. Hüquq tarixi mənbələri (külliyyatları), məhz hüququn təfsir edilməsi metodunun köməyi ilə öyrənilir. Müxtəlif tarixi dövrlərdə və mərhələlərdə hazırlanmış hüquqtətbiqetmə aktlarının və qeyri-rəsmi sənədlərin məzmununun izah edilməsi, bu növ mənbələrin dəqiqləşdirilməsi üçün tənqid metodunun köməyi, uğurla tətbiq edilir. Lakin tarixi dərketmə ilə, müasir dövrün siyasi-hüquqi təzahürlərinin dərk edilməsini eyniləşdirmək və yalnız bu metodun tətbiqi ilə məhdudlaşmaq olmaz.
Tarixçi, tarixi müşahidə edə bilməz, artıq hər şey keçmışdə qalmışdır. O, hüquqi eksperiment keçirmək və süni şəraitdə çoxdan mövcud olmuş prosesləri yenidən yaratmaq imkanından da məhrumdur.
Ona görə də, tarixi fakt tədqiq edilən tarixi prosesin dərk edilməsinin əsas və yeganə formasıdır. Məhz, bu proses xüsusi tədqiqat metodlarının köməyi ilə tarixi mənbələrin tənqid edilməsi və mənşəcə (genetik) bu mənbələrin hissələrə ayrılması metodu ilə öyrənilir. Eyni zamanda istənilən elmi tədqiqatda olduğu kimi, tarixi dərketmə prosesində də, qanunlardan, qaydalardan və məntiqi metodlardan istifadə edilir.
Tarixi mənbələrin tənqidi, özünəməxsus spesifik xüsusiyyətlərə malikdir və hər bir tədqiqatçı bununla razılaşır.
Birincisi, müəyyən dövrdə baş verən hüquqi və digər təzahürlər arasında obyektiv qarşılıqlı əlaqəni görmək üçün tədqiqatçı müvafiq hüquq sahəsinin ümumi hissəsi və prinsipləri haqqında minimum dəqiq təsəvvürlərə malik olmalıdır, o cümlədən:

  • tədqiq edilən normanın mexanizmi və realizə qaydalarını;

  • qanunçuluğun vəziyyətini;

  • hüquqların müdafiəsi və mühafizəsi funksiyasını həyata keçirən orqanların sistemini.

Beləliklə, bu qaydaların köməyi ilə öz-özünə deyil, birlikdə fəaliyyət göstərən digər hüquq institutları və hüquq normalarının məcmusu ilə, ayrı-ayrı hüquq normalarının və hüquq institutlarının mahiyyətini dərk etmək olar.
İkincisi, analiz edilən mərhələdə qüvvədə olmuş hüquq normalarına, həmin dövrdə cəmiyyətdə mövcud olan sosial dəyərlər sistemi və bu dəyərləri bölüşən digər sosial normaların məcmusu kontekstindən baxılmalıdır. Hüquq normalarının belə əlaqəli formada öyrənilməsi, nəinki hüquqşünaslar, eyni zamanda tarixçilər də, mütləq vacib hesab edirlər. Məhz, hüquqi göstərişlər ən müxtəlif növ fəaliyyəti idarə edir. Lakin, onlar heç də həmişə yeganə olmur. Çünki, insanlar gündəlik davranışlarında təkcə qanunlar məcəlləsinə deyil, eyni zamanda daimi olaraq dünyəvi, mənəvi, əxlaqi, peşə məcəllələrinə tabe olur ki, bunlarda tamamilə başqa davranışlar tələb edir.
Üçüncüsü, hüquq normaları sosiumun digər komponentləri ilə bilavasitə şərtləşir:

  • hüquqla tənzimlənən ictimai münasibətlər;

  • qanunçuluq və hüquq qaydasının vəziyyəti;

  • dövlətin hüquq siyasətinin effektivliyi;

  • hüquqpozuntularına qarşı mübarizə;

  • cəmiyyətin iqtisadi və mədəni səviyyəsinin inkişafı.

Beləliklə, tədqiqatçılar öz düşüncəsini keçmişə kökləməklə, o dövrdə baş verən təzahürləri tədqiq edib reallığı görə bilir, onları müasir dövrlə müqayisə edib həqiqi sosial durumu qiymətləndirməyi bacarırlar.
Məlumdur ki, tədqiqatçı göstərilən geniş biliklərin məcmusunda, təkcə mənbələrin tənqidi ilə məhdudlaşa bilməz. Tədqiqatçı, tədqiqatı ümumi əsaslar üzrə qiymətləndirərək nəticələrin əhəmiyyətli hissəsinin həm tarixi, həm də nəzəri işlərdə, o cümlədən monoqrafiyanın yazılmasında müvəffəqiyyətlə istifadə edə bilər.


Yüklə 21,91 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə