C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə204/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   ...   199   200   201   202   203   204   205   206   207

415 

 

Toksoplazmaların kulturalarının alınması laborator heyvanların yoluxdurulması 



yolu ilə əldə edilir. Toksoplazmaların yetişdirilməsi məqsədi ilə toyuq embrionundan və toxuma 

kuituraiarmdan da istifadə edilir. 



Epide  m  iologi  yası. Toksoplazmoz  təbii  ocaqlı  zoonoz  xəstəliklərə  aiddir. 

İnfeksiya  mənbəyi  bir  çox  ev  heyvanları,  vəhşi  məməlilər  və  quşlar  hesab  edilir.  Təbiətdə  bu 

heyvanlar arasında xəstəliyin epizotiyası da baş verə 

bilər. Yoluxma əsasən fekal-oral yolla olur. Bir sıra hallarda yoluxma vertikal 

olaraq hamilələrdə anadan dölə verilir. 

€ 

Infeksiyanın  antrapurgik və təbii  ocaqları  ayırd  edilir. Parazitlərin  ətraf  mühitə 



yayılması əsas sahibləri olan ev pişikləri və pişikkimiləri fasiləsindən olan heyvanların ifrazatları 

ilə olur. Toksoplazmoz 11 O-dan çox quş növündə də qeyd edilir. Bu heyvanlar yoluxduqdan sonra 

parazitin  aralıq  sahibi  rolunu oynayırlar.  Aralıq  sahiblər  əgər  pişik  və  pişikkimilər  fəsiləsindən 

olan heyvanlar tərəfindən ovlanılıb qida kimi qəbul olunmazsa, onlar epidemioloji zəncirin son 

həlqəsi  olurlar.  Aralıq  sahib  olan  heyvanlarla  (ev  heyvanları,  it  və  s.)  təmasda  olma  onların 

törədiciləri  xarici  mühitə  ifraz  etmədiklərinə  görə  yoluxma təhlükəsi  nöqteyi-nəzərindən 

təhlükəsizdir. Xəstə insanlar da aralıq sahib olduğuna görə ətrafdakılar üçün heç bir təhlükə təşkil 

etmirlər. İnsanların yoluxması heyvanların yaxşı bişməmiş, çiy ətindən istifadə etdikdə, pişiklərin 

ifraz  etdiyi  oosistaları  udduqda  baş  verin  Qeyd  edilməlidir  ki,  ev  pişiklərinin yalnız  1%-ə 

qədərində oosista ifrazetmə müşahidə edilir. 

Qeyd  etdiyimiz  kimi  hamiləlik  zamanı  toksoplazmozla  yoluxma  baş  verərsə, 

dölün bətndaxili yoluxması ola bilər. Yoluxma hamiləliyin birinci 3 aylığında olarsa, bu zaman 

anadangəlmə  toksoplazmoz  15-20%  halda  qeyd  edilir  və  ağır  keçir.  Sonuncu  3  aylıqda  olarsa 

dölün  yoluxması 65% halda qeyd  edilir və  yeni  doğulmuşların  bir qismində infeksion prosesin 

klinik əlamətləri bir elə büruzə vermədən keçir. Əgər  yoluxma hamiləlikdən az əvvəl olarsa (6 

ayadək müddətdə) dölün  yoluxma ehtimalı  çox aşağı olur. Hamiləlikdən  altı  ay  əvvəl yoluxma 

olduqda isə dölün yoluxması baş vermir. 

Toksoplazmozun parenteral yolla - müxtəlif tibbi manipulyasiyalarda, donor qanı 

ilə, cərrahi, ginekoloji və digər əməliyyatlarda ötürülmə ehtimalı demək olar ki, yoxdur. Bununla 

belə əvvəllər toksoplazmozla yoluxmamış, im-mun reaktivliyi kəskin zəifləmiş insanlarda (QİÇS, 

leykemiya, şüa müalicəsi zamanı və s.), qan köçürmə və üzvlərin transplantasiya zamanı yoluxma 

təhlükəsi  reallaşa  bilər.  Laborator  şəraitdə  yüksək  virulentliyə  malik  ştamlarla  işləyərkən, 

zədələnmiş  dəridən  də  yoluxma  mümkündür.  Belə  ki,  dərinin  çirklənmiş  iynə  ilə  zədələnməsi 

zamanı, pipetka və digər yoluxmuş alətlərlə işləyərkən yoluxma baş verə bilər. 

Toksoplazmoz Antraktidadan başqa dünyanın bütün qitələrində, bütün ölkələrdə 

qeyd edilir. Bəzən infeksiyalaşma yüksək rəqəmlərə çatır. Məsələn, ABŞ-da 10-19 yaş arasında 

yoluxma  5-30%,  50  yaşdan  yuxanda  isə  10-67%-ə, MDB  ölkələrində  30%-ə  çatır.  İsti  iqlim 

zonalarında yoluxma daha yüksək 

olur.  Ümumiyyətlə  bütün  dünyada  500  milyondan,  bir  milyarda  qədər  adamın  toksoplazmozla 

infeksiyalaşması göstərilir. 

downloaded from KitabYurdu.org



416 

 

Xəstəliyə qarşı həssaslıq elə də yüksək deyildir. Ən çox cavanlar xəstələnir. 60 



yaşdan yuxarı insanların yoluxması nadir hallarda qeyd edilir. Bu onlarda qeyri-steril immunitetin 

olması ilə də izah edilə bilər. Toksoplazmoz oportunist iııfeksiya kimi QİÇS zamanı da qeyd edilir. 



F at  o g e /ı e z i- Patoloji  an at  o m i  y as ı. İnvaziyanın  giriş  qapısı mədə-

bağırsaq sistemidir. Törədicinin daxil olması əsasən nazik bağırsağın aşağı şöbələrində baş verir. 

Parazitin toxumalara daxil olması adi mexaniki təsir olmayıb, mürəkkəb bir prosesdir. Parazitin 

xüsusi  orqanoidləri  və  onların sitez  etdiyi  ferment  xüsusiyyətinə  malik  maddələr  hüceyrəyə 

adgeziya və inva- 

 

 



ziyanı təmin edir. Hüceyrə membranının lizisinə səbəb olan bu faktorlar yüksək virulentliyə malik 

olan  ştamlar  tərəfindən  daha  çox  ifraz  edilir.  Bu  da  pa-razitin  virulentliyini  şərtləndirən 

faktorlardan biri hesab olunur. Daxil olmuş törədicilər limfa yolları ilə regional limfa düyünlərinə 

(mezenterial)  gətirilir. Limfa  düyünlərində  çoxalaraq  iltihabi  dəyişikliklər  törədib,  orada 

toplanırlar. Hüceyrə tərkibinə görə vərəm və bruselloz qranulomalarını xatırladan qranu-lomalar 

formalaşır. Mezenterial limfa düyünləri böyüyür. Bəzən bu, xəstələrdə, xüsusən yeniyetmələrdə 

özünü «kəskin qarın» əlamətləri şəklində büıuzə verir. 

Sonradan  limfa  düyünlərinə  toplanmış  törədicilər  qana  keçərək  orqanizmə 

yayılır və müxtəlif üzv və sistemlərdə lokallaşırlar. Əsasən qaraciyər, dalaq, limfa düyünləri, göz, 

miokard, skelet əzələlərində və sinir sistemində fıksə olunaraq, artıb-çoxalırlar. Parazitlərin həyat 

fəaliyyəti nəticəsində əmələ gələn an-tigen və allergenlər immunitetin inkişafına, allergik yenidən 

qurulmaya  səbəb olur.  Yavaş  tipli  hiperhəssaslıq  inkişaf  edir.  Antitellər  əmələ  gəlir. 

Antitellərin əmələ  gəlməsi,  immunitetin  formalaşması  toksoplazmozla  yenidən  yoluxmadan 

qoruyur.  Yoluxmuş  şəxslərdə  toksoplazmozun  latent  formalarının  inkişafını  şərtləndirir. 

Orqanizmdə sistalar formalaşır. Sistalar bədəndə 10 illər, hətta ömrü boyu qala bilərlər. Sistaların 

bir  qismi  sinir  sistemində  və  əzələlərdə  nek-rozlaşaraq  kirəcləşirlər.  Orqanizmin  müdafiə 

qüvvələrinin,  immunreaktivliyi-nin  zəifləməsi  sistaların  dağılmasına,  latent  formaların 

manifestləşməsinə səbəb ola bilər. Latent tosoplazmozun kəskinləşməsinə bir sıra yanaşı  gedən 

xəstəliklər - pnevmoniya, KRX, qrip və s. təkan verə bilər. Kəskinləşmələr uzun müddətli (10-20 

il) latent gedişindən sonra belə müşahidə edilir. 

Anadangəlmə toksoplazmozun kliniki olaraq büruzə vermə dərəcəsi yoluxmanın 

hamiləliyin  hansı  dövründə  baş  verməsindən  asılıdır.  Belə  ki,  invazi-yalaşma  hamiləliyin  ilk 

aylarında  baş  verərsə,  bu  dölün  tələf  olmasına,  özbaşına  düşüklərə,  ebriopatiyalann  olmasına, 

inkişaf qüsurları olan körpələrin do-ğulmasma səbəb olur. Hamiləliyin son dövrlərində yoluxma 

zamanı  isə  yeni  doğulan  körpələrdə  latent  formalarla  yanaşı,  yayılmış  -  generalizə 

olunmuş toksoplazmozun da formalaşması mümkündür. 

Qeyd etdiyimiz kimi İİV-infeksiyası zamanı opportunist bir infeksiya ki- 

mi toksoplazmoz da baş qaldıra bilər. Bu baxımdan da IlV-infeksiyasına latent toksoplazmozun 

fəallaşmasının  səbəblərindən  biri  kimi  baxılır.  Bu  zaman  toksoplazmozun  kəskin  bəd  xassəli 

gedişə malik formaları inkişaf edir, menin-goensefalit baş verir. Prosesə göz, ürək, qaraciyər, ağ 

downloaded from KitabYurdu.org



Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   199   200   201   202   203   204   205   206   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə