C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə176/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   ...   172   173   174   175   176   177   178   179   ...   207

359 

 

MSS-nin zədələnməsi zamanı - herpetik ensefalitdə hər 8 saatdan bir 10 mq/kq 



dozada olmaqla (gündəlik doza 30 mq/kq) 10 gün müddətində vena daxilinə təyin edilməsi letal 

nəticələrin azalmasına səbəb olur. Venaya hər kq çəkiyə 15 mq vidarabin təyin edilməsi də eyni 

nəticə verir. 

Aseptik  herpetik  meningit  zamanı  virus  əleyhinə  preparatın  tətbiqi  hələlik 

öyrənilməmişdir.  Bununla  belə  lazım  gələrsə  gündə  15-30  mq  asiklovir  venaya  yeritmək 

məsləhətdir. 

Anadangəlmə herpes zamanı vidarabin və ya asiklovir gündə 30 mq/kq dozada 

vena daxilinə təyin edilir. 

Daxili üzvlərin zədələnmələri (pnevmoniya, ezofagit və s.) ilə əlaqədar antivirus 

müalicə işlənib hazırlanmasa da, gündəlik doza 15 mq/kq olmaqla asiklovir və ya vidarabin vena 

daxilinə yeridilməsi məsləhət görülür. 

Yayılmış herpes infeksiyası zamanı antivirus preparatlarının effektliyi haqqında 

heç bir məlumat olmasa da asiklovir və vidarabinin vena daxili yeridilməsi məqsədəuyğun hesab 

edilir. 


Herpes  viruslar  əleyhinə  anomal  nukleotidlərədən  başqa  universal  antivirus 

preparatları olan interferon və onların induktorlarının da istifadə edilməsi məsləhət görülür. 

Ümumiyyətlə, herpes virus infeksiyasmın müalicəsi antivirus, immunote-rapiya 

və  onların  kombinasiyasına  əsaslanmalıdır.  Antivirus  preparatlardan  asiklovir,  vidarabin, 

sitarabin, ribavirin, idoksiuridin, triflüorotimidin, foskar-net kimi anomal nukleotidləri göstərmək 

olar. 


İmmunoterapiya  məqsədi  ilə  spesifik  qamma-  və  immunoqiobuiiniər  (insan 

immunoqlobulini, sitotek, intraqlobulin, pentaqlobulin və s.); interferonlar və onların preparatları 

(insan leykositar interferonu, reaferon, larifan, ridostin, sikloferon, leykinferon, kamedon, intrion 

A, roferon A, vellferon, kaqosel) is- 

 

 

tifadə edilir. Müxtəlif vitaminlərin, xüsusən təbii antioksidantların (vitaminlər: C; E), bitki mənşəli 



adaptogenlərin,  timus  vəzi  preparalarının  (timalin,  timo-gen  və  d.)  təyin  edilməsi  də  məqsədə 

uyğundur. 



Profilaktikası. Sadə herpesin profilaktikası işlənilib hazırlanmamışdır. Bununla 

bərabər,  xəstəliyin  hava-damcı  yolu  ilə  yayılmasının  qarşısını  almaq  məqsədi  ilə  digər  KRVİ 

zamanı  aparılan  tədbirlər  həyata  keçirilməlidir. Genital  herpesin  yayılmasına  qarşı  cinsi  əlaqə 

zamanı qoruyucular istifadə edilməlidir. Doğrudur, səpgilər olarsa bunun da elə bir köməyi olmur. 

Anadangəlmə  herpes  infeksiyasının  qarşısını  almaq  məqsədi  ilə  bir  sıra  tədbirlər aparılması 

məsləhət  görülür.  Məsələn,  doğuşdan  əvvəl  hamilə  qadının  yoluxmuş  olması  hər-hansı  bir 

molekulyar-bioloji üsulla sübut olunmuş olarsa hamiləliyin kesar kəsiyi ilə başa çatdırılması bu 

cür tədbirlərdən hesab edilir. Hamiləlik dövründə genital herpes diaqnozu qoyulmuş qadınların isə 

hamiləliyin 35-ci həftəsindən başlayaraq hər həftə virusoloji müayinəsi aparılmalıdır. 

Residivləşən  herpes  infeksiyasının  profilaktikası  məqsədi  ilə  orqanizmin 

immunoloji vəziyəti öyrənilib immunsupresiya və immunçatmamazlıq aşkar edilməlidir - xroniki 

downloaded from KitabYurdu.org




360 

 

infeksiya,  ekzo-  və  endogen  intoksikasiya,  zərərli  iş  şəraiti, stress  hallar  və  s.  Lazım  gələrsə 



profilaktik  olaraq  asiklovir  və  və  immunomo-dulyatorlar  verilməsi  məqsədyönlü  hesab  edilir. 

Residivlərin  qarşısım  almaq məqsədi  ilə  immunoloji  vəziyyət  qənaətbəxş  olduqdan  sonra 

rekombinant  və ya  inaktivləşdirilmiş  herpes  virusları  vaksini  ilə  vaksinasiya  aparılır. 

Herpesli xəstələrlə təmasda olan 1 yaşadək zəifləmiş uşaqlara herpes əleyhinə immuno-qlobulin 

yeridilməsi məsləhət görülür. 

Su  çiçəyi  aspirasion  yoluxma  mexanizminə  malik  kəskin  antroponoz  virus 

infeksiyası olub, bir elə də güclü olmayan ümumi intoksikasiya əlamətləri, vezikulyoz səpgilərlə 

xarakterizə olunur. 



T a v i x i məl u m a t. Xəstəlik çox qədim dövrlərdən məlum olsa da, ayrıca bir 

xəstəlik kimi XVI əsrdə İtalyalı həkimlər V.Vidius və C.F.İnqrassia tərəfindən təsvir olunmuşdur. 

191 i-ci ildə Braziliyalı alim X. Araqao vezikula-larda olan möhtəviyyatda müşahidə etdiyi kiçicik 

hissəciklər haqqında məlumat verərək onların xəstəliyin törədiciləri olduğu fikrini irəli sürmüşdür. 

Törədici virusları isə XX əsrin 40-cı illərində ayırmaq mümkün olmuşdur. 

Etiologiyası.  Su  çiçəyinin  və  kəmərləyici  dəmrovun  törədiciləri  -Vcıricella-

hevpes zoster - IIZV - Herpesviridae ailəsinə mənsub olan viruslardır. Bu ailə viruslarına xas olan 

bütün  xüsusiyyətlərə  malikdirlər.  Hüceyrə  kultura-larında  hüceyrələri  fəal  olaraq  dağıtmaqla 

sürətlə yayılırlar. Yalnız insan orqanizmində yaşayaraq çoxalırlar. Latent infeksiya şəklində uzun 

müddət - illərlə orqanizmdə persistensiya edərək qala bilirlər. Fəallaşdıqda kəmərləyici dəmro-va 

səbəb olurlar. 

Virus  genomu  iki  zəncirli  DNT  molekulundan  ibarətdir.  Lipid  qişaya  malik 

virusun ölçüsü 150-200 nm-ə çatır. Bu cür iri ölçülərə malik olması onu işıq mikroskopunda da 

aşkar  etməyə  imkan  verir.  Çox  «uçucu»  olub,  xarici mühit  təsirlərinə  davamsızdırlar.  Selikdə, 

tüpürcək damcılarında 10-15 dəqiqə qalır, dezinfeksiya edicilərin, ultrabənövşəyi və günəş şüalan 

təsirindən,  qızdırdıqda  tezliklə  inaktivləşirlər.  Aşağı  temperatura  uzun  müddət  dözürlər,  təkrar 

donmaya davamlıdırlar. 

Epide m iologi yası. Mütləq antroponoz xəstəlikdir. Yüksək - 100 %-li həssaslıq 

qeyd edilir. Xəstəlik mənbəyi əsasən su çiçəyi və bəzən kəmərlə-yici dəmrovla xəstə insanlardır. 

Su  çiçəyi  ilə  xəstələr  inkubasion  dövrün  axırıncı  günündən  başlayaraq {səpgilər  meydana 

çıxmazdan əvvəl ki, 20-24 saat), səpgilər {axırıncı səpgi elementləri) meydana çıxdıqdan sonra 5 

gün müddətində yoluxdurucu olurlar. Kəmərləyici dəmrovlu xəstələr uzun müddətli və sıx təmas 

zamanı  infeksiya  mənbəyi  hesab  edilirlər.  Yoluxma  yolu  mütləq  olaraq hava-damcı  yoludur. 

Öskürmə, asqırma və danışıq zamanı küllü miqdarda xaric olan viruslar uzaq məsafələrə (20 m, 



daha artıq) asanlıqla yayılır və qonşu otaqlara, mərtəbələrə keçə bilirlər. Bəzi müəlliflər elə bir 

epidemioloji  rolu  olmasa  da,  virusların  müxtəlif  əşyalarla  (oyuncaqlar  və  s.)  ötürülə  bilməsi 

ehtimalını qeyd edirlər. 

Hamiləlik  zamanı  su  çiçəyi  ilə  xəstələnmiş  analardan  virusemiya 

vaxtı transplasentar  yolla dölün  yoluxması  da  mümkündür.  Bu  zaman  doğulan 

körpələrdə anadangəlmə su çiçəyi sindromu deyilən pataloji pozğunluqlar müşahidə edilə bilər. 

Dəridə  olan  kobud,  geniş  çapıqlar  hesabına  ətraflarda  hərəkətlərin  məhdudlaşması,  psixi 

downloaded from KitabYurdu.org




Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə