C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə4/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   2   3   4   5   6   7   8   9   ...   207

 

mütləq anaeroblar təşkil edən 400-dən artıq mikıoorqa-nizm bəllidir) xüsusi əhəmiyyət kəsb edir. 



Daxil  olan  törədicilər ciddi  müqavimətlə  qarşılaşır  (bağırsaq  peristaltikası,  antibiotikə bənzər 

maddələrin ifrazı, immuıı müdafiə mexanizmlərin iııduksi-yası və s.). Mədə-bağırsaq selikli qişa 

vəzilərinin ifrazatında olan sekrotor immunoqlobulinlər, lizosim, faqositar hüceyrələr, həzm şirəsi 

fermentləri, mədə turşuluğu və s. də patogeıı floranın məhv olmasına səbəb olur. Respirator sistem 

və dəri mikroflorası da anoloji rol oynayır. İnfeksion prosesin sonrakı inkişafında təbii immunitet 

faktorları  (faqositlər,  makro-,  mikrofaqlar;  lizosim,  iıı-terferon,  təbii  antitellər  və  s.)  prosesə 

qoşulur. Nəhayət qazanılmış immunitet faktorları və imranın tolerantlıq özünü göstərir. 

Bu  və  ya  digər  infeksion  xəstəliyə  genetik  olaraq növ  və  fərdi  tut  u  ima  m 



azlıq qabiliyyətinin olmasını da göstərmək lazımdır. 

İnfeksion 

prosesin 

inkişafında 

və 

gedişində 



sinir 

sistemi, 

ilk 

növbədə neyrohumoral tənzimləmə mühüm rol oynayır. Belə ki, adrcnokortikotrop və somatolrop 



hormonlar, katexolaminlər, enkefalinlərin, kortikosteroidlər, digər hormon və neyromedia-torlarm 

immun sistemin neyroendokrin nizamlayıcıları olması yaxşı məlumdur. Həmçinin immun sistem 

hüceyrələrində  korti-kosteıoidlərə,  lcatexolaminlərə,  enkefalinlərə,  endorfınə,  seroto-ninə, 

asetilxolinə və s. neyroendokrin mediatorlara xas reseptor-ların olmasını da göstərmək lazımdır. 

Beləliklə makroorqanizmin infeksion xəstəliyə tutulması onun rezistentliyindən, 

reaktivliyindən, sensibilizasiya halından, yaşından, bəzən mövsümdən asılı olur. 

infeksion prosesə təsir göstərən faktorlardan biri də xarici miihit şəraitidir. Həm 

makroorqanizm,  həm  də  mikroorqanizm ətraf  mühitin  bir  sıra  faktorlarının  (fiziki,  kimyəvi, 

bioloji)  təsirinə  məruz  qalır.  Bu  faktorlar  (yüksək  temperatur,  quruma,  günəş şüaları, 

dezinfeksiyaedici  maddələr,  digər  mikroorqanizmlərlə  an-toqanizm  və  s.)  əksər 

mikroorqanizmlərə  məhv  edici  təsir  göstərir.  İqlim  (havanın  soyuq  və  ya  isti  olması,  nəmlik), 

ictimai-siyasi qarmaqarışıqlıq  (müharibələr,  siyasi-iqtisadi  böhranlar,  təbii  fəlakətlər  və  s.), 

istehsalatın  zərərli  şəraiti,  tullantıları,  urbanizasiya, ekoloji  tarazılığm  pozulması  və  bir  çox  bu 

kimi digər ətraf mühit faktorlarının təsiri makroorqanizmin reaktivliyinin zəifləməsinə, infeksion 

xəstəliklərin baş verməsinə şərait yaratmış olur. 

İnfeksion  xəstəliklər  qeyri-infeksion  xəstəliklərdən  bir  sıra  xüsusiyyətləri  ilə 

fərqlənirlər: 

-    hər bir infeksion xəstəliyin özünəməxsus spesi/ık törədicisi olur. Törədicinin 

növündən asılı olaraq bakterial, virus, rikketsiya, parazit və s. mənşəli infeksion xəstəliklər ayrıd 

edilir. 


-     infeksion  xəstəliklərdə yolux  dur  uculuq  var - kontagiozdur. Əlverişli 

şəraitdə sağlam şəxslər arasında yayılır. Yoluxuculuq qabiliyyəti  - kontagiozluq bu və ya digər 

infeksion xəstəlikdə eyni olmur. Yüksək kontagiozluq tənəffüs, qismən zəif isə bağırsaq infeksi-

yalarında  qeyd  edilir.  Zoonoz  mənşəli  xəstəliklər  isə  (taunun  ağ  ciyər formasından  başqa) 

xəstələrdən sağlamlara nadir hallarda yoluxur. 

-     keçirilən  xəstəliklərdən  sonra immunitet  formalaşır. Bəzi  xəstəliklərdən 

sonrakı immunitet daimi olub insanın ömrü boyu (qarın yatalağı, BH-ləri və s.), bəzilərində isə 

qısa - bir neçə il və ya ay (bruselloz, dizenteriya) davam edir. Elə xəstəliklər (botulizm, teta-nus, 

quduzluq) var ki, onlardan sonra immunitet yaranmır, yaxud qeyri-steril (malyariya) olur. 

downloaded from KitabYurdu.org




10 

 

-     infeksion  xəstəliklər dövrü  gedişə  malikdir. Gizli  - inkubasion, başlanğıc 



prodromal

kəskin 


qızğın, əlamətlərin 

sönməsi 


yaxşılaşma və 

sağalma 


rekonvalessensiya dövrləri  olur.  Xəstəliyin  diaqnozu,  müalicəsi  və  proqnozunun  (məsələn, 

güzazda inkubasion dövrün qısa olması xəstəliyin ağır gedişinin göstəricisidir) təyin edilməsində 

bu dövrlərin müddətinin və əlamətlərinin bövıik əhəmiyyəti vardır. 

İnkubasion  dövr -  törədicinin  orqanizmə  daxil  olmasından  xəstəliyin  ilk 

əlamətlərinin meydana çıxmasına qədər keçən dövrü əhatə edir. Bir neçə saatdan bir neçə günə 

qədər davam edir. 3-4 həftədən, 5-6 ayadək və daha çox çəkə bilər. İnkubasion dövrün müddəti 

törədicinin  virulentliyindən,  dozasından  (doza  çox,  virulentlik  yüksək olduqca  inkubasion  dövr 

daha qısa olur), bəzən daxil olma yerindən (quduzluqda törədicinin daxil olma yeri mərkəzi sinir 

sisteminə  yaxın  olduqca  inkubasion  dövrün  müddəti  bir  o  qədər  qısa olur),  makroorqanizmin 

reaktivi iy indən asılı olaraq dəyişə bilər. Bu məsələdə makroorqanizmin reaktivliyi həlledici rol 

oynayır. 



Başlanğıc  ya  prodromal  dövr -  ilkin,  çox  vaxt  ümumi  xarakter  daşıyan 

əlamətlərlə  keçir.  Adətən  özünü  subfebril  qızdırma,  iştahsız-lıq,  zəiflik,  baş  ağrısı,  yuxu 

pozğunluğu,  əzələ  və  sümüklərdə  ağrı kimi  intoksikasiya  əlamətləri  ilə  göstərir.  Odur  ki. 

prodromal  əlamətlərə  görə  hər  hansı  bir  xəstəlikdən  şübhələnmək,  diaqnoz  qoymaq  olmur. 

Bununla  belə  bəzi  xəstəliklərdə,  məsələn,  qızılcada  yanağın selikli  qişasında  Filatov-Koplik 

ləkələri,  quduzluqda  çapıqlaşmış  yara  yerində  iltihab  əlamətləri  kimi  xarakterik  simptomlar  da 

vardır. Prodromal dövr adətən qısa olub, bir neçə saatdan, 3-5 günə qədər çəkir. Nadir hallarda 

(BVH) 2-3 həftədən 2 ayadək uzanır. Bəzi xəstəliklərdə (leptospiroz, qrip) prodromal dövr olmur, 

kəskin  başlayır. Yadda  saxlamaq  lazımdır  ki,  prodromal  dövrdə  xəstə  daha  yolux-durucu  olub, 

ətrafdakılar üçün daha təhlükəlidir və diaqnozun qoyulmasının ləngiməsi xəstəliyin yayılmasına 

şərait yaradır. 

Kəskin  ya  qızğın  dövr -  bu  zaman  xəstəliyə  xas  olan  simptom  ya  sindromlar 

meydana  çıxır  və  inkişaf  edərək  maksimuma  çatır.  Tipik formalarda  klassik  klinik  əlamətlərin 

meydana  çixması  əksər  hallarda (60-70%)  diaqnozu  müəyyən  etməyə  imkan  verir.  Güzaz, 

botulizm. quduzluq, qızılca, skarlatina və bir sıra başqa xəstəliklərin diaqnozunu xarakterik klinik 

simptomlara  görə  çətinlik  çəkmədən  qoymaq olur.  Qızğın  dövrdə  xəstələr  xüsusi  diqqət  tələb 

edirlər. Belə ki, hər bir infeksion xəstəliyə xas, həyat üçün təhlükəli olan spesifik ağırlaşmalar çox 

vaxt xəstəliyin bu dövründə baş verir. Məsələn: vəbada 

-  hipovolemik  şok;  qarın  yatalağında  -  bağırsaq  deşilməsi,  bağırsaqdan  qanaxma.  ITŞ; 

leptospirozda - hemorragik sindrom, KBÇ; virus hepatitlərində - qaraciyər ensefalopatiyası və s. 

Bəzən ikincili in-feksiyanın qoşulması nəticəsində xəstəlik üçün xarakter olmayan ağırlaşmalar da 

baş verir. Qızğın dövrün müddəti bir neçə gündən (qrip, qızılca), bir neçə həftəyədək (BH, qarın 

yatalağı, bruselloz) davam edir. 



Əlamətlərin  sönməsi  -  yaxşılaşma  dövrü -  xəstəliyin  əlamətlərinin  intensivliyi 

getdikcə azalır. Məsələn, qarın yatalağında daimi temperatur əvəzinə səhər və axşam qızdırması 

arasındakı fərq çoxalır. tetanusda tetanik qıcolmalar seyrəlir və kəsilir, botulizmdə udma 

bərpa olur, VH-də sidiyin rəngi açılır, nəcis rənglənir, intoksikasiya əlamətləri itir və s. 

downloaded from KitabYurdu.org



Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə