C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə194/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   ...   190   191   192   193   194   195   196   197   ...   207

395 

 

çox  sürətlə,  xüsusi  intensivliklə  artıb  çoxala  bilirlər.  Parazitemiya  çox  yüksək  səviyyəyə  çatır. 



Yüksək  pa-razitemiya,  külli  miqdarda  zədələnmiş  eritrositlərin  beyin  və  digər  üzvlərin  ka-

pilyarlarında toplanması və qanın laxtalanma sistemində olan dəyişikliklər bir-biri ilə fıbrin telləri 

ilə birləşən eritrositlər kompleksinin yaranmasına səbəb olur. Kapilyarlarm mənfəzinin tutulması 

baş  verir.  Bununla  əlaqədar  beyin ödemi,  böyrək  anoksiyası,  böyrək  kanalcıqlarmın  epitel 

hüceyrələrinin nekro-zu və KBÇ, qaraciyər hüceyrələrinin nekrozu, böyrəküstü vəzi çatmamazlığı 

və 


s. inkişaf edə bilər. 

• • 


 

 

Klinikası. Xəstəliyin  kliniki  olaraq  özünü  büruzə  verməsi  müəyyən  dərəcədə 

törədicinin növündən asılı olduğuna görə 4 forması ayırd edirlir: üç günlük, tropik, dörd günlük və 

ovale malyariya. Bununla bərabər əsas kliniki əlamətlər (qızdırma tutmaları və s.) malyariyanın 

bütün formaları üçün demək olar ki, enyi dərəcədə xasdır. Xəstəliyin ağırlığına görə yüngül, orta 



ağır və ağır formaları da müəyyən edilir. 

Ola bilsin ki, xəstəlik inkubasion dövrdən sonra prodromal əlamətlərlə başlasın. 

Prodromal əlamətlər bir neçə saatdan 3-4 günə qədər davam edir. Xəstələrdə halsızlıq, əzginlik, 

yüngül  üşütmə,  baş  ağrısı,  yuxululuq,  subfebril hərarət  qeyd  edilir. Malyariya  tutması şiddətli, 

sarsıdıcı üşütmə, titrəmə ilə başlayır, ardıcıl olaraq qızdırma və tərləmə ilə əvəz olunur. Üşütmə, 

titrəmə 10-15 dəqiqədən 2 -3 saatadək davam edə bilər. Xəstələrin rəngi avazıyır, dərisi soyuq, 

tükləri biz-biz olur (qaz dərisi). Nəbz tezləşir, tənəffüs səthi olur. Baş ağrıları şiddətlənir. Əzələ 

ağrıları, xüsusən bel ağrıları, meydana çıxır, yanğı olur. 

Qızdırma  dövrü bir  neçə  saatdan  1  günədək  və  daha  artıq  davam  edə  bilər. 

Xəstənin üzü hiperemiyalaşır, dərisi quru, isti olur. Temperatur 40-41 °C-dək yüksəlir. Xəstənin 

ümumi  vəziyyəti  pisləşir.  Şiddətli  baş  ağrısı,  qusma  olur,  ishal  da  qeyd  edilə  bilər.  Bəzən 

sayıqlamalar,  huşun  alaqaranlıqlaşması  müşahidə  edilir.  Ürək  tonları  karlaşır,  taxikardiya, 

təngnəfəslik  baş  verir.  Malyariya tutması  temperaturun  normal  və  ya  subnormal  rəqəmlərə 

düşməsi, güclü  tərləmə ilə  başa  çatır  və  xəstə  dərin  yuxuya  gedir.  Ümumiyyətlə  götürdükdə 

malyariya tutmasının davam etmə müddəti 6-12 saat, bəzən daha çox çəkir. Tropik malyariyada 

24saat və daha artıq ola bilər. Tutmalardan sonra xəstələr elə bil «rahatlanır» - dərin yuxuya gedir. 

Tutmalar arası dövr törədicinin növündən asılı olaraq (eritrositar şizo-qoniyanm 

davam etmə müddətinə müvafiq) müxtəlif olur. 48-72 saat davam edir. Bu dövrdə hərarət normal 

olur  və  xəstələrdə  hər  tutmadan  sonra  güclənən zəiflik  qeyd  edilir.  Malyariya  tutmaları  adətən 

günün eyni vaxtlarında baş verir. 3 və 4 günlük malyariyada səhərlər, axşam düşənədək, ovale 

malyariyada axşamlar  qeyd  edilirsə,  tropik  malyariyada  günün  müxtəlif  vaxtlarında,  hətta bir 

gündə  2  dəfə  belə  ola  bilir.  Bu  parazitlərin  toxuma  şizoqoniyası  eyni  vaxtda başa  çatmayan 

müxtəlif generasiyalarının olması ilə əlaqədardır. 

Bir  neçə  -  2-4  tutmadan  sonra  dalaq  və  qaraciyər  böyüyür.  İlkin  malyariya 

zamanı  dalağın  böyüməsi  böyük  ölçülərə  çatmasa  da  təkrari  yoluxmalar,  residivləı*  zamanı 

qaraciyərdən də çox böyüyüb, böyük ölçülərə çatır və konsi-stensiyası bərk olur. Tutmalar təkrar 

downloaded from KitabYurdu.org



396 

 

olunduqca eritrositlərin  parçalanması hesabına anemiya inkişaf edir. Qanda bilirubinin miqdarı 



artır. Qanın ümumi müayinəsində ilk günlər leykopeniya, savan neytrofillərin meydana çıxması 

ilə sola  meyillik;  sonrakı  günlər  eritrositlərin  sayının  azalması,  hemoqlobinin  səviyyəsinin 

düşməsi,  retikulositlərin  azalması,  leykopeniya,  neytropeniya,  nisbi limfo-monositoz, 

trompositopeniya, EÇS-in artması, anizopoykilositoz aşkar edilir. 

Xəstələrin  rəngi  avazıyır.  Dəri  və  selikli  qişalar  solğun-sarı  rəng  alır.  10-14 

tutmadan sonra müalicə aparılmadıqda belə xəstələrin vəziyyəti sabitləşir, malyariya tutmaları öz-

özünə kəsilir. Vaxtında və düzgün müalicə apardıqda isə tutmalar tezliklə dayanır, qaraciyər və 

dalağın ölçüləri normallaşır. Müalicə olunmayan və müalicəsi düzgün aparılmayan xəstələrin bir 

qismində  müəyyən vaxtdan  sonra  (1-3  ay)  erkən  residivlər  baş  verir.  Erkən  residivlər 

malyariyanın bütün növlərində qeyd edilir. Üç günlük və ovale malyariyada isə 6-11 ay, bəzən isə 

daha gec, gecikmiş residivlər ola bilər. Bunun səbəbi qeyd etdiyimiz kimi parazitlərin mürgüləyən 

formaları  -  bradisporozoitlərdir.  Bu  zaman  kliniki əlamətlər  nisbətən  yüngül  keçir.  Profilkatika 

məqsədilə malyariya əleyhinə preparatlar qəbul etmiş şəxslərdə, xüsusən bu düzgün aparılmadıqda 

xəstəliyin atipik gedişləri rast gəlinir - inkubasion dövr daha uzun, bir neçə ay, hətta il çəkir. 



Üç günlük malyariya. Xoş gedişi ilə xarakterizə olunur. Letal-lıq demək olar ki, 

qeyd  edilmir.  Malyariyanın  ən  geniş  yayılmış  formalarından  biridir.  Azərbaycanda  da  tez-tez 

epidemik  alovlanmalarına  təsadüf  edilir.  İnkubasion  dövr  10-21  gündür.  Əgər  hipnozoitlərlə 

yoluxma baş verərsə inkubasion dövr 6-14 ayadək uzana bilər. 

İlk  dəfə  xəstələnmiş  şəxslərdə  halsızlıq,  zəiflik,  əzginliklə  müşayiət  olunan 

prodromal  dövr  olur.  2-3  gün  müddətində  düzgün  olmayan  tipdə  temcpra-tur  (38-39°C)  qeyd 

edilir. Sonralar xəstəliyin özünəməxsus klinikası meydana çıxır. Orta ağır, ağır gedişlərdə üşütmə-

titrətmə zamanı xəstələrdə şiddətli başağrısı, zəiflik, beldə, iri oynaqlarda kəskin ağrılar, təkrari 

qusmalar  olur.  Tənəffüs  tezləşir,  taxikardiya  qeyd  edilir.  Xəstə  sarsıdıcı  titrəmə,  soyuq  hiss 

edir, rəngi avazıyır. Üşütmədən sonra qızdırma baş verir. Temperatur tezliklə 39-40°C-ə çatır. Baş 

ağrısı, yanğı, mədə bulanması olur. Taxikardiya artır, A/T düşür. Ağ ciyərlərdə bronxit əlamətləri 

-  quru  xırıltılar  eşidilir. Xəstələrin  rəngi qızarır,  əllə  toxunduqda  dəri  isti  olur.  Qarında  köplük, 

defekasiyanm duru-laşması qeyd edilir. Sonrakı dövrdə temperatur şiddətli tərləmə ilə düşür. 3-

4 saata normallaşır. Qızdırma tutumaları 5-8 saat davam edir. Üşütmə titrəmə 20-30 dəqiqədən 1 

saatadək,  qızdırma  isə  2-4  saatadək  çəkir.  Qızdırmalar  arası dövr  40-42  saat  davam  edr.  12-14 

tutmadan  sonra  parazitemiyanın  səviyyəsi aşağı  düşür.  Qanda  anticisimlərlə  parazitlərin 

səviyyəsində tarazlıq yaranır, tutmalar dayanır. Ancaq sonrakı 2-3 ay müddətində bu və ya digər 

səbəbdən parazitemiyanın səviyyəsi  yüksəlir. Tutmalar bərpa olunur. Erkən residivlər baş verir. 

Sonrakı dövrlər latent dövr başlayır. Bu dövrdə 6-8-14 aydan, həta 

3-4  ildən  sonra  qaraciyərdə  saxlanan  hipnozoitlərin  hesabına  prosesin  fəallaş-ması  -  gecikmiş 

residivlər baş verə bilər. Ümumiyyətlə götürdükdə üç günlük malyariyada infeksion proses 1,5 il 

çəkir. 


Üç  günlük  malyariya  zamanı  ağırlaşmalar  demək  olar  ki,  müşahidə  edilmir. 

Yanaşı gedən patoloji proseslər - istivurma, susuzlaşma olduqda endotok-sik şok ola bilər. Digər 

infeksion xəstəliklərin ağır formaları ilə birlikdə gedən formalarda letallıq belə mümkündür. 

downloaded from KitabYurdu.org




Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   190   191   192   193   194   195   196   197   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə