C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə195/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   ...   191   192   193   194   195   196   197   198   ...   207

397 

 

Tropik m al y ar i y a. Ən ağır forması hesab edilir. Malyariyadan ölənlərin 98% 

bu formanın payına düşür. İlk dəfə xəstələnən (immuniteti olmayan) şəxslərdə, xüsusən uşaqlarda 

letallıq  çox  yüksəkdir.  Əsasən  Afrika  ölkələrində  yayılmışdır.  Latın  Amerikası,  Cənubi-Şərqi 

Asiya ölkələrində də tez-tez qeyd edilir. Azərbaycanda tək-tək xaricdən gələn vətəndaşlar arasında 

təsadüf edilir. 

İnkubasion dövr 8-16 gündür. Xəstələrin bir qismində prodromal dövr ola bilər. 

Amma ilk dəfə xəstələnənlərin əksəriyyətində xəstəlik kəskin, qəflətən başlayır. Üşütmə, güclü 

baş  ağrıları,  sümük,  əzələlərdə  ağrı,  qızdırma  baş  verir.  Xəstəliyin  ilk  günlərində  (3-8  gün) 

qızdırma tutmalarına xas olan dövrülü-lük olmur. Tutmalar günun istənilən vaxtı qeyd edilir, daha 

çox günün birinci yarısında olur. Bir tutmadan sonra digəri başlaya bilər. Tutmaların müddəti 12-

24-36  saata  çatır.  İlk  dövrlər  müşahidə  edilən  bu  hal  toxuma  şizoqoniya prosesində  olan 

asinxroniya ilə əlaqədardır. 

Tropik  malyariya  tutmaları  üçün  taxikardiyanın  şiddətlənməsi,  tənəffüsün 

tezləşməsi,  qan  təzyiqinin  kəskin  düşməsi  (80/40  mm  c.s.)  xarakterikdir.  Quru  öskürək,  ağ 

ciyərlərdə quru, yaş xırıltılar meydana çıxır, bronxit, bron-xopnevmoniya inkişaf edir. 

Temperaturun düşməsi tərləmə ilə müşayiət olunur. Bu zaman tərləmə bir elə də 

güclü olmur. Xəstəliyin ilk günlərindən herpeslor meydana çıxır. Qaraciyərin, dalağın böyüməsi 

erkən dövrdən qeyd edilsə də, yalnız I həftənin axırlarında əlləmək mümkün olur. Xəstəlik üçün 

dispeptik əlamətlər də xarate-rikdir. 

Yüksək  parazitemiya  fonunda  yoluxmuş  eritrositlərin  daxili  üzvlərin  ka-

pilyarlarına  toplanması  nəticəsində  vaskuiitlər  inkişaf  edir.  Mikrosiıkulyasiya-nın  pozulması, 

toxuma  anoksiyası  baş  verir,  müxtəlif  üzv  və  sistemlərin  -  MSS,  böyrəklərin,  qaraciyərin,  ağ 

ciyərlərin,  mədə-bağırsaq  sisteminin  zədələnməsi ilə  əlaqədar  simptomokomplekslər  meydana 

çıxır. 

Periferik qanda İeykopeniya, neytropeniya, sola meyiliik, nisbi limfomo-nositoz, 



eozinopeniya,  trombosilopeniya  qeyd  edilir.  Yaxmada  və  ya  qalın  damlada  parazitlərin  üzük 

mərhələsi aşkar edilir. Qametositlər gec meydana 

çıxdığına  görə  onlar  erkən  dövrlər  aşkar  edilmir.  Ona  görə  də  onların  aşkar  edilməsi  xəstəliyin 

müddəti haqqında fikir söyləməyə imkan verir. 

İlk  tutmalardan  sonra  özünü  kəskin  büruzə  verən  anemiya  inkişaf  edir. 

Xəstələrdə  sarılıq  və  hiperfermentemiya  da  müşahidə  edilə  bilər.  Müalicənin gec,  xüsusən 

xəstəliyin 6-cı günündən sonra başlanması bir sıra hallarda xəstəliyin ağır formalarının inkişafı ilə 

nəticələnir. Koma, İTŞ, KBÇ, hemoqlobinu-rik qızdırma və s. kimi ağırlaşmalar baş verə bilir. 

Tropik malyariyanın ağır formalarında letallıq 10-40%-ə çatır. 

Dörd günlük malyariya. İnkubasion dövr 21-40 günə bərabərdir, bir neçə ayadək 

uzana bilər. Şizontlarla vena daxili yoluxma zamanı bir neçə günədək qısalır. Əsas fərqləndirici 

xüsusiyyəti xəstəlikdən sonra Pl.mala-ria-nın 10 illərlə, bəzən 30-50 il qanda persistə etməsidir 

(eritrositar şizoqoniya davam edir). Bu da qan köçürmə və infeksiyalaşmış tibb alətləri, iynələrlə 

xəstəliyin ötürülməsinə səbəb ola bilər. 

Prodromal dövr nisbətən az hallarda təsadüf edilir. Dörd günlük malyariya üçün 

xəstəliyin  ilk  tutmalarından  ciddi  dövrülüyün  olması  xarakterikdir.  Qızdırma  tutmaları  günün 

downloaded from KitabYurdu.org




398 

 

müxtəlif vaxtlarında ola bilər, lakin əsasən səhərlər, günorta və axşam düşənə qədər olur. Hər 72 



saatdan  bir  təkrarlanır.  Parok-sizmlərin  davam  etmə  müddəti  orta  hesabla  13  saata  bərabərdir. 

Qaraciyər, dalaq böyüyür. Anemiya tədricən, iki həftəyə inkişaf edir, parazitemiyanın səviyyəsinin 

üç günlük və tropik malyariyaya nisbətən zəif olduğuna görə özünü bir elə büruzə vermir. Dörd 

günlük malyariyada çox vaxt uşaqlarda qeyd edilən (əsasən 5 yaşadək) nefrotik sindrom inkişaf 

edir və sidikdə zülalların yüksək səviyyəsi, yayılmış ödemlə xarakterizə olunur. Xroniki xarakter 

daşıyaraq, müalicəyə çətin tabe olur. Müalicə aparılmayan hallarda paroksizmlər 8-14 tutmadan 

sonra kəsilir. 2-7 həftədən sonra residivlər olur və 1-3 dəfə təkrarlanır. Dörd günlük malyariya xoş 

gedişə malik olub, laborator diaqnostikası pa-razitemiyanm aşağı səviyyədə olması ilə əlaqədar 

çətinlik törədir. 

O v a  l  e  malyariya. İnkubasion  dövrü  11-16  gün  olub,  xoş  gedişi  ilə  seçilir. 

Klinikikası üç günlük malyariyanı xatırladır. Lakin xəstəlik yüngül gedişi, parazitemiyanın yüksək 

olmaması, paroksizmlərin yumşaq gedişi, temperaturun 39°C-dən yuxarı olmaması ilə fərqlənir. 

Tutmaların  axşam  və gecə saatlarında baş verməsini də göstərmək lazımdır. Tutmaların  sayı  az 

olub.  4-5 paroksizmdən  sonra  sağalma  ola  bilər.  Hepatosplenomeqaliya  özünü  az  büruzə  verir, 

xəstələrin  bir  qismində  isə  qeyd  edilmir.  Anemiya  gec,  2-3  həftədən sonra  olur.  Residivləriıı 

inkişafı üç günlük malyariyada olduğu kimidir. Xəstəliyin davam etmə müddəti 2 ilədək çəkə bilər. 

A  ğırlaşmalar.  Çox vaxt  tropik  malyariyada  və  ilk  dəfə  xəstələnənlərdə  qeyd 

edilir.  Ağır  hallarda  ölümlə  belə  nəticələnə  bilir.  Aşağıdakı  ağırlaşmalar  ola  bilər: serebral 



malyariya - malyariya koması, İTŞ, hemoqlobinurik qızdırma, böyrək çatmamazlığı, ağ ciyərlərin 

ödemi, hemorragik forma, hipoqli-kemiya. 

Serebral malyariya - malyariya koması - çox vaxt xəstəiiyin ilk günləri 24 -43 

saatdan  sonra  baş  verir.  Üzülmüş,  yorulmuş,  çəkisini  itirmiş,  qidalanması pis  olan  insanlar  və 

hamilə qadınlarda ola bilər. Gedişində üç mərhələ ayırd edilir. 

ilk  dövrlər  xəstə  güclü  baş  ağrılarından,  gözünə  təzyiq  hissindən,  kəskin 

zəiflikdən şikayətlənir. Rəngi avazıyır. Dərisi quru, sarıya çalan torpaq rəngi alır. Sklerada, selikli 

qişalarda  subikteriklik  qeyd  edilir.  Apatiya  olur,  bəzən əksinə  narahatlıq,  vurnuxma  müşahidə 

edilir. Prekomatoz dövrdə xəstələr suallara həvəssiz, monoton cavab verir, tez yorulur, düşüncənin 

dumanlanması, soporoz vəziyyət inkişaf edir. Müayinə də xəstənin başı arxaya atılmış vəziyyətdə, 

ayaqları uzadılmış, qolları dirsək oynağından yarıbükülü olur. Menin-gial simptomlar müsbət olur. 

Bununla bərabər likvorun müayinəsində təzyiq yüksəlmiş olsa da, sitoz qeyd edilmir və zülalların 

miqdarı  normal  olur.  Bu simptomlar  serebral  hipertenziyanm  və  alın  payında  olan  mərkəzlərin 

tonik zə-dələnməsi ilə əlaqədar meydana çıxır. Beyin qişasına qansızmalar belə mümkündür. Ayrı-

ayrı  xəstələrdə  ətraflarda  klonik  qıcolmalar,  hətta  ümumi  tetanik və  ya  epilepsiyaya  bənzər 

qıcolma  tutmaları  belə  qeyd  edilə  bilər.  Komanın başlanması  ilə  reflekslərin  itməsi  müşahidə 

edilir, ən axırda buynuz qişa və bəbək refleksləri itir. 

Xəstələrin  temperaturu  40,5-41,5°C-dək  yüksəlir,  taxikardiya,  ürək  tonlarının 

karlaşması, arterial təzyiqin düşməsi, tənəffüsün səthi olması, tezləşməsi - 1 dəq. 40-50-yə çatması 

(aqonal dövrdə Ceyn-Stoks tipdə tənəffüs) müşahidə edilir. Qaraciyər, dalaq böyümüş olur. Çanaq 

üzvlərinin fəaliyyəti pozulur, qeyri-iradi sidik, nəcis ifrazı baş verir. 

downloaded from KitabYurdu.org




Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə