C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə9/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   ...   5   6   7   8   9   10   11   12   ...   207

19 

 

əmələ  gələn  antigen-antitel  kompleksi  şüalanma  verdiyi  üçün  lüıninessent  mikroskop  altında 



asanlıqla tapılır. Bir neçə saat, bəzən bir neçə dəqiqə ərzində diaqnoz dəqiqləşdirilir. 

Son illər törədici antigeninin müxtəlif bioloji materiallarda (qan, sidik, tüpürcək 

və  s.)  aşkar  edilmək  üçün  bir  sıra  dəqiq  müayinə  üsulları  -  KAR, LAR,  İFM,  monoklonal 

antitellərin  təyini,  PZR  və  s.  işlənilib  hazırlanmışdır. Son  dərəcə  həssas  molekulyar  bioloji 

müayinə üsulu PZR əsasən virus infek-siyalarınm, xlamidiozların və diaqnostikası digər müayinə 

üsulları ilə mümkün olmayan infeksion xəstəliklər zamanı istifadə edilir. 

Bəzi infeksion xəstəliklərdən sonra və ya peyvənd olunmuşlarda antitel-lər uzun 

müddət qanda saxlanılır. Bu şəxslərdə seroloji reaksiyalar müsbət olmaqla səhv diaqnoza səbəb 

olur.  Belə  hallarda  -  infeksion  xəstəni  peyvənd  olunmuşdan,  ilkin  xəstələnməni  reinfeksiyadan 

fərqləndirmək, infeksion prosesin fazalarını ayırmaq üçün İgM və İgG sinifindən olan antitellər 

təyin edilir. İnfeksion xəstəliklərin kəskin dövründə qanda İgM, rekonvalessensiya dövründə İgG 

tipindən  olan  antitellər  artır.  Xəstəlikdən  sağalanlarda,  peyvənd olunmuşlarda  və 

bakteriyagəzdirənlərdə yalnız İgG tipindən olan antitellər tapılır. 

Bəzi  infeksion  xəstəliklərin  diaqnostikasında  törədicinin  toksininə  və  mübadilə 

məhsullarına qarşı orqanizmin sensiblizasiyasına əsaslanmış dəri-al-lergik sınaqlar istifadə edilir. 

Dəri-allergik  sınaq  qoymaq  üçün  allergen  dəri içərisinə  yeridilməklə  və  ya  dəri  üzərində 

skarifıkasiya ilə aparılır. 24-48 saatdan sonra sınaq yerində şişginlik və qızartı əlamətləri meydana 

çıxması diaqnoz üçün əsas götürülür. Adətən diametri 1 sm-ə qədər olan şişkinlik və qızartı mənfi, 

1-3 sm zəif müsbət, 3-6 sm müsbət, 6 sm-dən çox kəskin müsbət reaksiya sayılır. Bu dəyişikliklər 

48-72 saatdan sonra tədricən itir. Həssaslığı yüksək olan insanlarda bəzən sınaq qoyulan yerindən 

regioııar  limfa  vəzilərinə doğru  qızartı  (limfanqait),  regionar  limfa  düyünlərində  iltihab 

(limfadenit), hətta nadir hallarda hərarətin yüksəlməsi olur. Xəstəlik vaxtı allergik sınaqların təkrar 

edilməsi  məsləhət  deyildir.  Dəri-allergik  sınaqlar  tuiyaremiya  (tulya-rin),  bruselloz  (brusellin), 

toksoplazmoz (toksoplazmin), vərəm (tuberkulin), 

qara yara (antraksin) və s. kimi xəstəliklərin diaqnostikasında istifadə edilir. Bəzi xəstəliklərdən 

sonra və hətta peyvənd edilmişlərdə (brusellozda) dəri-allcrgik sınaqlar uzun müddət (10 illərlə) 

müsbət  olaraq  qalır.  Həmçininpara allergiyada mümkündür.  Belə  ki,  digər:  allergcnlorə  qarşı 

həssaslığı yüksək olanlarda göstərilən xəstəliklərə qarşı da sınaqların müsbət olması mümkündür. 

Odur ki, allergik sınaqlara diaqnostikada istiqamətverici bir üsul kimi baxmaq lazımdır. 

Son illər yeni allergik diaqnostika üsulu kimi sınaq şüşəsində in vitro hüceyrə 



sınağı qoyulur. Dəri-allergik sınaqları digər allergenlərə və təkrar yeridilmiş allergenə qarşı baş 

verən reaksiyadan fərqləndirmək məqsədi ilə tətbiq edilir. Bunlardan spesifik allergenin təsirindən 

leykositlərin - neytrofıllərin formasının dəyişməsi - leykosiloliz reaksiyası, yerdəyişmə sahəsinin 

xeyli  məhdudlaşması  - leykositlərin  miqrasiyasının  ləngiməsi  reaksiyası,  spesifik 

allergenlə sensiblizasiya  olunmuş  materialda  iri  blast  limfositlərin  tapılması  - limfoblas-

tranformasiya reaksiyasını göstərmək olar. 

Bioloji  üsul -  taun,  tulyaremiya,  leptospiroz  və  s.  kimi  bir  sıra  zoonoz 

xəstəliklərin diaqnozunun qoyulmasında istifadə edilə bilər. Bu məqsədlə la-borator heyvanları 

(ağ siçan, dəniz donuzu və s.) xəstədən götürülmüş patoloji materialla (əsasən qanla), çox vaxt 

downloaded from KitabYurdu.org




20 

 

heyvanın  qarın  boşluğuna  yeridilməklə  yoluxdurulur.  Sonra  xəstəliyə  tutulmuş  heyvanın 



qanından, daxili orqanlarından infeksion xəstəliyin törədicisi əldə edilir. 

İnfeksion  xəstəliklərin  diaqnozunda  və  diferensial  diaqnozunda  praktik 

təbabətdə  istifadə  edilən  digər  müasir  müayinə  üsulları  - qeyri-spesifık  müayinə üsulları 

da (histoloji,  biokimyəvi,  instrumental  və  s.)  mühüm  yer  tutur.  Məsələn,  qanın  biokimyəvi, 

hemotoloji göstəricilərinin; instrumental müayinə üsullarından endoskopiya, radioizotop, ultrasəs, 

rentgcnoloji, kompyüter  tomo-qrafıyası  (KT), rektoromanoskopiya (RRS)  və s.-nin  əhəmiyyətli 

diaqnostik rolu  qeyd  edilməlidir.  RRS-nın  köməyilə  düz  bağırsaq  və  S-vari  bağırsağın distal 

hissəsi  müayinə edilir.  Lazım gəldikdə bağırsağın divarından biopsiya üçün material  götürülür. 

Hətta bəzi müalicə tədbirləri də həyata keçirilə bilər. 

Rentgenoloji müayinənin köməyi ilə qarın yatalağını miliar vərəmdən, krupoz 

pnevmoniyadan;  USM-də  (ultrasəs  müayinəsi),  KT-da  VH-ııi  mexaniki sarılıqlardan 

differensasiya etmək mümkün olur. Yaxud xroniki VH zamanı sirrozun inkişafını müəyyən etmək 

üçün mütləq qaraciyərdən bioptat götürülüb yoxlanmalıdır. 

Göründüyü kimi yoluxucu xəstəliklərin diaqnozu kompleks spesifik və qeyri-

spesefık müayinə üsulları əsasında qoyulur. 



İNFEKSİON XƏSTƏLİKLƏRİN DİAQNOZUNUN ƏSAS 

MƏRHƏLƏLƏRİ 

İnfeksion xəstəliklərin diaqnozu müəyyən plan əsasında, ardıcıl aparılmalıdır. 

Aparılan  müayinələr  bir-birini  tamamlamalı,  diaqnozun  eıkəıı  müəyyən  edilməsi  təmin 

olunmalıdır. Bu isə əks-epidemik tədbirlər, xəstəliyin proqnozu və davam elmə müddəti haqqında 

ilkin fikir formalaşdırır. 

İlk növbədə xəstəliyin əlamətlərinə, epidemioloji məlumatlara əsaslanaraq ilkin 

klinik  diaqnoz  qoyulur.  Müayinə  planı  tərtib  edilir,  xəstəliyə  qarşı  ilkin  profilaktik  tədbirlər 

işlənilib hazırlanır. Xəstəliyə klinik-epidemioloji diaqnoz qoymaq çətin olub, diaqnostik səhvlər 

ehtimalı istisna edilmir. Odur ki, həkim lazımi nəzəri biliyə və dərin klinik düşüncə tərzinə malik 

olmalıdır. 



Etioloji 

diaqnoz - 

bu  həmdə nozoloji  diaqnozdur. Xəstəliyin  atipik 

variantlarının,  silinmiş,  subklinik  formalarının  diaqnostikasında  xüsusi  əhəmiyyəti  vardır. 

Törədicinin qandan və qapalı boşluqlardan (plevra boşluğu, oynaq kisəsi, onurğa kanalı) tapılması 

diaqnoz üçün mütləq göstəricidirsə; nəcisdən, sidikdən, dəridən, əsnəkdən və s. tapılması onların 

etioloji rolunu dəqiq təsdiq etmir. Bu halda klinik-epidemioloji məlumatlar nəzərə alınmalı, digər 

spesifik və 

qeyri-spesifk  müayinə  üsulları  ilə  təsdiq  edilməlidir.  Etioloji  amilin 

müəyyənləşdirilməsi epidemiya əleyhinə məqsədyönlü tədbirlərin işlənilməsinə də imkan verir. 

Patogenetik  diaqnoz -  xəstəliyin  baş  verməsi  və  inkişaf  mexanizmini  özündə 

birləşdirir.  Patogenez  ilə  əlaqədar  meydana  çıxan  patoqnomonik  simp-tomlar  və  sindromlar 

diaqnozun qoyulması üçün qiymətli məlumatlar verməklə bərabər xəstənin düzgün və kompleks 

müalicəsi üçün də vacibdir. Xəstəliyin klinikasında əsas patogenetik faktoru və orqanizmin fərdi 

xüsusiyyətlərini  nəzərə  almaqla  effektli  müalicə  üsulları  işləyib  hazırlamaq  mümkündür. 

Məsələn, vəbanın 

müalicəsində 

su-duz 


mübadiləsinin 

bərpa 


edilməsi, 

əksər 


infeksion xəstəliklərdə  dezintoksikasiya  tədbirləri  və  s.  Patogenetik  diaqnoz  xəstəliyin inkişaf 

downloaded from KitabYurdu.org




Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə