C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə3/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   2   3   4   5   6   7   8   9   ...   207

 

sıra 



patogenlik, 

virulentlikadgezivlik. 

invazivlik, toksigenlik, 

antigenlik və 

s. 


xüsusiyyətlərindən asılıdır. 



Patogenlik - törədicinin orqanizmə daxil olmaq, toxumalarda çoxalaraq xəstəlik 

törətmək qabiliyyətidir. Növ xarakteri daşıyır. Bütün infeksion xəstəliklərin törədiciləri patogenlik 

xüsusiyyətinə  malikdir  və  bu  genetik  olaraq  möhkəmlənmişdir.  Lakin  bütün 

patogen mikroorqanizmlərdə  bu  xüsusiyyət  eyni  dərəcədə  büruzə  vermir.  Eyni  zamanda  bu 

xüsusiyyətin olub-olmamasından asılı olaraq mikroor-qanizmləri patogen, şərti-patogen və qeyri-

patogen (saprofit) olmaqla 3 qrupa bölürlər. 

Patogenlik dərəcəsi törədicinin virulentliyi ilə təyin olunur. Keyfiyyət göstəricisi 

olan patogenlikdən fərqli olaraq virulentlik kəmiyyət göstəricisidir və minimal ölüm dozası - DLM 

ilə ölçülür. Yüksək virulentliyə malik törədicinin az miqdarı belə orqanizmə düşdükdə xəstələnmə 

baş verir. Əksinə, virulentliyi zəif olanlar isə ancaq yüksək dozada xəstəlik törədirlər. Virulentlik 

sabit,  mütləq  göstərici olmayıb,  bir  növün  ayrı-ayrı  ştamlarmda  müxtəlif  ola  bilər.  Hətta  eyni 

ştammda belə infeksion prosesin gedişində, antibakterial müalicə fonunda dəyişə bilər. 

Mikroorqanizmlərin adgezivliyi -  hüceyrə  memembranına  fıksə  oluna,  yapışa 

bilməsi, invazivliyi -  yəni  toxuma  və  orqanlara  daxil olmaq  qabiliyyətinə  malik  olması  onların 

virulentliklərini şərtləndirən faktorlardandır. İnvazivlik yayılma faktorlarının iştirakı ilə baş verir. 

Bu  faktorlara  əsasən  hialuronidaza,  fıbrinolizin,  musinaza,  lipa-za,  kollagenaza,  DNT-aza, 

neyraminidaza və s. kimi ferment xüsusiyyətinə malik maddələr aiddir. 

Mikroorqanizmin  əsas  patogen  xüsusiyyətlərindən  biri  də  onun t  oksigeni  iy  i 

dir. İki  növ  toksin  müəyyən  edilir: endo- və ekzotoksin. Endotoksin  qram-mənfi  bakteriyalar 

tərəfindən  hazırlanır  və  mikrob cismi  ilə  əlaqədar  olub,  onlar  parçalandıqdan  sonra  xaric  olur. 

Mürəkkəb kimyəvi tərkibə malikdir. Zülal, lipicl və polisaxaridlərdən ibarətdir. Spesifik və seçici 

təsirə malik olmayıb, əsasən mərkəzi sinir sisteminin fəaliyyətini pozaraq intoksikasiya əlamətləri 

törədir. 

Qram-müsbət  bakteriyalar  (botulizm,  difteriya,  güzaz  törədiciləri)  tərəfindən  ifraz  olunan  zülal 

mənşəli ekzotoksin isə fermentativ xüsusiyyətlərə malik olub, orqan və toxumalara spesifik - seçici 

təsir göstərərək  xəstəliyə  xas  olan xarakterik  klinik  əlamətlərin  meydana çıxmasına  səbəb  olur. 

Bununla yanaşı ekzotoksin fermentativ sistemləri, mübadilə proseslərini də pozur. 

Patogenlik  faktorlarından  biri  də antigen  mimikriyasıdır. Belə  ki,  bir  sıra 

törədicilərdə (bağırsaq infeksiyaları, taun, qrip) insanlarda olan antigenlərlə eyni - oxşar və çarpaz 

reaksiya verə bilən antigenlər ola bilir ki, bu da orqanizmə düşmüş törədici anti-genlərinə qarşı 

immun cavab reaksiyasının zəif olmasına və xəstəliyin ağır gedişinə səbəb olur. 

Mikroorqanizmin  patogenlik  faktorlarına  kapsula  malik  olması  - kapsula 



faktorları -  kasula  antigenləri  də  daxildir.  Onlar  immun  sistemə  təsir  etməklə  (faqositozu 

ləngitməklə)  xəstəliyin sonrakı  inkişafına  şərait  yaradır.  Törədicilərin hüceyrə  daxili  artıb-



çoxala bilmə qabiliyyətləri də patogenlik faktoplarındandır. Belə ki, faqositaı* hüceyrələrə daxil 

olmuş bir sıra mikroorqa-nizmlərin orada artıb çoxala bilmələri onların orqanizmdə yayıl-masına 

şərait yaratmış olur. Infeksion prosesə təsir edən faktorlardan biri də makıoorqanizmin spesifik 

immun cavab reaksiyasına səbəb olan mikroorqanizmin antigenfik xüsusiyyət idir. 

downloaded from KitabYurdu.org



 

Infeksion  xəstəliyin  baş  verməsində  iştirak  edən  əsas  faktorlardan  biri  də 



törədicinin  miqdarı  - infeksiyalaşdırma  dozasıdır. Göstərilən  xüsusiyyətlərdən  başqa 

mikroorqanizmin antibiotiklərə həssaslığı, faqlara münasibəti, tipləri və s. də xəstəliyin inkişafında 

müəyyən dərəcədə əhəmiyyətə malikdir. 

Təkamül nəticəsində hər bir mikroorqanizim növü müəyyən yollarla orqanizmə 

daxil  olmaq  xüsusiyyəti  əldə  etmişdir.  Bu infeksi-yanın  giriş  qapısı adlanır  və  xəstəliyə 

yoluxmada,  onun  inkişafında, klinik  formalarının  baş  verməsində  xüsusi  əhəmiyyətə  malikdir. 

Bclo ki,  taun  çöpləri  dəridən  daxil  olduqda  xəstəliyin  bubon,  dəri-bubon;  tənəffüs yollan  ilə 

yoluxduqda  isə  ağ  ciyər  forması  inkişaf  edir.  Törədicilər  orqanizmə müxtəlif  yollarla  -  dəri  və 

selikli  qişalardan  (ağız  boşluğu,  mədə-bağırsaq  traktı,  tənəffüs  yolları),  konyuktiva,  tənasul 

üzvlərindən da-xil ola bilər. Bəzi xəstəliklər zamanı törədicilərin orqanizmə daxil olması bir ııcçə 

yolla baş verir (məsələn: taun, virus hepatiti, qara yara). Bəzi inleksiya-larda isə törədicilər yalnız 

xüsusi həşəratlar - ağcaqanadlar, bit, birə, gənə və s. vasitəsilə yoluxdurulur. Bu zaman törədici 

qan soran həşəratın bədənində özünün müəyyən bioloji inkişaf dövrünü keçirdikdən sonra insanı 

yoluxdura bilir. 

Bu və  ya digər  yollarla orqanizmə düşən mikroorqanizmlər daxil olduğu yerdə 

müxtəlif  xarakterli  iltihabi  dəyişikliklərə  səbəb  ola  bilir.  Əksər  hallarda isə  orada  heç  bir  iz 

qoymadan limfa sisteminə və qana keçir. Limfa 

sistemi  -  Iimfogen  və  qan  vasitəsilə  -  hematogen  yolla  orqanizmdə  yayılır.  Törədicinin  qanda 

olması  onun  növündən  asılı  olaraq  bakte-riemiya,  virusemiya,  spiroxetemiya,  rikkctsemiya, 

parazitemiya adlanır. 

Bir qisim infeksion patologiyalarda törədicilər infeksiyanın giriş qapısında qalır, 

yalnız onların ifraz etdiyi toksinlər - ekzotok-sin orqanizmdə yayılaraq xəstəliyin inkişafına səbəb 

olur. Məsələn: botulizm, difteriya, güzaz və s. 

Mikroorqanizmlərin  əsas  xüsusiyyətlərindən  biri  də  bu  və  ya  digər  üzv  və 

sistemlərə,  toxumalara,  hətta  hüceyrələrə  tropluğuıı olmasıdır.  Məsələn:  qrip  virusları  tənəffüs 

yolları  epitelinə,  quduzluq  -  sinir  hüceyrələrinə,  şigellalar  -  enterositləıə,  rikketsiyalar - 

endoteliositlərə, İİV-rı limfositlərə (CD4 - T-helper) tropluğa malikdirlər. 

infeksion  prosesin  meydana  çıxması,  davam  etmə  müddəti,  ağırlığı,  gedişi,  nəticəsi 

makroorqanizmin müdafiə qüvvələrinin vəziyyətindən - rezitstentliyindən də asılıdır. Qeyd etmək 

lazımdır ki.  orqanizmə  təsir  göstərən  istənilən  palogen  amilə  qarşı  tək  imranın  sistem  deyil, 

makroorqanizmin  bütün  fizioloji  sistemləri  səfərbərliyə  alınır.  Orqanizmin  bütövlükdə  bu  cür 

reaksiyası onun reaktivliyi hesab edilir. 

Orqanizmin müdafiə faktorları - rezistentliyi irsi və fərdi qazanılmış kompleks 

mexanizmlərdən  ibarətdir. Spesifik  (invnıın) və qeyri-spesifik olmaqla  iki  yerə  bölünür. 

Mikrooıqanizmlər  orqanizmə  daxil  olana  qədər  bir  sıra  müdafiə  sədlərini  keçməli  olur. İlk 

növbədə normal mikrofloranın müqaviməti dəf edilməlidir. Makroorqanizmin mikroflorasını iki 

qrupa 

ayırmaq 


olar: 

həmin növ 

üçün 

xarakterik 



olan 

mikroflora 

mikrobiosenoz (endogeıı. autoxton, obliqat, rezident), təsadüfi mikroflora (müvəqqəti, tranzitor, 

fakültativ). Bu xüsusda bağırsaq (ümumi sahəsi - 200-300 m

2

), ağ ciyərlər (80 m



2

) və dəri (2 m

2



mikroflorası  əsas  yer  tutur.  Orqanizmin  homeostatik  sistemində  bağırsaq  mikroflorası (98%-ni 



downloaded from KitabYurdu.org


Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə