C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə202/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   ...   199   200   201   202   203   204   205   206   207

411 

 

Lakin  palpasiyada  az  ağrılı  olur.  1-2  həftədən  sonra  əmələ  gəlmiş  leyşma-niomanin  ortasında 



nekrozlaşma baş verir. Kənarları girintili-çıxıntıh, diametri 2-4 mm-ə çatan xora formalaşır. ADL 

qabarcığından  fərqli  olan  ZDL-də  qa-barcıq  daha  böyük  ölçüdə  olması,  çəhrayı-qırmızı  rəngi, 

qabarcıqda və onun ətrafında daha geniş sahələri əhatə edən infiltrat və ödemin olması, sürətlə iri-

ləşməsi  ilə  fərqlənirlər.  Infiltratlaşmış  toxumanın  nekrozlaşması  ilə  əlaqədar xora  genişlənərək 

diametri 5 sm-ə çata bilər. 

Çox vaxt ilkin leyşmaniomaların ətrafında çox sayda 5-10-dan tutmuş 100-150-

dək  xırda  qabarcıqlar  əmələ  gəlir.  Tezliklə  xoralaşaraq  bir-biri  ilə  birləşir.  Xoralaşmış  geniş 

sahələr  meydana  çıxır.  Xoranın  kənarları  girintili-çıxın-tılı,  qazılmış,  dibi  nekroz  kütlələri  və 

seroz-irinli  ifrazatla  örtülü  olur.  II  aydan başlayaraq  xoranın  dibi  təmizlənir.  Papillomaları 

xatırladan qranulyasiya başlayır. Artıq qranulyasiya toxuması qopduqdan sonra çox vaxt xoranın 

mərkəzində kələ-kötür epitelizasiya sahələri meydana çıxır. Proses 5-6 aya tamamlanır - xoralar 

epitelləşib çapıqlaşır. 



YENİ DÜNYA DƏRİ LEYŞMANİOZU 

Amerika qitəsi dövlətlərində leyşmaniyalann müxtəlif variantları və ya növləri 

tərəfindən  törədilən  3  qrup  leyşmanioza  rast  gəlinir:  Kliniki  gediş  Aralıq  dənizi  -  Orta  Asiya 

visseral  leyşmaniozuna  çox  oxşar  olan vissercıl  leyşmani-oz,  dəri  və  dəri-selikli  qişa 



leyşmaniozları. Müasir  müayinə  üsulları  ilə  Amerikada  leyşmaniozların  ayrı-ayrı  variantlarının 

törədiciləri  arasında  antigen  fərqlərinin  olduğu  müəyyən  edilmişdir.  Keçiriciləri 

isə lutzomyiacinsindən olan hü-nülərdir. 

Cənubi  Amerikada (Braziliya,  Boliviya,  Venesuaİa,  Kolunmbiya,  Peru) 

yayılmış  dəri-selikli qişa leyşmaniozu L.braziliensis tərəfindən törədilir.  Keçiriciləri hünülərdir. 

Infeksiya mənbəyi xırda meşə gəmiriciləridir. Xəstəlik digər dəri leyşmaniozlarmm əlamətləri ilə 

xarakterizə olunur. 80% hallarda proses burun, udlaq, qırtlaq selikli qişalarına yayılır. Təkcə selikli 

qişalarda  deyil,  qı-ğırdaqda  da  destruktiv  dəyişikliklər  inkişaf  edir.  Dəridə  xoralar 

sağaldıqdan sonra 

belə 

selikli 


qişalarda, 

burun 


çəpərində, 

qırllaqda, 

traxeyada 

toxumanın dağılması proqressivləşir. Bu isə xarici görünüşün eybəcərləşməsi ilə nəticələnir. 

II-li  bakterial  infeksiyanın  qoşulması  ağır  pnevmoniyanın  inkişafına,  hətta 

ölümə gətirib çıxarır. Müalicə aparılmadıqda xəstəlik ölümlə nəticələnir. 



Çiklero  xorası - kauçuk  toplayanlar  xorası. Törədicisi L.mexicana. İnfek-siya 

mənbəyi  xırda  meşə  gəmiriciləridir.  Xəstəlik  Meksikada,  Qvatemalada,  Hondurasda,  ABŞ-da 

meşədə işləyənlər - kauçuk şirəsi yığanlar və s. arasında yayılmışdır. Klinikası dəri leyşmaniozunu 

xatırlatsada, 40% hallarda qulaq seyvanının zədələnərək, dağılması ilə xarakterizə olunur. Selikli 

qişalar prosesə cəlb olunmur. Uzun sürür. 

Amazon  leyşmaniozu -  törədicisi L.m.amazonensis, infeksiya  mənbəyi  xırda 

gəmiricilər,  tülkü,  opossumlar  -  kisəli  xırda  gəmiricilərdir.  Amazon  vadisində,  Braziliya  və 

Trinidada  qeyd  edilir.  Əsasən  dəri  zədələnir.  Aşağı  ətraflarda  müşahidə  edilir.  Bu  xəstəlyin 

keçiricisi  olan  hünü  növlərinin  yalnız  yer  səthinə yaxın  -  1  metrədək  hündürlükdə  -  uçmağa 

uyğunlaşması ilə izah edilir. 

Diffuz dəri leyşmaniozu - törədicisi L.m.pifanoi. Xəstəliyi keçirən hünülə- 

downloaded from KitabYurdu.org




412 

 

rin növü və infeksiya mənbəyi bəlli deyildir. Braziliya və Venesuelada rast gəlinir. Tuberkuloid 



formanı  xatırladır.  Uzün  eybəcərləşməsinə  səbəb  olan,  xora-laşmayan  yayılmış  infıltratlaşma 

inkişaf edir. Selikli qişa zədələnmir. 



Meşə frambeziyası - törədiciləri L.braziliensis guyanensis. Braziliya, Qvineya, 

Venesuelada əsasən daima meşədə işləyənlər arasında rast gəlinir. Bütün bədəndə, dəridə tək-tək 

və ya çox sayda kraterə bənzər, ağrısız xoralarla özünü büruzə verir. 9 aya yaxın davam edərək 

öz-özünə sağalır. Selikli qişa zədələnmir. 



Panama  leyşmaniozu -  törədicisi L.b.panamensis. İnfeksiya  mənbəyi  meşə 

gəmiriciləri, meymunlar və s.-dir. Panama və digər Mərkəzi Amerika ölkələrində təsadüf edilir. 

Meşədə  işləyənlər  yoluxur.  Dəridə  sonradan  xoralaşan  in-fıltratlar  meydana  çıxır.  Dərinin 

zədələnməsi (xüsusən dodaqlarda olarsa) ağrılı olur. Öz-özünə sağalmır. Uzun sürür. 



Peru  leyşmaniozu -  törədicisi L.peruviana. Yoluxma  xəstə  itlərdən  baş  verir. 

Endemik ocaqlarında itlərin 50%-i yoluxmuş olur. Peruda və Argentinada dağlıq ərazilərdə əsasən 

1800-2700  m  yüksəklikdə  olan  yaşayış  məntəqələrində  qeyd  edilir.  Kliniki  olaraq  zoonoz  dəri 

leyşmaniozuna oxşayır. 4 ay davam edir, öz-özünə sağalır. 



Venesuela leyşmaniozu - törədicisi L.qarnhami. Venesuelanın dağ rayonlarında 

rast gəlinir. Keçiriciləri və infeksiyanın mənbəyi məlum deyildir. Dəridə olan dəyişikliklərlə özünü 

büruzə verir 6 ay davam edir. Əmələ gəlmiş xoralar çapıqlaşaraq öz-özünə sağalır. 

Diaqnozu.  Differensial  diaqnozu.  Dəri  leyşmaniozunun  müxtəlif  formalarının 

diaqnozunun qoyulmasında epidemioloji məlumatların mühüm əhəmiyyəti vardır. Həmçinin hər 

bir  forma  üçün  xarakterik  olan  klinik əlamətlər  də  diaqnoz  qoymağa  əsas  verir.  Laboıator 

diaqnostika  visseral  leyş-maniozda  olduğu  kimi  aparılır.  Patoloji  material  zədələnmiş  dəridən 

(qabarcı-qdan,  xoradan,  infıltratın  kənarından),  selikli  qişalarından  götürülür.  ZDL-da xırda 

infıltratda leyşmaniyalar az olduğuna görə diaqnozun qoyulmasında çətinliklər yaradır. Ona görə 

də  bir  neçə  dəfə  təkrarlanan  müayinələr  aparmaq lazımdır.  Yeni  dünya  dəri  leyşmaniozunda 

leyşmaninlə dəri-allergik sınaq -Monteneqro sınağı və seroloji müayinələrdən istifadə edilir. 

Dəri leyşmaniozların müxtəlif dermatozlardan (fumnkul, piodermiya və s.), dəri 

vərəmindən, qırnnzı qurdeşənəyindən, sifilis mənşəli dəri zədələnmələ-rindən, dərin mikozlardan 

differensasiya etmək lazım gəlir. 

M ii a I i c ə s i. Dəri leyşmaniozunda müalicə taktikası xəstəliyin dövründən və 

ağırlığından  asılı  olaraq  seçilir.  Erkən  dövrlərdə  leyşmaniomaların  daxilinə  (dəri  daxilinə) 

mepakrin  (akrixin),  monomişin,  urotropin  yeridilir. Göstərilən  preparatlardan  hazırlanmış 

məlhəmlər,  islatmalar  da  istifadə  etmək olar.  Xora  mərhələsində  gündə  3  dəfə  250.000  vahid 

olmaqla monomisiıı yeridilir. Müalicə kursu 10 mil. vahid. Uşaqlara hər kq çəkiyə 4-5 min təsir 

vahidi təyin edirlər. Hazırda monomişin istehsaldan çıxarılmışdır. 

Gündə 3 dəfə 0,2 q-dan aminoxinolon da istifadə edilir. Kurs müalicəsi 11-12 q. 

Lazer şüaları ilə müalicənin tətbiqi də (xüsusən qabarcıq mərhələsində) yaxşı təsir göstərir - kobud 

çapıqlaşmaların  qarşısını  alır.  Zoonoz  leyşma-niozların  ağır  gedişlərində  5-valentli  sürmə 

preparatları işlədilir. Visseral leyş-maniozda olduğu kimi, həmin dozalarda verilir. 10-12 günlük 

müalicə kursu kifayət edir. 

downloaded from KitabYurdu.org




Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   199   200   201   202   203   204   205   206   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə