C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə200/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   ...   196   197   198   199   200   201   202   203   ...   207

407 

 

Periferik qanda anemiya (eritrositlər 1-2*10



12

/1 və daha az, hemoqlobuliıı 40-50 

q/1  və  daha  az),  rəng  göstəricisinin  düşməsi  (0,6-0,8),  poykilositoz,  anizo-sitoz,  anizoxromiya 

qeyd  edilir.  Leykopeniya  (2-2,5*  10

9

/l  və  daha  az),  neytro-peniya  (bəzən  10%-dək  olur),  nisbi 



limfositoz, qranulositopeııiya, aqranulosi-toz, aneozinofıliya, trombositopeniya olur. EÇS kəskin 

- 90 mm/saat-dək yüksəlir. Qanın laxtalanması və eritrositlərin rezistentliyi zəifləyir. Qlobulinlər 

artır, albuminlər azalır. 

Aqranulositozla  əlaqədar  kəskin  leykopeniyanın  inkişafı  ağız  boşluğunda, 

əsnəkdə,  badamcıqlarda,  diş  ətində  xoralı-nekrotik  dəyişikliklərə  səbəb  olur.  Nadir  hallarda 

hemorragik sindrom - dəriyə, selikli qişalar qan sızmalar və hətta burundan, mədə-bağırsaqdan qan 

axmalar ola bilər. Kəskin hepato-splenomeqaliya və qaraciyərdə inkişaf edən fibroz prosesi portal 

hipcrtenziya-ya, assit və aşağı ətraflarda durğunluq əlamətlərinin meydana çıxmasına səbəb olur. 

Qaraciyər, dalağın böyüməsi ilə əlaqədar diafraqma kupolu yuxarı qalxır, ürək 

sağa doğru yerini dəyişir. Tonları karlaşır, taxikardiya (həm qızdırma, həm də temperatur normal 

olduqda)  olur.  Qan  təzyiqi  düşür.  Anemiya  və  intoksikasiya  əlamətləri  gücləndikcə  ürək 

çatmamazlığı  əlamətləri  artır.  Bağırsaq  pozğunluğu  əlamətləri  qeyd  edilir,  diareya  baş  verir. 

Qadınlarda oliqo- və ya amenoreya, kişilərdə cinsi fəallığın zəifləməsi müşahidə edilir. 

Hindistan, bəzən də Şərqi Arika visseral leyşmaniozunda (Kala-azar) xəstələrin 

5-10%-də  dəridə  düyücüklər  və  ya  ləkəli  səpgilər  şəklində  leyşmano-idlər  inkişaf  edir.  Dəri 

leyşmanoidləri müalicədən 1-2 il sonra meydana çıxır və illərlə, hətta 10 illərlə saxlanıla bilər. 

Həmin  düyüncük  və  səpgilərdə  leyşmani-yalar  qaldığından  xəstələr  ətrafdakılar  üçün 

təhlükəlidirlər - infeksiya mənbəyidirlər. Hazırda xəstəliyin belə nəticə verməsi yalnız Hindistanda 

qeyd edilir. 

Xəstəliyin  terminal  dövründə  kaxeksiya  inkişaf  edir,  əzələlər  tonusdan  düşür, 

dəri incəlir. Uzaqdan baxdıqda qarın divarında həddən artıq böyümüş qaraciyər və dalağın cizgiləri 

görünür. Dəri mərməri - kaşını xatırladır, bəzən torpağa və ya mumabənzər rəng alır. 

Aralıq dənizi - Orta Asiya visseral leyşmaniozu kəskin, yarım kəskin, xroniki ola 

bilər. 


Kəskin forma - az yaşlı uşaqlarda olur və nadir hallarda rast gəlinir. Ağır gedişi 

ilə seçilir. Vaxtında müalicə aparmadıqda ölümlə nəticələnir. 



Yarımkəskin  forma -  nisbətən  tez-tez  rast  gəlir.  Ağır  gedişə  malikdir.  5-6  ay 

ərzində xəstəliyin əlamətləri proqressivləşərək, müalicə aparmadıqda ölümlə nəticələnir. 



Xroniki forma - çox rast gəliııən forma olub, yuxarı yaş qrupundan olan uşaqlarda 

və böyüklərdə qeyd olunur. Gedişi nisbətən xoş olub, davamlı re-missiyalarla xarakterizə olunur. 

Vaxtında müalicə sağalma ilə nəticələnir. 

Yoluxma bir sıra hallarda subklinik və latent formaların inkişafı ilə də nəticələnə 

bilər. 

Ağırlaşmaları. Pnevmoniya,  enterokolit,  nefrit,  trombohemorra-gik  sindrom, 

qırtlağın ödemi, xoralı stomatit, diş ətində nekrotik-xoralı prosesin inkişafı kimi ağırlaşmalar ola 

bilər. 

Proqnozu. Ağır  və  ağırlaşmış  gedişlər  zamanı  və  müalicənin  vaxtında 

aparılmadığı hallarda proqnozu ciddidir. Yüngül formaların özbaşına sağalması mümkündür. 

downloaded from KitabYurdu.org



408 

 

Diaqnozu. Xəstəliyin  kliniki  diaqnozu  endemik  ocaqlarda  bir  elə  çətinlik 

törətmir. Laborator diaqnoz qoyulması leyşmaniyalarm qandan götürülmüş yaxmada və ya qalın 

damlada  tapılması  ilə  qoyulur.  Daha  dəqiq  üsul  sümük  iliyi  punktatmın  müayinəsidir.  Sümük 

iliyindən hazırlanmış preparatın müayinəsində leyşmaniyalar 95-100% hallarda aşkar edilir. Bəzən 

qaraciyərin, dalağın,  limfa  düyünlərinin  biopsiyası  aparılır.  Sümük  iliyini  NNN  aqara  əkməklə 

törədicilərin kulturasıııı da almaq mümkündür. 

Köməkçi  müayinə  üsulu  kimi  seroloji  müayinə  üsullarından  KBR,  qeyri-düz 

immunofluoressensiya  reaksiyası,  İFM,  LAR  və  digərləri  istifadə  edilir.  Laborator  hevanların 

yoluxdurmaqla  bioloji  sinaq  da  qoymaq  olar.  Leyşmani-yaların  müxtəlif  növlərindən  alınmış 

allergenlərlə  dəri  sınağı  da  qoyulur.  Re-konvalessentlərdə leyşmaninlə dəri  daxili  sınaq 

Monteneqro reaksiyası müsbət olur. 

Visseral  leyşmanioz  brusellozdan,  qarm  yatalağından,  vərəmdən,  sepsis-dən, 

leykozdan, limfoqranulomatozdan differensasiya edilməlidir. 



Müalicəsi. Etiotrop  müalicə  vasitəsi  kimi  5-valentli  sürmə  preparatları, 

pentamidin-izotionat  tətbiq  edilir.  Sürmə  preparatlarından  solusurmin  işlədilir.  Preparat  20%-li 

məhlul şəklində 10 ml-lik ampulalarda buraxır. Yaşdan və xəstəliyin ağırlığından asılı olaraq hər 

kq çəkiyə 0,1-0,15 q olmaqla təyin edirlər. Preparatın yeridilməsi 3 dəfə az dozadan başlayaraq 

tədricən  artırılır,  3-4  inyeksiyaya  tam  dozaya  çatdırılır.  Gündəlik  doza  böyüklərə  1 

dəfəyə, uşaqlara  2  dəfəyə,  səhər  -  axşam  təyin  edilir.  Müalicə  hər  gün,  fasilə 

verilmədən aparılmalıdır. Müalicə kursu 15-20 gün çəkir. 5 yaşadək uşaqlara solusurminin 10%-

li məhlulu kürək nahiyyəsinə dəri altına təyin edirlər. Yuxarı yaşlı uşaqlara və böyüklərə 20%-li 

məhlul vena daxilinə vurula bilər. Kliniki nəticə əldə edildikdə müalicə kursu 10-15 günə endirilə 

bilər. Ağır hallarda 25-30 günədək uzatmaq olar. Əgər xəstələr yaxşılaşdıqdan sonra residivlər baş 

verərsə müalicə kursu təkrar edilir. 

Sürmə preparatları effekt vermədikdə (xüsusən Şərqi Afrika leyşmonio-zunda) 

pentamidin-izotionat hər kq çəkiyə 4 mq olmaqla 10-15 inyeksiya, hər gün və ya günaşırı, əzələ 

daxilinə təyin edilir. 

Cənubi Amerika visseral leyşmaiozunda digər sürmə peraratı qlükantim işlədilir. 

Gündəlik doza hər kq çəkiyə 0,06 q olmaqla I gün - 1/4 doza, II gün -1/2, III gün - 3/4, IV gündən 

tam doza təyin edilir. Əzələ daxili yeridilir. Kurs müalicəsi 10-15 inyeksiya, 4-6 həftədən sonra 

müalicə kursu təkrar edilir. 

Hindistan  visseral  leyşmaniozunda  (Kala-azar)  pentostam  (solustibozan) 

istifado edilir. Preparat 6 ml (600 mq) olmaqla hər gün vena və ya əzələ daxilinə yeridilir. Müalicə 

kursu  7-10  gündür.  5  yaşadək  uşaqlara  2  ml,  8-14  yaşlarda  isə  4  ml  təyin  edilir.  Kala-azarda 

neostibozan da işlədilə bilər. I gün 0,1 q, II gün 0,2 q, sonra 8 gün 0,3 q olmaqla vena daxilinə 

vurulur. 

Spesifik müalicə apararkən işlədilən preparatlara olan əks göstərişlər və yanaşı 

təsirləri nəzərə almaq lazımdır. 

Spesifik  müalicə  ilə  yanaşı  patogenetik  müalicə  və  II  bakterial  infeksiya-nın 

profilaktikası da aparılmalıdır. 

downloaded from KitabYurdu.org




Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   196   197   198   199   200   201   202   203   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə