C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə187/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   ...   183   184   185   186   187   188   189   190   ...   207

381 

 

Anadangəlmə  SMV  infeksiyası  zamanı  patogenetik  müalicə xəstəliyin  klini-ki 



gedişindən  asılı  olaraq  tətbiq  edilir.  Sarılıq  və  qaraciyərin  zədələnməsi  zamanı  müalicə  virus 

hepatitlərində  olduğu  kimi  aparılır.  SMV  infeksiyasının  müalicəsində qlükokoıtikosteroidlərin 

tətbiqi məqsədə uyğun deyildir. Patoloji prosesin gedişini pisləşdirərək bir sıra ağırlaşmalar belə 

verə bilər. İnterferon və bu qəbildən olan digər preparatlar da elə bir təsir göstərmir. 

Hamilə qadınlarda SMV infeksiyasının kəskinləşməsinin və ya dölə verilmə- 

 

 



 

dilməsinə  yönələn  tədbirlərin  aparılması  məsləhət  görülür.  Hamiləliyin  ilk  3  ayında  tərkibində 

spesifik  antitellər  saxlayan  insan  hiperimmun  antisitomeqalovirus  qam-maqlobulini  2-3  həftə 

fasilə ilə, 6-12 ml olmaqla əzələ daxilinə təyin  edilir. Bu məqsədlə vena daxilinə olmaqla (3-5 

dəfə, hər dəfə 50 ml) normal  insan immuno-qlobulini  də təyin  etmək olar.  İmmun reaktivliyin 

yüksəldilməsinə yönələn bu cür müalicə tədbirləri hamiləliyin normal keçməsi ehtimalını dəfələrlə 

artırır. 

Proqnozu.  Anadangəlmə  sitomealiya  və  infeksiyanın  yayılmış  formalarında 

proqnoz ciddidir. 



Profilaktikası. Spesifik  profilaktikası  işlənilməmişdir.  İnfeksiya  ocağında  əks 

epidemik  tədbirlərin  həyata  keçirilməsi  tələb  edilmir.  Bətndaxili  yoluxmanın  profilaktikası 

məqsədi  ilə  hamilə  qadınların  müayinəsi,  xüsusən  hamiləliyin  əvvəllər  xoş  olmayan  gedişləri 

(düşüklər, ölü doğuşlar, doğuşdan sonra uşaqların tələf olması, qüsurlu uşaqların doğulması və s.) 

qeyd edilən qadınların hamiləlikdən əvvəl immunreaktivliyin yüksəldilməsinə yönələn müalicəsi 

aparılmalıdır. Yeni doğulmuşlara qulluq zamanı şəxsi gigiyena qaydalarına əməl edilməsi, SMV 

olan  anaların  körpələrini  əmizdirməyə  icazə  verilməməsi,  qan  köçürmədə, orqan  köçürmədə, 

donorların SMV infeksiyasına görə yoxlanılması vacib profilaktik tədbirlərdəndir. 

Quduzluq  zoonoz,  təmasla  yoluxma  mexanizminə  malik,  sinir  sisteminin 

zədələnməsi ilə xarakterizə olunan və ölümlə nəticələnən virus infeksiyasıdır. 



T ar i x i m ə l ıı m a t. Quduzluq çox qədim dövlərdən məlum olan xəs-təlikidir. 

Hələ Aristotel (bizim eradan əvvəl 322-ci il) xəstəliyi heyvanların dişləməsi ilə əlaqələndirirdi. İlk 

dəfə  kliniki  təsvirini  Sels  (b.e.ə.  I  əsr)  vermiş  və  xəstəliyi hydrophobia -  sudan  qorxma 

adlandırmışdır.  Xəstəliyin  epizootiyası XVIII  əsrədək  məhdud  xarakter  daşısa  da  XIX  əsrin 

ortalarından başlayaraq XX əsrin I rübü daxil olmaqla dünyanın bir çox ölkələrində, o cümlədən 

Avropada tez-tez qeyd edilmişdir. Elə xəstəliyin öyrənilməsi də bu dövrdən başlamışdır. 1804-cü 

ildə Zuyke ilk dəfə xəstə heyvanların ağız suyu ilə itləri yoluxdurmuşdur. 1885-ci ildə isə L. Paster 

quduzluğa qarşı antirabik vaksina işləyib hazırlamışdır və onun köməyi ilə yüz minlərlə insanın 

həyatını  xilas  etmək mümkün  olmuşdur.  1892-ci  ildə  V.  Babeş,  1903-cü  ildə  isə  A.  Neqri 

quduzluq-dan  ölmüş  heyvanların  neyronlarında  xüsusi  törəmələr  -  cisimciklər  aşkar  etmişlər. 

1903-cü ildə P. Remlenje xəstəliyin virus mənşəli olmasını sübut etmişdir. 

downloaded from KitabYurdu.org




382 

 

Et  i  ologiyası. Quduzluğun  törədicisi Neuroryctes  rabidi  Rabdoviri-



de ailəsinə Lyssavirus cinsinə  aid  neyrotrop  viruslardır.  RNT  tərkiblidir.  Gülləni  xatırladan 

formada olub, ölçüsü 90-170 - 110-120 nm-ə bərabərdir. Onların çoxalması (in vitro və in vivo) 

neyronların  sitoplazmasında 0,5-2,5 nm  ölçüdə, turş boyalarla qırmızı  rəngə boyanan, müxtəlif 

formada  (girdə,  oval,  iyə  bənzər)  xüsusi  törəmələrin  -  Babeş-Neqri  cisimciklərinin  əmələ 

gəlməsinə səbəb olur. Virusun iki variantı məlumdur: a) küçə və ya «vəhşi» variant - təbii şəraitdə 

heyvanlar  arasında  dövr  edir,  b) Fiksə  olunmuş  variant -  L.  Paster  tərəfindən dovşanları 

yoluxdurmaqla əldə edilmişdir. Fiksə olunmuş viruslar ağız suyu ilə xaric edilmədiyindən dişləmə 

zamanı ötürülə bilmir. Neyronlarda artıb çoxalması Babeş-Neqri cisimciklərinin əmələ gəlməsi ilə 

müşayiət olunmur. Fiksə olunmuş viruslardan antirabik vaksina almaq məqsədi ilə istifadə olunur 

və onların tətbiqi küçə variantına qarşı tam dəyərli immunitet formalaşdırır. Bu da hər iki variantın 

eyni antigen quruluşa malik olmasını göstərir. Quduzluq viruslarının iki - S və V antigenləri var. 

S  antigen  lissaviruslar  üçün  eyni  olub, komplimenti  birləşdirən  və  presipitəedici  antitel  əmələ 

gəlməsini  şərtləndirir. V-antigen  (səthi  antigen)  neytrallaşdırıcı  antitel  sintezinə  səbəb  olur  və 

immunitetin formalaşması ilə əlaqədardır. 

Vəhşi  viruslar  insan,  istiqanlı  heyvanlar  və  quşlar  üçün  patogendir.  Virusa 

yüksək həssaslıq tülkülərdə və sibir dağ siçanlarında qeyd edilir. 

Quduzluq virusları xarici mühit təsirlərinə bir elə də davamlı deyildir. +56°C-də 

15, qaynatdıqda isə 2 dəq dözürlər. Ultrabənövşəyi və düz günəş şüalarına, qurumağa həssasdırlar. 

1:1000  süleymani  məhlulu,  1-2%-li  karbol, 2-3%-li  xloramin  təsirindən  tezliklə  inaktivləşirlər. 

Aşağı tempraturda yaxşı qalırlar. 



E pi de m i ologiyası. Quduzluq zoonoz xəstəlikdir. Əsas infeksiya mənbəyi ət 

yeyən  vəhşi  hevanlardır:  tülkü,  canavar,  çaqqal,  yenotabənzər  itlər, yenotlar,  manquslar  və 

digərləri. Eyni zamanda bir sıra ev heyvanları - itlər, pişiklər, sinantrop gəmiricilər (siçovullar) və 

s. ola bilər. Yoluxmuş heyvanlar 

inkubasion dövrün axırıncı 7-10 günü və bütün xəstəlik dövrü müddətində ağız suyu vəziləri ilə 

virus  ifraz  edirlər.  Yoluxma  heyvan  dişləyərkən  və  digər  hallarda  onun  ağız  suyunun  birbaşa 

zədələnmiş dəri və selikli qişalara düşməsi nəticəsində baş verir. Quduzluğu «yara» infeksiyalarına 

da aid etmək olar. Bununla belə yoluxma təkcə təmas yolu ilə deyil, aspirasion yolla da ola bilər. 

Bu ilk  dəfə  Cənubi  Amerikada  mağarada  işləyən  tədqiqatçılar  arasında  qeyd edilmişdir.  Bəlli 

olmuşdur ki, bu zaman infcksiya mənbəyi qan soran (vampir) yarasalardır. Yoluxmanın alimentar, 

transplasentar  yolla  olması  haqqında  da məlumatlar  vardır,  insandan  -  insana  yoluxma  təbii 

şəraitdə  müşahidə  edilmir. Lakin  quduzluqdan  ölmüş  şəxsdən  götürülmüş  buynuz  qişanın 

köçürülməsi zamanı  yoluxmanın  baş  verməsi  hallan  qeyd  edilmişdir.  Qııduzluğun 

peroral, transplasentar,  transmissiv  yoluxması  haqqında  eksperimental  məlumatların olması  və 

xəstəliyin  müxtəlif  yoluxma  ehtimalının  olmasını  göstərsə  də  təbii şəraitdə  bu  təmas  yolu  ilə 

(dişləmə  və  digər  hallarda  ağız  suyunun  dəri-selikli qişalara  düşməsi)  baş  verir.  Qeyd  etmək 

lazımdır  ki,  insanlar  arasında  xəstələnmə  hallarının  tamam  sağlam  hesab  edilən  heyvanların 

dişləməsindən  sonra da  baş  verməsi  müşahidə  edilmişdir.  Həmin  heyvanlarda  sonrakı 

dövrlərdə uzun  müddət  heç  bir  dəyişiklik  olmur,  sağlam  olaraq  qalırlar.  Güman  edilir  ki, bu 

xəstəliyin  abortiv,  əlamətlərsiz  keçən  formaları  ilə  əlaqədar  olur.  Belə  ki, eksperimental  yolla 

downloaded from KitabYurdu.org



Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə