Sual 16. Hüquq normasının effektivliyinin öyrənilməsi və ölçülməsinin əsas metodikası (VI mövzu)


Sual 17. Metanəzəri tədqiqatların metodologiyasının anlayışı və predmeti (VIII mövzu)



Yüklə 21,91 Kb.
səhifə2/3
tarix07.06.2023
ölçüsü21,91 Kb.
#115768
1   2   3
Cavablar 16-18

Sual 17. Metanəzəri tədqiqatların metodologiyasının anlayışı və predmeti (VIII mövzu)

Dövlət və hüququn dərk edilməsinin işlənib hazırlanması problemlərinə istiqamətlənmiş fəlsəfi, ümumi, xüsusi və məxsusi (spesifik) tədqiqat metodları, metanəzəri tədqiqatlar adlanır. Onun əsas xüsusiyyət ondan ibarətdir ki, tədqiqat predmetinin kriteriyası kimi hüququn qanunauyğun inkişafı deyil, elmi idrak prinsiplərinin hüquq haqqında səhih, mötəbər biliyin alınması qanunauyğunluqları çıxış edir.


Müasir fəlsəfə və hüquq ədəbiyyatlarında ümumqəbul edilmiş əsaslar ondan ibarətdir ki, elmi dərketmənin prinsip və qaydaları öz-özünə deyil, xüsusi elmi tədqiqatlar nəticəsində aşkar edilir. Bu tədqiqatlar nəticəsində işlənib hazırlanmış yeni idrak metodları, həmişə mühüm elmi əhəmiyyətə malik olub və dəyişməz olaraq biliyin bir səviyyəsindən digər, daha yüksək səviyyəsinə, empirik səviyyədən nəzəri səviyyəyə, kəmiyyət (summativ) məcmusundan keyfiyyətə, həmçinin dağınıq, pərakəndə bilikdən, sistemli biliyə keçməsini təmin etmişdir.
Məhz, ənənəvi dərketmə metodları, ilk növbədə konkret-sosioloji və statistik metodlara müqayisəli hüquqi yanaşma, hüquq elmi və hüquq praktikası qarşısında vəzifələrin həll edilməsini təmin etmək məqsədi üçün, müasir elektron texnikasının tətbiqinin modifikasiyası sahəsində yeni nailiyyətlərə yol açmışdır. Bu metodların köməyi ilə:

  • elmi tədqiqatların empirik bazasını genişləndirmək mümkün olmuşdur;

  • hüququn sosial təsir mexanizmi analizinin daha da, dərinləşdirilməsi həyata keçirilmişdir;

  • hüquq normasının effektivliyinin işlənib hazırlanması və tətbiq edilməsinin metodologiyası həyata keçirilmişdir;

  • xarici ölkələrin qanunvericiliklərinin komparativistik (müqayisəli öyrənilməsi) tematikası genişləndirilmişdir;

  • informasiya hüququ yeni elmi nəzəriyyə kimi, informasiya problemləri sahəsində qanunvericilik əsaslarının elmi nəzəriyyəsi müvəffəqiyyətlə işlənib hazırlanmışdır.

Uzun müddət sosialist ideologiyasının təsirinə məruz qalmış hüquqşünaslıq, hal-hazırda hüququn sosial təbiətinə inteqrasiya etməklə, materialist baxışlara tənqidi yanaşır. İdealist mövqeydən çıxış edən müasir hüquqşünaslıq, hüququ özü inkişaf edən sosial institut kimi ictimai iqtisadi münasibətlərdən və digər sosial təzahürlərdən asılı olmayan (ideoloji təsirlərdən) müstəqil elm kimi inkişaf etməsini istəyir.
Hüququ materialist dərketmə, hüquqi dövlət konsepsiyasına və təbii hüquq nəzəriyyəsinə qarşı qoyulur. Hal-hazırda hüquq nəzəriyyəsi insanların təbii hüquqlarını dövlətin müəyyən etdiyi qanunlardan, hüquqlardan, vəzifələrdən üstün olmasını və bunun hüquqi dövlətin mütləq əlaməti, vətəndaş cəmiyyətinin və sosial dövlətin inkişafının yeganə mümkün istiqaməti kimi göstərir. Bəzən belə təsəvvür yaranır ki, hüququn idealist başlanğıcı, məhz gərəksiz yerə hüququn hərtərəfli konkret-tarixi, sosioloji analizini aparır və onu praktikada tətbiq edir.
Müasir dövrdə hüquq elmini intensiv inkişaf etdirmək üçün hüquqşünaslar, hüquqi dərketmədə birinci dərəcəli rola malik olan elmi idrak metodlarını işləyib hazırlanması istiqamətində, metanəzəri tədqiqatları fəallaşdırmalıdırlar. Bu istiqamətdə 3 əsas fundamental vəzifəni həll etmək lazımdır:

  • hüquqşünaslığın metodoloji problemlərinin işlənib hazırlanmasının başlıca istiqamətlərini müəyyən etmək;

  • hüquqi dərketmə metodlarının sosial hüquqi və digər ənənəvi metodlarının müqayisəli tədqiqatlarının işlənib hazırlanmasını davam etdirmək;

  • sosial təzahürlərin dərk edilməsində özünü pozitiv tövsiyə etmiş bütün metodoloji yenilikləri mənimsəmək və onlardan hüquqi tədqiqatlarda müvəffəqiyyətlə istifadə etmək.

Nəzərdə tutulan vəzifələri yerinə yetirmək üçün hüquq elminin metanəzəri problemlərini sistemli öyrənmək və kompleks tədqiqat aparmaq üçün 5 istiqamət üzrə tədqiqatlar aparmaq tövsiyə edilir.


Yüklə 21,91 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə