Sual 16. Hüquq normasının effektivliyinin öyrənilməsi və ölçülməsinin əsas metodikası (VI mövzu)


Sual 18. Metanəzəri tədqiqatların əsas istiqamətləri (VIII mövzu)



Yüklə 21,91 Kb.
səhifə3/3
tarix07.06.2023
ölçüsü21,91 Kb.
#115768
1   2   3
Cavablar 16-18

Sual 18. Metanəzəri tədqiqatların əsas istiqamətləri (VIII mövzu)
Yuxarıda qeyd etdiyimiz kimi, hüquq elminin metanəzəri problemlərini sistemli öyrənmək üçün 5 istiqamət üzrə tədqiqatlar aparmaq zəruridir.
Birinci istiqamət üzrə müasir şəraitdə, hüququn materialist dərketmə problemlərinin tədqiq etmək vəzifəsi, yeni nəzəri baxışlar kontekstin də olduqca aktualdır. Belə ki, marksizm baniləri tərəfindən formalaşdırılmış materialist nəzəriyyənin əsaslarının nailiyyət və qüsurlarına obyektiv, həqiqi qiymət verilməsinə təkidli tələbin yaranması, ümdə məsələ olaraq özünü büruzə verir. Bir məsələ aydındır ki, marksistlərin ərsəyə gətirdikləri işlərin bu və ya digər hissələri artıq köhnəlib və müasir siyasi-hüquqi reallıqlara uyğun gəlmir. Lakin, obyektivlik naminə qeyd etmək lazımdır ki, K.Marks və F.Engels heç vaxt “həqiqi və sonuncu instansiya” olmalarına iddia etməmiş və tarixin keçici xarakterini, onun nəzəri əsaslarını və XIX əsrin sosial praktikasını dəyişdirərək onun mahiyyətini doğru dərk etmişdilər.
Əslində, marksist hüquq nəzəriyyəsinin həqiqi ruhu və məzmununu axıra qədər araşdırıb üzə çıxarmaq, sovet hüquqşünaslığına da, nəsib olmamışdır. Məsələ bundadır ki, sovet hüquqşünaslığı, marksist hüquq nəzəriyyəsinin formalaşdırılması prosesində, yalnız marksizm banilərindən müvafiq iqtibas (sitat) gətirməklə, onların kommentariyası ilə şərtləşən axtarışlar etmişdilər. Lakin, K.Marks və F.Engelsin dövlət və hüquq haqqında bütöv və ardıcıl baxışlarının ehkamçı, formanoloji təfsirini müvafiq iqtibaslarla (sitatlarla) üzə çıxarmaq mümkün deyil.
Cəmiyyətin iqtisadi münasibətləri ilə, hüquq nəzəriyyəsinin mərkəzi tezisi şərtləşir və müvafiq olaraq, marksizm baniləri üçün bu tezis nəinki, sadəcə ümumi təlimat, şüar olmuş, eyni zamanda onların ardıcıl apardığı bütün işlərində əsas prinsip kimi müəyyən edilmişdir. Ona görə də, hüquqi dərketmənin materialist nəzəriyyəsinin həqiqi dərk edilməsin də ilk addım kimi K.Marks və F.Engelsin baxışlarının ətraflı analizi aparılmalı, həm xüsusi mülkiyyətin erkən mərhələsində, onun (marksizmin) iqtisadi inkişafın vasitəçilik hüququnda mexanizmi, həmçinin də burjua iqtisadi münasibətləri çərçivəsində dəyişilən ictimai formaları öyrənilməlidir.
Marksizm banilərinin elmi əsərlərində, materialist hüquq nəzəriyyəsinin tam və sistemli tədqiq edilməsi, hüquqşünaslığın sonrakı inkişafı üçün birinci dərəcəli əhəmiyyət kəsb edir. Məhz, bu biliklər sayəsində mümkün etmək olmuşdur:

  • müasir dünyanın inkişafında yeri olan siyasi və hüquqi təlimlərin (marksist), digər mühüm siyasi-hüquqi təlimlərinə münasibətinə aydınlıq gətirilməməsi, məhz müvafiq elm üçün əhəmiyyətli boşluqdur;

  • müasir hüquq nəzəriyyəsinin əhəmiyyətli inkişafına baxmayaraq, hələ də hüquq elmi, hüququn marksist dərk edilməməsinin həqiqi səbəblərini göstərməmiş, onun yaranması və inkişaf mənbələrini açmamış və beləliklə, hər hansı bir ehtimal və ya elmi fantaziya ilə deyil, hüquqa materialist yanaşma formasında və həqiqi elmi səviyyədə bu vəzifənin həll etməyinin mümkünlüyünü müəyyən etməmişdir;

  • müasir hüququn elmi analizinin dərinləşdirilməsi mexanizmini obyektiv şərtləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının qorunması və möhkəmləndirilməsində imkanları və həqiqi rolunun aşkar edilməsi, müasir cəmiyyətdə və dövlətdə şəxsiyyətin hüquqi statusu, onun müasir dünyada azadlıqlar səviyyəsinin mümkün obyektiv imkanlarının müəyyən edilməsi.

Metanəzəri tədqiqatların ikinci istiqamətini empirik tədqiqatlar səviyyəsində ümumi, xüsusi və məxsusi (spesifik) metodlar təşkil edir. Ümumiyyətlə, hüquqşünaslığın sonrakı tədqiqatlarında ənənəvi sosial hüquqi tədqiqatların və komparatvistikanın metodlarının işlənib hazırlanması, qarşıda dayanan birinci dərəcəli vəzifələrdəndir.
Bunun üçün sosial hüquqi metodların işlənib hazırlanmasına xüsusi əhəmiyyət verilməli, onun köməyi ilə sosial hüquqi tədqiqatların keçirilməsi aktivləşdirilməli və ilk növbədə hüquq normalarının köhnəlmiş deklarativ, effektiv olmayan hissələrini üzə çıxarmaq, konkret hüquq münasibətlərinin realizə edilməsinə sədd çəkən hüquq normalarını müəyyən etmək, qanunyaradıcılığı və hüquq tətbiqetmə praktikasının təkmilləşdirilməsinə dair əsaslandırılmış elmi təkliflər hazırlamaq, əsas vəzifələrdəndir. Məhz, göstərilən problem məsələlərlə bağlı xəbərdar olduqdan sonra, qanunvericiliyin effektiv fəaliyyət göstərməsi problemini həll etmək olar. Digər tərəfdən elmi dərketmədə müasir kompüter texnikasının, riyazi və statistik metodların tətbiq edilməsinin metodologiyasını hazırlamaqla, əhəmiyyətli dərəcədə hüquqşünasların hüquqi praktikasının realizə edilməsi, həmçinin hüquqi modelin konstruksiyası və tətbiq edilən qanunların effektiv proqnozlaşdırılması və digər hüquqi təzahürlər və prosesləri üzə çıxarıb öyrənmək mümkündür.
Müasir şəraitdə hüququn dərketmə metodları problemlərinin öyrənilməsi, hüquq elminin metanəzəri tədqiqatlarının üçüncü istiqamətini təşkil edir. Sovet hüquqşünaslığında nəzəri dərketmənin universal forması olan sistemli-struktur metodu vasitəsilə hüquq elmini yeni daha yüksək səviyyəyə qaldırmaq ümidləri özünü tam doğrultmadı və ona görə də hüquqşünaslığı formal-məntiqi, ehkamçı səviyyədən, nəzəri idrak səviyyəsinə keçirilməklə, bu sahədə tədqiqatların davam olunması məqsədəmüvafiq hesab edilmişdir. Tədqiqatçılar daha perspektivli forma kimi Hegelin abstraktdan konkretə doğru metodunun, lakin materialist mövqeydən istifadə etməklə tətbiq olunmasına üstünlük verilməsinə keçid etmişdilər. Məhz, bu metodun mahiyyətinin açılmamasındakı uğursuzluq, sovet hüquqşünaslarının H.Hegelin və K.Marksın idrak metodunun imkanlarına subyektiv yanaşmaları səbəb olmuşdur.
Hüququn dərketmə metodologiyasının dördüncü istiqamətini, hüquq elminin sistemli quruluş problemlərinin tədqiqi metodu və onun bütün çox şaxəli əlaqələri təşkil edir ki, məhz onun köməyi ilə hər bir elmi metod, digər idrak vasitələri arasında öz yerini tapır. Hər bir yeni idrak metodu, öz tədqiqatlarına universal xarakter verməyə çalışır. Lakin, hüquq elmi metodunun sistemli quruluşu və kifayət qədər mürəkkəb yerarxik qarşılıqlı əlaqələrin ümumi, xüsusi və məxsusi metodlarını aydınlaşdırmadıqca, bu qeyri-dəqiq mühakimə davam edəcəkdir. Digər tərəfdən, hüquq elminin sistemli quruluş metodu, nəinki işlənib hazırlanamamış, hətta onun keyfiyyət göstəriciləri belə dərk edilməmiş qalır. Praktiki olaraq dövlət və hüquq nəzəriyyəsi, bütün müasir dərketmə formasında, bu elmin metoduna summativ (kəmiyyət məcmusu) mövqeydən yanaşır və metodun tərkibi subyektiv, xüsusi və məxsusi metodların tam olmayan məcmusunu əhatə edir.
Hüquq elminin metanəzəri tədqiqatlarının beşinci istiqamətinə, hüquq elminin obyekti və predmetinin dərk edilməsinin sinergetik (bir-biri ilə uyuşmayan, ziddiyyətli baxışların birləşdirilməsi), hermenevatik (hüququn ən incə məqamlarına qədər təfsir etmə, sanki “korroziyadan” təmizləmə kimi), fenomenoloji (obyektiv aləmin varlığını inkar və şüurun yeganə gerçəklik olduğunun iddia edilməsi) və digər müasir dərketmə üsullarının tədqiqat problemləri aid edilir.
Tarixi reallıqlar göstərir ki, hüquq elminin inkişaf prosesində elmi metodların sisteminin təkmilləşdırilməsi, hüquqşünaslıqda müasir cəmiyyətin, dövlətin və hüququn inkişaf səviyyəsinə xas olan dərketmə proseslərini və təzahürlərini modifikasiya etmədən, onu inkişaf etdirmək mümkün deyil. Yalnız yeni metodların tətbiq edilməsi, dərketmədə dəyişməz olaraq pozitiv nəticələrin əldə olunmasını təmin edir. Lakin bir şərtlə ki, onun qneseoloji (idrak nəzəriyyəsi) imkanları nəzərə alınaraq, qavranılması mümkün olsun. Ona görə də müasir dövrdə qneseoloji tədqiqat metodlarının sinergetik, hermenevatik və feneomenoloji (fenomen, fövqəladə müstəsnalıq) elmi metodların imkanlarından istifadə etməklə, hüquq elminin problemlərini dərk etmək mümkündür.
Yüklə 21,91 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə