C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə13/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   ...   9   10   11   12   13   14   15   16   ...   207

27 

 

bakteriofaqlar bakteriyaları dağıda bildikləri halda praktikada gözlənilən nəticə əldə edilmir. Digər 



tərəfdən hər bir mikroorqanizmin müxtəlif faqotipləri  olduğundan müalicə zamanı müvafiq tipi 

tapmaq çətinlik törədir, eyni zamanda qəbul edilmiş bakteriofaqa qarşı orqanizmin antitel sintez 

etməsi onların təsirini xeyli azaldır. Adətən bakteriofaqlar xəstəlikdən sonra bakteriyagəzdirənliyə 

qarşı işlədilir. 

Infeksion  xəstəliklərin  müalicəsində immunoterapiya da  tətbiq  edilir.  Bu 

məqsədlə  əsasən antitoksik  zərdablar işlədilir  və  ekzotoksinlərin  təsiri  ilə  əlaqədar  baş  verən 

infeksion xəstəliklərdə (botulizm, güzaz, difteriya) təyin edilir. Bu zaman onların tətbiqinə mütləq 

göstəriş vardır. Spesifik  etiotrop müalicə hesab  edilir.  Antitoksik  zərdablar  heyvana  anatoksin 

vurmaqla  hazırlanır. Qanda  dövr  edən  sərbəst  toksini  neytrallaşdırır.  Odur  ki,  xəstəliyin  ilk 

günləri istifadə edilərsə yaxşı təsir göstərir. 

Əvvələr immunoterapiya məqsədi ilə tərkibində mikrob əleyhinə hazır antitellər 

- bakteriolizinlər, opsoninlər, aqlutininlər olan antibakterial zərdablar da işlədilirdi. Son dövrlər 

bir sıra mənfi təsirlərini və əks göstərişlərin olmasını nəzərə alaraq demək olar ki, tətbiq edilmir. 

İnsanı  (homoloji)  və  ya  heyvanları  (heteroloji)  immunlaşdirmaqla  bir  sıra 

infeksion patologiyaların müalicəsində əhəmiyyətli rol oynayan, an t it ellərlə daha zəngin qamma-

qlobulinlər  və  immunoqlobuiiniər  hazırlanmışdır.  Baiiast zülallardan  azad  olduqlarına  görə 

toxumalara  daha  yaxşı  daxil  ola  bilirlər. Həmçinin  göstərmək  lazımdır  ki,  homoloji 

immunoqlobulinləri  istifadə  edərkən  xəstələrin  öncədən  desensibilizasiyasına  ehtiyac  olmur. 

Heteroloji qarnma-qlobulinlər isə desensiblizasiyadan sonra yeridilməlidir. Hazırda bu preparatlar 

qora  yara,  leptospiroz,  göy  öskürək,  güzaz,  qrip,  herpes,  stafilakokk  infek-siyası  və  s.  kimi 

xəstəliklərdə geniş tətbiq edilir. 

Zərdablarla  müalicə  zamanı  bəzi  ağırlaşmalara  rast  gəlinir.  Bunlardan  ən 

qorxulusu anafılaktik şokdur. Odur ki, orqanizmin həssaslığını yoxlamaq üçün bütün antitoksik 

zərdablarla  sınaq  qoyulur.  0,1  ml  1:100  fizioloji  məhlulda  durulaşdırılmış  antitoksik  zərdab 

götürülüb saidin ön 1/3 hissəsində dəri daxilinə yeridilir. 20-30 dəqiqədən sonra yoxlanılır. Qızartı, 

şişkinlik  olmazsa (və  ya  1  sm-dən  kiçik  olarsa)  sınaq  mənfi  hesab  edilir  və  zərdabla  müalicə 

aparılır. Belə ki, əvvəlcə 0,1 ml durulaşdırılmamış zərdab götürülərək dəri altına yeridilir, sonra 

tam doza vurulur. Əgər dəri daxili sınaq müsbət (qızartı, şişkinlik 1 sm-dən böyük) olarsa zərdab 

aşağıdakı qayda ilə vurulmalıdır: əvvəlcə aralarında 20-30 dəqiqə fasilə ilə dəri altına 0,5-2-5 ml 

olmaqla 1:100 durulaş-dırılmış, 20-30 dəqiqə sonra 0,1 ml durulaşdırılmamış zərdab yeridilir. 20-

30 dəqiqədən sonra tam doza vurulur. 

Antitoksik zərdab vurulmuş şəxslərdə, xüsusən təkrar yeridilən hallarda zərdab 

xəstəliyi inkişaf edə bilər. İlk əlamətləri 5-12 gündən sonra büruzə verir. Qızdırma, oynaq ağrıları, 

dəri  və  selikli  qişalarda  ödenı,  dəridə  müxtəlif  xarakterli  səpgilər,  qaşınma,  limfadenit  və  s. 

müşahidə edilir. Bəzən periferik sinirlərin və sinir köklərinin iltihabı (radikulit, nevrit), sinovitlər 

rast  gəlir.  Xəstəlik 6-12  gün  davam  edir  və  sağalma  ilə  nəticələnir.  Xəstəlik  özünü  yerli 

əlamətlərlə də  büruzə  verə  bilər.  Belə  ki,  preparatın  yeridildiyi  nahiyyədə  hiperemiya, ödem 

meydana çıxır, qızdırma və digər əlamətlər olmur. Antitoksik zərdabları təkrar istifadə etməməklə 

və  desensiblizəedici  preparatlarla  (antihistaminlər, kortikosteroid  hormonlar  və  s.)  birlikdə 

işlətməklə  zərdab  xəstəliyinin  qarşısını almaq  mümkündür.  Son  illər  yüksək  səviyyədə 

downloaded from KitabYurdu.org



28 

 

təmizlənmiş zərdablar, immu-no- və qamma-qlobulinlər hazırlandığından bu cür ağırlaşmalar az 



müşahidə edilir. 

Patogenetik  müalicə -  xəstəliyin  patogenezi  ilə  əlaqədar  olaraq  baş  vermiş 

pozğunluqların aradan qaldırmasına və tənzim etməsinə yönəlir. Eyni zamanda bu və ya digər üzv 

və sistemlərdə baş verən patoloji dəyişiklikləri, funksional pozğunluqları bərpa etmək məqsədini 

güdür. Əsas patogenetik müalicə vasitələrindən biri immunoterapiyadır. 



İmmunolerapiya -  orqanizmin  humoral  və  hüceyrə  immuniteti  faktorlarının 

müxtəlif müalicə vasitələri ilə tənzimlənməsidir. İnfeksion xəstəliklər zamanı immun sisitemdə də 

pozğunluqlar  baş  verir.  Belə  pozğunluqlar  xəstəliyin  ağır  gedişinə,  ağırlaşmalarına,  uzun 

sürməsinə  və  xronikiləşməsinə  gətirib  çıxara  bilər.  Bu  əksər  infeksion  xəstəliklərdə immun 



sistemdə bu və ya digər səviyyədə baş verən çatmamazlıqlarla əlaqədar olursa da, BVH-də isə ağır 

patoloji 

proseslərin 

(kəskin 


qaraciyər 

çatmamazlığı) 

inkişafı 

virus 


antigeninə 

qarşı orqanizmin hiperimmun reaksiyası ilə də bağlı olur. 

Müasir  dövrdə  tətbiq  edilən  immunoterapiya  usulları spesifik,  qeyri-spesifik; 

fəal,  qeyri-fəal  ola  bilər. Bıı  zaman  spesifik  və  qeyri-spesifık  faktorların  təsiri  ilə  orqanizmin 

humoral və hüceyrə immuniteti funksiyasım tənzim nəzərdə tutulur. 

Spesifik  immunoterapiya  dedikdə  adətən  törədici  antigenə  qarşı  orqanizmin 

imıııun  reaktivliyinin  stimullaşdırılması  nəzərdə  tutulur.  Bu  məqsədlə  bir  sıra  spesifik  bioloji 

preparatlar  (vaksin,  anatoksin) -  fəal  immunoterapiya;  anti-toksik  zərdablar,  imrnun  plaznıa, 

immunoqlobulinlər,  interferon  - qeyri-fəal immunoterapiya  - istifadə  edilir. Qeyri-spesifık  fəal 



immunoterapiyaya isə  bak-terial  və  maya  polisaxaridlərinin  (pirogenal,  prodigiozan,  zimozan) 

tətbiqini göstərmək 

olar. Qeyri-spesifık 

qeyri-fəal 

immunoterapiya immun 

zərdablar, immunoqlobulinlər  tətbiq  edilməsi  bu  və  ya  digər  səbəbdən  mümkün  olmadıq-da 

istifadə edilir. Eyni qrupdan olan donor qanın xəstəliklərin ağır formalarında köçürülməsi buna ən 

sadə misaldır. Qeyri-spesifik faktorlara levemizol, primidin törəmələri, təbii və sintetik polimerlər 

və  s.  də  göstərilə  bilər.  Həmçinin  patogenetik  müalicə  vasitələri  kimi  tətbiq  edilən  su-duz 

mübadiləsinin,  turşu-qələvi  müvazinətinin  (poliion  məhlulların,  Na-hidrokarbonat,  KC1 

məhlullarının vena daxili köçürülməsi) bərpası, dezintoksikasiya tədbirləri (5%-li qlükoza. amin 

turşu  qarışıqlarının  və  s.  köçürülməsi),  hemodinamikanm  tənzimlənməsi,  hipo-,  avitaminozun 

aradan qaldırılması, qanın oksigenlə zənginləşdirilməsi və s. müalicə tədbirlərini də qeyri-spesifik 

stimulyasiyaya aid etmək olar. 

İmmun  sistemin  fəaliyyətini  ləngitmək  üçün  isə immunosupressorlar -  bəzi 

bioloji  preparatlar  (antilimfositar  zərdab,  antilimfositar  immunoqlobulin).  kimyəvi  maddələr 

(azatioprin və ya imuran, siklofosfaıı və s.) tətbiq olunur. 

Vaksinoterapiya infeksion  xəstəliklərin  müalicəsində  ən  effektli  vasitə  kimi 

əvvəllər geniş tətbiq olunmuşdur. Spesifik vaksin preparatları - mikrob cismi, antigen (Vi-antigen) 

immun sistemi fəallaşdırmaq, makroorqanizmin müdafiə qabliyyətini, rcaktivliyiııi yüksəltmək, 

onun bakteriya və toksinə qarşı sensiblizasiya halını aradan qaldırmaq məqsədi ilə əsasən xroniki 

gedişə meyilli və bakteriyagəzdirənlik verən xəstəliklərin (dizenteriya, bruselloz, toksoplaz-moz 

və s.) müalicəsində istifadə edilmişdir. Hazırda vaksinoterapiya demək olar ki, istifadə edilmir. 

downloaded from KitabYurdu.org



Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə