375
Xəstəliyin ağır gedişlərində kortikosteroidlərin qısa müddətli (4-7 gün), gün də
1-1,5 mq/kq olmaqla işlədilməsi yaxşı effekt verir. '
Dalağın kəskin böyüməsi olarsa hərəkət məhdudlaşdırılmalıdır. İdmanla məşğul
olmağa tam sağaldıqdan 6-8 həftə sonra icazə verilir.
Xroniki mononukleozda simptomatik və patogenetik müalicə aparılır.
Profilaktika. Xəstələrin xəstəxanaya yerləşdirilməsi kliniki göstərişə əsasən
aparılır. Xəstələrlə təmasda olanlar müşahidə olunmur. Dezinfeksiya işləri həyata keçirilmir.
Spesifik profilaktika işlənilib hazırlanmamışdır.
%
SİTOMEQALOVİRUS İNFEKSİYASI
(CYTOMEGAUA)
Sitomeqalovirus infeksiyası latent formadan tutmuş, ağır yayılmış formayadək
özünü müxtəlif cəhətdən büruzə verən, əsasən aspirasion yoluxma mexanizminə malik, bəzən
trasnplasentar ötürülən xroniki gedişli, geniş yayılmış antropo-noz virus infeksiyasıdır.
Tarixi məlumat. Sitomeqaliya haqqında ilkin məlumatı 1882-ci ildə alman
patoloqanatomu H.Ribbert vermişdir. O, anadangəlmə sifilislə ölü doğulmuş uşaqların böyrək
kanalcıqlarında nüvəsində xüsusi hissəciklər olan iri hüceyrələr aşkar etmişdir. Əvvəllər bunu
ibtidailərə bənzər infeksiya ilə əlaqələndirməyə çalışırdılar. Sonralar bu cür iri sitomeqalik
hüceyrələrin sitomeqalovirus infeksiyası (SMV) üçün xarakterik morfoloji dəyişiklik olduğu
məlum oldu. "Sitomeqaliya“ sözü 1921-ci ildə E.Çoodpasture və F.Tcılbot tərəfindən təklif
edilmişdir. 1956-cı ildə L.Smith və W.Rowe SMV infeksiyasının törədicilərinin hüceyrə
kulturasını ayırmışlar.
Hazırda mövcud olan yüksək həssaslığa malik müayinə üsulları SMV infek-
siyasının geniş yayılmış infeksiyaiardan biri olduğunu göstərir. Belə ki, təkcə ABŞ-da yeni
doğulmuşların 1-2%-nin sidiyində SMV aşkar edilir ki, onların da 0,05-1%-də xəstəliyin kliniki
əlamətləri olur. 1 yaşadək uşaqlarda SMV-la yoluxma 10-20%-ə çatır. Böyüklərdə (35 yaşadək)
SMV-ya qarşı antitellərin aşkar olunması
_ m
40%, 50 yaşadək insanlarda isə bu 100%-ə bərabər olur, ictimai-iqtisadi vəziyyət qənaətbəxş
olmayan ölkələrdə 100%-li yoluxma daha aşağı yaş qruplarında qeyd edilir. SMV infeksiyasının
artması təkcə müayinə üsullarının təkmilləşdirilməsi ilə əlaqədar olmayıb, eyni zamanda
xəstələrin və yoluxanların sayının artması ilə də əlaqədardır.
SMV infeksiyası üçün subklinik formalar, gizli virusgəzdirənlik xarakterikdir.
O, opportunist infeksiyalara aid olub, birincili və ikincili immun çatmamaz-
lıq vəziyyətləri zamanı kliniki olaraq özünü göstərir. Ətraf mühitin çirklənməsi,
• •
9
sitostatiklərin, immunodepresantların tətbiqi, IIV infeksiyasının yayılması və s. ım-
munçatmamazlıq vəziyyətləri olanların artmasına, SMV infeksiyasının yayılmasına səbəb olur.
Məsələn, QİCS xəstələrinin 20-40%-də SMV infeksiyası inkişaf edir və bu xəstəlikdən ölənlərin
20%-i
SMV-nin
payına
düşür.
ÜST-nm
Avropa regional
bürosu
SMV
downloaded from KitabYurdu.org
376
infeksiyasını infeksionpatologiyanın gələcəyinin asılı olduğu “yeni və gizli” infeksiyalar qrupuna
aid etmişdir.
E t i o l o g i y a s ı. Törədicisi
Cytomeqalovirııs hominis adlanır və
Her-
pesviridae ailəsinə aiddir. Virionun diametri 120-300 nm-ə çatır. DNT tərkiblidir. Virusun
çoxalması və hüceyrə kulturasında yayılması ləng gedir. Virulentliyi və sitopatogenliyi zəif olsa
da, hüceyrə immunitetini kəskin sürətdə aşağı salır. Nuk-leozid analoqlarına qarşı az həssasdırlar.
SMV-nin üç ştammı vardır: Davis, Ad-169, Kerr. Termoləbildir. +56°C-də tələf
olur, dondurulduqda infeksiyalaşdırma qabiliyyətini tezliklə itirir. Otaq temperaturunda isə uzun
müddət qalır.
Virus təsirindən normal hüceyrəiər iri, diametri 25-50 mkm-ə çatan sitomeqalik
hüceyrələrə çevrilirlər. İnfeksiyalaşmış hüceyrələrin nüvələrində xüsusi törəmələr meydana çıxır.
Onkogen təsiri hələlik müəyyənləşdirilməmişdir.
Epidemiologiyası. Antroponoz xəstəlikdir. Xəstəlik mənbəyi virus gəzdirənlər
və ya xəstəliyin bu və ya digər forması ilə xəstə olanlardır. Törədicilər qanda, ağız suyunda,
servikal, vaginal ifrazatda, göz yaşında, spermada, amniotik və serebrospinal mayedə, ana
südündə, nəcisdə aşkar edilir. Yoluxma bu göstərilən bioloji materiallar və ifrazatlarla, həmçinin
transplantatlarla baş verir. Əsas yoluxma mexanizmi aspirasion olub, hava-damcı yolu ilə yoluxur.
Təmas, cinsi yolla, anadan dölə transplasentar verilməsi və ya dölün doğuş yollarında
yoluxması mümkündür. İnfeksiya orqan, qan və onun preparatlarının köçürülməsi zamanı
da ötürülə bilər. Anadan dölə verilmə ehtimalı 25%-ə bərabərdir.
Xəstəlik üçün mövsümülük xarakterik deyildir. SMV-in immunrezistentlilyi
diqqət çəkəndir. Belə ki, ona qarşı antitelin olmasına baxmayaraq SMV-lar insan orqanizmində
dövr edərək digər şəxslərə və hamilələrdə isə dölə keçə bilər. Virusların əlamətlər büruzə
vermədən orqanizmdə persistə etməsi - çoxalması yoluxmuş insanın bütün ömrü boyu
virusgəzdirən olaraq qalmasına səbəb olur.
Patogenezl Yoluxma yerindən asılı olaraq infeksiyanın giriş qapısı tənəffüs
yollarının, həzm sisteminin və cinsiyyət üzvlərinin selikli qişası ola bilər. Virus daxil olduğu yerdə
heç bir dəyişiklik olmur.
Virusun ağız suyu vəzilərinin epitel hüceyrələrinə tropluğunun olması onların
hematogen yolla oraya gətirilməsinə, toplanmasına səbəb olur. Adi hallarda viruslar tezliklə
qandan çəkilirlər. SMV infeksiyasının patogenezində hüceyrə immuniteti əsas rol oynayır. Ona
görə də bu infeksiya hüceyrə immuniteti çatışmamaz-lığının indikatoru hesab edilir. Hüceyrə
immunitetinin istənilən mənşəli zəifləməsi SMV infeksiyasının yayılmasına, MSS də daxil
olmaqla praktiki olaraq bütün üzv və sistemləri zədələnməsinə səbəb olur. Hüceyrə immunitetinin
zəifləməsi virusların birbaşa T-limfositlərə təsiri nəticəsində də ola bilər. Belə ki,
müşahidələr göstərmişdir ki, virusların reproduksiyası, orqanizmdən xaric olması nə qədər
intensiv olarsa, bir o qədər T-limfositlərin səviyyəsi aşağı düşür. Daha çox T-helper-lər -
induktorlar zərər çəkir. Bu zaman T-supressorların - killerlərin miqdarı artır. CD
4
/CD
8
nisbəti
aşağı düşür, təbii killerlərin fəallığı zəifləyir. İnterleykin sistemində olan dəyişikliklərlə əlaqədar
immun cavab reaksiyalarının nizamlanması pozulur.
downloaded from KitabYurdu.org