C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə11/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   ...   7   8   9   10   11   12   13   14   ...   207

23 

 

Endogen infeksiya və ya autoinfeksiya - infeksion proses orqanizmin özündə olan 

şərti  patogcn  mikrofloranın  fəallaşması  nəticəsində  baş  verir.  Autoinfeksiya  bu  və  ya  digər 

təsirlərdən orqanizmin reaktivliyinin zəifləməsi nəticəsində əsasən badamcıqlarda, bronxlarda, ağ 

ciyərlərdə, yoğun bağırsaqda, sidik çıxarıcı yollarda, dəridə inkişaf edir. 

Yalnız  bir  növ  mikroorqanizm  tərəfindən  törədilən  xəstəlik monoinfeksi-ya, bir 

neçə mikroorqanizmlərin iştiraki ilə baş verən xəstəlik isə qarışıq ya mikst infeksiya (assosiasiya 

olunmuş  infeksiya) adlanır.  Çox  vaxt  bir  infeksion xəstəliyə  digəri  (məsələn,  dizenteriyaya 

salmonelloz, BVH, vəba və s.) qoşulur. Qarışıq infeksiyanın ən çox rast gələn forması - ikincili 



infeksiyadır. Orqanizmin  zəifləməsi,  normal  mikrofloranın  pozulması  ikinci  infeksiyanın 

qoşulmasına və ya şərti patogen floranın fəallaşmasına səbəb olur. 



İNFEKSİON XƏSTƏLİKLƏRİN TƏSNİFATI 

Qədim dövrlərdən indiyə qədər infeksion xəstəliklərin bu və ya digər prinsiplərə 

əsaslanan  təsnifatlarını  vermişlər.  XX  əsrin  ortalarında  bütün  infeksion  xəstəlikləri  iki  qrupa 

bölməyi təklif etmişlər:    >* 

-     antroponozlar -  yalnız  insanlara  xas  olan  və  insandan  insana 

ötürülən xəstəliklər. 

-    zoonozlar - həm heyvanlara, həm də insanlara xas olan və heyvanlardan insana 

ötürülən (insandan insana yoluxmayan) xəstəliklər. 

Sonralar  törədicilərin  yaşadığı  mühit  nəzərə  alınmaqla, ekoloji təsnifat  irəii 

sürülmüşdür. Əks cpidemik tədbirlərin planlaşdırılmasmda, həyala keçirilməsində əhəmiyyəti olan 

bu təsnifatda törədicilərin yaşamaq üçün uyğunlaşdığı mühitdən kənarda mövcud ola bilməməsi 

prinsipi  əsas  götürülmüşdür və  üç  qrupa  ayırmışlar:  - antroponozlar (qarın  yatalağı,  difteriya, 

qızılca və s.); - zoonozlar (bruselloz, samoneiloz, quduzluq və s.);    - sapronozlar - abiotik 

mühitdə - torpaq, su, bəzi bitkilər və s. - yaşamağa uyğunlaşmış törədicilərin törətdiyi xəstəliklər 

(legionelloz, klostridiozlar, NAQ infeksiya, vəba və s.). 

lərə  uyğun  gəlir.  Hazırda  tam  kamil  olmasa  da  43-cü  Ümumdünya  Səhiyyə  Assambleyasının 

xəstəliklərin beynəlxalq təsnifatına 10-cu baxışı zamanı qəbul olunmuş təsnifat təklif edilir: 

Sapronozlar içorsindən saprozoonozlan da (törədiciləri həm xarici mühitdə, həm də heyvanlarda 

yaşayan) ayırırlar. Bu qrupa qara yara, iersinioz, lcptospi-roz, listerioz, yalançı vərəm və s. aid 

etmək olar. 

Keçmiş SSRİ məkanında vaxtı ilə rus alimi  L.B. Qromaşevskinin  təklif  etdiyi 

təsnifat  istifadə  edilirdi.  Bu  təsnifat  törədicinin  yoluxma  mexanizminə  və orqanizmdə 

lokallaşmasına əsaslanmışdı. Bütün infeksiyaları 5 qrupa ayırırdı: 

-    bağırsaq infeksiyaları - fekal-oral yoluxma 

-    tənəffüs yollarının infeksiyaları - hava-damcı yolu ilə yoluxma 

-    transmissiv və ya qan infeksiyaları - qansoran həşəratlar vasitəsi ilə yoluxma. 

-    xarici örtük infeksiyaları - təmas yolu ilə yoluxma 

-    müxtəlif yoluxma mexanizminə malik infeksiyalar. 

Qromaşevskinin verdiyi bu təsnifat kamil olmayıb antropanoz xəstəlik 

 

 



downloaded from KitabYurdu.org


24 

 

-    bağırsaq infeksiyaları: bura fekal-oral yoluxma mexanizminə malik bir çox bakterial, virus 



mənşəli və ibtidailərin törətdiyi xəstəliklər daxildir 

-    vərəm 

-    bakterial zoonozlar 

-    digər bakterial xəstəliklər 

-    cinsi yolla ötürülən infeksiyalar 

-    spiroxetaların törətdiyi digər xəstəliklər 

-    xlamidiyaların törətdiyi digər xəstəliklər 

-    rikketsiozlar 

-    mərkəzi sinir sisteminin virus infeksiyaları 

-    buğumayaqlılarla ötürülən virus mənşəli qızdırmalar, hemorragik qızdırmalar 

-    dəri və selikli qişaların zədələnməsi ilə gedən virus infeksiyaları 

-    virus hepatiti 

-    insan immun çatmamazlıq virusu - İİV- infeksiyası 

-    digər virus infeksiyaları 

-    mikozlar 

-    ibtidailərin törətdiyi infeksiyalar 

-    helmintozlar 

-    pedikulyoz, akaria və digər infektasiyalar 

-    infeksion və parazitar xəstəliklərin nəticələri 

İNFEKSİON XƏSTƏLİKLƏRİN ƏSAS MÜALİCƏ 

PRİNSİPLƏRİ 

İnfeksion  xəstəliklərdə  müalicənin  əsas  prinsipi  onun  kompleks  şəkildə 

aparılmasıdır.  Kompleks 

müalicəyə pəhriz, 



yataq 

rejimi, 

etiotrop, 

patogenetik və 

simptomatik terapiya  vasitələri  aiddir.  Bu  zaman  hər  bir  xəstəyə  fərdi  yanaşmalı,  xəstənin  yaşı, 

cinsi,  yanaşı  xəstəliklər,  xəstəliyin  dövrü,  ağırlıq  dərəcəsi,  ağırlaşmaları  nəzərə  alınmalıdır. 

Xəstənin  müalicəsi  təyin  edilən pəhriz və yataq  rejimi ilə  başlanmalıdır.  İstifadə  edilən  qida 

rasionu  zülallara,  yağlara, karbohidratlara  gündəlik  tələbatı  tam  ödəməklə  yanaşı,  vitaminlərlə, 

minerallarla  zəngin  olmalıdır:-  Pəhriz  təyin  edərkən  xəstəliyin  patogenezi  mütləq 

nəzərə alınmalıdır. 

Zədələnən 

üzv 


və 

sistemlərə 

müvafiq 

pəhriz 


seçilməlidir. 

Məsələn, dizenteriyada  bağırsağın  zədələnməsini  nəzərə  alaraq  kolitik  pəhriz  (4a,  4b,  4 saylı 

pəhriz), VH-də isə qaraciyər pəhrizi (5a, 5b, 5 saylı) təyin edilməlidir. Xəstənin müvafiq rejimi 

gözləməsi,  ona  qulluq  da  aparılan  müalicədə  əhəmiyyətli rol  oynayır.  Rejimin  seçilməsi  də 

xəstəliyin  patogenezinə,  ağırlığına  müvafiq olaraq  müəyyən  edilir.  Məsələn,  qarın  yatalağında 

nazik  bağırsaqda  əmələ  gələn  xoralarla  əlaqədar  ağırlaşmalar  (bağırsaq  qan  axması,  bağırsaq 

deşilməsi) baş verə bilməsi ehtimalına görə xəstələrə normal temperaturun 7-10-cu gününə kimi 

ciddi yataq rejimi təyin edilir. Pəhriz və yataq rejimi hər ikisi patogenetik müalicə vasitələrindən 

olub,  bəzi  xəstəliklərin  (məsələn,  AVH-nin  yüngül formalarında)  müalicəsində  yalnız  onların 

təyini ilə kifayətlənmək olar. 



Etiotrop  müalicə -  infeksion  xəstəliyi  törədən  amilə  və  onun  toksininə  qarşı 

aparılır.  Praktiki  təbabətdə  çox  sayda  etitrop  müalicə  vasitələri  məlumdur.  Antibakterial 

downloaded from KitabYurdu.org



Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə