C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə205/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   ...   199   200   201   202   203   204   205   206   207

417 

 

ciyər  və  digər  üzvlərin qoşulması  müşahidə  edilir.  Toksoplazmozun  QİÇS  fonunda  bu  cür 



inkişafı xəstələrin ölümünə səbəb olur. 

Toksoplazmozda  patomorfoloji  dəyişikliklər  əksər  üzvlərdə  və  limfa 

düyünlərində qranulomalar, ocaqlı nekrozlar, kirəcləşmələr şəklində müşahidə edilir. Qazanılmış 

toksoplazmozda  limfa  düyünlərində  hiperplaziya,  nekroz ocaqlar,  qranulomalar;  seroz  qişalara 

qansızmalar,  ağ  ciyərlərdə  pnevmoniya, ödemli  ocaqlar;  qaraciyər,  dalaqda  böyümə  və 

nekrozlaşmış  sahələr  qeyd  edilir.  Anadangəlmə  toksoplazmozda  beyin  yarım  kürələrinin 

inkişafdan  qalması, mədəciklərarası  keçidlərin  və  tora  bənzər  törəmə  altı  boşluğun 

obliterasiyası nəticəsində hidrosefaliya inkişaf edir. Beyin qişalarında, beyin maddəsində iltihab, 

nekrozlaşmış, kirəcləşmiş ocaqlar, damarlarda qranulomalar qeyd edilir. 

Gözün  damarlı  qişasında  kəskin  nelcroz  ocaqları  müəyyən  edilir.  Zədələnmiş  digər  üzv  və 

sistemlərdə də bu qəbildən olan dəyişikliklər müşahidə edilə bilər. 

Klinikası. Toksoplazmozla təbii şəraitində yoluxma zamanı inku-basion dövrün 

müddətini müəyyənləşdirmək mümkün deyildir. Yüksək viru-lentliyə malik ştamlarla işləyərkən 

laboratoriya  daxili  yoluxmalar  zamanı  isə  inkubasion  dövrün  müddəti  iki  həftəyədək  çəkir. 

Yoluxma mexanizminə görə toksoplazmoz 2 yerə ayrılır: 



1). Qazanılmış    2). A nadangəlmə 

Gedişinə görə isə kəskin, xroniki və latent ola bilər. 

Qazanılmış  toksoplazmozda latent  forma  I-li  və  11-li  ola  bilər. Latent  forma 

toksoplazmozla ilkin yoluxmadan sonra invaziyalaşmış insanların 95-99%-də müşahidə edilir. Bu 

zaman spesifik antitellər əmələ gəlir. Heç bir klinik əlamət büruzə vermədən qeyri-steril immunitet 

formalaşır. Yalnız seroloji müayinələr zamanı müəyyən edilir. İmmun sistemin zəifləməsinə səbəb 

olan bir sıra 

• •_ 


faktorların  (IIY-infeksiyası,  sitostatiklərlə,  qlükokorkosteroidlərlə  uzun  müddətli  müalicə,  şüa 

müalicəsi,  xroniki  psixoemosional  stres  və  s.)  təsirindən  kəskinləşmələr  verə  bilər.  II-li  latent 

toksoplazmoz əvvəllər xəstəliyin manifest formalarını (kəskin və xroniki formanın residivlərindən 

sonra) keçirmişlərdə formalaşır. 

İmmunitetin zəifləməsindən asılı olaraq yoluxmuşların 1-5%-də birincili xroniki 

toksoplazmoz,  immun  sistemi  çox  zəifləmiş  şəxslərdə  isə  yoluxmuşların 0,01%-də  kəskin 

toksoplazmoz inkişaf edə bilər. 

Qazanılmış  kəskin  toksoplazmoz. İlkin  infeksiyalaşmadan  sonra  inkişaf  edir. 

Adətən ümumi  intoksikasiya əlamətləri, hərarətin  yüksəlməsi  ilə kəskin başlayır. Məhəlli  limfa 

düyünləri - çox vaxt boyun, ənsə, çənəaltı, qoltuqaltı limfa düyünləri böyüyür. Onlar palpasiyada 

yumşaq, ağrısız, ətrafdakı toxuma ilə birləşməmiş olur. Qaraciyər, dalaq böyüyür. Xəstəliyin 4-5-

ci günündən miokardit müşahidə edilir. Qazanılmış kəskin toksoplazmoz mərkəzi sinir sisteminin 

zədələnməsi əlamətləri ilə, çox vaxt ensefalit, meninqoensefalit, menin-git tipində keçir. Parezlər, 

hemiplegiya,  göz  sinirinin  iltihabi  əlamətləri  müşahidə  edilir.  Ensefalit  həmişə  yayılmış 

toksoplazmozun digər əlamətləri  - qızdırma, intoksikasiya, qaraciyərin, dalağın  böyüməsi və s. 

fonunda keçir. Gedişi çox ağır olub, ölümlə nəticələnə bilir. Xəstəliyin bu cür gedişi qazanılmış 

kəskin toksoplazmozun ensefalitik forması kimi qiymətləndirilir. 

downloaded from KitabYurdu.org



418 

 

Bəzən toksoplazmoz mərkəzi sinir sisteminin zədələnməsi əlamətləri olmadan 



yatalağa bənzər formada keçir. Bu zaman digər əlamətlərlə yanaşı xəstəliyin 4-7-ci günlərindən 

dəridə  xarakterik  səpgilər  (vezikulyoz,  papulyoz)  meydana  çıxır.  Səpgilər  çox  olub,  bir  sıra 

hallarda makulyoz xarakter daşıyır. 

Bəzi  hallarda  kəskin  toksoplazmoz  latent  toksoplazmozun  fəallaşması  və  ya 

xroniki toksoplazmoz fonunda inkişaf edir. Bu halda xəstəlik tədricən başlayır və mərkəzi sinir 

sisteminin  meninqoensefalit  tipində  zədələnməsi  əlamətləri  ilə  xarakterizə  olunur.  Xəstəliyin 

əlamətləri tədricən şiddətlənərək patoloji prosesə kəllə sinirlərinin, çox vaxt  görmə sinirinin və 

miokardin zədələnməsi əlamətlərinin qoşulması ilə müşayiət olunur. Sonrakı dövrlərdə xəstələrin 

bir qismində beyin maddəsində kompüter tomoqrafiyasmda aşkar edilən kistaiar formalaşa bilər. 

Neyroinfeksiya  əlamətləri  fonunda  toksoplazmozun  digər  əlamətləri  -  limfa  düyünlərinin 

böyüməsi,  hepatolicnal  sindrom,  artralgiyalar, mioalgiyalar  müşahidə  edilir.  Belə  xəstələrin 

onıırğa beyninin punksiyasında onurğa beyni mayesi təzyiq altında çıxr, mülayim limfositar sitoz, 

toksoplaz-moza qarşı antitellər - İgM, mikroskopiyada isə trofozoitləri aşkar etmək mümkündür. 

Kəskin toksoplazmoz ağır keçir. Proqnozu kifayət qədər ciddi olub, le-tallıq belə 

müşahidə edilir. Xəstəlikdən sağalanlarda isə rezudual əlamətlər qalır. Belə ki, müxtəlif dərəcədə 

büruzə  verən  görmə  sinirinin  atrofiyası,  diensefal  pozğunluqlar,  epilepsiyaya  bənzər  tutmalar, 

kəllə daxili təzyiqin qalxması, ləng gedişli araxnoidit, görmənin zəifləməsi ilə gedən xorioretinit 

kimi  qalıq  əlamətlər  ola  bilər.  Diaqnoz  qoyulub,  vaxtında  müalicə  aparılması  sağalma  ilə  də 

nəticələnə bilər. Bu zaman II-li latent toksoplazmoz formalaşır. 

Qazanılmış  xroniki  toksoplazmoz. I-li  və  II-li  ola  bilər.  II-li  xroniki 

toksoplazmoz  kəskin  toksoplazmozun  nəticələrindən  biri  kimi  formalaşır.  Gedişinə  görə  I-li 

xroniki  formanı  xatırladır.  Bununla  belə  hər  il  baş  verən  kəskinləşmələri,  qısa  müddətli 

remissiyaların olması,  rezidual əlamətləri ilə və aparılan spesifik  müalicənin  effektli  olması  ilə 

fərqlənir. 

I-li xroniki toksoplazmoz - bu zaman xəstəlik kliniki gedişinin polimor-fizmi ilə 

diqqəti cəlb edir. Uzun müddətli, ləng gedişə malikdir və xəstəliyə xas olan potoqnomik əlamətlər 

olmur. Xroniki intoksikasiya əlamətləri və subfeb-ril hərarət  fonunda mərkəzi  sinir sistemində, 

vegetativ sinir sistemində pozğunluqlar, limfadenopatiya, qaraciyərin, dalağın böyüməsi, dayaq-

hərəkət, həzm və digər üzv, sistemlərin bu və ya digər dərəcədə zədələnmələri müşahidə edilir. 

Xəstəlik tədricən başlayır. Ümumi zəiflik, halsızlıq, baş ağrısı, adinami-ya, yuxu 

pozğunluğu,  iştahanın  pisləşməsi,  psixoemosional  ləbillik,  yaddaşın  pisləşməsi,  əqli  və  fiziki 

yorğunluq olur. Xəstələrdə ncvroz xarakterli funksional pozğunluqlar - astenik sindrom, fobiyalar, 

bəzi  hallarda  isteriya  tipli  ağır nevrozlar,  diensefal  pozğunluqlar  qeyd  edilir.  Xəstəliyin  daimi 

əlamətlərindən biri subfebril hərarətdir. Bu xəstələrin 90%-də qeyd edilən və aylarla davam edən 

əlamətdir.  Bəzən  apireksiya  dövrləri  ilə  növbələşərək  dalğavari  xarakter daşıyır.  Normallaşmış 

temperatur qadınlarda menstruasiya ilə əlaqədar yenidən büruzə verə bilər. 

Xəstələrin  85%-də limfadenopatiya olur.  Əsasən  periferik  -  boyun,  ənsə, 

qoltuqaltı, qasıq limfa düyünlərinin böyüməsi qeyd edilir. Böyümüş limfa düyünlərinin diametri 

1-3 sm-ə çatır, əvvəllər  palpasiyada  yumşaq, bir  qədər ağrılı  olursa da, sonralar ölçüləri kiçilir, 

bərkləşir və ağrısız olur. Əksər hallarda mezenterial limfa düyünləri də prosesə cəlb olunur. Bu 

downloaded from KitabYurdu.org



Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   199   200   201   202   203   204   205   206   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə