C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə16/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   ...   12   13   14   15   16   17   18   19   ...   207

33 

 

İnfeksiyanın daxil olduğu andan müdafiə reaksiyaları inkişaf edərək törədiciləri 



orqanizmdən  təmizləməyə  cəhd  edir.  Bu  prosesdə  spesifik  antitellər  (opsoninlər,  aqlutininlər, 

bakteriolizinlər,  presipitinlər  və  s.)  və  makrofaqlarııı faqositar  fəallığı  da  müəyyən  rol  oynayır. 

Artıq xəstəliyin 4-5-ci günündə qanda İgM sinfindən olan antitellər meydana çıxır. Xəstəliyin 2-

3-cü həftəsində spesifik immunogenez maksimuma çatır. Əsasən İgM O-antitellər üstünlük təşkil 

edir.  Bu  dövrdə  İgG  antitelləri  də  meydana  çıxır  və  titri  getdikcə  yüksəlir.  Paralel  olaraq  İgM 

antitellərin titri enir. 



Bakteriyaların xaric edilməsində müxtəlif ifrazat üzvlərinin - qaraciyər, bağırsaq 

vəziləri, böyrəklər, tüpürcək, tər vəzilərinin fəaliyyətlərinin güclənməsi əhəmiyyətli rol oynayır. 

Bakteriyalar süd vəziləri ilə də xaric olurlar. Xəstəliyin 8-9-cu günündən başlayaraq bakteriyalar 

qaraciyərlə daha intensiv xaric olur. Burada onların əsas hissəsi tələf olur, digər hissəsi isə ödlə 

bağırsağa keçir və bir qismi nəcislə xaric olur, qalan hissəsi isə yenidən bağırsaq limfa aparatına 

daxil  olur.  İlkin  olaraq  iltihablaşmış  və  sensibilizasiya  olmuş  limfa düyünlərinə  həmin  amilin 

təkrarən  daxil  olması  nəticəsində  nazik  bağırsağın  şöbəsində  sciitar  follikullarda  və  Peyer 

düyünlərində adi  iltihabi  prosesi  hiperergik  prosesə çevirən  allergik  reaksiya  baş  verir.  Limfa 

düyünləri  nekroz-iaşaraq  xoralar  əmələ  gəlir.  Son  zamanlar  prosesin  bu  cür  izahı  qəbul 

edilmir, özünü kəskin büruzə verən allergik reaksiyaların qarm yatalağı üçün xarakte- 

rik  olmadığı  göstərilərək  bağırsaqda  baş  verən  dəyişikliklər  endotoksinlərin  periferik  vegetativ 

düyünlərə və sinir uclarına, həmçinin limfa düyünlərinə birbaşa toksiki təsiri ilə izah edilir. 

Bakteriyaların orqanizmdən xaric edilməsinin əhəmiyyətli dərəcədə güclənməsi, 

spesifik  antitellərin  toplanması,  makrofaq  sistemi  hüceyrələrinin  faqo-sitar  fəallığının  artması 

immunitetin formalaşmasına, orqanizmdə fizioloji proseslərin bərpa olunmasına gətirib çıxarır. 

Qeyd etmək lazımdır ki, qarın yatalağı törədiciləri lokallaşdığı ocaqlardan qana 

keçərək prosesin yayılmasına və xəstəliyin residivlərinə səbəb ola bilər. Residivlərin səbəbi kifayət 

qədər  güclü  immunitetin  formalaşmamasıdır.  Antibiotiklərin  tətbiqi  nəticəsində  antigen 

qıcıqlanma zəif olur. Nəticədə spesifik antitel əmələ gəlməsi zəifləyir. Yaranan immunitet də zəif 

olur.  Qarın  yatalağı  zamanı  xəstələrin  3-5%-də  uzun  müddətli  bakteriya  gəzdirənlik  formalaşa 

bilər.  Hazırda  ona  infeksiyamn  xroniki  forması  kimi  də  baxılır.  Belə  ki,  törədicilər 

mononuklearfaqositar  sistem  (MFS)  hüceyrələrində  saxlanımış  olur. Bakteriyagəzdirənliyin 

əsasında  immun  sistemin  kamil  olmaması  durur.  Xroniki  gəzdiricilərdə  makroqlobulin  O-

antitelinin  (İgM)  çatışmazlığı  müəyyən edilir.  Bu  sinifdən  olan  immunoqlobulinlər  isə  qarın 

yatalağı  əleyhinə  immunitetin  əmələ  gəlməsində  əsas  rol  oynayır.  Molum  olmuşdur  ki, 

törədicilərin MFS hüceyrələrində hüceyrə daxili parazitlik edərkən onların L-formalara keçməsi 

mümkündür.  Bu  formada  olan  bakteriyalara  immunitetin  humoral faktorları  təsir  etmədiyindən 

onlar  uzun  müddət  hüceyrə  daxiliində  qala  bilərlər.  Müəyyən  şəraitdə  bakteriyalar  ilkin 

formalarını  alaraq  ikincili  ocaqların inkişafına,  bakteriemiyaya  və  ya  simptomsuz 

bakteriyagəzdirənliyə səbəb olur. 

Qarın yatalağında dəridə müşahidə olunan rozeoleoz səpgilər dərinin üst qatında 

limfa  və  qan  damarları  boyunca  baş  verən  produktiv  iltihabın  nəticəsidir.  Həmin  səpgilərdən 

götürülmüş materialın bakterioloji müayinəsində tif-paratif törədiciləri aşkar edilir. 

downloaded from KitabYurdu.org




34 

 

Qeyd  edilən  məlumatlar  göstərir  ki,  qarın  yatalağı  təkcə  retikuloendote-lial 



sistemi zədələmir, ümumiyyətlə bütövlükdə orqanizmin xəstəliyidir. 

Patoloji 

anatomiyası. Tif-paratif 

xəstəlikləri 

zamanı 

pato-morfoloji 



dəyişikliklər  əsasən  qalça  bağırsağın  limfoid  toxumasında  gedir.  Bu  dəyişikliklərin  müəyyən 

qanunauyğunluqlarla, dövrü olaraq getməsi 5 pato-morfoloji mərhələ ayırd etməyə imkan verir. 

Onlar şərti olub, heç də həmişə xəstəliyin kliniki dövrlərinə və ağırlığına uyğun gəlmir. 

I     dövr  - beyinvari  şişmə mərhələsi.  Təxminən  xəstəliyin  I  həftəsinə 

uyğun gəlir. Nazik bağırsağın limfa düyünlərinin şişkinləşməsi baş verir, onların ölçüləri böyüyür. 

Selikli  qişa  üzərindən  qabarır  və  kəsikdə  boz-qırmızı  rəngdə  olub, uşağın  beyin  maddəsini 

xatırladır. Ona görə də beyinvari şişmə mərhələsi adlanır. 

II     dövr  - nekroz mərhələsi.  Xəstəliyin  II  və  III  həftəsinin  əvvəllərinə uyğun 

gəlir. Böyümüş limfa düyünlərinin mərkəzi hissələri nekrozlaşır, səthi çirkli boz və ya öd hopması 

nəticəsində yaşılımtıl-sarı rəng alır. 

Qarın yatalağının patogenezinin dövrləri. 

Patogenezin 

mərhələləri 

Patofizioloji və patoanatomik dəyişikliklər 

İnfeksiyanın 

dövrləri 

İnfeksiyalaşma 

Xəstəliyin  baş  verməsi  üçün  orqanizmə  kifayət  qədər 

bakteriyanın daxil olması (10 mln,- İmild.) 

Infeksiyanm I-

III həftəsi 

İlkin 


regionar 

infeksiya 

Törədicilərin  nazik  bağırsağın  selikli  qişasından  daxil 

olması  və  onların  solitar,  qrup  limfa  düyünlərində 

toplanması.  Mezenterial  limfa  düyünlərinə  daxil 

olması, regionar limfadenit 

• 

infeksiyanın I-



III həftəsi 

Bakteriemiya 

və 

toksinemi-ya 



Limfadenit və limfangitlərin inkişafı, nazik bağırsaq limfa 

düyünlərinin beyinvari şişmə mərhələsi. Törədicinin qana 

keçməsi.  Bakterya  və  toksinlərin  qanda  dövr etməsi. 

Parenximatoz  üzvlərdə  qan  dövranı  və  distrofik 

pozğunluqlar. 

Başlanğıc 

dövr. 

Xəstəliyin I 



həftəsi 

Törədicilərin 

parenximatoz 

disseminasiyası 

Daxili  orqanların  zədələnməsi,  onlarda  qarın  yatalağı 

qranulomalarımn  inkişafı.  Mərkəzi  sinir  sisteminin  və 

sümük  iliyinin  zədələnməsi.  Törədicinin  dəriyə 

gətirilməsi, orada produktiv iltihabın inkişafı nəticəsində 

ekzantemalar əmələ gəlməsi 

Qızğın dövr 

Xəstəliyin II-

III həftəsi 

Bakteriyaların 

orqanizmdən  xaric 

edilməsi  -  allergik 

mərhələ 


Törədicilərin  və  immun  komplekslərin  böyrəklər,  öd 

yolları, bağırsaq vəziləri ilə xaric edilməsi. Kapilyarlarda 

mikro  trombların  əmələ  gəlməsi,  mikrosirkulyasiya-nın 

pozulması. İmmun proseslərin maksimuma çatması. Yerli 

allergik  reaksiyalar. Bağırsaqda  qrup  və  solitar  limfa 

düyünlərində  nekrozun  inkişafı.  Nekrotik  kütlələrin 

qopması, limfa düyünlərində xoraların əmələ gəlməsi 

Qızğın dövr 

Xəstəliyin II-

III həftəsi 

downloaded from KitabYurdu.org



Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə