C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə2/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   2   3   4   5   6   7   8   9   ...   207

 

infeksiyaları, virus hepatitləri bir problem kimi qalmaqda ikən, digərləri - herpes virus infeksiyası, 



sitomeqalovi-rus infeksiyası, xlamidiozlar və s. geniş intişar tapmaqdadır. 

Cəmiyyətdə olan dəyişikliklər - bir siyasi-iqtisadi formasiyadan digərinə keçmə, 

əhalinin təbəqələşməsi, iqtisadi vəziyyəti qənaətbəxş olmayan əhali kütlələrinin meydana çıxması, 

miqrasiya, qaçqınlar, köçkünlər problemi, müharibə şəraiti və digər ictimai - iqtisad faktorlar bir 

qrup infeksion xəstəliklərin ağır gedişini şərtləndirirsə də, başqa bir qrup infeksiyalarm isə baş 

qaldırmasına şərait yaradır. 

Ona  görə  də  infeksion  patologiyalar  haqqında  müasir  səviyyədə  məlumatlara, 

müasir  müalicə  və  müayinə  üsullarına  yiyələnmək  gələcək  həkimlər  -tələbələr  üçün  olduqca 

önəmlidir. Bu xəstəliklərin erkən diaqnostikası, düzgün müalicə taktikasının və əks  - epidemik 

tədbirlərin işlənib hazırlanması nöqteyi-nəzərindən çox vacib şərtdir. Hansı ki, xəstənin öz taleyi 

ilə  bərabər,  ətrafda-kıların  da  sağlamlıq  vəziyyəti  xeyli  dərəcədə  bundan  asılıdır.  Yaddan 

çıxarmamaq lazımdır ki, xəstəlikdən ölənlərin 33%-i infeksion patologiyaların payına duşur. 

Bu  baxımdan  günün  tələblərinə  cavab  verən,  elmin  ən  son  nəaliyyətlərinə 

əsaslanaraq dərsliklərin hazırlanmasının gənc kadrların, o cümlədən həkimlərin hazırlanmasında 

mühüm əhəmiyyəti vardır. Uğurlu inkişaf yoluna qədəm qoymuş gənc respublikamız üçün bu son 

dərəcə vacib məsələlərdən biridir. 

Təqdim olunan kitab iki hissədən - ümumi və xüsusi hissədən ibarətdir. Ümumi 

hissədə infeksion proses və infeksion xəstəliklər haqqında müasir baxışlar, infeksion xəstəliklərin 

diaqnozu,  diaqnozun  əsas  mərhələləri,  infeksion xəstəliklərin  təsnifatı  və  müalicə  prinsipləri 

müasir səviyyədə şəhr edilmişdir. 

Xüsusi  hissə  8  bölmədən  ibarət  olub,  41  xəstəlik  haqqında  ətraflı  məlumat 

verilmişdir.  Xəstəliklərin  etioloji-epidemioloji  xüsusiyyətləri,  patogenetik  mexanizmi,  kliniki 

gedişi, mövcud klinik variantları ətraflı təsvir edilmiş; müasir diaqnostika üsullarına, differensial 

diaqnostikasına və müalicə prinsiplərinə xüsusi diqqət yetirilmişdir. O cümlədən xəstələrin evə 

yazılma qaydaları, sonrakı dispanser müşahidəsi məsələləri də işıqlandırılmışdır. 

Azərbaycan Tibb Universitetinin «İnfeksion xəstəliklər» üzrə tədris proqramına 

müvafiq olaraq hazırlanan bu kitabda əsasən ölkəmizdə daha çox rast gəlinən - ölkə patologiyasına 

aid  olan  xəstəliklərə  önəm  verilmişdir.  Xüsusən  qarın  yatalağı,  dizenteriya,  vəba,  amöbiaz, 

bruselloz, difteriya, virus he-patitləri, malyariya, leysmanioz kimi xəstəliklər geniş şərh edilmişdir. 

Göstərilənləri  nəzərə  alaraq  kitabı  təkcə  Tibb  Universitetinin  tələbələri  üçün 

deyil, praktik həkimlərin də istifadəsinə tövsiyyə etmək olar. 

Müəllif. 

ÜMUMİ HİSSƏ 

İNFEKSİON PROSES VƏ İNFEKSİON XƏSTƏLİK 

İnfeksion  xəstəliklər  ən  geniş  yayılmış  xəstəliklərdən  olub,  insanlar  arasında 

qeyd  edilən  patologiyaların  20-40%-i  onların  payına  düşür.  Zaman  keçdikcə  elmə  məlum  olan 

infeksion xəstəliklərin sayı da artmaqdadır. Belə ki, 1955-ci ildə 1062 infeksiya bəlli idisə, 2000-

ci ildə onların sayı 1200-ə çatmışdır. ÜST-nın məlumatına görə hər il ölüm hadisələrinin 33%-i 

inieksion  xəstəliklər səbəbindən  olur.  Infeksion  xəstəliklərdən  ölənlər  ürək-damar 

xəstəliklərindən tələf 

olanlardan 

iki 

dəfə 


artıqdır. 

Zaman-zaman 

epidemiya 

və 


downloaded from KitabYurdu.org


 

pandemiyalar şəklində  yayılan  inlcksiyalar  milyonlarla  insanın  tələf  olmasına  səbəb  olmuşdur. 



Belə  ki,  XIV  əsrdə  taun  pandemiyasında  50  milyondan  artıq.  XX  əsrdə qrip  pandcmiyasından 

(«ispanka») isə 20-50 milyona qədər adam ölmüşdür. Təkcə 1973-1995-ci illərdə 29 yeni virus, 

bakteriya və parazit (Rotavirus, Ebo-la virusu, QİÇS törədiciləri, hcpatit virusları, vibrio cholera 

0 139. Bartonella henslae və s.) aşkar edilmişdir. İnieksion xəstəliklər çox qədim dövrlərdən insan 

cəmiyyətində  mövcud  olmuşdur.  Arxeoloji  qazıntılarda  hələ  bizim  eramızdan  əvvəl  yaşamış 

heyvanların  və  insanların  sümüklərində  infeksion  xəstəliklərin  (vərəm,  osteomielit,  cüzam) 

təsirindən  baş  vermiş  müxtəlif  dəyişiklik-lər  aşkar  edilmişdir,  insan  cəmiyyətinin  inkişafı 

infeksion  xəstəliklərin  baş verməsi  və  yayılması  üçün  əlverişli  şərait  yaratmışdır.  Uzun 

müddət insanlar infeksion xəstəliklərin nədən baş verməsini dərk edə bilmirdilər, lakin onların bir 

şəxsdən başqalarına keçdiyini görürdülər. Odur ki, xəstəlikdən can qurtarmaq üçün daimi yerlərini 

tərk  edərək xəstəlik  olmayan  yaşayış  məntəqələrinə  qaçır  və  xəstəliyin  yayılmasına  səbəb 

olurdular. Tez yayılmasına və əhalinin kütləvi qırğınına səbəb olduğu üçün xalq arasında infeksion 

xəstəliklərə "azar", "qırğın" adları  verilmişdir. O vaxtlar infeksion xəstəlikləri  havanın  xəstəlik 

törədən  buxarı  -  “miazma”  ilə  əlaqələndirirdilər.  XVI  əsrdə  Fra-kastro  infeksion  xəstəliklərin 

təmas  yolu  ilə  yayılması  fikrini  irəli sürmüş  və  gözlə  görünməyən  canlılar 

kontagiyalar tərəfindən  törədildiyi  göstərmiş,  onlara kontagioz xəstəlik  adı  vermişdir.  XIX 

əsrdən başlayaraq mikrobiologiya və virusologiyanın inkişafı infeksion xəstəliklərin elmi əsaslar 

üzrə  öyrənilməsinə  imkan  vermişdir.  Belə ki,  infeksion  xəstəliklərin  inkişafının  bir  sıra 

məsələlərini  aydınlaşdırmaq,  onların  diaqnoz,  müalicə  və  profilaktika  prinsilərini  işl 

əyib hazırlamaq mümkün olmuşdur. 

İnfeksion  xəstəliklərin  adı  latınca infectio -  yoluxma,  çirkləndir-mə. infıcio 

- yoluxdururam sözlərindən götürülmüşdürinfeksiya sözü çox geniş ümumi bioloji məna daşıyan 

məfhum  olub,  müəyyən  bir patogen  amilin  (bakteriya,  virus  və  s.)  canlı  orqanizmlərə  (bitki, 

heyvan.  insan)  daxil  olması  və  onların  qarşılıqlı  əks  təsiri  -  mübarizəsi ilə  xarakterizə  olunur. 

Törədicinin  orqanizmə  daxil  olması infeksion prosesin inkişafına  səbəb  olur.  İnfeksion  proses 

məhdud  zaman  kəsiyində.  xarici  mühitin  müxtəlif  təsir  amilləri  (ictimai,  iqtisadi,  iqlim və  s.) 

şəraitində mikroorqanizm ilə makroorqanizm arasında gedən 

mürəkkəb  bir  prosesdir  - ekoloji  konfliktdir. Özünü  orqanizmdə  bütün  səviyyələrdə  -  toxuma, 

hüceyrə, molekulyar, submolekulyar və s.  -gedən dəyişikliklərlə büruzə  verir.  İnfeksion proses 

zamanı  orqanizmin  bütün  fizioloji  mühafizə  və  uyğunlaşma  reaksiyaları  səfərbərliyə  almır. 

İnfeksion prosesin mərhələlərindən, formalarından biri infeksion xəstəlikdir və yalnız ali - yüksək 

bioloji inkişaf mərhələsinə çatmış canlılarda - insanda və digər fəqərəlilərdə rast gəlinir. Törədici 

amilin  orqanizmə  daxil  olması  heç  də  həmişə  infeksion  xəstəliyin inkişafına  səbəb  olmur. 

İnfeksion  xəstəliyin  baş  verməsi  üçün pato-gen törədici amilin, həssas orqanizmin və  yoluxma 

üçün şəraitin olması vacib şərtdir. Göstərilən şərtlər zaman-zaman dəyişikliyə məruz qalır. 

İnfeksion xəstəliyin baş verməsi, onun klinik gedişi, təzahür formaları, nəticəsi 

mikro-  və  makroorqanizmin  bir  sıra  xüsusiyyətlərindən  asılıdır.  İlk  növbədə  törədicinin  - 

mikroorqanizmin  rolu  qeyd edilməlidir.  O  infeksion  prosesin  baş  verməsini,  onun 

spesifikliyini təmin edir, gedişinə təsir göstərir. İnfeksion prosesin inkişafı mikroorqanizmin bir 

downloaded from KitabYurdu.org



Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə