C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə196/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   ...   192   193   194   195   196   197   198   199   ...   207

399 

 

Periferik qanda xəstəliyin əvvəlində müşahidə edilən leykopeniya leyko-sitoz və 



ya  hiperleykositozla  əvəz  olunur.  Cavan  neytrofıllər  meydana  çıxır.  Anemiya  dərinləşir,  EÇS 

yüksək rəqəmlərə çatır, hematokrit düşür, hipoka-liemiya, metabolik asidoz inkişaf edir. Periferik 

qandan götürülmüş yaxmada külli miqdarda parazitlər aşkar edilir. Eritrositlərin 10-30%-ə qədəri 

invazi-yalaşmış  olur.  Koma  dövrü  üçün  parazitin  üzük  mərhələsi  və  qametositləıiə yanaşı, 

eritrositar şizoqoniyanm digər mərhələlərinin də aşkar edilməsi xarakterikdir. 

Malyariya  koması  müalicə  aparmadıqda  və  ya  gec  başladıqda  bir  neçə  gün 

davam edir və ölümlə nəticələnir. Vaxtında aparılan müalicə müsbət nəticə verir. 

İTŞ - malyariyanın algid forması da adlanır. Çox yüksək parazitcmiya fonunda 

inkişaf edir. Bu zaman dərin hemodinamik pozğunluqlar, dövr edən qanın miqdarının azalması, 

metabolik  pozğunluqlar  baş  verir.  İTŞ  inkişafında böyrəküstü  vəzin  kəskin  çatmamazlığı 

əhəmiyyətli rol oynayır. 

Temperatur  subnormal  rəqəmlərədək  düşür.  Rəng  avazıyır,  dəri  soyuq  tərlə 

örtülü  olur.  Üzün  cizgiləri  dərinləşir,  gözlər  çuxura  düşür,  ətrafında  göy haşiyə  meydana  çıxır, 

baxışları  ifadəsiz  olur.  Dərinin  turqoru  düşür,  sianozla-şır.  Nəbz  tezləşir,  dolğunluğu  zəifləyir, 

təngnəfəslik  qeyd  edilir,  arterial  təzyiq düşür  (80  mm  c.s.  və  daha  aşağı).  Defekasiya  tezləşir, 

durulaşır.  Qusma  baş  verir.  Nəticədə  oliquriya,  sonra  anuriya  inkişaf  edir.  Xəstə  kəskin  damar 

çatnıa-mazlığından tələf olur. Adekvat müalicə, reanimasion tədbirlər aparılsa xəstənin həyatını 

xilas etmək mümkündür. 

Hemoqlobinurik  qızdırma -  çox  vaxt  malyariya  əleyhinə  (xinin  və  prima-xin) 

preparatların qəbuiu  ilə  əlaqədar baş verir və bunun inkişafı anadangəlmə Q-6-FD fermentinin 

çatmamazlığı  ilə  əlaqələndirilir.  Eritrositlərin  hemolizinə digər  preparatlar  da  (delagil, 

sulfanilamidlər) səbəb ola bilər. Eritrositlərin damar daxili hemolizinin əsasında immun-allergik 

reaksiyalar durur. Dərmanlar düzgün işlədilmədikdə və ya xəstəlik uzun müddət davam etdikdə 

eritrositar şi-zoqoniya tam dayanmır və əmələ gəlmiş autoantigenlərə qarşı autoantitellər yaranır. 

Formalaşmış  immunkomplekslər  eritrositlərə  Fıksə  olunur,  sensibliza-siya  baş  verir.  Təkrarı 

yoluxma və ya dərman qəbulu damar daxili hemolizə səbəb olur. Reinfeksiya zamanı ağırlaşma 

qəflətən meydana çıxır. Dərman preparatları qəbulundan sonra isə ilk 6 saat müddətində üşütmə, 

temperaturun  39 -40°C-dək  yüksəlməsi;  beldə,  qaraciyər,  dalaq  nahiyyəsində  ağrılar,  baş 

ağrısı; əzələ,  oynaq  ağrıları;  təkrari,  öd  qarışıqlı  qusma  olur.  Əsas  əlaməti  qara  rəngli sidik 

ifrazının olmasıdır. Çökdürdükdə iki qatdan ibarət olur. Üst qat şəffaf tünd-qırmızı rəngdə; alt - 

bulanıq, detritlərdən ibarət, tünd-qəhvəyi rəngdə olur. Sidikdə oksihemoqlobin, methemoqlobin, 

albuminuriya, hemosiderin, aşkar edilir. Çöküntüdə dəyişmiş eritrositlər, hemoqlobinin qalıqları, 

hialın və dənəvər şilindirlər olur. 

Qan zərdabı tünd-qırmızı rəng alır, anemiya inkişaf edir, hematokrit aşağı düşür. 

Sərbəst bilirubinin miqdarı artır. Ağır hallarda kəskin böyrək çat-mamazlığı inkişaf edir. Qanda 

kreatiııin və sidik cövhərinin miqdarı sürətlə artır. 

Periferik qanda neytrofilli leykositoz, retikulositlərin miqdarının artması aşkar 

edilir. EÇS artır. İnvaziyalaşmış eritrositlərin dağılması ilə əlaqədar qarda parazitləri aşkar etmək 

olmur  və  ya  çox  az  olur.  Xoş  gedişlərdə  proses  3-7 günə  tamamlanır.  Sidiyin  rəngi  açılır, 

downloaded from KitabYurdu.org




400 

 

temperatur  enir. Eritrositlərin sayı  bərpa olur, xəstə tədricən sağalır. Ağır  gedişlərdə isə kəskin 



böyrək çatışmamazlığı inkişaf edir və ölümlə nəticələnir. 

Kəskin  böyrək  çatmamazlığı malyariyanın  ciddi  proqnozlu  ağırlaşmala-

nndandır. Böyrəkdə olan dəyişikliklər özünü kəskin büruzə verir. Bəzən böyrək kanalcıqlarının 

nekrozu baş verir ki, bu da oliquriya və anuriyanm inkişafına səbəb olur. Sidiyin xüsusi çəkisi 

aşağı  düşür,  proteinuriya,  slindiruriya,  mikrohematuriya  aşkar  edilir.  Qanda  azot  şlaklarının 

miqdarı artır. 

Ağır ağırlaşmalardan biri də ağ ciyərin ödemidir və çox vaxt ölümlə nəticələnir. 

Ağ ciyər kapilyarlarında leykositlərin parçalanması və əmələ gələn en-dotoksinlərin təsiri damar 

divarlarının keçiriciliyinin artmasına, ödemin inkişafına səbəb olur. Xəstəyə həddən artıq maye 

yeridilməsindən sonra da ağ ciyərin ödemi baş verə bilər. 

Tropik malyariyanın hemorragik forması da ağırlaşma hesab edilir. Bu zaman 

İTŞ inkişaf  edir. YDL sindromu meydana çıxır. Dəriyə, daxili  orqanlara, böyrəküstü vəzə, baş 

beyinə, həyatı mərkəzlərə qansızmalar baş verir. 

Malyariya  zamanı hipoqlikemiya qaraciyərdə  qlükogenenin  aşağı  düşməsi, 

qlükozanm parazitlər tərəfindən sərf edilməsi və insulin sintezinin stimullaşması ilə əlaqədar olur. 

Hiperinsulinemiya  xinin  qəbulundan  sonra  da  baş  verə  bilər.  Hipoqlikemiya  hamilələrdə  daha 

təhlükəli hesab edilir. 



Diaqnozu.  Differensial  diaqnozu. Diaqnoz  klinik-anamnestik  məlumatlara  və 

laborator müayinələrin nəticələrinə əsaslanaraq qoyulur. Xəstəliyə xas olan qızdırma tutmalarının 

olmasına, hepatolienal sindroma, anemiyamn inkişafına diqqət yetirmək İazımdır. Xəstələrin son 

iki  il müddətində  malyariyanın  yayılmış  olduğu  bölgələrdə  olması  da  əhəmiyyətli diaqnostik 

məlumat sayılır. Diaqnozu təsdiq etmək məqsədi ilə barmaqdan 

qan  götürülüb qalın  damla və  ya yaxma hazırlanıb  Romanovski-Gimza  üsulu  ilə  boyanır.  Üç 

günlük və dörd günlük  malyariyaya şübhə olduqda qan qızdırma tutmalarının başlanğıcında və 

apireksiya dövründə, tropik malyariyada isə eritrositar sizoqoniya daxili üzvlərin kapilyarlarmda 

getdiyinə  görə  tutmalar  dövründə  hər  6  saatdan  bir  götürmək  lazımdır.  Qalın  damlada  görmə 

sahəsində baxılan qanın miqdarı yaxmadan 20-40 dəfə çox olduğundan parazitləri tez aşkar etmək 

olur. Yaxmada isə tapılan parazitin növünü təyin etmək asan olur. Belə ki, preparatda parazitin 

görünməsi  daha  aydın  olur.  Qanda  parazit-lərin  eritrositar  şizoqoniya  mərhələləri  aşkar  edilir. 

Toxuma  merozoitləri  isə qanda  çox  qısa  müddət  qaldıqlarından  nadir  hallarda  tapılır. 

Parazitemiyanm səviyyəsi  isə  1  mm

3

 qanda  olan  parazitlərin  sayı  ilə  müəyyən  edilir. 



Klinik praktikada parazitlərin sayı ilə qanda olan formalı elementlərin - leykositlərin 1 mkl qanda 

sayı müəyyən edilib müqayisə edilir. 

Seroloji  müayinə  məqsədi  ilə  düz  olmayan  immunoflürossensiya  reaksiyası  və 

İFM üsullarından istifadə edilir. Malyariya antiteli qanda 2-3 tutmadan sonra meydana çıxır, 4-6-

cı həftədə maksimuma çatır, reinfeksiya olma-dıqda səviyyəsi enərək, iki il müddətədək saxlanılır. 

Seroloji müayinələr əsasən epidemioloji araşdırmalar aparmaq, coğrafi bölgələrdə malyariyanın 

yayılma dərəcəsini təyin etmək və donorların müayinəsində posttransfuzion malyariyanın qarşısını 

almaq məqsədi ilə həyata keçirilir. 

downloaded from KitabYurdu.org



Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   192   193   194   195   196   197   198   199   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə