361
pozğunluqlar, görmə üzvünün anomaliyalaıı olur. Bu cür uşaqların bir qismi (24%) həyatının ilk
günlərindəcə tələf olurlar.
Hamiləlik dövründə yoluxma zamanı uşaqlarda
latent infeksiya da formalaşa
bilir ki, belə uşaqların həyatının birinci ilində kəmərləyici dəmrov müşahidə edilir.
Su çiçəyinə həssaslıq xəstoliyi keçirməmiş bütün yaş qruplarında eyni
dərəcədədir - yüksəkdir. Bununla belə xəstələnənlərin mütləq əksəriyyəti - 80%-i 7 yaşınadək
uşaqların payına düşür.
15 yaşınadək isə bu 90%-ə çatır.Yaşlılar nadir hallarda xəstələnirlər. Bu
onlarda uşaq yaşlarında immunitetin formalaşması ilə izah edilə bilər. Xəstəlik keçirmişlərdə ömür
boyu xəstələnmədən qoruyan immunitet yaranır. Təkrar xəstələnmə demək olar ki, olmur.
Anadangəlmə immunitet olduğuna görə körpələr doğulduqdan sonra bir neçə ay müddətində
xəstəliyə yoluxmurlar.
Xəstəliyin yayılmasında mövsümülük mövcuddur. Əsasən payız-qış aylarında
təsadüf edilir. Dövrü olaraq xəstələnmə hadisələrinin artıb-azalması, epidemiyaların baş verməsi
qeyd edilir.
P a t o g e n e z i. Su çiçəyinin patogenezi kifayət qədər öyrənilməmişdir.
Ümumiyyətlə götürdükdə isə digər virus infeksiyaları ilə oxşardır. Virusun daxil olması yuxarı
tənəffüs yollarının selikli qişasında baş verir. Burada epitel hüceyrələrdə artıb çoxalan viruslar
limfatik yollarla regionar Iimfa düyünlərinə gətirilir və qana keçir. Qanla bütün orqanizmə
yayılaraq sonradan selikli qişa və dəri epitel hüceyrələrinə toplanırlar. Bu onların epitelial
toxumalara və dəri epitelinə tropizmi ilə əlaqədardır. Epitel hüceyrələrə toplanmış viruslar
onların nüvələrinin həll olunmasına, sitoplazma və qişasının şişkinləşməsinə səbəb olur.
Epidermisin vakuolyarizasiyası baş verir. Hüceyrə balon distrofıyasına uğrayaraq tələf olur, öz
formasını itirərək qovcuğa sevrilirlər. Qovcuq boşluğuna eksudat toplanır və tipik bir kameralı su
çiçəyi vezikulyası formalaşır. Virusların artıb çoxalması toksiki faktorların toplanması, orqanizmin
allergik yenidən qurulması ilə müşayiət olunur və intoksikasiya, qızdırma inkişaf edir. Vezikula
irinciyə - pustulaya çevrilərsə intoksikasiya və qızdırma daha kəskin olur. Prosesin geriyə inkişafı
nəticəsində vezikula möhtəviyyatı sorulur, qartmaq əmələ gəlir. Qartmaq düşdükdən sonra yerində
çapıqlaşma qalmır. İkinci-li infeksiya qoşularsa çapıqlaşmalar ola bilər. Xəstəliyin ağır
gedişlərində, xüsusən immuniteti zəifləmiş şəxslərdə qaraciyərin, böyrəklərin, böyrəküstü vəzin,
ağ ciyərlərin
və
digər
üzvlərin zədələnməsi
mümkündür.
Virusun
MSS-nə
tropizmi
ensefalitlərin inkişafına səbəb ola bilər.
Su çiçəyində hüceyrə immunitetinin (xüsusən T-limfositlərin) əhəmiyyətli
rolu qeyd edilir və onun zəifləməsi xəstəliyin ağır gedişini şərtləndirir. Xəstəliyin uzun müddət
hormonal preparatlar və süa terapiyası almışlarda, həmçinin 70 yaşdan yuxarı insanlarda ağır
gedişi bunu bir növ təsdiq edir.
Su çiçəyi anergik təsirə də malikdir. Belə ki, bu zaman digər infeksion
xəstəliklərə həssaslıq artır, xroniki xəstəliklərin kəskinləşməsi baş verir.
Xəstəliyin əlamətləri çəkildikdən sonra su çiçəyi virusları latent
infeksiya şəklində uzun müddət saxlanıla bilər. Güman edilir ki, onlar
onurğa beyninin arxa
köklərində və onurğa beyni qanqlialarında toplanırlar. Bu cür latensiya xüsusi virus genomlarmın
təsiri və viruslarla hüceyrələrin assosiasiyası nəticəsində müəyyənləşir. İnfeksiyanın fəallaşması
downloaded from KitabYurdu.org
362
isə özünü kəmərləyici dəmrov şəklində büruzə verir və proses təkcə dəridə deyil, MSS-də, daxili
üzvlərdə də mü-şahidə edilə bilir.
Klinikası. İnkubasion dövr 10-21 günə bərabərdir. Xəstəlik adətən kəskin
başlayır. Xəstələrdə, xüsusən böyüklərdə halsızlıq, baş ağrısı, iştahanın pisləşməsi, bəzən isə mədə
bulanması, qusma kimi əlamətlərlə büruzə verən, 1-2 gün davam edən prodromal dövr ola bilər.
Prodromal dövr olmadıqda xəstəlik birdən-birə özünü sağlam hesab edən adamlarda səpgilər və
qızdırma ilə meydana çıxır. Qızdırma böyüklərdə uşaqlara nisbətən yüksək və uzun müddətli olur.
Xarakterik temperatur əyrisi olmur. Səpgilərin dövri olaraq meydana çıxmasına baxmayaraq,
dalğavari xarakter daşıya bilər. Belə ki, böyüklərdə səpgilərin meydana çıxması eyni vaxtda
yox, 24-28 saatlıq fasilələrlə 3-5 dəfəyə baş verir. İlk səpgi elementləri bədənin istənilən
nahiyyəsində - qarında, döş qəfəsində, çiyində, budda meydana çıxır. Üzdə, başın tüklü hissəsində
və selikli qişalarda da müşahidə edilir. Başın tüklü hissəsində səpgilərin olması differen-
• t
sial xarakter daşıyır. Uzdə səpgilər bədən və ətraflardan sonra qeyd edilir və nisbətən zəif büruzə
verir. Ovucun içində, ayaqların altında səpgilər olmur. Yeni səpgi elementləri sönən səpgilər
fonunda meydana çıxır və getdikcə sayı artır.
Su çiçəyində səpgi elementlərinin formalaşması ardıcıl mərhələlərlə baş
verir:
çəhrayı ləkə(rozeola)-papula-vericula-qartmaq. ilk öncə meydana çıxan 2-4 ml ölçüdə
rozeoleoz ləkə bir neçə saata papulaya və vezikulaya çevrilir. Şəffaf maye ilə dolu vezikulaların
diametri 1-2 mm-dən 8-10 mm-dək çatır. Müxtəlif formada - dairəvi, künbəzə bənzər, uzunsov ola
bilərlər. Sudurcuqlar bir kameralı quruluşa malikdir. Əllədikdə yumşaqdır. İynə batırdıqda
çökürlər.
Heç də bütün səpgilər və papulalar vezikulaya çevrilmirlər. Bundan başqa bir
neçə gün müddətində yeni səpgi elementləri meydana çıxır. Ona görə də bir xəstədə eyni zamanda
ləkə, düyüncük, vezikula və qartmaqlar görmək olar.
Su çiçəyi səpgiləri adətən dəridə olan qaşınmalarla müşayiət olunur və normal
dəri fonunda heç bir qanuna uyğunluq olmadan yerləşirlər. Klinisitlər onları qaynar səthə
tökülmüş müxtəlif ölçüdə olan su damcılarınaoxşadırlar. Səpgi elementlərinin sayı da bir neçədən
tutmuş yüzlərlə ola bilər. Bəzi müəlliflər səpgilərin minimum 10, maksimum isə 800 elementədək
ola biləcəyini göstərirlər.
Səpmə dövrünün müddəti dəyişkəndir. İlk səpgi elementlərindən veziku-lalarm
dağılıb qartmaqlara çevrilməsinədək 2-3 gün keçir. Yenidən səpmə isə 2-8 gün davam edir. Əmələ
gəlmiş qartmaqlar 5-10 günə heç bir iz qoymadan qopub düşürlər. İlk səpgi elementləri meydana
çıxdıqdan son qartmaq düşənə qədər ki, dövr adətən 2-3 həftəyə bərabər olur.
Vezikulalar bəzən irinləyərək pustulaya çevrilə bilər ki, bu halda qartmaq 2
həftəyədək qalır. Zədələnmə dərin olduğundan qartmaqlar düşdükdən sonra yerində çapıqlaşmalar
qala bilər.
Böyüklərdə su çiçəyi çox vaxt vezikulyoz-pustulyoz xarakter daşıyır. Səpmə
çox sayda və uzun müddətli olur.
downloaded from KitabYurdu.org